Malın Təkrar İdxalı

gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar idxal malları sayılan malları təqdim etmədən və ixrac olunduğu andakı vəziyyətdə ixrac etmiş şəxsin həmin malları idxal etməsi.
Malın Realizasiya Yeri
Malın Təkrar İxracı
OBASTAN VİKİ
Avtomatik təkrar qoşma
Avtomatik təkrar qoşma (ATQ) — müəyyən edilmiş müddətdən sonra açılmış açarı yenidən qoşan elektroavtomatika vasitələrindən biridir və birdəfəli, ikidəfəli və ya üçdəfəli ola bilər (bəzi müasir sxemlərdə səkkiz tsiklə qədər mümkündür). Elektrik şəbəkələrindəki bütün zədələnmələri iki növə bölmək olar: dayanıqlı və dayanıqsız . Dayanıqlı zədələnmələrə, əməliyyat personalının və ya qəza xidməti briqadasının müdaxiləsinə ehtiyacı olan zədələnmələr daxildir. Bu cür zədələnmələr zamanla öz-özünə aradan qalxmır və zədələnmiş şəbəkə hissəsinin istismarı mümkün deyil. Bu cür zədələnmələrə xətlərin qırılmaları, xətt hissələrinin, EVX-nin dayaqlarının, elektrik aparatlarının zədələnmələri daxildir. Dayanıqsız zədələnmələr baş verdikdən sonra qısa bir müddət ərzində öz-özünə aradan qalxması ilə xarakterizə olunur. Bu cür zədələnmələr, məsələn, təsadüfən naqillərin bir-birinə toxunması zamanı baş verə bilər. Bu zaman yaranan elektrik qövsü ciddi ziyan vurmağa imkan tapmır, çünki qısaqapanma meydana gəldikdən bir müddət sonra dövrə rele mühafizəsinin təsiri ilə açılır. Təcrübə göstərir ki, dayanıqsız zədələnmələr bütün zədələnmələrin 50–90% -ni təşkil edir. Şəbəkənin açılmış hissəsinin gərginliyə qoşulması təkrar qoşma adlanır.
Təkrar istehsal (iqtisadiyyat)
Təkrar istehsal — istehsal prosesinin daim yenilənməsi. Onun bir neçə modeli var: sadə (sabit), uzadılmış (artan), daralmış (azalan). Təkrar istehsal fəlsəfi, daha sonra isə siyasi və iqtisadi əks etdirmə obyektinə çevrilməmişdən əvvəl o, "praktik iqtisadçıların" – "hesab işçilərinin", istehsalın uçotu və dolanışıq xərclərinin rutin funksiyalarını yerinə yetirən katiblərin baxış sahəsinə düşür. Minlərlə işçinin cəlb edilməsini, böyük həcmdə tikinti və istehlak materiallarının istehsalının və müntəzəm çatdırılmasının təşkilini tələb edən antik dövrün hər bir əsas tikinti sahəsinin arxasında güclü, yaxşı işləyən uçot və nəzarət aparatı var idi. Böyük Piramidaların inşaatçılarının briqadalarına yemək verilməsini təyin edən papiruslar, piramidaların özləri ilə birlikdə, bu gün çoxalmanın planlaşdırıldığı və tənzimləndiyi qədim "planlı iqtisadiyyatın" abidəsidir. universal uçot və nəzarət və sağ Orta Krallığa qədər — pul vasitəçiliyi olmadan. Planlaşdırma həm də statistik müşahidələrin təşkili ilə asanlaşdırılır; belə ki, Nil daşqınlarının səviyyələrinin illik uçotu, sözdə. nilometers, digər şeylər arasında, mərkəzləşdirilmiş yenidən bölüşdürmə üçün istehsalçılar tərəfindən təhvil verilən gələcək sızmaların və deməli, gözlənilən məhsulun proqnozlaşdırılması üçün əsas təmin etdi. Pulun dəyər ölçüsü və qiymətlər miqyası kimi meydana çıxması ilə mikroiqtisadi səviyyədə, ayrıca "kapital" səviyyəsində təkrar istehsalın uçotunun təşkili üçün texniki ilkin şərt yaranır. XX əsrdə aparılan arxeoloji tədqiqatlar göstərdi ki, maliyyə əməliyyatlarının qeydə alınması texnikası pulun özündən əvvəl yaranıb.
