Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qandal
Qandal — bir adamın biləklərini bir-birinə yaxın tutmaq və hərəkət qabiliyyətini maneə törətmək məqsədiylə hazırlanmış alətlərdir. Ümumiyyətlə bir zəncir ya da bar ilə bir-birinə tutdurulmuş iki oval parçadan meydana gələr. Metal xəlitəli ola biləcəyi kimi praktik plastik qandalların da istifadəsi yayılmışdır. Metal qandallar ümumiyyətlə bir açarla aça bilən kilid mexanizminə malikdir. Bəzi modellərdə dönən bir vint köməyi ilə qandal bağlanıla bilər və açıla bilər. Qandallar ümumiyyətlə polis və digər təhlükəsizlik işçilərin tərəfindən şübhəlilərin qaçmasını önləmək məqsədiylə istifadə edilər.
Qandalf
Qandalf — Con Ronald Ruel Tolkinin "Hobbit" və "Üzüklərin hökmdarı" romanlarında bəhs olunan 5 sehirbazdan biri, həm də baş qəhrəmanlardan biri. Bir sehrbaz və bir güc daşıyıcısı olan Qandalf böyük bir gücə sahibdir. Ancaq sehrə çox meyilli olmayıb, əksər hallarda cəsarətləndirmək və inandırmaq ilə işləri həll etməyə çalışır. == Görünüşü == Qandalf böyük pelerin və şiş uclu papaq geyinmiş, əlində sehrli əsas tutmuş, saqqallı qoca kişi olaraq təsvir olunur. == Xüsusiyyətləri == Böyük bir bilgiyə və gücə sahib olan Qandalf çox səyahət edir və hər zaman qaranlıq hökmdar Sarumana qarşı mübarizə fokuslanmışdır. Boz Qandalf olaaraq tanınır və adlandırılır.
Qandalar
Qandalar — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Bu oyko­nim rəsmi ədəbiyyatda Qandallar (Qandallı Alılar adından təhrifdir) kimi də işlənir. Yerli məlumata görə, yaşayış məntəqəsini çarizm dövründə Qazax mahalında vaxtilə qaçaqlıq etmiş Qandal Alı adlı şəxs salmışdır. XIX əsr ədəbiyyatına görə isə yaşayış məntəqəsi quşçuların qandalar nəslinin adı ilə bağlıdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Qandalar kənd kitabxana filialı fəaliyyət göstərir. == Təhsil == Kənddə Qandalar kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qandax
Qandax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qandax kəndində milli tərkibi muğallardan ibarət 97 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Qandax kəndi Qandax İcra nümayəndəliyi və Qandax Bələdiyyəsi tərəfindən idarə olunur. Əhalinin ümumi sayı –1900 nəfər, Azərbaycanlılardan ibarətdir.390 evdə 541 təsərrüfat fəaliyyət göstərir.Ərazidə 1 məktəb, tibb məntəqəsi,mədəniyyət evi,kitabxana,400 abanentlik Telefon stansiyası,poçt,məsçid,fındıq təmizləmə sexi fəaliyyət göstərir.Qandax kəndindən Zaqatala şəhərinə məsafə 29 km,Bakı şəhərinə 418 km. == Din == Kənddə Qandax kənd məscidi dini icması fəaliyyət göstərir.
Qandağ
Qandağ — Şərur rayonu ərazisində dağ; Qandağ — Balakən rayonu ərazisində dağ silsiləsi.
Qanqal
Qanqal (lat. Cirsium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çoxillik, az hallarda ikiillik otlardır. Çiçəkləri boruşəkilli olub, səbətcik formalı çiçək qrupunda yerləşir. Çiçək sarığı və yarpağının kənarı tikancıqlı, toxumları uçağanlıdır. Şimal yarımkürəsində 200, Qafqazda 60, Azərbaycanda isə 32 növü yayılmışdır. Şotlandiyanın milli gülüdür. Gövdəsinin hündürlüyü 50—130 sm, yarpaqları oturaqdır. Şaquli kökləri 3–5 m dərinliyə gedir, yan köklər yaruslarla yerləşir. Toxumla və vegetativ yolla çoxalır.
Sandal
Sandal — təknəvari quruluşa malik gəmi, su nəqliyyatı vasitəsi. == Ümumi məlumat == Sandal əsasən, yelkənlə təhciz olunuduğu ucun səmt kuləyinin gucu ilə hərəkət edir. Arxiv sənədləri gostərir ki, hələ XVIII əsrin ikinci yarısında sandal və kirjim inşa etmək ucun Bakıda gəmi tərsanəsi olmuşdur.
