LOQO

is. \[ing. logo\] 1. Bir məhsul, xidmət və ya qurumu təmsil etmək məqsədilə istifadə edilən, bütöv bir quruluşlu zahiri simvol və ya qrafiki işarə. 2. infor. Kompüterdə yüksək səviyyəli proqramlaşdırma dili.
LOKAL
LOSİNI
OBASTAN VİKİ
Loqo
Logo – çox zaman uşaqlara proqramlaşdırmanı öyrətmək üçün istifadə olunan, ilkin olaraq 1968-ci ildə Massaçusets Texnologiya İnstitutunda (ABŞ) Seymur Papert (Seymour Papert) tərəfindən işlənib hazırlanmış proqramlaşdırma dili. LOQO-da xüsusi komandalar icraçısı – Bağa nəzərdə tutulub. Canlı tısbağa qum üzərində hərəkət edərkən iz qoyduğu kimi, Bağa da yerini dəyişən zaman iz qoya bilər; onun bu bacarığından ekranda fiqurlar çəkmək üçün istifadə olunur. Bağanın davaranışını müşahidə etməklə verilən hər bir komandanın mənasını asanca görmək olar. Bununla da təkcə proqramlaşdırma dilinin vasitələrini deyil, həm də alqoritmləşdirməni asanca öyrənmək olar. Bağa "obyekt-fikir" əlaqəsini təmin edir ki (əvvəlcə döşəmədə sürünən mexaniki tısbağa, sonra isə kompüterin ekranında onun şərti görüntüsündən istifadə olunurdu), bu da LOGO dilinə gözəllik və cazibədarlıq verir. Bağa çox mühüm keyfiyyətə malikdir: onun "istiqaməti" var ki, bu da özünü onunla eyniləşdirməyə və proqramın işinin əsas məntiqini asanca başa düşməyə imkan verir. İlkin komandalar çox sadədir: onlar Bağanın neçə addım və məhz hansı istiqamətə (irəli, sağa, sola, geri) yerini dəyişməyi göstərir. Bağaya "hərəkət etməyi", yaxud "düşünməyi" öyrətmək, öz hərəkət və fikirlərini anlamağa vadar edir, buna görə də proqramlaşdırmanı öyrənmə prosesi daha səmərəli olur. Loqo genişlənəbilən dildir; yəni proqramlar mövcud olan deyimlərə əsaslanaraq təyin olunmuş deyimlərdən qurulur.
Loqo (proqramlaşdırma dili)

Loqon çayı
Loqon (fr. Logone) — Çadda və Kamerunda çay. Loqon və ya Loqona çayı, Çadda yerləşən Şari çayının ən böyük qoludur. Loqon çayını bəsləyən su qaynaqları qərbi MAR (Mərkəzi Afrika Respublikası), şimali Kamerun və cənubi Çaddadır. Çayın sahilləri boyunca bir çox bataqlıqlar mövcuddur. Çayın çevrəsindəki başlıca yaşayış məntəqələri, Çadın ikici böyük şəhəri Mundu, Bonqor və Kamerunun ən şimalda yerləşən şəhəri Kousseridir. Çadın paytaxtı Ncamenada Loqon çayının Şari çayı ilə qovuşduğu yerdə salınmışdır. Çay həmçinin Çadla Kamerun arasında beynəlxalq sərhəddi təşkil edir.