Tullantıların təkrar emalı
Tullantıların təkrar emalı köhnə metal və ya plastik əşyaların müəyyən bir çevrilmə yolu ilə yenidən istifadəyə yararlı hala gətirilməsi üçün həyata keçirilən bütün proseslərin cəmidir. Bu işlə məşğul olan insanlar tullantıları zibilliklərdən və ya iş yerlərindən yığırlar və bu işi görən biznesmenlərə satırlar. Biznesmenlər də öz növbələrində onları emal edən fabriklərə verirlər.
Təkrar istifadə olunabilən komponentlər
Reusable components ~ повторно используемые компоненты ~ yeniden kullanılabilir bileşenler ~ təkrar istifadə olunabilən komponentlər – hər hansı proqram təminatının başqa proqramlarda istifadə oluna bilən parçası. Məsələn, Java sinifləri yenidən istifadə olunabiləndir; onlar ilkin olaraq yazılmış olduqları proqramlardan fərqli proqramlar tərəfindən də istifadə oluna bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Azərbaycanda təkrar parlament seçkiləri (2006)
Azərbaycanda təkrar parlament seçkiləri (2006) — 2006-cı ilin may ayında Azərbaycanda seçki nəticələri ləğv olunmuş seçki dairələrində keçirilmiş təkrar parlament seçkiləri. 2005-ci il parlament seçkiləri yekunlaşdıqdan sonra seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanmışdır. Mərkəzi Seçki Komissiyası 23 noyabr 2005-ci il tarixli iclasında yekun nəticələri açıqlamış və 4 seçki dairəsində seçki nəticələrinin ləğv edildiyini elan etmişdir. Yekun protokol komissiya üzvlərinin 11-nin lehinə, 4-nün əleyhinə səsi olmaqla qəbul edilmişdir. Daha sonra komissiya yekun protokolu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərmişdir. Noyabr ayının 26-da keçirilmiş iclasda Mərkəzi Seçki Komissiyası tərəfindən seçki nəticələri ləğv olunmuş 9 saylı Binəqədi ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci və 110 saylı Zaqatala seçki dairələrinin komissiyaları buraxılmışdır. 1 dekabr 2005-ci il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin iclası keçirilmiş və iclasda protokolları Azərbaycan Respublikası Seçki Məcəlləsinənuyğun olmayan 6 seçki dairəsinin — 31 saylı Suraxanı ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa və 119 saylı Ağdam kənd seçki dairələrinin seçki nəticələri ləğv edilmişdir. İlk dəfə tam majoritar üsulla keçirilən parlament seçkiləri olan 2005-ci il parlament seçkilərində nəticələri ləğv edilmiş 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə lider namizəd Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Azadlıq Blokunun vahid namizədi Əli Kərimli, 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə lider namizəd Yeni Azərbaycan Partiyası üzvü Tofiq Hüseynli, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə lider namizəd Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, Azadlıq Blokunun vahid namizədi Qulamhüseyn Əlibəyli, 103 saylı Gədəbəy seçki dairəsi üzrə lider namizəd bitərəf siyasətçi Fəxrəddin Qəmbərov, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə lider namizəd bitərəf siyasətçi İlqar Qılıcov, 119 saylı Ağdam kənd seçki dairəsi üzrə lider namizəd isə Yeni Azərbaycan Partiyası üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 dekabr 2005-ci il tarixində 9 saylı Binəqədi ikinci, 42 saylı Sumqayıt ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının təkrar seçkilərinin 13 may 2006-cı il tarixinə təyin edilməsi ilə bağlı sərəncam imzalamışdır. Yeni Azərbaycan Partiyasının ilk sədri və qurucusu Heydər Əliyevin ölümündən sonra müvəqqəti olaraq partiya sədrinin birinci müavini, prezident İlham Əliyev sədr vəzifələrini icra etmişdir.