Adi qanqal
Adi qanqal (lat. Cirsium vulgare) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları üst tərəfdən tikanlarla qismən sıx örtülmüşdür, alt tərəfdən hörümçək toruna oxşar tüklü olub, keçə tüklərə qədər dəyişir, xətvari-uzunsovdur, uzunluğu 5–15 sm, eni 2–7 sm-dir, gövdəyə tədricən birləşəndir, üçkünc-neştərvariyə lələkvari bölünmüşdür, 2–3 ədəd ayrı dilimlərinin bölümləri uc hissədə uzunsərt tikanlı, kənarları isə xırda nazik tikanlıdır. Səbətləri tikanlı və xirda yarpaqlı gövdə və budaqların uc hissəsində yerləşib, yumurtaşəkillidir, təkdir və eni 2,5 −4,5 sm-dir. Çiçəkləri çəhrayı rəngdən bənövşəyi-tünd qırmızı rəngədək dəyişir. Toxumları 3–4 mm uzunluqdadır, sarımtıl və ya açıq-qəhvəyi rəngdə olub, qara uzununa zolaqlıdır; kəkili ağımtıldır. İyun ayında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər yayılmışdır. == Yaşayış mühiti == Meşə talalarında, yol boyunca, ruderal bitki kimi yaşayış evlərinin yaxınlığında rast gəlinir.
Kandal (Şot)
Kandal (fars. كندال‎) və ya Cəfərabad - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 441 nəfər yaşayır (102 ailə).
Mustafa Sandal
Mustafa Sandal (11 yanvar 1970, İstanbul) — Türkiyə ifaçısı, söz yazıçısı, bəstəkarı və aktyorudur. == Həyatı == Mustafa Sandal 11 yanvar 1970-ci il tarixində Türkiyənin İstanbul şəhərindən Yusuf Sandal və Tülin İlerinin ailəsində dünyaya gəlmişdir. Məktəb illərində musiqi dərslərinə daha çox maraq göstərirdi. Vokal musiqiyə və daha çox gitarada ifa edilən musiqiyə daha çox önəm verirdi. Musiqi eşidəndə, musiqi boyu müxtəlif alətləri və onların melodiyalarını seçə bilirdi. Mustafa Sandal İsveçrənin Cenevrə şəhərində yerləşən "Collège du Léman" kollecini bitirdikdən sonra ABŞ-də yerləşən Hempşir kollecinə (ing. Hampshire College) daxil olur. Buranı bitirdikdən sonra İstanbula qayıdır. Bir müddət sonra bəstəkarlarla çalışaraq bir çox ifaçılar üçün mahnı sözləri yazmağa başlayır. Bu ifaçılar sırasında Ayşegül Aldinç, Hakan Peker, Zerrin Özer və bir çox məşhur türk ifaçıları vardır.
Qandak çayı
Qandak çayı (Нараяни; nep. कालीगण्डकी नदी, hind कालीगण्डकी)- Nepal və Hindistan arasında çay. Nepalın ən iri dörd çayından biri. == Coğrafiyası == Yuxarı axarlarında çay Kali-Qandak adını daşıyır. Himalay dağlarından başlanğıc götürür. Belə ki, Kali-Qandak Muztanq-Kxola və Kyuqoma-Kxola ilə də birləşir. Çayın hövzəsi Nepalın mərkəzi hissəsini əhatə edir. Çayın mənbəyində Mustanq krallığı yerləşir ki, oda Tibetə daxildir. Çay Qanq çayına Patnı rayonu yaxınlığında tökülür. Belə ki, çay boyu ticarət yolu Nepal və Hindistan arasında mövcuddur.
Sallaq qanqal
Sallaq qanqal (lat. Cirsium pendulum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Tikanlı qanqal
Vandal (gəmi)
Vandal — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. == Poçt markası üzərində == 2008-ci ilin iyul ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 150 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 1 manat, tirajı isə 20070 ədəd olan həmin markalardan biri "Vandal" gəmisinə həsr olunmuşdur.
Vandal gəmisi
Vandal — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. == Poçt markası üzərində == 2008-ci ilin iyul ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 150 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 1 manat, tirajı isə 20070 ədəd olan həmin markalardan biri "Vandal" gəmisinə həsr olunmuşdur.
Vandal krallığı
Vandal krallığı və yaxud Vandal və Alan krallığı — Xalqların böyük köçündən sonra Roma imperiyası ərazisində yaranmış dövlətlərdən biri. 435-ci ildə kral Qenserikin başçılığı ilə Vandalların Şimali Afrikada qurduğu dövlət. Dövlətin əsas əhalisi Vandallar və Alanlardan ibarət idi. == Tarixi == 429-cu ildə, Vandallar kral Qenserikin başçılığı ilə Şimali Afrikaya daxil oldular. 80000 nəfər Vandal və Alandan ibarət olan bu topluluqda 20000 nəfər əsgər var idi. 430-cu ildə Roma şəhəri Hippo Regiusu ələ keçirərək dövlət qurma yolunda ilk addımlarını atmış oldular. 435-ci ildə Roma imperiyası ilə sülh bağlayan Vandallar Şimali Afrikanın böyük bir hissəsini müqavilə ilə ələ keçirdi. 439-cu ildə kral Qenserik sülhü pozaraq müasir Tunisdə yerləşən Africa Proconsularis əyalətinə yürüş etdi. Karfagen şəhəri döyüşsüz ələ keçirildi. Kral Qenserik Vandal dövlətinin əsasını qoydu, özünü də Vandalların və Alanların kralı (lat.
