Martinik adası

coğ. Martinique f (île)

martı
masa
OBASTAN VİKİ
Martinik
Martinika (fr. Martinique [maʀtiˈnik], Kreol. Matinik və ya Matnik) – Karib dənizi hövzəsində Kiçik Antil arxipelaqına daxil olan ada. Fransaya məxsusdur və onun Dənizaşırı departamentinə daxildir. Martinikanın qədim sakinləri onu "Çiçəklənən ada" – Madinina adlandırmışlar. Bu ada Fransanın ərazisi kimi Avropa Birliyinə inteqrasiya olunmuşdur. Martinika adası Atlantik okeanında, Karib dənizi hövzəsinə aid Kiçik Antil arxipelaqına aid olub Dominikan Respublikasından 25 km cənubda, Sent-Lüsiyadan 37 km şimalda yerləşmişdir. Adanın uzunluğu 73 km, eni isə 39 km-dir. Sahilinin uzunluğu təxminən 350 km-dir. Ada ilə Paris arasındakı məsafə 6850 km-dir.
Aziak adası
Aziak adası (ing. Aziak Island) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Böyük Sitkin adasından cənubda yerləşir. 1,8 km uzunluğa malikdir. İlk dəfə 1852-ci ildə Mixail Tebenkov tərəfindən xəritəyə salınmışdır. Aleut dilində ha-azax sözündən törəmişdir, tərcümədə "on" deməkdir. Adanın maksimal hündürlüyü 117 metrdir.
Azor adası
Azor adaları (port. Açores) — Atlantik okeanında, Pireney yarımadasından təqribən 1200 km qərbdə arxipelaq. Azor adaları Portuqaliyada inzibati ərazidir (muxtar rayon). Paytaxtı Ponta-Delqada (San-Migel adası) dır. Ada Lissabon şəhərindən 1,500, Şimali Amerikadan sahillərindən 3,900 km məsafədə yerləşir. Azor adaları yüksək təzyiq sahəsindədir (Azor antisiklonu). Səthi hündürlüyü 2351 metrədək (Piku dağı) olan dağlıqdır. Burada tez-tez zəlzələlər olur. Çoxsaylı termal və mineral su bulaqları var. İqlimi subtropikdir.
Açinkinkan adası
Açinkinkan adası (rus. Ачинкинкан, çuk. Эчъынкпикэн) — Sakit okeana daxil olan Berinq dənizi ərazisində yerləşən ada. Senyavin boğazında, Pekneqney buxtası, Çukot yarımadasının cənub-şərqində yerləşir. çuk. Эчъынкпикэн çukot dilindən tərçümədə — "kök" mənasını verir. Bu isə yaxınlığında yerləşən Merkinkan adasına nisbətə görə adlandırılmışdır — "Cılız". İlk dəfə 1828-ci ildə Fyodor Litke tərəfindən Orlov adası olaraq xəritəyə salınmışdır. Adada 1,3 min berinq qarabatdağı, iri qağayı, sakit okean təmizçisi kimi quşlar yuva qurur.
Ağdamar adası
Ağdamar adası (Akdamar, Ahtamar, Ağtamar, Axtamar) — Türkiyənin Van və Bitlis illəri arasında olan Van gölünün içində yer alan ən böyük adadır.
Baburi adası
Babur adası — Azərbaycanda bir ada. Bakı şəhərindən 70 kilometr cənub-qərbdə, ölkənin şərq hissəsində yerləşir.
Babuşkin adası
Babuşkin adası — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Barens dənizi ilə əhatələnmişdir. Maksimmal hündürlüyü 40 metrdir. Şimal adasının qərb sahillərində yerləşən Çaev körfəzinin akvatoriyasına aiddir. 1930-cu ildə Otto Şmidt və Vladimir Vizenijn rəhbərliyi altında "Qeorqi Sedov" gəmisində təşkil olunmuş ekspedisiyada iştirak etmiş, sovet təyyarəçisi, Sovet İttifaqı Qəhrəmanı Mixail Babuşkinin şərəfinə adlandırılmışdır.