Azərbaycanda təkrar parlament seçkiləri (2016)
Azərbaycanda təkrar parlament seçkiləri (2016) — 2016-cı ilin iyun ayında Azərbaycanda seçki nəticələri ləğv olunmuş seçki dairələrində keçirilmiş təkrar parlament seçkiləri. 2015-ci il parlament seçkiləri yekunlaşdıqdan sonra seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanmışdır. Mərkəzi Seçki Komissiyası 17 noyabr 2015-ci il tarixli iclasında bitərəf namizəd Qalib Qarayev və Yeni Azərbaycan Partiyasının namizədi İlqar Vəliyevin şikayətinə baxaraq 90 saylı Ağdaş seçki dairəsi üzrə seçki nəticələrinin ləğv edilməsi haqda 50/342 saylı qərar qəbul etmişdir. Yekun protokol 18 noyabr 2015-ci il tarixində qəbul edilmişdir. Daha sonra komissiya yekun protokolu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərmişdir. 24 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumu keçirilmiş və iclasda 90 saylı Ağdaş seçki dairəsinin seçki nəticələri ləğv olunmaqla seçki nəticələri təsdiq edilmişdir. 2015-ci il parlament seçkilərində nəticələri ləğv edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə bitərəf Eynulla Həmid oğlu Əhmədov, bitərəf siyasətçi, sabiq deputat Çingiz Rauf oğlu Əsədullayev, Yeni Azərbaycan Partiyasının üzvü və vahid namizədi İlqar Mahir oğlu Vəliyev, bitərəf siyasətçi, Ağdaş bələdiyyəsinin sədri Qalib Aslan oğlu Qarayev və bitərəf Pərviz Mustafa oğlu Mustafayev deputat mandatı uğrunda yarışmışdır. Lider namizəd isə sabiq deputat, bitərəf siyasətçi Çingiz Əsədullayev olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 aprel 2016-cı il tarixində 90 saylı Ağdaş seçki dairəsi üzrə 18 iyun 2016-cı il tarixinə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi ilə bağlı 1948 nömrəli sərəncam imzalamışdır. Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə 2015-ci il parlament seçkilərində 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 5068 səs toplayaraq 5650 səs toplayan Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin ardınca seçkiləri ikinci sırada tamamlamışdır.
Azərbaycanda təkrar parlament seçkiləri (2001)
Azərbaycanda təkrar parlament seçkiləri (2001) — 2001-ci ilin yanvar ayında Azərbaycanda seçki nəticələri ləğv olunmuş seçki dairələrində keçirilmiş təkrar parlament seçkiləri. 2000-ci il parlament seçkiləri yekunlaşdıqdan sonra seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanmışdır. Mərkəzi Seçki Komissiyası seçki ilə yekun nəticələri açıqlamış və 4 seçki dairəsində — 6 noyabr tarixində 42/172 saylı qərarla 10 saylı Xətai ikinci, 8 noyabr tarixində 43/172 saylı qərarla 38 saylı Sumqayıt birinci, 9 noyabr tarixində 44/173 saylı qərarla 51 saylı Ağsu-Kürdəmir və 13 noyabr tarixində 46/175 saylı qərarla 67 saylı İmişli seçki dairələri üzrə seçki nəticələrinin ləğv edildiyini elan etmişdir. Komissiya yekun protokolları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 noyabr 2000-ci il tarixində iclası keçirilmiş və iclasda 7 seçki dairəsinin — 7 saylı Yasamal ikinci seçki, 9 saylı Xətai birinci, 53 saylı Astara, 56 saylı Bərdə şəhər, 64 saylı Qusar, 94 saylı Hacıqabul-Salyan və 98 saylı Şəmkir şəhər seçki dairələrinin seçki nəticələri ləğv edilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 25 noyabr 2000-ci il tarixində 7 saylı Yasamal