Yeyilən qanqal
Yeyilən qanqal (lat. Cirsium esculentum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Hasan Mandal
Hasan Mandal (türk. Hasan Mandal; 1965, Əskişəhər) — Türk akademik və TÜBİTAK (Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası) prezidenti. == Həyatı və təhsili == 1965-ci ildə Əskişəhərdə anadan olub. 1987-ci ildə ODTÜ-nün Metallurgiya mühəndisliyi fakültəsini bitirib, 1992-ci ildə Nyukasl Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. 1994-cü ildə Anadolu Universiteti Keramika Mühəndisliyi bölməsində dosent vəzifəsində çalışmağa başlayıb, 1996-cı ildə dosent, 2001-ci ildə isə professor olmuşdur. 2002-ci ildə Anadolu Universiteti Keramika Mühəndisliyi Departamentinin adı Material Elmləri və Mühəndisliyi olaraq dəyişdirildikdən sonra akademik karyerasını 2002–2011-ci illərdə Anadolu Universiteti Material Elmləri və Mühəndisliyi Fakültəsində davam etdirmişdir. O, eyni zamanda 2004–2010-cu illərdə Anadolu Universiteti Mühəndislik və Memarlıq Fakültəsinin dekanı vəzifəsində çalışıb. 15 mart 2011-ci ildə Anadolu Universitetindən ayrıldı və Sabancı Universitetində Araşdırma və Məzun Siyasəti Direktoru, 2012–2015-ci illərdə isə Sabancı Universitetinin vitse-prezidenti vəzifələrində çalışıb. Onun Universitetlərarası Şura kvotasından YÖK üzvlüyünə seçilməsi 24 mart 2015-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib və o, YÖK İdarə Heyətinin üzvü kimi fəaliyyətə başlamışdır.20 iyul 2016-cı ildə isə YÖK-ün müavini olub. 12 yanvar 2018-ci il tarixinədək YÖK-ün vitse-prezidenti vəzifəsində çalışıb, eyni tarixdən Sabancı Universitetinin rektor müavini və 22 fevral 2018-ci ildə TÜBİTAK-ın prezidenti vəzifəsinə təyin edilib.
Maxi Sandal 2003
Maxi Sandal 2003 – Mustafa Sandal-ın 2003-cü ildə çıxardığı albomdur. == Mahnı haqqında == "Maxi Sandal 2003" albomu Türkiyəyə məxsus "Erol Köse Production" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Aşka Yürek Gerek" mahnısının bir neçə versiyası mövcuddur.
Candar
Candar, Candari — Gürcüstan Respublikasının Kvemo Kartli mahalının Marneuli bələdiyyəsi ərazisində azərbaycanlıların yaşadığı kənd. Marneulidən 3 kilometr şimalda, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Candar kəndi Marneuli aqlomerasiyasına daxildir. Əhalisi 3118 nəfərdir (2002); əsasən əkinçiliklə məşğuldur. Kənddə Azərbaycan dilində məktəb 1922-ci ildən fəaliyyət göstərir. == Tanınmış şəxsləri == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. V cild. Bakı, 2014. səh.185.
Fandab
Fandab — animelərin və ya filmlərin həvəskarlar tərəfindən səsləndirilməsi. Fandablar əsərin fandaberin dilində rəsmi yayımlanmadığından irəli gəlir. Əksər fandablar animelər üçün yaranır, lakin istənilən dildə animasiya və filmlər üçün də yarana bilərlər. Yumoristik tərzdə məzmun və qəhrəmanlar dəyişdirilmiş fandablara "Abridged Series" və "fundubs" deyilir. Fandablar müəllif hüquqları ilə qorunan materiallardan istifadə etdiyindən fansablar kimi də bu hüquqları pozur, lakin başqa tərzdə. Müəllif hüquqlarını pozmamaq üçün fandaberlər bəzən Dubroo kimi proqramlardan istifadə edirlər. Bu proqram videonun orijinal səsinə təsir etmir, sadəcə videonun trekini kəsərək fandaberin yaratdığı treki çalır.
