MƏRC

сущ. пари (уговор между спорящими, по которому один из них обязан выполнить что-л. в случае проигрыша). Mərci udmaq выиграть пари, mərci uduzmaq проиграть пари, mərc gəlmək заключить пари, mərc gəlirəm ki … держу пари, что …
MƏRBUTİYYƏT
MƏRCAN
OBASTAN VİKİ
Mərc əl-Səffar döyüşü
Mərc əl-Səffar və ya Mərc əl-Suffar döyüşü, eyni zamanda Şaqhab döyüşü də adlandırılmaqdadır. 22 aprel 1303-cü ildə Məmlük ordusu ilə Elxani ordusu arasında müasir Suriyanın Kisve adlı məntəqəsi yaxınlığında baş vermişdir. Bu yer Dəməşqin cənubunda yerləşməkdədir. Döyüş həm İslam tarixində, həm də müasir dövrdə digər müsəlmanlara qarşı mübahisəli cihad və özü də döyüşə qatılan İbn Teymiyyənin Ramazan<nowiki>dakı bağlı fətvaları səbəbindən təsirli olmuşdur. Döyüş, Elxanilər üçün fəlakətli məğlubiyyət ilə nəticələndi, beləliklə də Elxanilərin Levanta hücumlarına son qoydu. 1218-ci ildə Xarəzmi işğal etdikdən sonra monqolların bir sıra zəfərləri onlara tez bir zamanda İranın böyük bir hissəsinə,, həmçinin İraqda Abbasilər sülaləsinə və Kiçik Asiyanın Rum Səlcuq Sultanlığına nəzarət etmə imkanı təmin etdi. Kilikiya çarlığı və Gürcü çarlığı kimi vassal hakimliklərdən də ordu toplayan Elxani ordusu 1258-ci ildə Abbasilərin paytaxtı olan Bağdadı yağmaladılar. Bunun ardıyca 1260-cı ildə Hələb və Dəməşq də ələ keçirildi. Lakin həmin ilin sonrakı hissəsində monqol ordusu özlərinin ilk böyük məğlubiyyətini aldılar. Əyn Cəllud döyüşündə Məmlük ordusuna məğlub olan Elxanilər Dəməşq və Hələbdən çıxmağa, Fərat çayından şərqə doğru geri çəkilməyə məcbur oldular.
Dərman mərcanotu
Dərman mərcanotu (lat. Betonica officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin mərcanotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Stachys betonica Benth. Stachys officinalis (L.) Trevis.
Mərcan adaları
Mərcan adaları (ing. Coral island)- Ya zəlzələ, ya suyun səviyyəsinin qalxması, ya da yer qabığının yerdəyişməsi nəticəsində materiklərdən ayrılanlar, vulkan lavalarının və mərcan kaloniyalarının ölmüş qalıqlarinin üst-üstə yığılıb qalmasından yaranan adalar. Mərcan adaları əsasən altışüalı mərcan poliplərinin və qırmızı yosunların qalıqlarının üst-üstə yığılması nəticəsində yaranır. Ekvator və tropik qurşaqlarda, suyun temperaturu il boyu 200 C-dən yuxarı olan sahələrdə geniş yayılmışdır.
Mərcan adası (Sinqapur)
Mərcan adası (ing. Coral Island) — Sinqapur dövlətinin ərazisinə daxil olan təbii ada. Sentosa adasından cənub-qərbdə yerləşir. Ada bahalı istirahət ərazilərdindəndir. Burada burada villalar, kazinolar, çimərliklər, Kempinq üçün yerlər vardır.
Mərcan dənizi
Mərcan dənizi — Sakit okeanda yerləşən dəniz. Dəniz Avstraliya, Yeni Qvineya, Yeni Kaledoniya sahəlləri arasında yerləşir. Dənizin sahəsi — 4 791 000 km²-dir. Maksimal dərinlik 9140 m-dir. Dənizdə çoxsaylı mərcan rifləri və adalar mövcuddur: Uillis adaları, Treqross, Bampton, Çesterfild. Dünyada ən böyük mərcan rifi olan Böyük Sədd rifi burada yerləşir. Əsas limanlar: Kerns, Port-Morsbi, Numea.
