Leptospiroz
Leptospiroz-kəskin yoluxucu xəstəlik olub qaraciyərin, böyrəklərin, əzələlərin, kapillyarların, mərkəzi sinir sisteminin, zə- dələnməsi və dalğavari hərarət qalxmaları ilə səciyyələnir.
Qısa tarixi məlumat. İlk dəfə leptospirozun klinik gedişini
1886-cı ildə Veyl və 1888-ci ildə N.P.Vasilyev təsvir etmişlər ki, sonralar onların şərəfinə olaraq xəstəlik Vasilyev-Veyl xəstəliyi adlandırılmışdır. Hazırda isə ikterohemorragik leptospiroz adlan- dırılır.
Xəstəlik Avropada 4-5%-də ölümlə nəticələnirdi. Yaponiyada kömür şaxtalarında qazmaçılar arasında “Sarı taun” adı ilə məlum idi və 70%-dən çox ölümə səbəb olurdu.
1914-cü ildə yapon tədqiqatçıları İnado və İdo xəstənin qanı ilə yoluxdurulmuş hind donuzunun qaraciyərində xəstəliyin tö- rədicisini – Spirochaeta icterohemorragiae tapdılar. Onlardan asılı olmayaraq, 1915-ci ildə Ulenqut və Fromme leptospirləri təsvir etmiş və ona Spirochaeta icterogenes adını vermişlər. Elə həmin ildə (1915-ci il) Xyubner və Reyter bu törədicini təsvir edərək ona Spirochaeta nodosa adını vermişlər.
1916-cı ildə Yaponiyada İdo, İto, Vani bu törədiciləri kömür şaxtalarında tutulmuş boz siçovulların böyrəyində və sidiyində tapmışlar.