Loqopediya
Loqopediya nitq inkişafı qüsurları haqqında pedaqoji elm olub, bu qüsurların aradan qaldırılması və qarşısını almaq üçün xüsusi təlim-tərbiyə sistemidir. Nitq qüsurlarının aradan qaldırılması və qarşısının alınması şəxsiyyətin harmonik inkişafına kömək edərək, bilikləri qazanmaq üçün mövcud maneələri aradan qaldırır. Buna görə də loqopediya defektologiyanın bir sahəsi olub eyni zamanda ümumpedaqoji vəzifələrin həyata keçməsinə kömək edir. == Nitq pozğunluğu == Nitq insana məxsus olan ali psixi funksiyadır. Nitq ünsiyyəti insanlar arasında sosial əlaqəni spesifik insani vasitələrini yaradıb kollektiv əməyini dərk etmək fəaliyyətinin ali formalarını inkişaf etdirir. Nitq uşağın bütün psixi həyatında mühüm rol oynayıb, onda əsas idrak proseslərinin formalaşmasına səbəb olur. Tamamilə aydındır ki, uşağın nitq inkişafında baş verən pozğunluq – onun bütün psixi proseslərinin formalaşmasına çox böyük mənfi təsir göstərə bilər. Bu pozulmalar nəticəsində ətraf mühitlə ünsiyyət yaratma çətinliyi ilə yanaşı, idrak proseslərinin düzgün formalaşmaması, bilik, bacarıq və vərdişlərinin qavranılması kimi ciddi qüsurları uşağı ən vacib vasitədən –özünü təsirlənmədən məhrum edir, onda davranış dəyişmələri, neqativizm, inamsızlıq yaradır. == Nitq qüsurlarının nitq təsnifatı == 1.Fonetik qüsurlar – səslərin təhrif tələffüzü və ya heç olmaması. Bu qüsurlar dislaliya, dizartriya və rinolaliya kimi diaqnozlaşdırılırlar.
Loqoqraf
Loqoqraflar (Ynanca logos- söz,nəsr, grapho — yazıram deməkdir) — Qədim Yunanıstanda bu söz altında iki qrup insan nəzərdə tutulurdu: tarixçilər və natiqlər ( Nitq tərtibatçıları). === Tarixçilər === Tarixə dair ilk yazılı əsərlər qədim Yunanıstanda meydana çıxmışdır. "Epos" adı verilən bu əsərlər Loqoqraflar tərəfindən qələmə alınırdı. Bu qəbildən olan tarixi əsərlər hekayəçi, rəvayətçi xarakterli əsərlər idi. Daha sonra öyrədici, praqmatik xarakterli tarixi əsərlər meydana çıxmağa başlamışdı ki, bu cür əsərlərin qələmə alınmasında məqsəd keçmişdə baş vermiş hadisələrdən dərs almaq, oxuyucuya əxlaqi və mənəvi duyğular aşılaya bilmək idi. İlk loqoqraflar e.ə.VI əsrdə yaşamışlar. İki nəsil Loqoqrafları fərqləndirirlər: Böyüklər ( e.ə. VI əsrdən - e.ə. V əsrədək) Miletli Kadm, Miletli Hekatey, Xaron, Skilak və b. Kiçiklər (e.ə.
Loqoqraflar

Loqos
Loqos q.yun. λόγος – Yunan dilindəki ilkin mənası söz, sonralar isə düşüncə, fikir, anlam, əql kimi mənaları da ehtiva etmişdir. İlk dəfə heraklitin təlimində dünyanın ümumi qanunauyğunluğu mənasında irəli sürülmüş fəlsəfi termin. == Loqosun mənası == Loqos Yunan fəlsəfəsində kainatın sirri mənasındadır. Aləmdə olan dəyişmələr və harmoniyanın təcəssümüdür. Kainata hakim olan zəkanın ümumuləşdirilmiş adıdır. Orta əsrlərdə Loqos “tam ağıl” və ya “son səbəb” kimi ərəb dilinə tərcümə edilmişdir. İudaizmdə Loqos Allahın qüdrəti və hakimiyyəti mənasında işlədilmişdir. Xristian fəlsəfəsi və sxolastikasında Loqosa daha geniş yer verilmiş və onu söz hesab etmişlər. Loqos “kəlmə” mənası daşımış və müxtəlif hermenvtik metodlarla təfsir və təvil edilmişdir.
Loqotip
"LOGO" - müəssisə və təşkilatıların fəaliyyətlərini və markalarını bir adla ifadə etmək üçün yaddaşlarda qalmasına təsir edə biləcək simvol görüntüsü. Loqonu seçərkən nələrə diqqət edilməlidir: Loqo yaddaşlarda qala biləcək şəkildə olmalı; Sadə olmalıdır. Loqo şəkillə və yazı ilə birlikdə istifadə oluna bilər. Loqo təmsil etdiyi təşkilatın, markanın xüsusiyyətlərinə və məqsədinə uyğun olmalıdır.