Mərcan dənizi adalarının ərazisi
Mərcan dənizi adalarının ərazisi (ing. Coral Sea Islands Territory) — Avstraliyanın Kvinslend əyalətinin şimal-şərqindəki Mərcan dənizinin kiçik və əsasən yerləşməmiş tropik adaları və qayalarının qrupuna daxildir. Bu adaların hamısı Avstraliya xaricindədir. Adalar tərəfindən işğal edilən dəniz sahəsinin ümumi sahəsi 780 min km²-dir. Torpaq sahəsi — 10 km²-dən az. Onlar Herald və Bekon adaları, Osprey qayaları, Uillis adaları qrupu və on beş digər qaya qrupları və adalar daxil olmaqla Böyük Sədd rifinin şərqində və cənubunda yerləşirlər. XVIII–XIX əsrlərdə dənizçilər üçün çox ciddi bir təhlükə təmsil etdilər, Mərcan dənizinin dibi ölü gəmilərin əsl qəbiristanlığıdır. 1921-ci ildə adalarda meteoroloji stansiya yaradıldı. 1969-cu ildə adalar Avstraliya ərazisi elan edildi. 1982-ci ildən Lixou və Korinq rifləri, 1987-ci ildən isə Elizabet və Middlton Seylor qayaları Avstraliyanın milli qoruqları elan edildi.
Mərcan lili
Mərcan polipləri
Mərcan polipləri (lat. Anthozoa) — Bağırsaqboşluqlular (lat. Cnidaria) tipinin nümayəndələrindən biridir. Təbiətdə mərcanların yumşaq, buynuzlu, tikanlı və başqa növləri var. Mərcanlar ya tək, ya da koloniyalarla yaşayırlar. 6000-ə qədər növü məlumdur. Görünüşdə bu koloniyalar gözəl gül baxçasını xatırladır. Mərcanlar heyvan kimi kəşf olunmamışdan əvvəl məhz suda yaşayan güllər sayılırdılar. Hazırda onların əksəriyyəti tropik dənizlərdə yaşayır. Hidroidlərdən fərqli olaraq mərcan poliplərinin bədən quruluşu xeyli mürəkkəbləşmişdir.
Mərcan rifi
Mərcan rifi-— kolonial mərcan poliplərinin həyat fəaliyyəti nəticəsində və əhəngli yosunların, foraminiferlərin iştirakı ilə okean və dənizlərdə yaranmış qurğular. Mərcan rifləri isti suların- ekvatorial və tropik enliklərin, demək olar ki, bütün ada və materik sahillərini haşiyələyir. Riflərdə qazıntı halında karbonatlı süxurlara da rast gəlinir. Mərcan riflərinin dominant orqanizmləri kalsium karbonatdan yaranmış, xarici skeletdən ibarət daş mərcanlar və kolonik işçilərdir. Skelet materialları dalğaların hərəkəti və bio-eroziya ilə əlaqədar parçalanıb, yığılaraq mərcanlar, müxtəlif heyvan və bitkilərin yaşaması üçün kalsiumlu bir forma meydana gətirir. Mərcan qayalığı okeanların səthinin təxminən bir hissəsini əhatə edir. Xüsusilə Sakit okeanda tropik sularda dayaz dərinliklərdə yerləşir. Lakin dərin və soyuq su mərcanları da kiçik miqyasda yerləşmişdir. Mərcan rifləri dünyanın ən zəngin və ən müxtəlif ekosistemlərindəndir. Mərcan rifi xüsusiyyətlərinə görə üç tipə bölünür: Sahil rifləri bilavasitə materikin və ya adanın çəkilmə zolağından başlanaraq, onu terras şəklində haşiyələyir.
Mərcanabad (Qoşaçay)
Mərcanabad (fars. مرجان اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 468 nəfər yaşayır (101 ailə).