Kanqal
Kanqal — Türkiyə ərazisində yetişdirilən it cinsi. Əsasən qoyun iti və qoruma istiqamətlidir. İt adını Sivasın Kanqal ilçəsindən götürülmüşdür. Dünyada müstəqil it cinsi olaraq tanınmada, Türkiyədə təmiz it cinsi hesab edilir. Üstəlik Türkiyə Kinoloji Federasiyası, o cümlədən Türkiyədə rəsmi Kanqal təşkilatlarının görə Ankara Kangal Dərnəyi itin müstəqil cins olması üçün cəhdlər göstərir. == Tarixi == Orta Asiyadan gələn Kanqlı (Kəngər) türk boyunun adı bağlıdır. Orxan Yılmaz "Kangal Köpeği / Tarihi-Tanıtımı-Yetiştirilmesi-Islahı" adlı kitabında "Kanqlı" türk boyunun Orta Asiyadan köç edərkən yanlarında üç şeyi gətirdiyini bildirir: at, it və qoyun. 2003-ci ilin 11 avqust tarixində kanqalla bağlı keçirilən I Beynəlxalq Kanqal Köpəyi Simpoziumunda bu cinsin Türküstandan Anadoluya gətirilməsi təstiqlənir. Kanqallar XVII əsrdən etibarən Osmanlı sarayında istifadə edilir və samson olarak adlandırıldı. Doğan Kartay həm "Türk Çoban Köpəyi Kanqal" kitabında, həm də I Beynəlxalq Kanqal Köpəyi Simpoziumunda bu itlərin həmcinin Yeniçərilər tərəfindən hərbi məqsədlərlə istifadə edildiyini birdirmişdir.
Kantal
Kantal (fr. Cantal; oks. Cantal ) — Fransanın Mərkəzi Cənub hissəsində departament.Overn rayonunun departamentlərindən biridir. Seriya Nömrəsi-15. İnzibati mərkəzi - Oriyak. Əhali sayı - 154.135 nəfər (şöbələri arasında 96-ci yeri tutur) (2010-cu il məlumatına görə). == Coğrafiyası == Şöbənin sahəsi 5726 km². == Tarixi == Kantal— 1790-ci ildə mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılmış, ilk 83 şöbədən biridir. Adı Lo və Qaronna çaylarından götürülüb. Keçmiş Overn vilayetində yerləşir.
Qannam
Qannam (kor. 강남구) — Seul şəhərinin rayonu. == Tarixi == == Populyar mədəniyyətdə == 2012-ci ildə PSY-ın Gangnam Style mahnısı Qannam rayonu haqqındadır. Mahnının YouTube-a yüklənən videosunu ilk dövrlərdə 350 milyondan çox adam izləmiş və bununla da o Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.
Mandala
Mandala (sanskr. मण्डल Maṇḍala, 'çevrə') — Hinduizm və Buddizmdə Kainatı təmsil edən dini simvoldur. Çox vaxt dairə və ya kvadrat şəklində olan və hər şeyin mistik mərkəzinin simvolu olan mandalalar meditasiya vasitəsi olaraq istifadə edilir. Hinduizmdə Siva ve Saktinin kosmik rəqsini, Buddizmdə Budda Diyarını və ya Buddanı təmsil edən mandalalar mövcuddur. Buddizmdə Mandalalar ona inanan insan üçün kainatdakı müqəddəsliyi və eyni müqəddəsliyin həmin şəxsin özündəki potensial vəziyyətini xatırladan əhəmiyyətli işarələrdir. Buddizm baxımından mandalanın məqsədi insanın çətinliyinə onu aydınlanmaya çatdıraraq son vermək və həqiqətlə bağlı doğru fikrə çatdırmaqdır.
Mandat
Mandat — hər hansı bir şəxsin, təşkilatın, dövlətin səlahiyyətlərini bildirən sənəd.
Manqal
Manqal - içində od qalayıb, üstündə şişlik ət, toyuq, balıq və s. bişirmək üçün istifadə edilən xüsusi ocaq növü. == Hazırlanması == Manqal dəmirdən, misdən və ya gildən düzəldilir. Manqal adətən dördkünc və uzunsov olur. Üstündə şiş qoymaq üçün kəsiklər, kənarlarında daşımaq üçün qulp düzəldilir. Əksər manqallar dörd(4) ayaqlı olur. Manqalın uzunluğu müxtəlif, eni isə şişin üzunluğundan 10-15 sm qısa olur. == İstifadə == Manqalın içində ağac, kömür və ya odun yandırılıb köz salınır. Qızardılan məhsul şişlərə taxılıb manqala eninə düzülür. == Mənbə == Azərbaycan Kulinariyası Ensiklopediyası, səh.
Qundaq-qundaq
Gəndab
Gəndab (Xudabəndə) Gəndab-i Ülya (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Gəndab-i Süfla (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.