MANİPULYATOR
is. 1. tex. Əşyaların idarə olunması üçün istifadə olunan mexanizm. 1) Kompüterə əmrlərin verilməsini təmin edən vasitə, element, məs., siçan. 2) Yükqaldırma qurğusunu idarə edən mexanizm.
2. psix. Öz məqsədi üçün başqalarından istifadə edən adam.
3. inc. Barmaqların və əllərin virtuoz hərəkəti sayəsində kiçik əşyalarla illüziyalar göstərən artist.