mübahisə-münaqişə
mübahisəçi
OBASTAN VİKİ
Mübahisə
Mübahisə — fikirlərin, mövqelərin kəsişməsi. O zaman tərəflər öz mövqeyini müdafiə edərək rəqibin dəlillərini təkzib etməyə çalışır. Mübahisələr, söz çəkişmələri, fikirlərin çarpışması, müzakirələr insan durumunun təbii hallarıdır. Buna görə də onlar, gədim zamanlardan bəri öyrənilmiş, onların tərifləri verilmişdir. Mübahisələr qədim Hindistanda, Babildə, Misirdə, İranda əsasən dini zəmində kahinlər arasında aparılmışdır. Buna örnək olaraq Musa peyğəmbərin Fironla, Maninin zərdüşt kahinləri ilə baş verən çəkişmələrini xatırlamaq olar. O zaman hər bir yeni düşüncəni ortalığa çıxarmış adam onunla başqa adamların, özəlliklə də çarların və kahinlərin qarşısında çıxış etməli, ona qarşı olanlara qalib gəlməli idi. Bir çox durumlarda çəkişmədə uduzan tərəf qalibin dininə (əqidəsinə) keçməli, ya da öldürülməli idi. Mübahisələri uduzan tərəfin ardıcılları da təqib olunurdular. Qədim Yunanıstanda çəkişmələrin qaydaları dəyişmişdir.
Makedoniya adı uğrunda mübahisə
Makedoniya adı uğrunda mübahisə — Yunanıstan və Şimali Makedoniya arasında uzun müddət davam etmiş mübahisə. Bunun səbəbi odur ki, Yunanıstanın ən qədim bölgələrindən biri də Makedoniya adlanır. Afina öz qonşusundan ölkəyə elə bir ad verməyi tələb edirdi ki, bu, gələcəkdə Yunanıstan ərazisinə yarana biləcək iddialara şərait yaratmasın. BMT-nin vasitəçiliyi ilə bu ölkələr arasında aparılan danışıqlar 2008-ci ildə Yunanıstanın Makedoniyanın NATO-ya üzv qəbul olunmasına qarşı çıxdıqdan sonra dayandırılmışdır. 2010-cu ildə rəsmi Afina keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olmuş Makedoniyanın "Şimali Makedoniya" adlandırılmasına razı olduğunu bəyan etmişdir. Bu fikri Yunanıstanın xarici işlər nazirinin birinci müavini Dimitris Droustas bildirmişdir. Rəsmi Afina əks təqdirdə Yunanıstanın Makedoniyanın Avropa İttifaqına və NATO-ya üzvlüyə qəbul edilməsinin qarşısını bundan sonra da alacağını bəyan etmişdir. Yunanıstanın təzyiqləri nəticəsində ölkənin adı BMT-də Keçmiş Yuqoslaviya Makedoniya Respublikası (FYROM) (mak. Поранешна Југословенска Република Македонија - ПЈРМ) kimi qəbul edilmişdi. 12 iyun 2018-ci ildə Makedoniya və Yunanıstan hökumətləri 27 illik ad mübahisəsinə son qoymaq üçün ilkin razılığa gəlmişdirlər.
Müqəddəs ayinlə bağlı mübahisə
Müqəddəs ayinlə bağlı mübahisə (it. Disputa del Sacramento) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Bu əsər 1509-1510-cu illərə, rəssamın yaradıcılığının Roma dövrünə aid edilir. "Müqəddəs ayinlə bağlı mübahisə" əsəri hal-hazırda Vatikanda saxlanılır.
Kiçik Tokioda mübahisə (film, 1991)
Kiçik Tokioda hesablaşma (ing. Showdown in Little Tokyo) – 1991-ci ildə istehsal olunmuş ABŞ bədii filmidir. Filmin orijinal davam etmə müddəti 79 dəqiqə, qısaldımış variantı isə 76 dəqiqədir. == Məzmun == Filmdəki hadisələr 1980-cı illərdə Los-Anceles şəhərində təsadüf edir. Polis işçisi Kris Kenner Los Ancelesin Yapon rayonu Tokio şəhərciyində işləyir. Krisin valideynləri yapon əsilli olmuşlar. Onlar Yapon Yakudza bandası tərəfindən qətlə yetirilmişlər. Kris həmişə valideynləri öldürən qatilin daxili xüsusiyyətlərini yadında saxlamağa çalışır. Polis xidməti onun yanına Conni Muratu adlı yapon yoldaşı göndərir. Conni də yapon əsilli polisdir, kiçik yaşlarında ABŞ-yə köçüb, buranın mədəniyyəti ilə yaşayır.