lirik-mistik

lirik-mistik
lirik-komik
lirik-psixoloji
OBASTAN VİKİ
Mistik
Mistika (yun. μυστικός — gizli, sehrli) — insanın fövqəltəbii hadisələrə, digər dünya və fövqəltəbii qüvvələrə inanması.. Bu və ya başqa şəkildə mistisizmlə bağlı olan dini-fəlsəfi cərəyanlar bəşəriyyətin yaratdığı bütün məlum dinlərdə (buddizm, iudaizm, induizm, xristianlıq) müşahidə edilir. İslam dinində yaranmış mistik hərəkat sufizm adını almışdır. Bu termini sufilərin kobud yun parçadan geyindikləri libasla-sufla ("yun" deməkdir) bağlayır, yaxud onun "saf" kəlməsindən yarandığını göstərirlər.
Lirik
Lirika "lira" sözündən olub, yunanca simli musiqi aləti deməkdir. Şərq ədəbiyyatında lirik şeirlərə rübabi şeirlər də deyilir. Rübab da ərəb sözü olub, simli alətə deyilir. Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq lirik də deyilir. Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur.
Mistik (personaj)
Mistik (Reyven Darkhölm) (ing. Mystique (Raven Darkhölme)) — Marvel Comics tərəfindən yaradılmış və əsasən İks-adamlarla bağlı olan xəyali personaj. Yazıçı Kris Klermont və rəssam Deyv Kokram tərəfindən yaradılan personaj ilk dəfə 1978-ci ildə nəşr olunmuş "Ms. Marvel" komiksinin 16-cı buraxılışında peyda olmuşdur. Mistik qeyri-insani güclərlə dünyaya gələn xəyali mutantlardan biridir. O, tam dəqiqliklə başqalarının görüntüsünü və səsini özününküləşdirə bilir. Onun öz təbii görünüşü isə mavi rəngdə dəri, qırmızı saçlar və sarı rəngdə gözlərdən təşkil olunmuşdur. Mistik əsasən İks-adamlar komandasının düşməni olaraq göstərilir. Personaj yaradılışından bəri komikslərdə, cizgi seriallarında və televiziya filmlərində əsasən supercinayətkar kimi yer alır. Özünün Mutant qardaşlığı komandasını yaradan Mistik mutantlarla əlaqəli olan bir neçə şəxsi qətlə yetirmişdir.
Mistik səyahət
Astral səyahət — insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahati belədir: Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik. Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi.
Lirik abstraksiya
Lirik abstraksiya müharibədən öncəki modernist üslublu rəssamlıqda iki əlaqəli, lakin fərqli tendensiyalardan biridir. Avropa Lirik Abstraksiyası Paris şəhərində təşəkkül tapmışdır. Bu ad ilk dəfə 1947-ci ildə Jan Joze Merşand tərəfindən işlənmişdir. Abstrakt Ekspresionizm ilə əlaqəli mücərrəd boyama növünü xarakterizə edən təsviri termin 1940-cı ildən bəri istifadə olunur. Arxeil Qorki kimi tanınmış çoxsaylı ekspresyonist rəssamlar kontekstdə göründüyü kimi lirik abstraktlıqdan istifadə etmişdir.
Lirik növ
Lirika "lira" sözündən olub, yunanca simli musiqi aləti deməkdir. Şərq ədəbiyyatında lirik şeirlərə rübabi şeirlər də deyilir. Rübab da ərəb sözü olub, simli alətə deyilir. Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq lirik də deyilir. Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur.
Lirik tenor
Lirik tenor (tenor "di-grace", it. Tenore di grazia — "lütf tenoru") — yumşaq, gümüşü tembrin səsi, hərəkətliliyi, həmçinin səsin böyük melodikliyinə malikdir. Lirik tenorun səs diapazonu yüksək do², do²-diez səviyyələrə çata bilər, lakin səs gücü baxımından dramatik tenordan xeyli aşağıdır. Lirik tenora o əsərlərin ifası həvalə olunur ki, orada hisslərin lirik diapazonunu ifadə etmək lazımdır, səsin yumşaqlığı, melodikliyi tələb olunur. Xorda lirik tenorlar adətən birinci tenor hissələrinə daxil edilirlər. == Lirik tenorların klassik opera partiyaları == Alfred (Cüzeppe Verdi, "Traviata") Berendey (Nikolay Rimsky-Korsakov, "Qar qız") Verter (Jules Massenet, "Verter") Vladimir İqoreviç (Alexander Borodin, "Şahzadə İqor") Hersoq (Cüzeppe Verdi, "Riqoletto") Qraf Almaviva (Cioacchino Rossini, "Sevilya bərbəri") Hindistanlı qonaq (Nikolay Rimsky-Korsakov, "Sadko") Levko (Nikolay Rimski-Korsakov, "May Gecəsi") Lenski (Pyotr Çaykovski, "Yevgeni Onegin") Nemorino (Donizetti, "Sevgi İksiri") == Həmçinin bax == Tenor Səs tembri Sergey Lemeşev == Ədəbiyyat == Самин Д. К. 100 Böyük Vokalist. Сикур П. И. Mən sənə mahnı oxuyacağam . Гозенпуд А. Qısa opera lüğəti. == Xarici keçidlər == Какие бывают ТЕНОРА?
