Müsnəd İmam Əhməd
Müsnəd İmam Əhməd (ərəb. مسند الإمام أحمد) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair, müəllifi görkəmli hədis alimi, zahid, imam, hənbəli məzhəbinin banisi — Əhməd ibn Hənbəl əl-Şeybani tərəfindən toplanan hədislər toplusu.
Əhməd ibn Hənbəl 780-ci ildə Bağdadda anadan olmuşdur. Əhməd hələ çox gənc olanda atası vəfat edib. Atasının ölümündən sonra onun bir az dolanışıq vasitəsi və anası ilə birlikdə yaşadığı ev qalıb.
15 yaşından 20 il hədis və fiqh elmləri ilə məşğul olub. O, müsəlman ilahiyyatının əsas mərkəzlərini ziyarət etmiş, dövrünün demək olar ki, bütün qabaqcıl üləmaları, o cümlədən Əbu Yusif və Şafii ilə görüşmüşdür. O, Hicaz, Suriya və İraqın Vəki ibn əl-Cərrah, Yezid ibn Harun, Yəhya ibn Main kimi nüfuzlu şəxsləri ilə əlaqələr qurur. Dərin biliyi, təqvalı həyat tərzi və əlaqələri sayəsində Əhməd ibn Hənbəl tədricən şöhrət qazanır.
Əhməd ibn Hənbəl hicri 241-ci ildə, yəni miladi təqvimlə 855-ci ildə Bağdadda vəfat etmişdir.