Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dığ
Dığ və ya Tex (erm. Տեղ — Teğ) — Ermənistanın Gorus rayonunda və Sünik mərzının kənd. Kənd Qondarma Dağlıq Qarabağ Respublikası ilə Ermənistan Respublikasını birləşdirən "Həyat yolu" adlanan ərazidə yerləşir. Kənd Gorus şəhərindən 8 km şərqdə, Laçın şəhərindən 12 km cənub-qərbdə yerləşir. Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Kəndin digər adı "Dığ" olmuşdur. Toponim fars dilində "kənd, qışlaq" mənasında işlənən dex (> tex) sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. Burada 1926-cı ildə 7 nəfər azərbaycanlı yaşamışdır. 1926–1929-cu illərdə onlar kənddən sıxışdırılıb çıxarlımışdır.
DIM
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi — Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılmışdır. Dövlət İmtahan Mərkəzi dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılmış və Vurğun Əyyub tərəfindən idarə olunmuş mərkəzləşmiş qurumdur. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilmişdir. 1993-cü ildən 1994-cü ilədək TQDK-ya 1992–1993-cü illərdə sədrin birinci müavini olmuş Kamran İmanov rəhbərlik etmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət idarəetmə orqanlarının bir hissəsi olmaqla təhsil sistemində xüsusi yer tutur, öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Prezidentinə tabedir. Quruma Məleykə Mehdi qızı Abbaszadə rəhbərlik edib. TQDK-da 4 şöbə fəaliyyət göstərib: Təşkilat şöbəsi Sorğu-suallar şöbəsi Kompüter əməliyyatları şöbəsi Maliyyə-inzibati şöbə Komissiya 11 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ləğv edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onların dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin (DİM) balansına verilmişdir.
Adıq dili
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Daq Hammarşeld
Daq Yalmar Aqne Karl Hammarşeld (isv. Dag Hjalmar Agne Carl Hammarskjöld; 29 iyul 1905[…] – 18 sentyabr 1961[…]) — İsveç diplomatı, iqtisadçısı və müəllifi, BMT-nin ikinci Baş katibi (1953-1961). 1961-ci ilin sentyabr ayında Şimali Rodeziyada təyyarə qəzasında həlak olmuşdur. O, ölümündən sonra Nobel Sülh Mükafatına layiq görülmüş ilk şəxsdir (1961). O, həmçinin şair, jurnalist və esse müəllifi kimi tanınır. İsveç Akademiyasının üzvü (1954). ABŞ Prezidenti Con Kennedi onu XX əsrin ən böyük dövlət xadimi adlandırmışdı. Daq Hammarşeld Yönçöpinqdə, 1914-1917-ci illərdə İsveçin baş naziri olmuş Hyalmar Hammarşeldin ailəsində doğulmuş, uşaqlığının əksər hissəsini Uppsalada keçirmişdir. Onun nəsli XVII əsrdən İsveç monarxiyasına qulluq edirdi. Daq Hammarşeld Uppsala Universitetində əvvəlcə Hüquq ixtisası üzrə bakalavr, sonra isə Siyasi-İqtisad magistr təhsili almışdır.
Hot-doq
Hot-doq (ing. Hot dog) — Almaniya-da yaranan və çörək içərisində sosislərdan ibarət sendviç bənzəri qida növü. Hot-doq Amerika mətbəxinin klassik yemək növlərindən biridir. Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-nin simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özlərilə ABŞ-ya gətirmişlər və elə həmin ildən də (yəni, 1860-cı ildən) hot-doq ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdir. Sonralar, yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir. 1900-cü ildə Almaniyadan ABŞ-yə gəlmiş qəssab Çarlz Feltman burada hot-doqun kütləvi istehsalına başlamışdır. 1910-cu ildə Ç. Feltman dünyasını dəyişidi. Ondan sonra qalan restoran və otellerin ümumi dəyəri milyonlarla ölçülürdü.
Rok Doq
Rok Doq (ing. Rock Dog) - 2016-ci ildə istehsal olunmuş Çin filmi. Rok Doq — Internet Movie Database saytında.
DQ
Azərbaycan Daxili Qoşunları — Azərbaycanın Daxili İşlər Nazirliyinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir. Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd qəsdlərdən qoruyur. Daxili Qoşunlarının hərbi qulluqçuları 1992–1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsi savaşmışdılar. Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayınnın şəxsi heyəti tərəfindən azad edilmiş və müdafiə olunmuşdur. 1992–1994-cü illərdə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itkin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Vətən müharibəsi zamanı isə Daxili Qoşunların şəxsi heyəti Murov zirvəsinin, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 44 gün ərzində ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuşdur, 346 nəfər isə yaralanmışdır 1-i ölümündən sonra olmaqla isə 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Daxili Qoşunların hal-hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur.