Bavean adası
Bavean adası (indo. Pulau Bawean) — İndoneziyanın Yava dənizində yerləşən ada. Sahəsi 196,11 km²-dir. 2010-cu il iyul ayından etibarən adada, 70242 nəfər qeydə alınıb. Lakin 26 min nəfər (70 % kişi əhalisi) xaricdə yaşayır. Xaricdə işləmək əsasən XIX əsrin birinci yarısından İndoneziya, Sinqapur və Malayziyada sosial-iqtisadi həyatının əsas xüsusiyyətidir. Şərqi Yava əyalətinin tərkib hissəsi olan Qresik rayonu iki rayona bölünür: Sanqapur və Tambak. Zəngin görünüşə maikdir. Bir neçə dəniz, neft və qaz yatağı adanın yaxınlığında yerləşən dəniz şelfində yerləşir. İkinci Dünya müharibəsi dövründə, Adanın su sahəsindəki müttəfiq dəniz qüvvələri ilə Yaponiya arasında bir sıra böyük miqyaslı döyüşlər baş verib.
Baydukov adası
Baydukov — Oxot dənizinə daxil olan Amur limanı ərazisində yerləşən elə də böyük olmayan ada. Okeandan onu Saxalin adası sanki qoruyur. Sahillərində dərinlik elə də böyük deyildir. Yay ayları temperatur +16 °C, qış ayları isə −25 °C qədər düşür. İl ərzində 600 mm yağıntı yağır. Üzəri meşələrlə örtülüdür. Müəyyən hissələri bataqlıqlaşmışdır. Adaya ən yaxın yaşayış məntəqəsi Nikolayevsk-na-Amure şəhəridir. Heyvanlar aləmi elə də zəngin deyildir. Sahil suları isə çirklənməyə məruz qalmışdır.
Bayers adası
Bayers adası (ing. Byers’ Island) — Sakit okeanda Benjamin Morrelin 12 iyul 1825-ci ildə 28° 32' N; 177° 04' E koordinatda aşkarladığı kabus ada. Morrel adanın təsvirini ‚A narrative of four voyages‘ ətraflı şəkildə verir.
Bazar adası
Bazar adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Oktyabr İnqilabı adasından 3,5 km şimal-şərqdə, Cverdlov burnu ilə Naçalnıy burnu arasında qərarlaşır. Ovalvari formaya malikdir. Şimaldan cənuba 800 metr, şərqdən qərbə isə 250 km uzunluğa malikdir. Bazar adasından 1,7 km aralıda adsız bir ada yerləşir.
Be adası
Be adası — Cənubi Çin dənizinə daxil olan, Siam körfəzində yerləşən ada. Kambocanın Siankuvil şəhər-vilayətinə daxildir. Adanın səthi meşə ilə örtülüdür. Maksimal hündürlüyü 63 metrdir. Adada Kaoxtakiey adlı yaşayış məntəqəsi yerləşir. Ada rean Milli Parkından 1 km aralıda yerləşir. Sahil ərazilərində su altı daşlıqlar vardır. Yaxınlığında yerləşən adalar: Ryusse, Sramoat (Şenal).
Berx adası
Berx adası — Yeni Torpaq arxipelaqı, Qorbov adaları qrupunun daxil olan bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Barens dənizində, Şimal adasından şimal-qərbdə yerləşir. Qorbov adaları qrupuna daxildir. Bu qrupa həmcinin Bolşoy Zayçiy, Malıy Zayçiy, Piçutin adaları daxildir. Ada şimal-qərbdən cənub-şərqə doğru uzanır. Ən hündür zirvəsi 198 metrdir. Zirvə adanın şimal-qərbində yerləşir. İki zirvə isə adanın cənub-qərbindədir (139 və 79 m.) Adada kiçik çaylar vardır. Onlar cənubdan şimala axır.
Beslen adası
Beslen adası (bolq. остров Беслен, ‘Ostrov Beslen’ \'os-trov 'bes-len\) — Cənubi Şetland adalarının Lou adaları arxipelaq qrupuna daxil olan adasıdır. Ada qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 90 m, şərq-qərb istiqamətində eni 240 metrdir. Ada Cənub-qərbi Bolqarıstanda yerləşən Beslen şəhərinin adını daşıyır. Beslen adası 63°13′18″ c. e. 62°10′57″ q. u. koordinatlarında yerləşmişdir.
