MAMAÇA
MANDARİN
OBASTAN VİKİ
Hasan Mandal
Hasan Mandal (türk. Hasan Mandal; 1965, Əskişəhər) — Türk akademik və TÜBİTAK (Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası) prezidenti. == Həyatı və təhsili == 1965-ci ildə Əskişəhərdə anadan olub. 1987-ci ildə ODTÜ-nün Metallurgiya mühəndisliyi fakültəsini bitirib, 1992-ci ildə Nyukasl Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. 1994-cü ildə Anadolu Universiteti Keramika Mühəndisliyi bölməsində dosent vəzifəsində çalışmağa başlayıb, 1996-cı ildə dosent, 2001-ci ildə isə professor olmuşdur. 2002-ci ildə Anadolu Universiteti Keramika Mühəndisliyi Departamentinin adı Material Elmləri və Mühəndisliyi olaraq dəyişdirildikdən sonra akademik karyerasını 2002–2011-ci illərdə Anadolu Universiteti Material Elmləri və Mühəndisliyi Fakültəsində davam etdirmişdir. O, eyni zamanda 2004–2010-cu illərdə Anadolu Universiteti Mühəndislik və Memarlıq Fakültəsinin dekanı vəzifəsində çalışıb. 15 mart 2011-ci ildə Anadolu Universitetindən ayrıldı və Sabancı Universitetində Araşdırma və Məzun Siyasəti Direktoru, 2012–2015-ci illərdə isə Sabancı Universitetinin vitse-prezidenti vəzifələrində çalışıb. Onun Universitetlərarası Şura kvotasından YÖK üzvlüyünə seçilməsi 24 mart 2015-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib və o, YÖK İdarə Heyətinin üzvü kimi fəaliyyətə başlamışdır.20 iyul 2016-cı ildə isə YÖK-ün müavini olub. 12 yanvar 2018-ci il tarixinədək YÖK-ün vitse-prezidenti vəzifəsində çalışıb, eyni tarixdən Sabancı Universitetinin rektor müavini və 22 fevral 2018-ci ildə TÜBİTAK-ın prezidenti vəzifəsinə təyin edilib.
Mandala
Mandala (sanskr. मण्डल Maṇḍala, 'çevrə') — Hinduizm və Buddizmdə Kainatı təmsil edən dini simvoldur. Çox vaxt dairə və ya kvadrat şəklində olan və hər şeyin mistik mərkəzinin simvolu olan mandalalar meditasiya vasitəsi olaraq istifadə edilir. Hinduizmdə Siva ve Saktinin kosmik rəqsini, Buddizmdə Budda Diyarını və ya Buddanı təmsil edən mandalalar mövcuddur. Buddizmdə Mandalalar ona inanan insan üçün kainatdakı müqəddəsliyi və eyni müqəddəsliyin həmin şəxsin özündəki potensial vəziyyətini xatırladan əhəmiyyətli işarələrdir. Buddizm baxımından mandalanın məqsədi insanın çətinliyinə onu aydınlanmaya çatdıraraq son vermək və həqiqətlə bağlı doğru fikrə çatdırmaqdır.
Mandalay
Mandalay Myanma İttifaqi Respublikasının Yanqondan sonra 2-ci böyük şəhəridir. Adını ətrafında Mandalay təpəliklərindən götürüb.
Mandalor (planet)
Mandalor (ing. Mandalore) — "Ulduz müharibələri" kainatında uydurma planet. Mandalorlu mədəniyyəti ilk dəfə bu planetdə formalaşmışdır. Bu planetdə taunqlar və bir neçə insan irqi bir yerdə yaşayır. Mandalor isti və quru planet idi. Buna baxmayaraq, burada canlıların yaşaması və çiçəklənməsi üçün yetərli şərait var idi. Planet nə qədər uzun müddət mövcud olsa, bir o qədər zəhərli olurdu. Bu səbəbdən hər müharibədə mandalorlular ətraf mühitə uyğunlaşmaq üçün yeni yollar tapmağa məcbur qalırdılar. Planet sonradan Qalaktik imperiya tərəfindən məhv edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Mandalore — Vukipediya saytında.