IQ
İntellekt əmsalı (ing. intelligence quotient; abr. IQ ; təl. "ay-kü") — insanın malik olduğu intellekt qabiliyyətinin kəmiyyət göstəricisi. Verilmiş şəxs eyni zamanda cəmiyyətdə orta statistik insanın malik olduğu intellektə nisbətən müqayisə olunur. Bunun üçün xüsusu testlər mövcuddur. IQ testləri bilik səviyyəsini yox, düşünmə qabiliyyətini aşkar etməyə xidmət edir. İntellekt əmsalı ümumi intellekt faktorunun (g) qiymətləndirilməsi üçün tətbiq edilir. İQ testləri elə tərtib edilir ki, nəticəni mərkəzi 100%-ə bərabər İQ qiyməti olan normal səpələnmə kimi təsvir etmək mümkün olsun, belə ki, insanların 50%-i 90–110 arasında, 25%-i isə 110-dan artıq qiymətə malik olsunlar. Amerika ali məktəbinin məzununun İQ qiyməti 115, əlaçıların ki, isə 135–140 təşkil edir.
Abxaz-adıq dilləri
Abxaz-adıq dilləri — Şimali Pontik və ya Şimali-qərb Qafqaz olaraq da bilinən dil ailəsi. Buraya Abxaz-abaza və Adıq (Çərkəz) dili daxildir. Adıq dilinin, Aşağı Adıqca və Kabarda çərkəz (Yuxarı Adıqca) olmaqla iki əsas dialekti tapılar. Adıqların Ubıx klanının şifahi Ubıx dialekti ise ölü dildir. Abxaz-adıq dilləri dil bilimciləri tərəfindən Hind-Avropa dilləri Avropaya yayılmamışdan öncə Şərqi Avropada danışılan dillərdən qaldığı qəbul edilir. Bu səbəbdən Abxaz-adıq dillərinin dünyada danışılan başqa heç bir dillə yaxından qohum olmayan qədim bir dil ailəsi olduğu düşünülür. Abxaz-adıq dillərində saitlər (vokalizm) yarımsistemi zəif inkişaf etmişdir. Samitlər (konsonantizm) yarımsitemi mürəkkəb və geniş inkişaf etmişdir. Bu dillərin fonoloji sistemi (2-3) sait və (80) samit fonemlərdən ibarətdir.
Max duq (jurnal)
Max duq ("Bizim dövrümüz") — Osetiya dilində ən yaşlı ədəbi jurnaldır. Sovet dövründə — RSFSR Yazıçılar Birliyinin mətbuat orqanlarından biri olmuşdur. Jurnalın ilk sayı 1934-cü ildə nəşr edilmişdir. Redaksiya heyəti əvvəlcə milli ənənələrin ən yaxşı xüsusiyyətlərinin fəal təbliğatı işinin əsasını qoyur. Jurnalın səhifələrində osetin xalqının dili, tarixi, etnoqrafiyası, mədəniyyəti məsələlərinə çox diqqət yetirilir. Jurnal Osetiya folklorundan materiallar dərc edir. Məsələn: Kazbek Qutiyevin topladığı atalar sözləri və məsəllər 1975-ci ildə nəşr olunmadan əvvəl "Max duq" — da ayrıca bir kitab olaraq nəşr edilmişdir. Jurnalın yazıçıları ilə yanaşı görkəmli görkəmli insanlarında fikir və əsərləri burada dərc olunurdu: Maxarbek Tuqanov, Soslanbek Edziyev, Azanbek Janaev, teatr xadimləri Besa Totrov və Tamara Karyaeva, bəstəkarlar Tatarkan Kokoyti və Boris Qalayev, tarixçilər Qeorqi Kokiyev, Boris Alborov, Boris Skitski, Leonid Semyonov, Mixail Bliyev, Ruslan Bzarov, etnoqraflar Bekiza Karqiyev, Elena Barakova və Axsar Maqometov, Vilen Uarziati… "Görkəmli şəxsiyyətlərimiz", "İncəsənət, mədəniyyət", "Zaman əsl hakimdir", "Yaradıcı irs" kimi bölmələrdə Sema Şanayev, Bibo Cuqutov, Qappo BaYev, Axmet Salikov, Soslan Temirxanov, Maxarbek Tuqanov, Solaman Tautiyev, Tokayev, Balo Txapsayev, Qaito Qazdanov haqqında məqalələr dərc olunmuşdur. 2003–2009-cu illərdə Max duq 19-cu əsrin ikinci yarısından 21-ci əsrin əvvəllərinə qədərki dövrü özündə birləşdirən və Osetiya şairlərinin bütün nəsillərini əhatə edən Osetiya Şeir Antologiyasını nəşr etdirir. 2012-ci ildə Antologiyalar ayrıca bir kitab olaraq nəşr olunur.
