Saadat Həsən Manto
Səadət Həsən Manto (urd dilində سعادت حسن منٹو, ingiliscə Saadat Hasan Manto; d. 11 may, 1912-ci il, Sambrala, Britaniya Hindistanı — ö.18 yanvar, 1955-ci il, Lahor, Pakistan) — Hind-Pakistan jurnalisti, dramaturqu, ssenaristi, tərcüməçi və rəssamı. Milliyyətcə kəşmirlidir. Bir povest, 22 hekayələr toplusu, 5 radiopyesin, 3 esse toplusunun, bir sıra məqalə və kinossenarilərin və 2 eskiz albomunun müəllifidir. Yazıçının məşhur hekayələri "Yeni qanun", "Səs", "Təhqir", "Mozel", "Qoxu", "Soyuq ət", "Tobatek Sinq" və b. əsərlərdir. Urdu dilində yazıb. 6 dəfə ədəbsizlikdə ittiham olunubː 3 dəfə Birtaniya Hindistanınıda, 3 dəfə də Pakistanda. Hər dəfəsində də bəraət alıb. Pakistanın ali dövlət mükafatı - Nişan-e İmtiyaz ilə təltif olunub.