Beyker adası
Beyker adası – Amerika Birləşmiş Ştatlarının Sakit okeanda, ekvatordan bir qədər şimala, Honoluludan cənub – qərbə 3100 km məsafədə yerləşən qeyri-məskun adası. Энциклопедия стран мира / Глав. ред. Н. А. Симония; редкол. В. Л. Макаров, А. Д. Некипелов, Е. М. Примаков; предисл. Н. А. Симонии; М.: ЗАО "Издательство «Экономика», 2004.
Beylli adası
Beylli adası (ing. Baillie Island, Inuit. Utkraluk)) — Kanada Arktik arxipelaqının iri adalarından biri. İnzibati cəhətdən Kanadanı Şimal-Qərb əraziləri vilayətinə daxildir. Batest burnundan şimalda qərarlaşır. Adada Braya pilosa adlı bitki bitir. 1826-cı ildə adanı Con Franklinin ikinci ekspedisiyasının üzvü Con Riçardson ziyarət edərək ona bu adı verir. Riçardson və Con Rey daha sonra Şimal-Qərb keçidi və itkin düşmüş Franklin ekspedisiyasını axtarmaq üçün adaya baş çəkirlər. 1915-ci ildə Hudzon körfəzi şirkəti adada ticarət məntəqəsi açır. 1920-ci illərdə adada Kanada Kral Atlı Polisinin bir bölməsi yerləşdirilmişdi.
Bezvodnı adası
Bezvodnı adası — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Kara dənizinə daxil olan Xramçenko körfəzində, Şimal adasının şərq sahillərində yerləşir. İlk əvvəllər 1936-cı ildə Serqey Lapponun ekspedisiyası tərəfindən Bubnov adası olaraq adlandırılır. Ada "Politotdeles" gəmisinin radisti şərəfinə bu cür adlandırılmışdır. 1938-ci il xəritələrində isə onun çağdaş adı ilə adlandırılır.
Bhola adası
Bhola adası (benq. ভোল) — Banqladeşin ən böyük adası. Meqhna çayının deltasında yerləşir. Ada 90 km uzunluğa, 25 km enə malikdir. Sahəsi 1441 km² təşkil edir. Banqladeşin Bhola vilayəti ərazisinə daxildir. 1975-ci ildə adada sonuncu kütləvi Təbii çiçək epidemiyası müşahidə edilmişdir. 1970-ci ildə Bhola siklonu nəticəsində adada olan bütün tikililər dağılmış, əkilmiş düyü sahələri məhv olmuşdur. 1995-ci ildə sinlonun gətirdiyi daşqın zamanı 500000 insan evsiz qalmışdır.
Biak adası
Biak adası (ind. Pulau Biak) — Biak adalarının ən böyük adası. İnzibati baxımından İndoneziyanın Papua vilayətinə daxildir. Ada Yeni Qvineyadan cənub-şərqdə, Supiori adasından cənub-şərqdə, Çerdravasix körfəzinin daxilində yerləşir. Adanın sahəsi 1904,3 km²; sahil xətdinin uzunluğu 230,8 km-dir. Adanın cənub sahillərində Biak şəhəri yerləşir. Əhalisinin əksəriyyətini melayneziyalılar təşkil edir. Əhali xristian dininə etiqat edir. Adada Frans Kaisiepo hava limanından Cayapura və Cakartaya bir başa reyslər təşkil edilir. Frans Kaisiepo (1921–1979) — indoneziyalı dövlət və siyasi xadim.
Bianki adası
Bianki adası — Nordenşeld arxipelaqına daxil olan ada. Ada Kara dənizinin suları ilə yuyulur. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaqın şərqində qərarlaşır. Şərq adaları qrupuna daxildir. Bu qrupun mərkəzində qərarlaşır. Şimaldan Salome adası, Tatris adası, Volna adası, Nord adası və Yevgeni Fyodorov adalarından Spokoynıy boğazı ilə ayrılır. Cənubunda Tırtov adası yerləşir. Şərq sahilində kiçik Kamenistı adası, qərbində isə Leskin adası qəralaşır. Daxil olduğu qrupun və Nordenşeld arxipelaqının ən iri adalarından biridir.