Mərcangilə
Mərcangilə (lat. Vaccinium vitis-idaea) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü. Mərcangilə yarımkol bitkidir. O, boyca xırda, 25-30 sm hündürlükdə, həmişə yaşıl, yerlə sürünən incə kökümsovlara malikdir. Onun açıq-çəhrayı rəngli, salxıma düzülmüş gözəl çiçəkləri və nəzəri cəlb edən qırmızı rəngdə giləmeyvələri vardır. Meyvələri yetişdikcə pıl-pıl qızarır, turşuluğu azalır, şirinliyi isə artır. Mərcangilə may-iyun aylarında çiçək açır, avqust-sentyabrda isə meyvələri yetişir. Mərcangilənin xoşa gələn turşməzə dadlı qırmızı və ya çəhrayı rəngli meyvələri vardır. Elmi təbabətdə mərcangilənin yarpaqlarından daha geniş istifadə olunur. Bitki çiçək açmadan qabaq yarpaqlar toplanır.
Mərcani məscidi
Mərcani məscidi — Rusiyanın daxilində muxtar dövlət olan Tatarıstanın paytaxtı Kazanda yerləşən məscid. həmçinin əl-Mərcani, Marcani və Mərdcan deyə tələffüz edilir. Məscid 1766-1770-ci ildə Rusiya imperiyası imperatriçası Katerinanın və yerli şəhər əhalisinin ianələri hesanbına tikilmişdir. Məscid hal-hazırda Mərcani adlandırılır. Məscidə Mərcani adı burada 1850-ci ildən imam kimi işləyən Şəhabətdin Mərcaninin adından götürmüşdür. Əvvəllər kafedral məscid idi. 1766-1770-ci illərdə rus çariçası II Yekaterina tərəfindən şəhərin müsəlman əhalisinə ərmağan edilmişdir. Rusiya imperiyasının müsəlman əhaliyə qarşı etdiyi zülümlərdən sonra tikilməsinə icazə verilən ilk məsciddir. Kazandakı ən qədim məscid olan Mərcani məscidi Sovet hakimiyyəti dövündən də salamat çıxmağı bacarmışdır. Ənənəvi tatar orta əsrlər memeari üslubu ilə barokka stilində inşa edilmişdir.
Mərcanlar
Mərcan polipləri (lat. Anthozoa) — Bağırsaqboşluqlular (lat. Cnidaria) tipinin nümayəndələrindən biridir. Təbiətdə mərcanların yumşaq, buynuzlu, tikanlı və başqa növləri var. Mərcanlar ya tək, ya da koloniyalarla yaşayırlar. 6000-ə qədər növü məlumdur. Görünüşdə bu koloniyalar gözəl gül baxçasını xatırladır. Mərcanlar heyvan kimi kəşf olunmamışdan əvvəl məhz suda yaşayan güllər sayılırdılar. Hazırda onların əksəriyyəti tropik dənizlərdə yaşayır. Hidroidlərdən fərqli olaraq mərcan poliplərinin bədən quruluşu xeyli mürəkkəbləşmişdir.
Mərcanlı
Azərbaycanda
Mərcanlı (Üskü)
Mərcanlı (fars. مرجانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 356 nəfər yaşayır (84 ailə).
Mərcanotu
Mərcanotu (lat. Betonica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Mərcanotuçiçək poruq
Mərcanotuçiçək poruq (lat. Stachys sylvatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü. Stachys canariensis Jacq. Stachys cordata Gilib. [Invalid] Stachys cordatifolia Gilib. [Invalid] Stachys foetida Gueldenst. ex Ledeb. Stachys glaucescens Muss.Puschk. ex Spreng. Stachys trapezuntea Boiss.
