MƏMMƏDRZA

bax: Məmməd və Rza.
MƏMMƏDRƏSUL
MƏMMƏDSƏLİM
OBASTAN VİKİ
Məmmədrza Dadaşov
Məmmədrza Həsən oğlu Dadaşov (16 avqust 1909, Bico, Şamaxı qəzası – 16 iyun 1984, Bico, Ağsu rayonu) — Azərbaycan kənd təsərrüfatı nümayəndəsi, Sosialist Əməyi Qəhrəmanı. 1909-cu ildə avqustun 16-da indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. 1934–1976-cı illərdə müəllim, Şamaxı və Ağsu rayonlarının müxtəlif təsərrüfat idarələrində kollektiv rəhbəri işləmişdir. 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Eyni ildə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir. Fəaliyyəti dövründə Azərbaycan SSR Ali Sovetinə (6-cı çağırış) deputat seçilmiş, "Lenin", "Oktyabr inqlabi", "Qırmızı Əmək bayrağı" ordenləri ilə təltif olunmuşdur. 1978-ci ildən ömrünün sonuna kimi Bico kəndi XDS İcraiyə Komitəsinin sədri olmuşdur. 1984-cü il iyunun 16-da vəfat etmişdir.
Məmmədrza Dizə
Məmmədrza Dizə (əvvəlki adı: Yeniyol) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Yeniyol kəndi Məmmədrza Dizə kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənddə mədəniyyət evi mövcuddur. Kənddə Məmmədrza Dizə kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə 1994-cü ildə inşa edilmiş Məmmədrza Dizə kənd məscidi yerləşir. Kənddə səhiyyə müəssisəsi mövcuddur.
Məmmədrza Təbrizli
Məmmədrza Təbrizli (1966, Təbriz) — azərbaycanlı mühacir yazıçı və musiqiçi, radio və televiziya jurnalisti, Norveç Yazıçılar Birliyinin üzvü. Məmmədrza Həmid oğlu Təbrizli 1966-cı ildə Təbriz şəhərində anadan olub. Atası Həmid 1979-cu ildə İran islam inqilabı dövründə qətlə yetirilib. Atasını itirdikdən sonra 14 yaşında təhsilini yarımçıq saxlayaraq çəkməçiliklə məşğul olur. Sonradan Təbrizdə tarzən Həsən Dəmirçinin və ustad Əli Səliminin muğam dərslərinə qatılır. 1994-1997-ci illərdə TRT radiosunda fəaliyyət göstərir. TRT ilə yanaşı, Türkiyənin müxtəlif televiziya kanallarda mədəniyyət proqramlarında iştirak edib. 1998-ci ildə siyasi səbəblərə görə Avropaya mühacirət edir. 2003-cü ildən etibarən Norveçdə qurulan “Azərbaycan səsi” radiosunun redaktoru kimi çalışır. Jurnalist kimi Güney Azərbaycanla bağlı bir çox yazıları Norveç mətbuatında dərc olunmuşdur.
Məmmədrza Şeyxzamanov
Məmmədrza Şeyxzamanov (4 avqust 1915, Yelizavetpol – 25 yanvar 1984, Bakı) — görkəmli Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1974). Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 2 yaşında ikən atasını itirib. Və o andan etibarən ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olur. 1917-ci ilə qədər evdar qadın olan anası inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə başlayır. Bununla da evinə çörək pulu qazanır. Mənəvi xəzinəmiz olan Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun dediyinə görə, 1918–20-ci illərdə mövcud olan 23 aylıq cümhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan "təmizlənmələr" Şeyxzamanovlar nəslinə də əlini çəkir. Məmmədrzanın məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalırlar. Bu da ailənin bəxtinə, taleyinə kədərli bir iz salır. Onlar hər xırda şeylərə görə təqiblərə məruz qalır, olmazın çətinliklər və problemlərlə üzləşirdilər.
Mir Məmmədrza Seyidəliyev
Seyidəliyev Mir Məmmədrza Abutalıb oğlu (1898, Şamaxı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il 1sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Mir Məmmədrza Seyidəliyev 1923-cü ildə Türkiyəyə qaynatası Ələsgər bəy Mahmudbəyovun yanına getmişdi. Mir Məmmədrza Alya xanım Ələsgər bəy qızı Mahmudbəyova ilə ailə qurmuşdu.