Doqquz lirik
Doqquz lirik (lat. novem lyrici) və ya melik şairlər —ellinistik İsgəndəriyyə alimləri tərəfindən tənqidi araşdırmaya layiq görülən qədim yunan şairlərinin kanonik qrupu. "Palatin antologiyası"nda deyilir ki, onlar lirik mahnı yaratmışlar. Onlar: Spartalı Alkman (xor lirikası) Lesboslu Sapfo (monodik lirik) Midilli Alkey (monodik lirik) Teoslu Anakreon (monodik lirik) Metavrlı Stesixor (xor lirikası) Regili İvik (xor lirikası) Keyalı Simonid (xor lirikası) Keyalı Vakxili (xor lirikası) Fivli Pindar (xor lirikası) Doqquz lirik şair ənənəvi olaraq əsasən xor şeirləri bəstələyənlər və monodik şeirlər bəstələyənlər arasında bölünür. Bu bölgü bəzi müasir alimlər tərəfindən mübahisələndirilir.
Epik-lirik janr
Epik-lirik janr — Ədəbiyyatşünaslıqda buna qarışıq janr (epik və lirik) da deyilir. == Məzmun == Elə bədii əsərlər var ki, orada həm epik lövhələrlə, hadislərin təhkiyə yolu ilə verilməsinə, həm də şairin (lirik qəhrəmanın) bu və ya digər obraza, hadisəyə, əşyaya, təbiətə lirik münasibətinə təsadüf olunur. Əvvəldən axıra qədər həyat hadisələrinin müəyyən bir süjet əsasında təsviri ilə şairin daxili duyğularının ifadəsi üzvi şəkildə birləşir, iki növ (epik və lirik növlər) bir-birilə demək olar ki, qaynayıb qarışır. Buna görə də bu cür əsərlər qeydsiz-şərtsiz bir janra (ya epik, ya da lirik janra) daxil olmur. Belə əsərlər xüsusi bir janr təşkil edərək epik-lirik növ adlanır. Ədəbiyyatşünaslıqda buna qarışıq janr da deyilir. Ayrı-ayrı poemalarda hadisənin epik təsviri ilə lirik tərənnümün nisbəti müxtəlifdir. Bəzi əsərlərdə təhkiyə, bəzilərində isə tərənnüm üstün olur. Hadisələrin epik təsviri üstünlük təşkil edən əsər epik-lirik əsər adlanır. Məsələn, Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması epik-lirik əsərdir.
"Savalan" Mistik Musiqi Qrupu
"Savalan" qrupu — ilahi, italyan, hind və digər janrlarda musiqilər ifa edən qrup. == Tarixi == "Savalan" qrupu 2002-ci ildə Bakıda yaranmışdır. Qrupun rəhbəri Novruz Novruzludur. Qrupun üzvləri Novruz Novruzlu (xanəndə və dəf), Həlimət Sultan (səs və bədii qiraət), Fəxrəddin Salim (saz və ud), Cavad İsmayıl (ney) və İffət Əsgərovdur (kamança). Repertuar etibarilə qrup əsasən — ilahilər, türkülər və bədii-musiqili kompozisiyalardan ibarətdir. "Savalan" qrupu dəfələrlə xarici səfərlərdə, o cümlədən Hollandiyanın Haaqa şəhərində DAK-ın 6-cı qurultayında, həmçinin bir neçə dəfə Türkiyənin Konya şəhərində keçirilən 'Mövlana Cəlaləddin Rumini' anma törənlərində uğurla iştirak etmişdir. Pakistanda (2007-ci ilin may ayında) keçirilən "Dünya Mistik-Sufi Musiqi festivalı"nda iştirak edərək mükafata layiq görülmüş, Pakistan Mədəniyyət Nazirliyinin və festivalın Prezidentinin xüsusi diplomu ilə təltif olunmuşdur. Ölkə daxilində qrup zəngin fəaliyytlə məşğuldur. Müxtəlif konsert və tədbirlərdə, maraqlı televiziya çıxışlarıyla cürbəcür proqramlarda, eyni zamanda xüsusi tərifnamə ilə təltif olunduğu "Xəzər Dəmir Donanması"nın şəxsi heyətinə verdiyi solo konsertlə, həmçinin Xəzər Universitetinin çoxsaylı tədbirlərindəki uğurlu çıxışlarıyla diqqəti cəlb etmişdir. "Savalan"-ın ən maraqlı işlərindən biri Dövlət "Yuğ" teatrının kollektivi və baş rejissoru Vaqif İbrahimoğlu ilə birlikdə hazırladığı teatr tamaşalarıdır.
Mistik şəkildə itkin düşmüş insanların siyahısı
Mistik şəkildə itkin düşmüş insanların siyahısı (ing. List of people who disappeared mysteriously)- İtkin düşmə və yaxud ölüm səbəbləri tam olaraq müəyyənləşməyən insanların siyahısı. Mistik şəkildə itkin düşmüş insanlar dedikdə əsasən ənənəvi olmayan fenomenal hadisələr toplusu nəzərdə tutulur. Bir çox mistik şəkildə itkin düşmüş şəxslər rəsmən ölmüş olaraq sinifləndirilir. Bunun səbəbə isə baş verən hadisələrin üzərindən uzun müddət keçməsidir. Tarixə də bizə məlum ilk mistik itkin düşmə halı eramızdan əvvələ təsadüf etməkdədir. Qədim Romada qulların azadlıqları naminə mübarizə aparan Spartak e.ə. 71-ci ildə itkin düşmüş və bu tarixdən sonra bir daha görülməmişdir. Onun bu tarixdə öldüyü ehtimal edilir.