Mandaloriyalı (teleserial, 2019)
Mandalorlu və ya Mandaloriyalı (ing. The Mandalorian) — Con Favro tərəfindən "Disney+" striminq xidməti üçün yaradılmış ABŞ kosmik vestern teleserialı. Bu, "Ulduz müharibələri" franşizasındakı ilk bədii teleserialdır. "Mandalorlu"nun hekayəsi "Ulduz müharibələri: VI Epizod – Cedayın qayıdışı" (1983) filminin hadisələrindən beş il sonra başlayır. Teleserial Pedro Paskal tərəfindən canlandırılan, "Uşaq"ı ələ keçirmək üçün işə götürüldükdən sonra onu işəgötürənlərdən qaçan yalqız kəllə ovçusu tənha mükafat ovçusu Mandalorlu haqqındadır. "Ulduz müharibələri"nin yaradıcısı Corc Lukas 2009-cu ildə "Ulduz müharibələri" haqqında bədii teleserialın hazırlanmasına başlamış, lakin layihə istehsal xərclərinin baha olması səbəbilə dayandırılmışdır. O, 2012-ci ilin oktyabrında "Lucasfilm"i "Disney"ə satmışdır. Bundan sonra "Disney+" üçün yeni "Ulduz müharibələri" serialı üzərində iş başlamışdır. Con Favro layihəyə 2018-ci ilin mart ayında ssenarist və şoumen kimi qatılmışdır. O, Deyv Filoni, Ketlin Kennedi və Kolin Vilsonla birlikdə teleserialın icraçı prodüseridir.
Mandalorlu (teleserial, 2019)

Mandalorlular
Mandalorlular və ya mandaloriyalılar (ing. Mandalorians) — "Ulduz müharibələri" kainatında, Mandalor planeti ilə əlaqəli uydurma xalq. Corc Lukas tərəfindən yaradılmışdır. Onların ən diqqətçəkən mədəni xüsusiyyətləri döyüş dəbilqələri, döş nişanları, əlcəkləri və reaktiv kürək çantalarıdır. Ən görkəmli mandalorlular Boba Fett, atası Canqo Fett və "Mandalorlu" olaraq tanınan Din Carindir. Bu xalq ilk dəfə "İmperiya cavab zərbəsi vurur" (1980) filmi üçün ağ zirehli "super komandolar" qrupu kimi konseptuallaşdırılmışdır, lakin ideya Boba Fett adlı yalqız kəllə ovçusu üzərində cəmləşmişdir. Filmdə Fett mandalorlu kimi müəyyən edilməsə də, onun populyarlığı romanlar, komikslər, teleseriallar və video oyunlar kimi növbəti "Ulduz müharibələri" mediasında mandalorlular haqqında əsərlər yaradılmışdır. "Ulduz müharibələri"nin "Əfsanələr" genişləndirilmiş kainatı, eləcə də "Klon müharibələri", "Üsyançılar" və "Mandalorlu" kimi teleseriallarda əlavə personajlar təqdim edilmiş, mandalorlular haqqındakı loru genişləndirmişdir. Burada, onlar "yadplanetli irq və ya növ" kimi yox, spartalı döyüşçü ənənəsinə oxşayan ümumi inanc altında birləşdirilmiş insanların və müxtəlif yadplanetlilərin xüsusi ideologiyası olaraq əsaslandırılmışdır. == Yaradılması == "İmperiya cavab zərbəsi vurur" (1980) filminin istehsalı zamanı Ralf MakKuorri və Co Conston əslən Mandalor sistemindən olan, super komandolar kimi təsvir edilən əsgərlər tərəfindən geyilməsi nəzərdə tutulmuş zireh hazırlamışdır.
Mandalorlu
Mandalorlu və ya Mandaloriyalı (ing. The Mandalorian) — Con Favro tərəfindən "Disney+" striminq xidməti üçün yaradılmış ABŞ kosmik vestern teleserialı. Bu, "Ulduz müharibələri" franşizasındakı ilk bədii teleserialdır. "Mandalorlu"nun hekayəsi "Ulduz müharibələri: VI Epizod – Cedayın qayıdışı" (1983) filminin hadisələrindən beş il sonra başlayır. Teleserial Pedro Paskal tərəfindən canlandırılan, "Uşaq"ı ələ keçirmək üçün işə götürüldükdən sonra onu işəgötürənlərdən qaçan yalqız kəllə ovçusu tənha mükafat ovçusu Mandalorlu haqqındadır. "Ulduz müharibələri"nin yaradıcısı Corc Lukas 2009-cu ildə "Ulduz müharibələri" haqqında bədii teleserialın hazırlanmasına başlamış, lakin layihə istehsal xərclərinin baha olması səbəbilə dayandırılmışdır. O, 2012-ci ilin oktyabrında "Lucasfilm"i "Disney"ə satmışdır. Bundan sonra "Disney+" üçün yeni "Ulduz müharibələri" serialı üzərində iş başlamışdır. Con Favro layihəyə 2018-ci ilin mart ayında ssenarist və şoumen kimi qatılmışdır. O, Deyv Filoni, Ketlin Kennedi və Kolin Vilsonla birlikdə teleserialın icraçı prodüseridir.

Значение слова в других словарях