Məmmədrza Afiyət Mərəndi
Məmmədrza Abdulla oğlu Afiyət Mərəndi (22 yanvar 1926 - 24 aprel 2011)—Azərbaycan yazıçısı, tərcüməçi, DF-MK-nin üzvu və "Azərbaycan" qəzetinin redaktoru. Afiyət Abdulla oğlu Məmmədrza Mərəndi 1926-cı ildə Azərbaycanın Qazax rayonunda anadan olub, onun 6 yaşı olanda ailəsi ilə birlikdə Təbrizə köçüblər. Orta məktəbi Təbrizdə başa vurandan sonra, 1946-cı ildə Sovet ordusunun Təbrizdə olan yüksək rütbəli hərbçiləri ilə Azərbaycana qayıdıb. Burada hərbi məktəbə daxil olaraq, təhsilini uğurla başa vurub. Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq, ikinci ali təhsil alıb. O, uzun müddət jurnalistka sahəsi ilə məşğul olub. 30 ilə yaxın "Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Afiyət mətbuatda çalışdığı dövrdə Nəriman Həsənzadə, Tahir Söhrab, Mədinə Gülgün, Balaş Azəroğlu, Bəxtiyar Vahabzadə kimi yazıçı və şairlərlə işləyib, dostluq və əməkdaşlıq edib. Fars dilindən Azərbaycan dilinə tərcümələrindən aydın olur ki, Afiyət Məmmədrza bir sıra dilləri mükəmməl bilmiş və ədəbi-bədii fikrin formalaşmasında mühüm rol oynamışdır. Onun müxtəlif vaxtlarda "Səttərxan", "Ürəkdə işıq", "Atamı istəyirəm" adlı kitabları nəşr edilib.
Məmmədrza ağa Vəkilov
Məmmədrza ağa Vəkilov (8 mart 1864, Salahlı, Qazax rayonu – 30 dekabr 1944, Bakı) — Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, Zaqafqaziya Tibb Cəmiyyətinin həqiqi üzvü, Bakı Tibb Cəmiyyətininin təsisçisi. Məmmədrza ağa Vəkilov 1864-cü ildə Qazax qəzasının Salahlı kəndində anadan olub. 1876-cı ildə I Tiflis klassik gimnaziyasında təhsilini başa vurub. 1887-ci ildə Xarkov Universitetinin tibb fakültəsinə daxil olub. 1893-cü ildə universiteti bitirib və Tiflisdəki Mixaylovsk xəstəxanasında üç il həkim işləyib. 1895-ci ildə Əbdülxalıq Axundov və Kərim bəy Mehmandarov ilə birgə Bakı Tibb Cəmiyyətini təsis edib. 1896-cı ildə Qars dəmiryolu xəttinin tikintisində sahə həkimi vəzifəsinə təyin edilib. 1898-ci ildə həmin sahədə 50 çarpayılıq xəstəxana təşkil olunandan sonra xəstəxanaya müdir təyin olunub. Daha sonra isə Bakıya dəmiryolu xəstəxanasına həkim-ordinator kimi göndərilib. 1900-cü ildə Bakı şəhər Duması ilk dəfə olaraq "kasıblar üçün həkim" vəzifəsinin ştatlarını təsdiq edir.
Məmmədrza bəy Bakıxanov
Məmmədrza bəy Məmmədcəfər bəy oğlu Bakıxanov (təq. 1862 — 4 iyul 1919, Bakı) ― Bakıxanovlar ailəsindən mülkədar və tacir. Məmmədcəfər bəy Bakıxanovun və Qızxanım xanımın övladı idi. Hənifə bəy və Haşım bəy adlı qardaşları, Bəyim xanım, Bala xanım, Səlmə xanım və Gülsüm xanım adlı bacıları vardı. Həmçinin Mirzə Fərəc Rzayevin xalasıoğlu idi. Eldar İsmayılovun araşdırmasına görə 1872-ci il martın 30-da Bakı Bəy Komissiyasına verilən ərizədə onun 10 yaşı göstərilirdi. 1890-cı illərdə Məmmədrza bəy ticarətlə məşğul olurdu: buz satır, buğda, qoyun və s. alır, buzlaq, çayxana kimi mülkləri var idi. Adı 1895-ci il noyabrın 15-də Bakı şəhərində törədilmiş bir qətlin istintaqı zamanı hallanmışdır. Müstəntiq S. D. Staroselski, Məmməd Rza bəyi qatillərə rüşvət verməkdə günahlandırılaraq 1897-ci il fevralın 27-də Bakı rayon məhkəməsi tərəfindən müddətsiz ağır işlərə sürgünə, yəni ömürlük məhkum etmişdir. Tiflis Ədliyyə Məhkəməsinə apellyasiya şikayəti verdikdən sonra Rusiyanın tanınmış hüquqşünası Fyodor Plevako tərəfindən müdafiə edilmişdir.