Le Dık Tho
Le Dık Tho və ya Le Dık Txo (vyet. Lê Ðức Thọ) və ya əsl adı ilə Fan Din Khay (Phan Đình Khải; 14 oktyabr 1911[…] – 13 oktyabr 1990[…], Hanoy) — Vyetnam siyasətçisi və diplomatı. O, 1973-cü ildə "Nobel" sülh mükafatına layiq görülmüşdür, lakin ondan imtina etmişdir. Le Dık Tho gəncliyindən Vyetnam kommunist hərəkatında iştirak etmişdir. O, 1930-cu ildə Hind-Çin Kommunist Partiyasının yaradıcılarından biri olmuşdur. Le Dık Tho 1930-cu ildən 1936-cı ilə qədər, sonra isə 1939-cu ildən 1944-cü ilə qədər Fransa həbsxanasında həbs olunmuşdur. O, azadlığa çıxandan sonra Vyetminin yaradılmasında iştirak etmişdir. Le Dık Tho Birinci Hind-Çin müharibəsi zamanı Vyetnamın cənubunda Vyetnam Fəhlə Partiyasının Mərkəzi Komitəsindən çalışmışdır. O, 1955–1986-cı illərdə partiyanın Siyasi Bürosunun üzvü olmuşdur. ЛЕ ДЫК ТХО (Le Duc Tho) Eric Pace.
Thik Quanq Dık
Thích Quanq Dık (釋廣德, 1897 – 11 iyun 1963, Sayqon, Cənubi Vyetnam) — 11 iyun 1963-cü ildə Sayqonda yol kəsişməsində özünü yandıraraq ölən Vyetnam Mahayana Buddist rahib idi. Dık ABŞ-ın dəstəklədiyi Cənubi Vyetnam hökumətinin qatı roma katoliki olan Nqo Din Zyem tərəfindən buddistlərə edilən təqiblərə qarşı çıxırdı. Onun özünü yandırması ilə bağlı fotoşəkillər bütün dünyada yayılaraq Diem hökumətinin siyasətinə diqqət çəkdi. Con Kennedi bir fotoşəkil haqqında dedi: "Tarixdə heç bir şəkli dünyada bu qədər emosiya yaratmamışdır." Malkolm Braun rahibin ölümünü əks etdirən fotoya görə "İlin Dünya Mətbuat Fotosu" mükafatını qazanıb. Quanq Dıkın bu hərəkəti Din üzərində beynəlxalq təzyiqi artırdı və onu Buddistləri sakitləşdirmək niyyəti ilə islahatlar elan etməyə vadar etdi. Lakin vəd edilən islahatlar həyata keçirilmədi və bu, mübahisənin pisləşməsinə səbəb oldu. Etirazlar davam edərkən, Dının qardaşı Niqo Dinh Nhuya sadiq Xüsusi Təyinatlı Qüvvələri Cənubi Vyetnamda Buddist paqodalarına basqınlar edilmiş və bunun nəticəsi kimi yeni ölümlərə və dağıntılar baş vermişdir. Buna cavab olaraq, bir neçə Buddist rahib Quanq Dıkdan nümunə götürərək özlərini də yandırdılar. Nəhayət, ABŞ-ın dəstəklədiyi hərbi çevriliş nəticəsində 2 noyabr 1963-cü il tarixində prezident Diem qiyamçılar tərəfindən öldürülmüşdü Quanq Dıkın həyatı haqqında məlumatlar Buddist təşkilatları tərəfindən yayılan məlumatlardan əldə edilir. O, mərkəzi Vyetnamın Khan Noa əyalətinin Vạn Ninh rayonundakı Hoi Khanh kəndində anadan olub.
Ləqəbi "İKA"dır
Ləqəbi "İKA"dır — 1997-ci il Azərbaycan istehsalı dram janrında film. Film SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının 1953–1990-cı illərdəki fəaliyyətindən, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin təşkilində bu komitənin bilavasitə iştirakından bəhs edir. Film rejissor Teymur Bəkirzadənin kinoda son işidir. Filmdə sənədli kadrlardan istifadə edilmişdir. Çəkiliş vaxtı səhvən İran sərhədi 25 km keçilmişdi. Xəbərdarlıqdan sonra çəkiliş vertolyotu geri qayıtdı. Kütləvi səhnələrin birində Prişibdə yaşayan malakanlar iştirak etmişlər. Filmin çəkilişinə Ramanadakı hərbi hissənin paraşütçüləri köməklik göstəriblər. "Ürək yaddaşı" adlanan ədəbi ssenarini rejissor Vaqif Mustafayev 90-cı il hadisələri zamanı yazıb, amma öz ssenarisinə quruluş vermək fikrində olmayıb. Ssenarini Teymur Bəkirzadə bəyənmişdi.
Abxaz-adıq xalqları
Abxaz-adıge xalqları – Şimali Qafqazda , Cənubi Qafqazda, Yaxın Şərqdə və qismən dünyanın bir çox ölkələrində diasporalarında yaşayan və mənşəcə qohum olan xalqların – abxazlar, adıgelər, kabardalılar, şapsuqlar, abazinlər, ubıxlar və çərkəzlərin ümumi adı. Daha çox islam dini üstünlük təşkil edir. Az miqdarda pravoslavlar mövcud. Ateizm yetərincə geniş yayılmış. Abxaz-adıge xalqları Şimali Qafqazın ikinci böyük xalqlar qrupudur. Abxaz-adıge dillərində danışırlar. Qədimdən Şimali Qafqazın cənub-qərbində, Kubanda və Qara dəniz sahillərində yaşamışlar. Abxaz-adıge xalqlarının etnogenezində skiflər, sarmatlar, alanlar və başqaları iştirak etmişlər. Kubanətrafı tayfalar antik müəlliflərin əsərlərində meotlar adı ilə qeyd olunmuşlar. Təqribən V–X əsrlərdə abxaz-adıge tayfaları ittifaqına zixlər başçılıq etdiyindən, bu ad ilə tanınmışlar.
