MEH

сущ. лёгкий ветерок. Dənizdən sərin meh əsirdi с моря дул свежий ветерок
MEDUZA
MEHLİ
OBASTAN VİKİ
Ayşən Mehdiyeva
Ağa Mehdiyev
Ağa Mehdiyev (21 mart 1920, Lahıc, Şamaxı qəzası – 15 may 2003, Bakı) — azərbaycanlı peyzaj, portret rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2002). Ağa Cəfər oğlu Mehdiyev 21 mart 1920-ci il İsmayıllı rayonunun Lahıc kəndində dünyaya gəlib. Əzim Əzimzadə adına Rəssamlıq Texnikumuna daxil olub. 1938-ci ildə Azərbaycan Rəssamlıq Texnikumunu bitirdikdən sonra Azərbaycanda və SSRİ-də bir çox sərgidə iştirak edib. O, yaradıcılığında peyzaj, portret janrlarından geniş istifadə etməklə yanaşı, hərbi-vətənpərvərlik mövzusunda da çalışıb. Rəssamın ilk böyük əsəri "Mənzərə" (1946) peyzaj əsəri hesab olunur. "Savadlılar ailəsi", "Köhnə neft mədənlərində", ""Qudok" qəzeti redaksiyasında", "Qatır Məmmədin dəstəsi", "Balaca çoban" kimi digər ilk əsərlərində xalqın həyatı, keşməkeşli tarixinin bu günü ilə əlaqəsi təsvir olunmuşdur. Onun əsərlərində uydurma süjetlərə yol verilməmişdir. Rəssamın tarixi-inqilabi tabloları və Azərbaycan ədəbiyyatı klassiklərinə həsr olunmuş əsərləri mənbələrin dərindən öyrənilməsinə əsaslanmışdır. Türkiyəyə səfəri Ağa Mehdiyevin yaradıcılığında xüsusi iz qoymuşdur.
Ağadi mehrəli (Zəngəzur)
Ağadi mehrəli – Zəngəzur qəzasında kənd adı. Ağadi mehrəli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ağa şəxs adından (yaxud əxi) və farsca deh-kənd sözlərindən ibarətdir. Mehrəli adlı şəxsə məxsus Ağadi mənasındadır. Gəncə quberniyası Zəngəzur Səbahəddin Eloğlu. Zəngəzur hadisələri, Bakı, 1992. Mirmahmudova S.N. Ermənistanda türkmənşəli yer adları. Bakı, 1995.
Aşağı Mehmandar (Məlikan)
Aşağı Mehmandar (fars. مهماندارسفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 940 nəfər yaşayır (201 ailə).
Aşçı Mehmed Paşa
Aşçı Mehmed Paşa (ö. 1716) — II Mustafa və III Əhməd səltənətlərində kaptan-ı dərya olan Osmanlı dövlət xadimi. Dərya bəylərindən olub, əslən abxazdır. 1703-cü ilin yanvarında kaptan-ı dərya olsa da, 5 mart 1704-cü ildə vəzifədən alınaraq sancaqbəyliyinə gətirildi. 1713-cü ilin oktyabrında ikinci dəfə bu vəzifəyə gətirilsə də, həmin ilin dekabrında vəzifədən alındı. 1714-cü ildə Trablusqərb sancaqbəyi oldu və 1716-cı ildə burada vəfat etdi.
