lüminessent-bituminoloji
lümlüt
OBASTAN VİKİ
Lüminoforların sintezi
Lüminoforların sintezi Bu yazıda biz lüminessent lampaların istehsalında istifadə olunan lüminofor xassəli maddələrin bəzi xarakterik xüsusiyyətləri haqqında məlumat vermək istəyirik. Soyuq işıq mənbəyi olan lüminoforlar həyatımıza, məişətimizə çoxdan daxil olmuşdur. Lüminoforların xarakterik xüsusiyyətləri – udulma spektri və lüminoforun üzərinə düşən şüanın dalğa uzunluğundan asılı olaraq udulan enerjisinin kəmiyyətcə əks olunmasından ibarətdir. Şüa bu halda ya kristal qəfəsinin özü tərəfindən (udma zolağı bu halda əsas və ya fundamental adlanır), ya da lüminessensiya mərkəzi (aşqar udulması) tərəfindən udulur. Ona görə də udulma və spektral sahə aktivatorun və kristal qəfəsinin xassələri ilə təyin olunur. Əksər lüminoforlarda əsas udulma zolağı spektrin UB-sahəsində yerləşir. Qeyd olunduğu kimi, lüminofor dedikdə biz müxtəlif növ həyəcanlandırıcıların təsirindən maddənin lüminessensiya verməsi başa düşülür. Həyəcanlandırma üsuluna görə biz lüminoforları aşağıdakı siniflərə bölə bilərik: Fotolüminoforlar – ultra bənövşəyi (UB), görünən və ya infra qırmızı (İQ) şüa ilə həyəcanlanıb lüminessensiya verən maddələr, Elektrolüminoforlar, yəni elektrik sahəsi ilə həyəcanlanan maddələr, Rentgenlüminoforlar, başqa sözlə, rentgen şüalarının təsiri altında "işıldayan" maddələr və nəhayət, Katodolüminoforlar.Qeyri-üzvi maddələrdə lüminessensiya xassələrinin meydana çıxması birləşmənin (lüminoforun əsasının) kristal qəfəsində sintez prosesində quruluş və aşqar defektlərinin əmələ gəlməsi ilə əlaqədardır. Hörmətli oxucular, növbəti yazılarımızda biz quruluş və aşqar defektlərinin necə yaranması haqqında bir sıra maraqlı məqamları qələmə almağa çalışacağıq. Burada yalnız onu qeyd etmək istəyirik ki, quruluş defektləri lüminoforun əsasının termiki emalı zamanı da baş verə bilər.