Ləqəbi "İKA"dır (1997)
Ləqəbi "İKA"dır (film, 1997)
IQ və millətlərin sərvəti
Zığ-zığ
Adi zığ-zığ (lat. Garrulus glandarius) — zığ-zığ cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 34 sm, kütləsi 160 q-dək olur. Lələkləri yumşaqdır. Rəngi qırmızımtıl-boz, quyruğu qaradır. Qanadının üzərində qara xallı mavi ləkə, başında qara ləkəli kəkili var. Avropada, Asiyada və Şimal-Qərbi Afrikada yayılmışdır. , Azərbaycanda Qafqaz meşələrində rast gəlinir. Payızda və qışda köçür. Ağacda düzəltdiyi yuvaya 5—7 ala-bəzək yumurta qoyur.
Adi zığ-zığ
Adi zığ-zığ (lat. Garrulus glandarius) — zığ-zığ cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 34 sm, kütləsi 160 q-dək olur. Lələkləri yumşaqdır. Rəngi qırmızımtıl-boz, quyruğu qaradır. Qanadının üzərində qara xallı mavi ləkə, başında qara ləkəli kəkili var. Avropada, Asiyada və Şimal-Qərbi Afrikada yayılmışdır. , Azərbaycanda Qafqaz meşələrində rast gəlinir. Payızda və qışda köçür. Ağacda düzəltdiyi yuvaya 5—7 ala-bəzək yumurta qoyur.
Dig Me Out
Dig Me Out — ABŞ rok qrupu Sleater-Kinney(en)-nin üçüncü studiya albomu. 8 aprel 1997-ci ildə Kill Rock Stars tərəfindən buraxılıb. Bütün musiqilər Sleater-Kinney tərəfindən bəstələnmişdir.
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni — Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi — Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır. Tektonik dağlar əsasən sıra dağları şəklində olur və litosfer tavalının sərhədlərində yerləşir.
Dil
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir. linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili,məsələn Alqol, Heyvanların ünsiyyət dili. Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Din
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir. Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir.
Ding
Ding — çəltiyi qılafdan təmizləmək üçün nisbətən geniş yayılmış döyüm alətlərdən biri. Azərbaycanda tarixən dingin ayaq və əl dingi olmaqla iki əsas növü yayılmışdır. Ding yerli ustalar tərəfindən palıd, qoz, şabalıd və möhkəm oduncaqlı ağac növlərindən hazırlanırdı. Ayaq dinginin qabaq hissəsində girdə çala, arxa hissəsində bir cüt qol olurdu. Ding ağacı ox vasitəsilə həmin qolların arasına salınır və təpmə yolu ilə qaldırılıb-endirilirdi. Dibəyin dişli dimdiyi çalaya doldurulmuş çəltiyə dəydikcə onu qılafdan ayırıb təmizləyirdi. Çəltiyi vaxtı ilə su dingi vasitəsilə də döyüb təmizləmişlər. Bu tip dinglər Azərbaycanın bütün çəltikçilik bölgələrində geniş yayılmışdı. Quruluşuna və istehsal gücünə görə su dingi ayaq dingindən fərqlənirdi. Su dingi nov, pər (su çarxı), şapalaqlı ox, ding qolu, döyəc və 5-6 ədəd girdə çaladan ibarət düzəldilirdi.
Diqo
Diqo — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Diqo Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Oykonim Talış dilindəki di (kənd) və qo (yer) sözlərindən düzəlib, "kənd yeri" deməkdir. Coğrafi ad talış dilində di "kənd" və qo "yer" mənasındadır. Diqo Diqoov adından təhrifdir. Kəndə ilk dəfə olaraq 2020-ci ilin may ayında elektrik enerjisi verilməyə başlanıb.
Div
Div — Azərbaycan nağıllarının personajlarından biri. Avestadakı cinayətkar obrazından yaradılmışdır. Yarım heyvan, yarım insan nəhəng, azman əfsanəvi varlıqdır. Nağıllarda divin növləri də var: Ağ Div, Qara Div, Zili div və s. Div obrazı atəşpərəstlərin müqəddəs kitabı olan Avestanın 'Vi Dayevo Datom' ve ya 'Vidivdad' , 'Vendidat' adlanan (tərcüməsi 'Divlərə qarşı qanun') fəslindəki cinayətkar təsvirindən yaranmışdır. Kitaba görə cinayətkarlar dinindən dönənlər və dini ayinlərə riayət etmədiklərinə görə ictimai-təhlükəli əməllərə əl alanlardır. Nağıllardakı divlər nağıllarda insanları yeyir, böyük qulaqlı, böyük dişli, böyük ağızlı dəyişik növləri vardır. Böyük qulaqlı nəhənglər yer altında yaşayırlar. Bəzən alt dodağı yerdə, üst dodağı göydə bir zənci olaraq görünürlər. Əlində çox vaxt heyvan başlı bir çubuğu və ya toppuzu tapılar.