Mərcanvari herisium
Mərcanvari herisium (lat. Hericium coralloides) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar"kateqoriyasına aiddir – CR B1b(i, iii) + 2b(ii, iii). Nadir növdür. Meyvə cismi oduncaqda inkişaf edir, birillik, mərcanvari budaqlanmış, möhkəm ayaqcıq əsaslı, 5-13 sm diametrindədir, cavan meyvə cismi ləti liflidir, qar kimi ağ, sonradan və ya əl ilə toxunduqda, xüsusi qurudulduğu zaman qonur rəng alır. Ləti ağ, lifli, xoş göbələk ətirlidir. Himenofor tikanlıdır, tikanlar budaqların alt hissəsində, konusvari, 4-10 mm uzunluğunda, mumvari konsistensiyalıdır. ksilotrofdur, oduncağın çürüməsini törədir. Quercus cinsinin növlərində, əsasən gövdəsində rast gəlinir. Meyvə cisimləri tək-tək, payız mövsümündə rast gəlinir. Balakən rayonunun Mahamalar kəndi ətrafında.
Mərcanı
Oxycoccus (lat. Oxycoccus) - erikakimilər fəsiləsinə aid bitki cinsi. Oxycoccus intermedius ((A. Gray) Rydb.) Mərcanı:The Plant List saytında takson barədə məlumat.
Mərceyi-təqlidlərin siyahısı
Bu siyahı hazırda 12 imam şiəsi/üsuli əqidəsində olan insanlar tərəfindən qəbul edilən müctəhidlərin (مرجع Mərcei-təqlid) siyahısıdır.
Mərci plov
Mərci plov — Azərbaycan mətbəxində plov. Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Qoyun əti-200 q, düyü-150 q, ərinmiş yağ-40 q, soğan-1 baş, darçın-0,2 q, zəfəran-0,1q, habelə tam üçün istiot, duz götürülür. Mərci artlanıb yuyulur və 2-3 saat ərzində soyuq suda isladılır. Sonra həmin mərci ayrıca duzlu suda bişirilir, düyü ayrıca qazanda bişirilir və üstünə yarıbişmiş mərci əlavə edilərək hazır olunca bişirilir və süzülərək dəmə qoyulur. Qazanın dibinə lavaş qazmaq qoyulur. Eyni zaman qoyun əti təmizlənir, yuyulur və tikələrə doğranır, duzlanır, tavada qızardılır, buna yağ-soğan və azca bulyon, ədviyyat qatılaraq hazır olunca öz buğunda bişirilir. Süfrəyə veriləndə mərci plovun üstünə ət qoyulur və darçın səpilir. Bu xörək kükü ilə də hazırlana bilər.
Mərcidabık döyüşü
Mərcidabık döyüşü — Suriya və Misirin Osmanlıların əlinə keçməsinə səbəb olan döyüşlərdən ilki və ən önəmlisi. Döyüş Osmanlı ordusunun qələbəsi ilə başa çatmışdır. Çaldıran döyüşü ilə şərqdəki ən güclü rəqibini məğlub edən Sultan Səlimin şərqi və cənub-şərqi Anadolunu zəbt etmək istəyi, həmin bölgədəki mühüm şəhərlərə sahib olan Məmlük sultanı Kansu Qavrini narahat etməyə başlamışdı. II Bəyazid dönəmində baş tutan çatışmalar, Zülqədəroğulları məsələsi və Hicaz bölgəsinin idarəsi uğrunda gedən mübarizə iki dövlət arasındakı münasibətləri daha da gərginləşdirdi. Məmlük sultanı Kansu Qavri Sultan Səlimin yeritdiyi siyasəti anlamış, sərhədlərində baş verən çaxnaşmalar səbəbilə bir tərəfdən Şah İsmayılla diplomatik əlaqələr qurur, digər tərəfdən də özünün rəhbərlik etdiyi ordu ilə Dəməşq bölgəsinə gəlmişdi. Qara xan Ustaclının Diyarbəkirə gəldiyi xəbərini eşidən Sultan Səlim sədrəzəmliyə gətirdiyi Sənan Paşanı 28 aprel 1516 tarixində bölgəyə yolladı. Sənan Paşa burada ikən sərhəddəki Məmlük əmirlərinə məktub yollayaraq Fərat çayını keçmək istədiyini bildirdi. Ancaq cavab məktubu gəlmədi və Məmlük sultanı Kansu Gavrinin Şah İsmayılla ittifaq qurduğu başa düşüldü. Ardından Sənan Paşa baş verənlər haqqında Sultan Səlimə məktub yazmış, 4 iyunda İstanbuldan yola düşən Sultan Səlim isə sədrəzəmə Fərat çayı üzərində körpü tikməyi və sultan ordusunu gözləməyi əmr etdi. Məmlük sultanı,Sənan Paşanın bölgəyə gəldiyini öyrəndi və 50 min nəfərlik ordusu ilə vaxtilə üsyan edən Şahzadə Əhmədin Misirə qaçan oğlu Şahzadə Qasımla birlikdə 19 mayda Hələb istiqamətində yola düşdü.
