madlen
madonna
OBASTAN VİKİ
Madmazel
Madmazel (fr. Mademoiselle, [madmwazɛl]) — fransız dilində kübar qızlara və ya subay qadınlara müraciət forması, eləcə də hörmət əlaməti kimi istifadə edilən ifadə. Bu, hörmət əlaməti kimi qeyd olunduqda şəxsin adının və ya soyadının önünə əlavə edilir. Azərbaycan dilində bu söz "xanım", ingilis dilində "miss" sözünə uyğun gəlir. Bu söz 1917-ci il inqilabından qabaq Rusiya imperiyasında, o cümlədən Azərbaycanda istifadə edilirdi. Təxminən 1970-ci ildən etibarən Fransada "madmazel" titulundan istifadəyə etiraz edilməyə başlanılmışdır, xüsusən də onun qadağan edilməsini istəyən feminist qruplar tərəfindən. O vaxt baş nazir olan Fransua Fiyonun 21 fevral 2012-ci il tarixli sirkulyarında bütün rəsmi sənədlərdə "madmazel" sözünün silinməsi tələb olunurdu. 26 dekabr 2012-ci ildə Dövlət Şurası bunu təsdiqləmişdir.

Digər lüğətlərdə