Məlhəm (Şamaxı)
Məlhəm – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.
Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən biridir. Məlhəm kəndi əsasən Azərbaycanda elm ocağı kimi tanınır. Burada yetişən saysız alimlər, şairlər və elm adamları saymaqla bitməyəcək qədər çoxdur. Burda yetişən ən böyük şairlərdən biri olararaq Əfzələddin Xaqani`ni rahatlıqla göstərə bilərik. Hal-hazırda Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən hesab olunur. Tarixdə Azərbaycana paytaxtlıq edən Şamaxının ən böyük elm ocaqlarından biri olmuşdur. Burada mədrəsələr, məscidlər və elm ocaqları çoxdur. Elm ocaqları yerindən yeksan olub, hələ də onların qalıntıları gözlə görüləcək qədər asandır.
Mədəniyyəti heç təsəvvür edilməyəcək qədər zəngindir.Hələ də öz köhnə ata-baba adət ənənəsinə görə hərəkət edən yeganə kəndlərimizdən biridir.Hər bölgənin özünə məxsus mədəniyyəti vardır.Məlhəm kəndinin mədəniyyəti Azərbaycan`ın ən gözəl mədəniyyət ocaqlarından biri olaraq göstərilir.Hətta, adət ənənəsinə görə bu kənddə "Bəyin oğurlanması" adında kinofilm çəkilmişdir.Filmdə kəndin gözəl adət ənənələrindən biri olan toy mərasimi lentə alınmışdır
Məşhur Bəyin oğurlanması (film, 1985) filmi Məlhəm kəndində çəkilib.