Loqoy krateri
Loqoy krateri (həmçinin: Loqay astroblemi) — Belarus Respublikasının Minsk vilayətində, Loqoy rayonunun Malinovka kəndi yaxınlığında yerləşən krater. 42,3 ± 1,1 milyon il əvvəl, radisu təxminən 650 metr olan bir asteroidin düşməsi nəticəsində formalaşmışdır. Asteroidin həcmi 1,150 milyard m³, çəkisi isə 9,2 trillion ton olmuşdur. Asteroidin ehtimal olunan sürrəti 18 km/saniyə olmuşdur. Toqquşma zamanı ayrılan enerjinin miqdarı 1,49 Zetta Colu və ya 365 trotil ekvivalentinə bərəabər idi. Bu təxminən Hirosimaya atılan 25 milyon bombaya bərəabərdir. Krater mərkəzinin kordinatları: 54°12′ şm. e. 27°48′ ş. u.
Loqoqram
Loqoqram (qədim yunancadan "loqo" – "söz" və "qram" – "çəkilən və ya yazılan"), həmçinin loqoqraf və ya leksiqraf — söz və ya morfem kimi dilin semantik komponentini təmsil edən yazılı simvol. Çin dilində, eləcə də digər dillərdə istifadə edilən Çin simvolları, Misir heroqlifləri və mixi yazıdakı bəzi simvollar kimi loqoqramlardır. Əsasən loqoqramlardan istifadə edən yazı sisteminə "loqoqrafiya" deyilir. Əlifbalar və hecalar kimi qeyri-loqoqrafik yazı sistemləri fonemikdir: onların fərdi simvolları birbaşa səsləri təmsil edir və heç bir xas məna daşımır. Bununla belə, məlum olan bütün loqoqrafiyalar ümumiyyətlə rebus prinsipinə əsaslanan bəzi fonetik komponentə malikdir və saf ideoqraflara fonetik komponentin əlavə edilməsi yazı sisteminin insan dilini adekvat şəkildə kodlaşdırmasına imkan verən əsas yenilik hesab olunur. == Loqoqrafik sistemlər == Loqoqrafik sistemlərə ən erkən yazı sistemləri daxildir. Mesopotamiya, Misir, Çin və Mezoamerikanın ilk tarixi sivilizasiyaları bir növ loqoqrafik yazıdan istifadə edirdilər. Sırf loqoqrafik olan yazı əksər dillər üçün praktiki ola bilməz və əksini göstərən heç bir hal məlum deyil.
Loqoterapiya
Loqoterapiya (q.yun. λόγος - məna, səbəb) — varlığın mənasının axtarışına əsaslanan ekzistensial psixoterapiya növlərindən biri. XX əsrin ortalarında Viktor Frankl tərəfindən işlənib hazırlanmışdır və onun işini avstriyalı psixoterapevt Elizabet Lukas davam etdirir. == Əsas anlayışlar == Franklın fikrincə, loqoterapiya üç həyati konsepsiyaya əsaslanır: azad iradə, məna iradəsi və həyatın mənası. Loqoterapiya konsepsiyası bildirir ki, insan davranışının hərəkətverici qüvvəsi xarici aləmdə mövcud olan həyatın mənasını tapmaq və reallaşdırmaq istəyidir. Franklın fikrincə, əsas insan xüsusiyyətlərindən biri məna iradəsidir ki, bu da Franklın Adlerdəki üstünlüyə meyil, natamamlıq kompleksini kompensasiya etməyə yönəlmiş özünü təsdiqetmə və Freydin həzz prinsipi ilə ziddiyyət təşkil edir. Frankl hesab edirdi ki, mənaya canatma — insanlarda fundamental motivasiya qüvvəsidir və insanların ehtiyac duyduğu kimi, gərginlikdən azad bir vəziyyət deyil, onlara layiq olan hansısa mənanın intensiv axtarışıdır. Mənaya canatma olmadıqda apatiya və darıxma hissi yaranır. Franklın fikrincə, insanın mənaya meyli pozulduqda, ekzistensialist filosofların yazdığı ekzistensial vakuum vəziyyəti yaranır. Ekzistensial vakuum, loqoterapiyaya görə, noogen nevrozlara (məna istəyinin itirilməsi nəticəsində yaranan nevroz), klinik simptomlara səbəb ola bilər.

Digər lüğətlərdə