lemminqlər
lemur
OBASTAN VİKİ
Honduras lempirası
Honduras lempirası — 100 sentavoya bərabər olan Hondurasın pul vahididir. 1926-cı ildə mübadilədə daha əvvəl gümüş peso kimi istifadə edilən pul vahidini əvəz etmişdir. 1946-cı ildə Beynəlxalq Valyuta Fondundan məlumata görə, lempiradakı qızılın çəkisi 0,444335 qrama bərabərdir. == Adının mənşəyi == Pul vahidi öz adını hindilərin rəhbəri olan Lempiranın (1497–1537) adından götürmüşdür. Lempira 1536-cı ildə hindilər üçün müvəffəqiyyətsizliklə başa çatan ispan müstəmləkəçilərinə qarşı müharibəni açıq elan etdi. Lempira sui-qəsd nəticəsində öldürüldü və onun dəstəsi darmadağın edildi. == Tarixi == Bir lempiraya bərabər sikkələr 1931–1937-ci illər aralığında 900 əyarlı gümüşdən kəsilirdi. 1974-cü ildən sikkələr, 1 və 5 nominallı lempiralar mislə örtülmüş bürüncdən, latun ilə örtülmüş poladdan kəsilirdi. == Mübadiləsi və saxlanması == Mübadilədə 1, 2, 5, 10, 20, 50 sentavoluq sikkələrdən və 1, 2, 5, 10, 20, 50, 100 və 500 lempiralıq əsginaslardan istifadə olunur. 20 lempiralıq əsginaslar 2008-ci ildə polimerdən istehsal edilmişdir.