Bir aktyorun hekayəti. Məmmədrza Şeyxzamanov (film, 2014)
Bir aktyorun hekayəti. Məmmədrza Şeyxzamanov — rejissor Elvin Vəlimətovun 2014-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktyoru, Azərbaycanın və SSRİ xalq artisti Məmmədrza Şeyxzamanovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "İblis", "Mahnı dağlarda qaldı", "Kreml saatı" teatr tamaşalarının, "Bəxtiyar", "Qızmar günəş altında", "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?", "Leyli və Məcnun", "Böyük dayaq", "Əhməd haradadır?", "Liftçi qız", "Yeddi oğul istərəm...", "Nəsimi", "Qatır Məmməd", "Qızıl uçurum", "Əzablı yollar" filmlərinin kadrlarından istifadə olunur.
Babək Məmmədrzayev
Məmmədrzakücə
Məmmədrzakücə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalinin sayı 612 nəfərdir. Oykonim Məmmədrza adlı şəxs və talış dilindəki kujə (oba, məhəllə, kənd) sözlərindən ibarət olub, “Məmmədrzanın kəndi”, “Məmmədrzaya məxsus oba” mənasındadır.
Məmmədrzalı
Məmmədrzalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Kəndin bünövrəsini XVIII əsrdə Məmmədrza adlı şəxs qoymuşdur. Məmmədrza və Məmmədrəhim qardaşları Cənubi Azərbaycandan gəlib. Məmmədrəhim orada qalmış, Məmmədrza isə bir müddətdən sonra Cəlilabadın bu ərazisinə gəlib burada məskunlaşmışdır. Kənddə 1930-cu illərdə kolxoz yaradılıb. Sədri və direktoru Ağayev Davud Azadxan oğlu olub. 1950-ci illərdə Şorbaçıya birləşdirilib. Adı III Beynəlmiləl qoyulub. O, 1971-ci ildə sovxoz edilib. Sədri və direktoru Abbasov Ağalar Əjdər oğlu olub.
Pərviz Məmmədrzayev
Pərviz Məmmədrzayev – Azərbaycan pantomim aktyoru. Azərbaycanın xalq artisti (2018). Pərviz Məmmədrzayev 1994-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr-kollektivinin rejissoru fakültəsini bitirmişdir. 1994-cü ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışır. Teatr-studiya 2000-ci ildə Dövlət statusu almışdır. Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan Pərviz Məmmədrzayev bu müddət ərzində S. Mrojekin "Karol xofu", Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?", B. Xanızadənin "Nağaraçılar", "Bayraqdarlar", "Şərqə səyahət", S. Musabəyovun "Şəngül, Şüngül, Məngül", Ş. Əttarın "Uçuş", Üzeyir Hacıbəyovun "Dulusçu", Uilyam Şekspirin "Eşq" tamaşalarında uğurla çıxış edərək özünü peşəkar aktyor kimi təsdiq etmişdir. Pərviz Məmmədrzayev 1998-ci ildə dünya şöhrətli gürcü rejissoru Robert Sturuanın ustad siniflərində dərs almışdır. Kollektivlə birgə dünyanın bir çox ölkələrində keçirilən müxtəlif festival və seminarlarda iştirak etmişdir. Gürcüstanda keçirilən "Teatr+Video" festivalı, Rusiyada Azərbaycan Mədəniyyəti Günləri, Fransada Dədə Qorqud dastanın 1300 illik yubiley şənlikləri, Türkiyədə IV Ankara Teatr Festivalı, Bolqarıstanda "İfaçılıq sənətləri üzrə yay akademiyası" seminarları, Gürcüstanda "Qızıl Maska" Beynəlxalq Teatr Festivalı, İranda I Beynəlxalq Pantomima Festivalı, Almaniyada "VIII – Unidram" Festivalı, Türkiyədə VI Ankara Teatr Festivalı, İranda "Dostluq" Teatr Festivalı, Misirdə Eksperimental Teatr Festivalı və bir sıra başqa beynəlxalq tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil etmiş, Pantomima Teatrını bu ölkələrdə tanıtmışdır. 2010-cu ilin mart ayından müstəqil fəaliyyətə başlamış, həmin ilin may ayında "Simsar" teatr-studiyasını yaratmışdır.