ikinci seçki, 9 saylı Xətai birinci, 10 saylı Xətai ikinci, 38 saylı Sumqayıt birinci, 51 saylı Ağsu-Kürdəmir, 53 saylı Astara, 56 saylı Bərdə şəhər, 64 saylı Qusar, 67 saylı İmişli, 94 saylı Hacıqabul-Salyan və 99 saylı Şəmkir şəhər seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının təkrar seçkilərinin 4 yanvar 2001-ci il tarixinə təyin edilməsi ilə bağlı 577 nömrəli sərəncam imzalamışdır. Lakin daha sonra Azərbaycan Respublikasının Milli Məclisinə bəzi seçki dairələri üzrə təkrar seçkilər zamanı beynəlxalq müşahidəçilərin iştirakını daha dolğun təmin etmək məqsədi ilə, bu barədə Avropa Şurasının və ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun tövsiyəsini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 18 dekabr 2000-ci il tarixində seçki tarixinin 7 yanvar 2001-ci il olaraq təyin olunması ilə bağlı 586 nömrəli sərəncam imzalamışdır. 2000-ci il parlament seçkilərindən öncə səhhəti pisləşən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, sabiq prezident Ankarada müalicə almağa başlamışdır. Bu dövrdə partiyanın proporsional seçki üçün vahid namizədlər siyahısının tərtibatı mübahisələrə və problemlərə səbəb olmuşdur. Belə ki, partiya faktiki olaraq sədrin birinci müavini Əli Kərimli rəhbərliyində "islahatçılar" və sədrin müavini Mirmahmud Mirəlioğlu rəhbərliyində "klassiklər" qanadına bölünmüşdür.
Azərbaycanda təkrar parlament seçkiləri (1998)
Azərbaycanda təkrar parlament seçkiləri (avqust 1998) — 1998-ci ilin avqust ayında Azərbaycanda boş qalmış mandat üçün keçirilmiş təkrar parlament seçkiləri. 1995-ci il parlament seçkiləri və təkrar parlament seçkilərinin ardından formalaşmış I çağırış Azərbaycan Respublikasının Milli Məclisinin 48 saylı Ağdam kənd seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Sofiq Hüseynov 30 dekabr 1997-ci il tarixində 47 yaşında ölmüşdür. Sofiq Hüseynovdan boşalan mandat üçün 1998-ci ilin avqust ayına təkrar seçkilər təyin edilmişdir. Deputat Sofiq Hüseynovun ölümündən sonra boşalan yer üçün Azərbaycan Prezidenti Heydər Əliyevin 30 aprel 1998-ci il tarixli, 702 nömrəli Fərmanı 26 iyul 1998-ci il tarixinə yeni seçkilər təyin olunmuşdur. Lakin daha sonra seçki tarixi dəyişdirilmiş və 1998-ci ilin avqust ayının 9-na 48 saylı Ağdam kənd seçki dairəsi üzrə təkrar parlament seçkiləri təyin olunmuşdur. Seçki dairəsi üzrə bitərəf siyasətçi, əməkdar aqronom Yaqub Əhmədov öz namizədliyini irəli sürmüşdür. Seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən 12 avqust 1998-ci il tarixində 85 nömrəli protokolla təsdiqlənmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 19 avqust 1998-ci il tarixində protokola baxmış və onu təsdiqləmişdir. Nəticələrə əsasən 48 saylı Ağdam kənd seçki dairəsi üzrə bitərəf namizəd Yaqub Əhmədov deputat seçilmişdir.
İstanbulda təkrar bələdiyyə seçkiləri (2019)
İstanbulda bələdiyyə seçkiləri — 2019-cu il iyunun 23-də İstanbul ərazisində baş tutan seçki. Həmin il martın 31-də baş tutan seçkilərdə CHP namizədi Əkrəm İmamoğlu səslərin 48,77 %, AKP namizədi Binəli Yıldırım isə 48,62 % topladı. Aprelin 17-də İmamoğlu səlahiyyətlərinin icrasına başladı. Mayın 6-da isə Ali Seçki Şurası seçkilərin nəticələrini ləğv etdi və iyunun 23-də yeni seçkinin baş tutacağını elan etdi.