Diz
Diz (Şahrud) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Diz (Xoreşrüstəm) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Diz — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Diş
Diş — canlılarda ərzağın ilkin mexaniki emalı üçün orqanizmin bir hissəsi, heyvanlarda həmçinin müdafiə və hücum silahı, insanda danışıq instrumentlərindən biri və gülüş atributu kimi də istifadə edilir. Bəzi heyvanlar, xüsusən də ətyeyənlər və hər şeydən yeyənlər, dişləri ov tutmaqda və ya yaralamaqda, yeməkləri xırdalamaqda, müdafiə məqsədləri üçün, tez-tez özləri də daxil olmaqla, digər heyvanları qorxutmaq və ya yırtıcı və ya balalarını daşımaq üçün istifadə edirlər. Dişlərin kökləri diş ətləri ilə örtülüdür. Dişlər sümükdən deyil, ən xarici embrion hüceyrə təbəqəsi olan ektodermadan əmələ gələn müxtəlif sıxlıq və sərtlikdəki çoxsaylı toxumalardan ibarətdir. Dişlərin ümumi quruluşu onurğalılar arasında oxşardır, baxmayaraq ki, onların forma və mövqeyində əhəmiyyətli dəyişikliklər var. Məməlilərin dişləri dərin köklərə malikdir və bu, bəzi balıqlarda və timsahlarda da olur. Teleost balıqların əksəriyyətində isə dişlər sümüyün xarici səthinə, kərtənkələlərdə isə bir tərəfdən çənənin daxili səthinə yapışdırılır. Köpəkbalığı kimi qığırdaqlı balıqlarda dişlər sərt bağlarla çənəni meydana gətirən qığırdaq halqalarına bağlanır. Monofiyodontlar yalnız bir diş dəsti inkişaf etdirən heyvanlardır, difiodontlar isə erkən süd dişləri və daha sonra "yetkin" və ya daimi dişlər dəsti yetişdirirlər. Polifiodontlar bir çox diş dəstinə malikdir.
DİA
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli 60 saylı fərmanı ilə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun əsasında yaradılmış elm və təhsil müəssisəsidir. Bir neçə dəfə "İlin təhsil müəssisəsi" seçilmişdir. Azərbaycanda yüksək tipli ilk siyasi təhsil müəssisəsi 1921-ci ilin dekabrında təşkil edilmiş Mərkəzi Sovet Partiya Məktəbi olmuşdur. Bu məktəb 1928-ci ildə Bakı partiya komitəsi nəzdində olan Ali Sovet Partiya məktəbi ilə birləşərək, ikiillik Azərbaycan Mərkəzi Sovet Partiya məktəbi adı altında fəaliyyətini Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə davam etdirmişdir. Bakı Ali Partiya məktəbi 1954-cü ildə fəaliyyətdə olan üçillik respublika partiya məktəbi əsasında 1956-cı ildə yaradıldı. Məktəbin xüsusi fakültəsində Cənubi Azərbaycandan 1945–1946-cı illərdə gəlmiş demokratik gənclər təhsil alırdı. Həmin dövrdə respublikanın bu yeganə ali siyasi təhsil ocağında təxminən 500 nəfərə qədər müdavim oxuyurdu: məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılırdı və Cənubi Azerbaycandan Azərbaycana pənah gətirmiş ziyalıların, demək olar ki, əksəriyyəti bu illərdə hissə-hissə Bakı Ali Partiya Məktəbinə qəbul olundular və hamısı da yaxşı siyasi təhsil aldılar. 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində Bolqarıstan Xalq Respublikasından 10 nəfər türk; Gürcüstan və Dağıstandan, hər il hərəsindən 5–10 nəfər təhsilə qəbul olunurdular və təhsillərini qurtararaq öz vətənlərinə qayıdırdılar. Bakı Ali Partiya məktəbində işləyən professor — müəllim heyəti hər il Partiya Mərkəzi komitəsi tərəfindən təsdiq edilirdi. Həmin illərdə ştat və ya yarımştat dərs yükü ilə Bakı Ali Partiya məktəbində respublikanın tanınmış ziyalılarından professorlar Vahid Qəhrəmanov, Ələsgər Qasımov, Qurban Yusifzadə, Qanbay Xanməmmədov, Hadi Mirzəzadə, Pyotr Valuyev,dosentlərdən Əli Əliyev, Əyyub Axundov, Dilşad Muqanlinskaya, Əbülfəz Qasımov, Mirzə Cəbiyev və onlarla digər tanınmış müəllimlər səmərəli işləmişlər.
DİP
Demokratik İslahatlar Partiyası və ya qısaca DİP — Asim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Demokratik İslahatlar Partiyasının üzvlərinin 68%-i kişi, 32%-i isə qadın olmuşdur. 2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[mənbə göstərin] ADİSP 2005-ci il noyabrın 7-də baş tutan Parlament seçimlərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi. ADİSP 2010-cu il noyabrın 6-da baş tutan Parlament seçimlərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi.
