maltusçu
malyariologiya
OBASTAN VİKİ
Maltusçuluq
Maltusçuluq — əhalinin məskunlaşması nəzəriyyəsi; müəllifinin - ingilis iqtisadçısı və ruhanisi Maltusun adı ilə belə adlandırılmışdır. Sənaye çevrilişi və "çəpərləmələr"lə əlaqədar olaraq işsizliyin artması dövründə meydana gəlmişdir. Maltus sübut etməyə çalışırdı ki, zəhmətkeşlərin yoxsulluğu iqtisadiyyatla deyil, təbii şəraitlə bağlıdır. Onun çıxardığı qanuna görə, guya, əhali həndəsi silsilə ilə, dolanışıq vasitələrinin miqdarı isə ədədi silsilə ilə artır və nəticədə "əhalinin mütləq artımı" meydana çıxır. Maltusa görə əhalinin sayı və yaşayış vasitələrinin miqdarı arasındakı nisbət geniş kütləsinin tələf edən epidemiya, aclıq, müharibə və s. ilə tənzimlənməlidir. Markzim-leninizm klassikləri Maltusun mürtəcə mahiyyətini göstərmiş, onu burjuaziyanın proletariata qaşı elan etdiyi açıq müharibə adlandırmışlar. Onlar sübüt etmişlər ki, insan cəmiyyətində "əbədi təbii əhali qanunları" və " torpağın münbitliyinin azalması qanunu" yoxdur və ola da bilməz. Hər bir istehsal üsulunun özünəməxsus əhali qanunu var. Kapitalizim şəraitində nisbi əhali artıqlığı, yəni işsizlik hökm sürür, əhalinin təkrar istehsalı və "insanın törəyib artması şəraiti bilavasitə müxtəlif ictimai orqanizmlərin quruluşundan asılıdır."( Lenin V. İ., Əsər.

Digər lüğətlərdə