Azərbaycanda təkrar parlament seçkiləri (avqust 1998)
Azərbaycanda təkrar parlament seçkiləri (yanvar 2001)
Azərbaycanda təkrar parlament seçkiləri (18 fevral 1996)
Azərbaycanda təkrar parlament seçkiləri — 21 saylı Binqədi seçki dairəsi üzrə keçirilmiş 4 fevral 1996-cı il tarixli təkrar parlament seçkisinin ikinci tur seçkiləri. 1995-ci il parlament seçkiləri 100 birmandatlı seçki dairəsindən 42 saylı Xankəndi seçki dairəsi xaric 99-da baş tutmuşdur. Həmin dövrdə qüvvədə olan qanunlara görə birmandatlı seçki dairələri üzrə keçirilən seçkilərdə lider namizəd mövcud səslərin 50+1%-ni toplamalı və iştirakçılıq ən az 50+1% olmalı idi, lakin 20 seçki dairəsi üzrə bu reallaşmadığı üçün 26 noyabr 1995-ci il tarixinə, digər 8 seçki dairəsindən 4-ündə seçki aktivliyinin 50%-dən artıq olması şərtinin ödənilməmiş olduğu üçün, 3-ündə seçki qanunu pozuntuları aşkarlandığı üçün, 1-ində isə (Gəncə şəhərində) seçki materialları silahlı və maskalı şəxslər tərəfindən oğurlandığı üçün 4 fevral 1996-cı il tarixinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 2 fərqli təkrar seçkilər təyin olunmuşdur. Nəticələri ləğv olunan 8 seçki dairəsindəki namizədlər eyni seçki dairəsindən yox, nəticəsi ləğv olunan başqa seçki dairələrindən namizəd olma haqqına sahib idilər. İkinci tura qalan seçki dairələrində isə seçkilər ən çox səs alan iki namizəd arasında keçirildi. 26 noyabr 1995-ci il tarixində 20 seçki dairəsi üzrə təkrar seçkilər keçirilmişdir. Rəsmi şəxslərə əsasən seçici fəallığı 61% olmuşdur. 5 seçki dairəsində bu seçkilərdə də lazım olan seçki aktivliyi 50+1% müddəasını yerinə yetirməmiş və 2 seçki dairəsi üzrə seçki qanunu pozuntuları səbəbi ilə seçki nəticələri ləğv edilmişdir. Bu 7 seçki dairəsi və 12 noyabr 1995-ci il tarixində keçirilmiş seçkilərdə nəticələri ləğv olunmuş 8 seçki dairəsi ilə birgə 1996-cı ilin fevral ayına təkrar seçkilər təyin olunmuşdur. 4 fevral 1996-cı il tarixli seçkilərdə 21 saylı Binəqədi seçki dairəsi üzrə namizədlərdən heç biri 50%-dən səs toplamadığı üçün seçkilərin ikinci tura qalmış və 18 fevral 1996-cı il tarixinə lider 2 namizəd, yəni Yeni Azərbaycan Partiyası namizədi Toğrul İbrahimli və Azərbaycan Milli İstiqlal Partiyası namizədi Elşad Musayev arasında seçkilər təyin olunmuşdur.
