Məmmədrzalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şorbaçı kənd inzibati ərazi dairəsində kənd.[1]
Məmmədrzalı | |
---|---|
39°14′29″ şm. e. 48°18′03″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 188 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.576 nəfər |
Kəndin bünövrəsini XVIII əsrdə Məmmədrza adlı şəxs qoymuşdur. Məmmədrza və Məmmədrəhim qardaşları Cənubi Azərbaycandan gəlib. Məmmədrəhim orada qalmış, Məmmədrza isə bir müddətdən sonra Cəlilabadın bu ərazisinə gəlib burada məskunlaşmışdır.[2] Kənddə 1930-cu illərdə kolxoz yaradılıb. Sədri və direktoru Ağayev Davud Azadxan oğlu olub. 1950-ci illərdə Şorbaçıya birləşdirilib. Adı III Beynəlmiləl qoyulub. O, 1971-ci ildə sovxoz edilib. Sədri və direktoru Abbasov Ağalar Əjdər oğlu olub. 1991-ci ildə kolxoz yenidən parçalanıb və Məmmədrzalı kolxozu yaradılıb. Sədri Məmmədov Hidayət Nüsrət oğlu olub. Kənddə ibtidai məktəb 1932–33-cü tədris ilində açılıb. Müəllimi Salyandan Mirsədir, Lənkərandan Cabbarov Seyidağa olub. O, burada 17 il müəllim işləyib. 1949-cu ildə buradan gedib. 1953-cü ildə 7 illik məktəb yaradılıb. Direktoru Cəlilabaddan Həsənov Saroğlan Xanhüseyn oğlu, sonra Füzulidən Muradov Yusif, ondan sonra kənddən Əliyev İslam olub. 1980–1981-ci tədris ilində kənddə orta məktəb yaradılıb. Direktoru Ağayev Aslan Davud oğlu olub. O, 1993-cü ilə kimi bu vəzifədə işləyib. Ondan sonra Həsənov Sarxan Muxtar oğlu və Əzimov Balaxan Qocaxan oğlu,2011/2014-cü illərdə isə Həsənov Rakif Əlövsət oglu direktor olmuşdur. Məktəb kəndin Qarabağ müharibəsi Abışov Mürsəl Xanış oğlunun adını daşıyır.[2] 1930-cu illərdə Sovet hökuməti Məşhədi Teymur Eyvazovu və Hüseynov Əsədullanı varlı olduqları üçün həbs etmiş, əmlaklarını müsadirə etmişdir. Məşhədi Teymurun ailəsi Qazaxıstana sürgün edilmiş, evi isə 1970-ci ilə kimi kəndin ibtidai və əsas məktəb binası olmuşdur.[2] Kənddə 2 məscid var. Biri kəndin Məmmədrzalı, digəri isə Pornayim hissəsində yerləşir. Məmmədrzalı hissəsindəki məscid 1930-cu illərdə sürgün edilmiş Məşhədi Teymur Eyvazovun evidir. Pornayim hissəsində olan məscidi Mahmudov Qüdrət Ağaşirin oğlu kənd sakinlərinin köməyi ilə tikdirmişdir. Məscidin mollası Bayramov Füzuli Təzəxan oğludur. Kənddə Alışan, Sayad və Aman kimi din xadimləri olub. Mahmudov Sayad və Aman əmioğlanları Nəcəf təhsilli olublar.1930-cu illərdə həbs olunacaqlarını bilib ailələləri ilə birlikdə Cənubi Azərbaycana getmişlər.
Burovar silsiləşinin ətəyindədir. Yaşayış məntəqəsini mənımədrzalı nəslinə mənsub ailələr saldığı üçün bələ adlandırılmışdır. Oykonim "Məmmədrzagillər, Məmmədrzanın törəmələri" mənasındadır.[3]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1576 nəfər əhali yaşayır.[4] 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 152 nəfər əhali yaşayırdı.[5] 2016-cı ilin 1 yanvarına kimi burada 1718 nəfər əhali, 287 təsərrüfat, 150-dən artıq ev olmuşdur. İndiki kənd əvvəllər Yarlı, Məmmədrzalı və Pornayim adlanmış kəndlərdən təşkil olunmuşdur. Pornayim kəndi Əzimovlar, Salavatlı, Məhəmmədli, Xudaşlı, Qaradağlı; Məmmədrzalı kəndi Ağarzalı, Mahmudlu, Kərimli; Yarlı kəndi isə Hacı Abdullu və İsgəndərli nəsil-tirələrindən ibarətdir.
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı, əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.