Mərcili çiy küftə
Lazım olan ərzaqlar: 100 qram qırmızı mərci, 100 qram narın bulğur, 1 baş soğan, 1az cəfəri, 2 xörək qaşığı tomat (pamidor əzməsi) duz, istot (qirmizi+qara), sarıkök (yoxdursa problem deyil), Bitki yağı (günəbaxan və ya zeytun yağı). Bəzək və qarnitur üçün Kahı yarpaqları. Hazırlanması: Deməli, bir qazana 2 stəkan su(təxminən) və mərcini əlavə edib, mərci əzilib, bişənə qədər qaynadırsınız. Arabir mərcini qarışdırmanız məshləhətdir. Sonra (suyu çox qurumamalıdır=normal qarışım olmalidir) Bu prosedur bitdikdən sonra 100 qr bulgurumuzu bişmiş mərcimizin üzərin\ töküb, narım-narın cəfəriləri də doğrayıb, üzrinə tökürük və qarışdırırıq yaxşıca. Sonra ayrı bir tavaya soğanları xırda-xırda doğrayıb üzərinə çıxana qədər bitki yağı əlavə edib, soğanları yaxşıca qızardırıq və üzərinə duz və sarıkök əlavə edib, qızardırıq. Ən sonda 2 qaşıq tomatımızı da əlavə edib, ocaqdan götürürük və isti-isti bulgurlu, mərcili qarışığımızın üzrinə soğanı ve qirmizi istiot əlavə edib, yaxşıca yoğururuq və əlimizdə küftə halına gətirib əvvəlcədən təmizlənmiş kahı yarpaqlarının üzərinə düzürük.
Mərcimək
Mərcimək (cins)
Mərcimək (Kəlbəcər)
Mərcimək — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Mərcimək kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Mərcimək kəndi dağətəyi ərazidədir. Mərcimək fitooykonimdir. Yerli məlumata görə, yaşayış məntəqəsini Kolanı (Ağdərə rayonu) kəndindən gəlmiş ailələr mərcimək (paxlalilar fəsiləsindən birillik bitki) bitən ərazidə saldığı üçün belə adlanmışdır. Kəndin ərazisində yaşayan iki nəfər mərc gəlirlər ki, filan bitki burada bitməz. Biri deyir bitər, o birisi deyir bitməz. Bu bitkinin burada bitməsinə əmin olan adam o birisinə deyir ki, mərcimi ək, o birisi həmin bitkini orada əkir və bitki bitib, inkişaf edir. Mərcimək dənli bitki növüdür.
Mərcimək (cins)
Mərcimək (lat. Lens) - paxlakimilər fəsiləsinə aid (paxlalılar fəsiləsindən birillik) bitki cinsi. fars mənşəli olan mərcimək kəlməsi, bəzi türk dillərində yasmıq adlanır. Proteinlə zəngin olan bitki növüdür. Vətəni həm Avropa, həm də Asiyadır. Hətta qədim Misir piramidalarında da mərciməyin qalıqları tapılmışdır. Yarpaqları yaşıl, çiçəkləri ağ, çəhrayı, bənövşəyidir. Toxumlarının ölçüsünə görə həm iritoxumlu, həm də xırdatoxumlu mərciməklər var. Ən çox məlum olan növləri qırmızı, sarı və yaşıl mərciməkdir. Mərcimək ən çox Avropa, Asiya, Afrika ölkələrində yayılmışdır.

Digər lüğətlərdə