Azərbaycanda təkrar parlament seçkisi (18 fevral 1996)
Azərbaycanda təkrar parlament seçkiləri — 21 saylı Binqədi seçki dairəsi üzrə keçirilmiş 4 fevral 1996-cı il tarixli təkrar parlament seçkisinin ikinci tur seçkiləri. 1995-ci il parlament seçkiləri 100 birmandatlı seçki dairəsindən 42 saylı Xankəndi seçki dairəsi xaric 99-da baş tutmuşdur. Həmin dövrdə qüvvədə olan qanunlara görə birmandatlı seçki dairələri üzrə keçirilən seçkilərdə lider namizəd mövcud səslərin 50+1%-ni toplamalı və iştirakçılıq ən az 50+1% olmalı idi, lakin 20 seçki dairəsi üzrə bu reallaşmadığı üçün 26 noyabr 1995-ci il tarixinə, digər 8 seçki dairəsindən 4-ündə seçki aktivliyinin 50%-dən artıq olması şərtinin ödənilməmiş olduğu üçün, 3-ündə seçki qanunu pozuntuları aşkarlandığı üçün, 1-ində isə (Gəncə şəhərində) seçki materialları silahlı və maskalı şəxslər tərəfindən oğurlandığı üçün 4 fevral 1996-cı il tarixinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 2 fərqli təkrar seçkilər təyin olunmuşdur. Nəticələri ləğv olunan 8 seçki dairəsindəki namizədlər eyni seçki dairəsindən yox, nəticəsi ləğv olunan başqa seçki dairələrindən namizəd olma haqqına sahib idilər. İkinci tura qalan seçki dairələrində isə seçkilər ən çox səs alan iki namizəd arasında keçirildi. 26 noyabr 1995-ci il tarixində 20 seçki dairəsi üzrə təkrar seçkilər keçirilmişdir. Rəsmi şəxslərə əsasən seçici fəallığı 61% olmuşdur. 5 seçki dairəsində bu seçkilərdə də lazım olan seçki aktivliyi 50+1% müddəasını yerinə yetirməmiş və 2 seçki dairəsi üzrə seçki qanunu pozuntuları səbəbi ilə seçki nəticələri ləğv edilmişdir. Bu 7 seçki dairəsi və 12 noyabr 1995-ci il tarixində keçirilmiş seçkilərdə nəticələri ləğv olunmuş 8 seçki dairəsi ilə birgə 1996-cı ilin fevral ayına təkrar seçkilər təyin olunmuşdur. 4 fevral 1996-cı il tarixli seçkilərdə 21 saylı Binəqədi seçki dairəsi üzrə namizədlərdən heç biri 50%-dən səs toplamadığı üçün seçkilərin ikinci tura qalmış və 18 fevral 1996-cı il tarixinə lider 2 namizəd, yəni Yeni Azərbaycan Partiyası namizədi Toğrul İbrahimli və Azərbaycan Milli İstiqlal Partiyası namizədi Elşad Musayev arasında seçkilər təyin olunmuşdur.
Azərbaycanda təkrar və yeni parlament seçkiləri (fevral 1999)
Azərbaycanda təkrar və yeni parlament seçkiləri (fevral 1999) — 1999-cu ilin fevral ayında Azərbaycanda boş qalan mandatlar üçün keçirilmiş təkrar və yeni parlament seçkiləri. 1995-ci il parlament seçkiləri və təkrar parlament seçkilərinin ardından formalaşmış I çağırış Azərbaycan Respublikasının Milli Məclisi 11 saylı Üçüncü Xətai seçki dairəsindən seçilmiş Yeni Azərbaycan Partiyası üzvü olan deputat, Milli Məclisin sədri Rəsul Quliyev 1996-cı ildə sədr vəzifəsindən istefa etmək üçün Milli Məclisə ərizə yazaraq Amerika Birləşmiş Ştatlarına mühacirət etmişdir. İstefa ərizəsinə Milli Məclis tərəfindən 11 sentyabr 1996-cı il tarixində baxılmış və ərizə qəbul edilmişdir. Rəsul Quliyev haqqında 1997-ci il dekabr ayının 16-da Milli Məclisin iclasında xüsusi qərar qəbul olunmuşdur. Belə ki, o, Milli Məclisin sədri vəzifəsindən istefaya getdikdən sonra bir il üç ay müddətində Milli Məclisin iclaslarında iştirak etməmişdir. Bu vaxt ərzində o, Milli Məclisə iclasları buraxmasının səbəblərini izah edən heç bir sənəd təqdim etmədən Milli Məclisin 1996-cı ilin payız sessiyasında, 1997-ci ilin yaz və növbədənkənar sessiyalarında, həmçinin 1997-ci ilin payız sessiyasının əvvəlindən 1998-ci ilədək keçirilmiş 80 iclasında üzrsüz səbəbdən iştirak etməmişdir. Əlavə olaraq, Rəsul Quliyev özü haqqında, harada olduğu və nə ilə məşğul olduğu barədə Milli Məclisə heç bir məlumat verməmiş, seçiciləri ilə görüşməmiş və Milli Məclislə əlaqəsini tam itirmişdir. Bu səbəbdən Milli Məclisin 16 dekabr 1997-ci il tarixli iclasında alınan qərarla Rəsul Quliyev deputat səlahiyyətlərini itirmiş hesab olunmuşdur. Həmçinin 26 saylı Birinci Nəsimi seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Yusif Səməd oğlu Vəkilov 17 avqust 1998-ci il tarixində ölmüşdür. Hər iki deputatdan boşalan yerlər üçün təkrar və yeni seçkilər təyin olunmuşdur.