Biryoçiy adası
Biryoçiy adası (ukr. Бирю́чий О́стрів) — Fedotov dilinin cənub qutaracağında yerləşən dil. Azov dənizinin qərbində yerləşir. Fedotov dili və Biryoçiy adası Utlyuk limanını əmələ gətirir. 1929-cu ildə Biryoçiy adası və Fedetov dili arasında boğaz mövcud olmuşdur. Xerson vilayəti ərazisinə daxildir. Bununla belə vilayətlə quru əlaqəsi yoxdur. Dilin uzunluğu 20 km, ən enli yeri isə 5 km təşkil edir. Şimal-qərb sahillərində çixlu sayda buxta və liman vardır. Dil ərazisində Azov-Sivaş Milli Parkı yaradılmışdır.
Biszyaşan adası
Biszyaşan adası (çin. 笔架山) — Çinin şimal-şərqində, Lyaodun körfəzində yerləşən ada. İnzibati baxımdan Lyaonin vilayəti, Szinçjou şəhər dairəsinə daxildir. Ada adlanması şərti xüsusiyyət daşıyır. Belə ki, çəkilmələr zamanı eni 100 metr, uzunluğu 1,6 km olan dayazlıqla materikə birləşir. Adanın maksimal hündürlüyü 78,3 metrdir. Zirvə sıldırımlıdır. Üzəri meşə ilə örtülüdür. Adanın sahəsi 1,2 km²-dir. Şimalına gözəl mənzərə açılır.
Bişevo adası
Bişevo adası(xorvatca Biševo, çakavi dilində — Bisovo)- Əhəng daşından təşkil olunmuş Xorvatiya adasıdır. Ada Adriatik dənizində yerləşir. Ada inzibati cəhətdən Split-Dalmasiya regionuna daxildir. Adanın ümumi sahəsi-5,91 km², uzunluğu təxminən 5 km, ölçüləri təxminən 4,6 × 2,2 km, sahil uzunluğu isə 18147 km-dir. Adanın sahili daşlıqdır. Burada çoxlu sayda körfəz və buxtalar, mağaralar yerləşmişdir. Ada Vis adasından minimum 4,2 km cənubda yerləşmişdir. Adanın ən yüksək nöqtəsi Strajeniça dağıdır. (239 m) Adanın mərkəzi hissəsində münbit torpaqlar üstünlük təşkil edir. Adanın şimal hissəsində isə şam ağacları üstünlük təşkil edir.
Bofort adası
Bofort adası — Ross dənizində yerləşən ada. Ross arxipelaqının şimal nöqtəsini təşkil edir. Ross adasında yerləşən Byord burnundan 21 km şimalda qərarlaşır. İlk dəfə 1841-ci ildə Ceyms Ross tərəfindən xəritəyə salınmışdır. Ada Bofort şkalasını hazırlayan Frensis Bofortun şərəfinə adlandırılmışdır. Ada vulkanik məşhəllidir və bazaltdan ibarətdir. Yarımdairəvi formaya malik olaraq 18,4 km² sahəyə malikdir. Ən hündür nöqtəsi dənizçi Ceyms Pantonun şərəfinə adlandırılmış pikdir. Zirvənin hündürlüyü 771 metr təşkil edir. Yayda buzların əriməsi ilə su axarları meydana gəlir.
Bohol adası
Bohol adası (taqal Bohol) — Filippinnin sahəsinə görə onuncu ən böyük adası. İnzibati baxımdan eyni adlı vilayətə daxildir. Sebu adasından cənub-şərqdə, Leyte adasından isə cənub-qərbdə yerləşir. Mindanao adasından eyni adlı dənizlə ayrılır (bəzən bu dənizə Bohol dənizidə deyilir.) Adanın sahəsi 3269 km², sahil xətdinin uzunluğu — 261 km-dir. Əhalisi — 1 255 128 nəfərdir (2010 il). İnzibati mərkəzi Taqbilaran şəhəridir (Tagbilaran). Bisay adalının şimalına daxil olan Luson adası kimi tayfunların təsirinə məruz qalır. Hava əsasən il boyü rütübətlidir. Leyte və Samar adalarında olan dağlar tayfunların fəaliyyətini nisbətən zəiflədir. Noyabrdan aprelə qədər adanın şimal-şərqi mussonların (amihan) təsirinə məruz qalır.