mütabiqlik 2021
mütaliəçi
OBASTAN VİKİ
Mütaliə
Mütaliə — hər hansı mətndə verilmiş məlumatı əxz etməyə yönəlmiş kommunikasiya – əlaqə fəaliyyətidir. Bu kommunikasiyada müəllif, çap məhsulu, oxucu və ya oxucu auditoriyası iştirak edir. Tədris proqramının tələbinə uyğun olaraq oxucu məfhumunun məzmununu açmağa ehtiyac duyulur. Mütaliə mahiyyətcə fərdi psixoloji proses olsa da, cəmiyyətin sosial həyatına, ictimai marağın istiqamətlərinə, mövcud maraqların məhsulu olan yeni ideyaların yayılmasına, bütövlüklə hamının malına çevrilməsinə imkan yaradır. Məlumdur ki, insanların müxtəlif xarakterli maraqları və tələbatları olur. Hər bir kəsin özünəməxsus marağı, tələbatı mütaliə tələbatının və mütaliə marağının yaranmasına təsir göstərə bilir. Eyni zamanda insanın mütaliə marağının və mütaliə tələbatının reallaşmasında mühüm rol oynayır. İstər ümumtəhsil, istərsə də ali və orta-ixtisas məktəblərinin tədris proqramında nəzərdə tutulan biliklər insanın həyata fəal müdaxiləsi üçün kifayət deyildir. Təcrübələr göstərir ki, heç bir ali məktəb öz məzunu olan mütəxəssisə müəyyən ixtisas üzrə müasir həyatın tələbi həcmində məlumat və biliklər məcmusunu verə bilmir. Bu isə təbii haldır.

Digər lüğətlərdə