Azərbaycanda təkrar, əlavə və yeni bələdiyyə seçkiləri (2006)
Azərbaycanda təkrar, əlavə və yeni bələdiyyə seçkiləri (2006) — Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə keçirilən seçkilərdə nəticəsi ləğv olunmuş bələdiyyələrə, birləşdirilmə və yenidən təsis yolu ilə qurulmuş yeni bələdiyyələrə, həmçinin, digər bələdiyyələrdə müxtəlif səbəblərdən boşalmış üzv yerləri üçün keçirilmiş seçkilər. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçilmişdir. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir. Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə keçirilən seçkilərdə nəticəsi ləğv olunmuş 141 bələdiyyəyə, birləşdirilmə və yenidən təsis yolu ilə qurulmuş yeni bələdiyyələrə, həmçinin, digər bələdiyyələrdə müxtəlif səbəblərdən boşalmış üzv yerləri üçün seçkilərin tarixi Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il tarixli qərarı ilə 6 oktyabr 2006-cı il olaraq qərarlaşdırılmışdır. Bələdiyyə sistemi təsis olunduğu gündən bəri seçkilər keçirilməyən Nardaran bələdiyyəsinə bu dəfə də namizəd alternativliyi olmadığı üçün seçkilər keçirilməmişdir. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Əhalisi 500-dən az olan ərazilərdə 5, 500-dən 999-dək olan ərazilərdə 7, 1000-dən 4.999-dək olan ərazilərdə 9, 5000-dən 9999-dək olan ərazilərdə 11, 10000-dən 19999-dək olan ərazilərdə 13, 20000-dən 49999-dək olan ərazilərdə 15, 50000-dən 99999-dək olan ərazilərdə 17, 100000-dən 299999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü seçilir. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Namizədlər əhalisi 99999-dan çox olan ərazidə 150, əhalisi 49999-dan çox olan ərazidə 100, əhalisi 19999-dan çox olan ərazidə 75, 9999-dan çox olan ərazidə 50, əhalisi 4999-dan çox olan ərazidə 30, əhalisi 4999-dan az olan ərazidə 15 seçici imzası toplamalıdır.
Azərbaycanda təkrar, əlavə və yeni bələdiyyə seçkiləri (2011)
Azərbaycanda təkrar, əlavə və yəni bələdiyyə seçkiləri (2011) — Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə keçirilən seçkilərdə nəticəsi ləğv olunmuş 9 bələdiyyəyə və digər bələdiyyələrdə müxtəlif səbəblərdən boşalmış üzv yerləri üçün keçirilmiş seçkilər. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçilmişdir. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir. 23 dekabr 2009-cu il tarixli bələdiyyə seçkiləri yekunlaşdıqdan sonra, 11 yanvar 2010-cu il tarixində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının iclası baş tutmuş, iclasda 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin baş tutması, bu seçkilərin ümumən Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirilməsinin nəzərə alınması haqqında qərar qəbul edilmişdir. Eyni zamanda, 33 seçki məntəqəsindəki səsvermənin nəticələri və 9 bələdiyyəyə (Qusar rayonu Uluq, Quba rayonu Ağgül, Sabirabad rayonu Şəhriyar, Masallı rayonu Boradigah, İmişli rayonu Mərzəli, Qızılkənd və Sarxanlı, Şəfəq və Naftalan bələdiyyələri) seçkilərin etibarsız hesab edilməsi, seçkilərin ümumi yekunları rəsmi təsdiq edilmiş bütün 1709 bələdiyyə üzrə bələdiyyə üzvlərinin tam tərkibdə formalaşmasının nəzərə alınması haqqında qərar çıxarılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 29 sentyabr 2011-ci il tarixli iclasında alınan qərarla bələdiyyələr üzrə boş qalan yerlərə seçkilər 30 noyabr 2011-ci il tarixinə təyin olunmuşdur. Bəzi bələdiyyələrdə üzv sayı kvorum sayından aşağı düşdüyü üçün boşalan yerlərə seçkilər də keçirilməsi qərara alınmışdır. Belə bələdiyyələrin sayı 330, üzv sayı isə 460 olmuşdur. 2010-cu il parlament seçkilərində bitərəf deputat seçilmiş Fərəc Quliyevin rəhbərlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyası 31 may 2011-ci il tarixində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir.
Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini (film, 1986)
Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi film respublikada sənaye əsasları üzrə intensiv surətdə inkişaf etdirilən heyvandarlığın möhkəm yem bazası ilə təmin olunmasına həsr edilmişdir. == Məzmun == Elmi-kütləvi film respublikada sənaye əsasları üzrə intensiv surətdə inkişaf etdirilən heyvandarlığın möhkəm yem bazası ilə təmin olunmasına həsr edilmişdir. Filmdə mal-qaranın qidalı yemə tələbatını ödəmək üçün bir sıra müsbət keyfiyyətli birillik dənli, paxlalı bitkilərin becərilməsini genişləndirməyə xüsusi diqqət yetirilməsindən danışılır. Filmdə bu bitkilərin aralıq, təkrar və qarışıq əkinləri ətraflı şəkildə izah olunur. Kinolentdə eyni zamanda birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini barədə Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bölmə və laboratoriyalarında aparılan tədqiqat işləri əsas yer tutur. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Bakıda fevral 1999-cu il Azərbaycan təkrar və yeni parlament seçkiləri
Azərbaycanda təkrar və yeni parlament seçkiləri (fevral 1999) — 1999-cu ilin fevral ayında Azərbaycanda boş qalan mandatlar üçün keçirilmiş təkrar və yeni parlament seçkiləri. 1995-ci il parlament seçkiləri və təkrar parlament seçkilərinin ardından formalaşmış I çağırış Azərbaycan Respublikasının Milli Məclisi 11 saylı Üçüncü Xətai seçki dairəsindən seçilmiş Yeni Azərbaycan Partiyası üzvü olan deputat, Milli Məclisin sədri Rəsul Quliyev 1996-cı ildə sədr vəzifəsindən istefa etmək üçün Milli Məclisə ərizə yazaraq Amerika Birləşmiş Ştatlarına mühacirət etmişdir. İstefa ərizəsinə Milli Məclis tərəfindən 11 sentyabr 1996-cı il tarixində baxılmış və ərizə qəbul edilmişdir. Rəsul Quliyev haqqında 1997-ci il dekabr ayının 16-da Milli Məclisin iclasında xüsusi qərar qəbul olunmuşdur. Belə ki, o, Milli Məclisin sədri vəzifəsindən istefaya getdikdən sonra bir il üç ay müddətində Milli Məclisin iclaslarında iştirak etməmişdir. Bu vaxt ərzində o, Milli Məclisə iclasları buraxmasının səbəblərini izah edən heç bir sənəd təqdim etmədən Milli Məclisin 1996-cı ilin payız sessiyasında, 1997-ci ilin yaz və növbədənkənar sessiyalarında, həmçinin 1997-ci ilin payız sessiyasının əvvəlindən 1998-ci ilədək keçirilmiş 80 iclasında üzrsüz səbəbdən iştirak etməmişdir. Əlavə olaraq, Rəsul Quliyev özü haqqında, harada olduğu və nə ilə məşğul olduğu barədə Milli Məclisə heç bir məlumat verməmiş, seçiciləri ilə görüşməmiş və Milli Məclislə əlaqəsini tam itirmişdir. Bu səbəbdən Milli Məclisin 16 dekabr 1997-ci il tarixli iclasında alınan qərarla Rəsul Quliyev deputat səlahiyyətlərini itirmiş hesab olunmuşdur. Həmçinin 26 saylı Birinci Nəsimi seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Yusif Səməd oğlu Vəkilov 17 avqust 1998-ci il tarixində ölmüşdür. Hər iki deputatdan boşalan yerlər üçün təkrar və yeni seçkilər təyin olunmuşdur.