Hiq
Hiq (Heris) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. Hiq (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
MiG
MiG, rəsmi olaraq Mikoyan Gurevich (Rusca: Микоян-Гуревич, МиГ), Rusiyanın hərbi təyyarə istehsalı ilə məşğul olan şirkətdir. Arteem Mikoyan və Mikhail Gurevich tərəfindən "Mikoyan-Gurevich" olaraq yaradılmışdır. Mikoyanın 1970-ci ildə ölümündən sonra Gurevich adı qaldırılmışdır. Prefiksi MiG olaraq bilinir. Rusiya hökuməti Mikoyan, Ilyushin, Irkut, Sukhoi, Tupovlev və Yakovlevi "Birləşmiş Təyyarə Şirkəti" adı altında birləşdirmək istəyir. Firma ayrıca olaraq Kamov helikopter layihəsi kimi çeşitli texnikaların istehsalı üzərində də işləyir.
Miq.
Friedrich Anton Wilhelm Miquel (alm. Friedrich Anton Wilhelm Miquel‎; 24 oktyabr 1811 – 23 yanvar 1871) — XIX əsr Hollandiya botanik-sistematiki. De nord-nederlandsche vergiftige Gewassen. Amsterdam, 1836 (36 cədvəl) (nid.) Commentarii phytographici. Leyden, 1838—1840 (14 cədvəl) (lat.) Genera cactearum : descripta et ordinata, quibus proemissi sunt characteres totius ordinis et adfinitatum adumbratio scripsit F. A. Guil. Miquel. Roterodami, 1839 (Yoxlanılıb 1 aprel 2011) (lat.) Monographia generis Melocacti. Breslau, Berlin, 1841 (11 cədvəl) (lat.) Monographia Cycadearum, Utrecht, 1842 (с 8 таблицами) (lat.) Systema Piperacearum, Rotterdam,1843—1844 (lat.) Illustrationes Piperacearum, Bonn, 1847 (92 cədvəl) (lat.) Revisio critica Casuarinarum, Amsterdam, 1848 (12 cədvəl) (lat.) Stirpes surinamenses selectae, Leyden, 1850 (65 cədvəl) (lat.) Analecta botanica indica, Amsterdam, 1850—1852 (20 cədvəl) (lat.) Cycadeae quaedam Americanae, partim novae. Amsterdam, 1851 (lat.) Plantae Junghuhnianae, Leyden, 1851—1855 (lat.) Flora Indiae batavae, Amsterdam, 1855—1859 (2 cilddə) (lat.) Prodromus Florae Sumatranæ, Amsterdam, 1860—1861 (lat.) Sumatra, seine Pflanzenwelt und deren Erzeugnisse, Leipzig, 1862 (alm.) Choix des plantes rares et nouvelles, cultivées et dessiné es dans le jardin botanique de Buitenzorg, Den Haag, 1863 (26 cədvəl) (fr.) Annales Musei botanici Lugduno-Batavi, Amsterdam, 1863—1869 (4 cilddə, 40 cədvəl) (lat.) Prolusio Florae japonicae, Amsterdam, 1865—1867 (lat.) De Palmis Archipelagi Indici observationes novae. Amsterdam, 1868 (lat.) Catalogus Musei botanici Lugduno-Batavi.
Rig
Rig və ya Bəndər Rig— İranın Buşehr ostanının Günavə şəhristanının Rig bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,257 nəfər və 1,169ailədən ibarət idi.
Zığ
Zığ — Bakının Suraxanı rayonunda qəsəbə. Zığ kəndi Abşeron yarımadasının cənubi-qərbində, Bakı şəhərinin yaxınlığında yerləşir. Zığı şimaldan Suraxanı və Yeni Günəşli massivi, qərbdən Xətai rayonu, cənubdan Xəzər dənizi, şərqdən isə Hövsan qəsəbəsi əhatə edir. Toponimin mənşəyi dəqiq açılmasa da, həm yazıçı Abbasqulu Ağa Bakıxanov, həm də tarixçi Sara Aşurbəyli kəndin adını zığ tayfaları ilə bağlayırlar. Tarixi mənbələrdən əldə etdiyimiz məlumata görə, Abşeron yarımadasında Zığ adlanan ərazisində yaşayan sakinlər Sərmat qəbiləsinin Zığ tayfasına mənsubdurlar. Duzlu gölün yaxınlığında, kiçik bir dağın məskən salan Zıx tayfası öz dövrünün mühüm tələbatı olan daş və duz karxanalarını əldə edir. Camaatın bir qismi karxanalarda çalışır, bir qismi də yük at-arabaları ilə məhsulu başqa şəhər və vilayətlərə aparıb satır. Bu tayfanın camaatı İmam Rzanın bacısı Hökümə xanımın Azərbaycana gəlişindən xəbər tutub və onun xidmətində durublar. Xanım dünyasını dəyişdikdən sonra məzarının üstündə abadlıq işləri görmüşlər. Hülaki xanın nəvəsi Arqun ağanın oğlu Qazan xan 1297-ci ildə Bakıya gəlişində xanımın məzarının üstündə məqbərə tikdirir.
