Azərbaycan Cümhuriyyətinin Sərhədləri
Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri —
== Şimal ==
Azərbaycanın şimal sərhədləri Solak çayının Qara dənizə töküldüyü nöqtədən (Gürcüstan sərhəddindən) başlanır. Sərhəd xətti çay boyunca Acar dağların qədər uzanır.
Bu dağların zirvəsi ilə irəliləyən sərhəd xətti Kino (8522 fut yüksəkliyində), Taşnaur (8735 fut), Qotimeriya (8769 fut) zirvələrinə, Zekar keçidinə, Naqueva dağlarına və Sağalotlobaçi zirvəsinə çatır.
Buradan sərhəd xətti cənub-şərqə yönəlir, Kürün qolu olan Keyda-su boyunca gedir. Çayı keçdikdən sonra o, Tusselbaya tərəf, Çitis-Kibey (8554 fut) zirvəsinə doğru irəliləyir, Kür çayının qollara ayrıldığı istiqamətdə uzanır, sonra Axaşen kəndinin yanında Kürün axını istiqamətində cənuba dönür, daha sonra Kür boyunca üzüaşağı, Kurtanakev kəndinə qədər düz cənuba gedir.
Sonra sərhəd xətti keçmiş Rusiya imperiyasının inzibati bölgüləri əsasında mövcud olan sinirlər boyunca şərqə dönür (Axalkələk vilayəti, Qars ərazisi, Aleksandropol (Gümrü) vilayəti, İrəvan quberniyası.) və Çəri dağın (9152 fut), Üç təpənin (9783 fut), Örtülü dağın (8030 fut), Öküz dağın (8018 fut), Akçalanın (10500 fut) zirvələrindəni keçir.
Bu nöqtədən sərhəd xətti Axalkələk və Borçalı vilayətləri arasındakı keçmiş inzibati sərhəd boyunca cənuba gedir, sonra Yemlikli (10017 fut), Ağrıkar (9765 fut) dağ zirvələrindən, Pavakaran dağ silsiləsindən keçir və Dəlidağın (8624 fut) zirvəsinə qədər gəlib çatır.
Bu nöqtədən sərhəd xətti şərqə istiqamət götürür, İnardağın (6636 fut), Bulaq dağın (6317 fut) zirvələrindən keçir və Aleksanderhiff kəndinə qədər uzanır.
Bu kəndin arxasından sərhəd xətti Xramçayın boyunca şimal-şərq istiqamətində Arixli kəndinə və Böyük Tkiatam təpəsinə tərəf yönəlir, Aleksandropol-Tiflis dəmir yolu xəttinə paralel olaraq üç verst qərb istiqamətinə irəliləyir, Naftuluq dəmir yolu stansiyasının 6 kilometrliyində Yelizavetpol-Tiflis dəmir yol xəttini bir qədər keçir.
Buradan sərhəd xətti yenidən şərqə tərəf dönür, Qara dərə, Sarıyer, Karvan təpə, Naomeri (3185 fut) dağ zirvələrindən, Muğanlı və Tullar kəndlərindən, Ləmbəli (2537 fut) zirvəsindən, Katari aşırımından, Milatis, nəhayət, Bilenta (3052 fut) və Nikoratcixa (3290) zirvələrindən keçir.