Adi mavi zığ-zığ
Adi mavi zığ-zığ (lat. Cyanocitta cristata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin mavi zığ-zığ cinsinə aid heyvan növü.
Dil Dil Pakistan
Dil Dil Pakistan (urdu دل دل پاکستان‎) — Pakistanın musiqi ansamblı Vital Signs tərəfindən 1987-ci ildə yayımlanmış mahnı. Bu mahnı 1989-cu ildə ansamblın debüt albomu olan Vital Signs 1-ə daxil idi. Dil Dil Pakistan Pakistanın qeyri-rəsmi himni kimi qiymətləndirilir. Mahnının musiqi videosu Pakistanın paytaxtı İslamabadda çəkilib. Mahnının çox səhnələrində ansamblın üzvləri velosiped və ya şəhərin ətrafında cip sürür. Səhnələrin birində qrup kiçik bir təpənin yamacında mahnını oxuyur. Sonda isə qrupun bütün üzvləri sadə bir studiyada mahnını oxuyur və az bir müddətdən sonra video bitir. Mahnının müəllifinin kimliyi mübahisəlidir. Lakin mahnının ərsəyə gəlməsində əsas rolu Şoaib Mansor oynamışdır. Vital Signsin əsas vokalisti Junaid Camşed qeyd edir ki, qrup və prodüser məhəbbət mahnısı üzərində işləyirdi, ancaq bütün bu səylər uğursuz kimi görünürdü.
Mavi zığ-zığ
Mavi zığ-zığ (lat. Cyanocitta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinə aid heyvan cinsi.
Zığ-zığ quşu
Zığ-zığ quşu (ing. Mockingjay) – 2010-cu il Suzanna Kolins tərəfindən yazılan elmi-fantastik roman. Bu, Aclıq Oyunları triologiyasının ən axrıncı buraxılmış romanıdır. Seriyanın ilk romanı 2008-ci il yazılmış Aclıq Oyunları, ikincisi isə 2009-cu ildə yazılmış Güclənən Alovdur. Roman iki filmə uyğunlaşdırılıb. Birincisi 21 noyabr 2014, ikincisi 20 noyabr 2015-ci il yayınlanıb. Roman Cənubi Amerikada, Ketnis Everdinin əvvəlki oyundan sağ çıxıb, gözlərini Paytaxtın dağıtdını fikirləşdiyi 13. mahalda açması ilə başlayır. Kolins deyir ki, Aclıq Oyunları seriyasının əsas ilhamı Zevs və Minotavrın hekayəsindən gəlir. Yunan mifinə əsasən, Kral Minosun oğlu Andregenosun öldürülməsinə cəza olaraq, Afina 7 oğlan və 7 qızı Kritə qurban verməli idi.
Cız-bız
Cız-bız (qırğ. Чыз-быз) — Azərbaycan (o cümlədən, xüsusilə Güney Azərbaycanın Zəncan şəhərinə aid), Qırğızıstan və Özbəkistan mətbəxlərinə aid quru yemək. Bu yemək Zəncanda Çağır-Bağır və ya Cığır-Bığır da adlanır. Bu yemək qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürəkdən bişirilir. Bağırsağdan da istifadə etmək olar. Qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürək Kartof Pomidor və ya Tomat pastası (istəyə görə) Bağırsaq (əgər varsa) Yağ ya da quyruq Duz, istiot. Yerkökü (istəyə görə) Orta həcmdə içalat doğranılır və yağda (quyruq da əlavə etmək olar) qızardılır. Ayrıca soğan və kartof qızardılır. Sonra bunlar qarışdırılıb bir yerdə qızardılır. Cız-bıza bütöv bişmiş pomidor da əlavə etmək olar, kartof isə uzunsov doğranılıb qızardılmış süfrəyə verilə bilər.
Ağbaba (dağ)
Ağbaba — İrəvan xanlığının Türkiyə ilə sərhəd bölgəsində dağ adı. (yüksəkliyi 2040 metr) Dağ oradakı müqəddəs sayılan Ağbaba pirinin adı ilə adlanmışdır. Aqbaba dağ silsiləsi Baş Güney, Qaya Güney, Qısırdağ, Kalloy, Kəçəldağ, Göydağ, İkiqat, Naxoşdağ, Tayaqaya və b. zirvələrdən ibarətdir. Böyük Ağbaba və Kiçik Ağbaba dağları vardır. XX əsrin 30-cu illərində bu dağlara Qukasyan Mets və Qukasyan Pokr adları verilmişdir. XIX əsrdə Qars əyalətinin Kağızman dairəsində Ağbaba dağ beli və Azərbaycanda Ağbaba (Kəlbəcər) dağ adları ilə mənaca eynidir. 1728-ci ilə aid türkcə mənbədə Tiflis əyalətində də bir kəndin Ağbaba adlandığı qeyd olunmuşdur. Əxi baba adından təhrifdir. Bax: Ağabaş.
Açıq
Açıq sistemlər — ətraf mühitlə daimi əlaqə ilə xarakterizə olunur. Bu cür sistem özü özünü təmin edən deyil (əslində bu cür sistemlərin mövcudluğu mümkün deyil) və kənardan da-xil olan enerji, material və informasiyadan asılıdır. Bununla belə, açıq sistem ətraf mühitdə baş verən dəyişikliklərə uy-ğunlaşa bilər və bunu öz fəaliyyətini davam etdirmək üçün etməlidir. Açıq sistemlər istifadəçinin dünyagörüşünə görə dəyişilir. Birlikdə işlənəbilərlik və daşınabilərlik xüsusiyyətləri olan və ya müəllif hüquqlarından asılı olan müstəqil sistemlər mənasını verir. Sistemlərin iki tipi mövcuddur: qapalı və açıq sistemlər. Qapalı sistem sərt, müəyyən edilmiş sərhədlərə malikdir və onun fəaliyyəti ətraf mühitdən nisbətən asılı deyil. Qapalı sistemin tipik misalı saatdır. Termini əsasən, xüsusilə o vaxt istifadə daha bazarda yer edinmiş mainframe'lerinde və minicomputers fərqli olaraq, Unix əsasında sistemi təsvir etmək üçün, erkən 1980-ci illərdə təbliğ edilmişdir. Older mövcud sistemi fərqli olaraq, Unix sistemlərinin, yeni nəsil standart proqramlaşdırma interfeys və periferik qarşılıqlı nümayiş; avadanlıq və proqram təminatı üçüncü tərəf inkişafı təşviq edilmiş, belə Amdahl və Hitachi kimi şirkətlər məhkəmə gedən gördüm ki, vaxt norması, bir əhəmiyyətli gediş sistemləri və IBM mainframe'lerinde uyğun olduğunu periferikler satmaq hüququ.
BTQ
Bıx
Bıx — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd. XIX əsrin əvvəllərindən kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət olmuşdur. 1918-ci ildə azərbaycanlılar qovulmuşlar. XIX əsrdə Şimali Qafqazın Ter əyalətində Bık dağı və Bıkova (əsli Bıkoba) kəndi (yenə orada), Azərbaycanda Qax r-nunda Zərnə kəndində Fıqlar obası toponimləri ilə mənşəcə eynidir. Ehtimal ki, türk dillərində buk «meşə sahəsi», «cəngəllik» sözündəndir. Altayda buk «çayın axarı boyu dağlar arası vadi» mənasındadır.
D12
D12 (the Dirty Dozen) — Miçiqan ştatının Detroyt şəhərində qurulmuş hip-hop kollektivi. Qrup 1996-cı ildə yaradılıb və üzvlər Eminem, Proof, Bizarre, Mr. Porter, Kuniva və Swifty McVay ilə uğur qazanıb.
DAF
DAF Trucks NV ― yük maşınları istehsal edən Niderland markası. Şirkət ilk vaxtlar minik avtomobillər istehsal edirdi. Daha sonra isə yük maşınları istehsal olunmağa başlandı. Şirkət rəsmən 1928-ci ildə yaradılmışdır. 1993-cü ildə isə yenidən qurulmuşdur. Maddi sıxıntıları olduğundan Amerikanın Paccar şirkəti bu şirkəti özunə birləşdirmişdir. Şirkət 2013-cü ildən EURO 6 tipli yük maşınları istehsal edir.
Dal
Dal (həmçinin дал, даал; hind. दाल, kann. ತೊವ್ವೆ) - hind mətbəxinin milli şorbasıdır. Bu söz (dāl) ilk dəfə Sanskrit regionunda işlənib, mənası ayırmaq deməkdir. Hind mətbəxinə məxsus lobyadan ibarət vegetirian şorba-puredir. Şorbanı hazırlayarkən ona toz darçın, kokos südü, limon şirəsi, pomidor, sarımsaq və qızardılmış soğan əlavə edilir. Serviz zamanı onu müxtəlif buğda məhsullarından, o cümlədən qırmızı mərci, xırda lobya, maş, qoyunnoxudu və göyərçin noxudu istifadə edilir. Yeməyin 100 qr tərkibində 9% protein, 70% su, 20% karbohidrat (8% lif daxildir) və 1% yağ vardır.
Dam
Dam — binanın yuxarı konstruksiyası, atmosfer yağıntılarından qorunmaq üçün qurulur. Digər funksiyası isə yaşayış yerindəki istiliyi və ya rütubəti qorumaq üçündür.
Dan
Dan — ad. Dan (kral) — danlar və Danimarkanın birinci əfsanəvi kralı. Dan Vilson (musiqiçi) — amerikalı musiqi ifaçısı, produseri, söz yazarı. Dan-Aksel Zaqadu — Fransa futbolçusu. Dan Anderson — İsveç yazıçısı və şairi. Dan Stav — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku — Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Soyad Sun Dan — Çini təmsil edən bədii gimnast. Digər Dan dili — Danimarkanın dövlət dili.
Adi dağ qaranquşu
Adi dağ qaranquşu (lat. Ptyonoprogne rupestris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin dağ qaranquşu cinsinə aid heyvan növü.