Aşıq Çingiz Mehdipur
Aşıq Çingiz Mehdipur (28 aprel 1961, Şeyxhüseynli, Şərqi Azərbaycan ostanı) — Dalğa musiqi qrupunun, Rövşən musiqi məktəbinin qurucusu, ilk dəfə aşıq musiqisini, saz havalarını nota köçürən azərbaycanlı aşıq. 1961-ci ildə Güney Azərbaycanın Qaradağ bölgəsinin Kəleybər şəhərinə bağlı olan Şıx Həsənli kəndində anadan olub. Uşaqlıqdan musiqiyə maraq göstərib və Qaradağın seçilən aşıqlarında olan əmisi, Aşıq Eynullanın yanında, aşıqlığı və qopuz çalmağı öyrənməyə başlayır. 1977-ci ildə Tehrana gedib orada musiqi təhsilini davam etdirir. 1989-cu ildə Təbrizə qayıdandan sonra ustad Yəhya İsmayılzadədən musiqi nəzəriyyəsini öyrənib. 1983-cü il də, Tehran Çəng musiqi məktəbində musiqi yazmağa və notları toplamağa başladı. 1990-cı ildə öz Dalğa Musiqi Qrupunu yaradaraq dünyanın bir çox yerində məşhurlaşdı. 1992-ci ildə Rövşən Musiqi Məktəbini qurub qopuz çalmağı öyrətməklə yanaşı "Qopuz məktəbi və onun elmi öyrənməsi" kitabını yazmağa başlayıb. Aşıq Çingiz bu kitabı 2000-ci ildə çap etdirəndən 4 il sonra, Aşıq Havaları adlı kitabını yazıb. Saz havalarını ilk dəfə notlaşdıran Çingiz Mehdipurdur.
Bahadur Mehralı oğlu
Bahadur Mehralı oğlu (1883 – 5 dekabr 1962) — Azərbaycan xanəndəsi. Bahadur Mehralı oğlu 1883-cü ildə Şuşa şəhərində anadan olmuşdu. 1928-ci ildə ailəsi ilə birlikdə Ağdama köçmüşdü. Bahadur artıq 20 yaşından bir xanəndə kimi Qarabağ məclislərində məşhurlaşmışdı. Onu tez-tez Şəkiyə, Şamaxıya, Gəncəyə, İrəvana, Tiflisə, hətta İrana dəvət edirdilər. Toy məclislərindən başqa, o, həmçinin Şuşada və Ağdamda keçirilən Şərq konsertlərində çıxış edirdi. Bahadur Mehralı oğlu usta xanəndə kimi geniş səs diapazonuna malik idi. O, bütün muğamları pəsdə və zildə asanlıqla oxuyurdu. F.Şuşinskinin yazdığına görə o, Qarabağ məktəbinin bütün ifaçılıq qaydalarına ciddi riayət edər, hər şeyi ölçüb-biçər, artıq xallar vurmazdı. Bahadur guşəxanlıqda, söz seçməkdə, qəzəlxanlıqda usta idi.
Bahadur Mehralıoğlu
Bahadur Mehralı oğlu (1883 – 5 dekabr 1962) — Azərbaycan xanəndəsi. Bahadur Mehralı oğlu 1883-cü ildə Şuşa şəhərində anadan olmuşdu. 1928-ci ildə ailəsi ilə birlikdə Ağdama köçmüşdü. Bahadur artıq 20 yaşından bir xanəndə kimi Qarabağ məclislərində məşhurlaşmışdı. Onu tez-tez Şəkiyə, Şamaxıya, Gəncəyə, İrəvana, Tiflisə, hətta İrana dəvət edirdilər. Toy məclislərindən başqa, o, həmçinin Şuşada və Ağdamda keçirilən Şərq konsertlərində çıxış edirdi. Bahadur Mehralı oğlu usta xanəndə kimi geniş səs diapazonuna malik idi. O, bütün muğamları pəsdə və zildə asanlıqla oxuyurdu. F.Şuşinskinin yazdığına görə o, Qarabağ məktəbinin bütün ifaçılıq qaydalarına ciddi riayət edər, hər şeyi ölçüb-biçər, artıq xallar vurmazdı. Bahadur guşəxanlıqda, söz seçməkdə, qəzəlxanlıqda usta idi.
Bahai Mehmed Əfəndi
Bahai Mehmed Əfəndi (1595, Konstantinopol – 3 yanvar 1654 və ya 2 yanvar 1654) — Osmanlı alimi, şair və şeyxülislamı. Babası Şeyxülislam Xoca Sadəttin Əfəndi, əmiləri Şeyxülislam Mehmed Əsad və Mehmed Çələbi Əfəndilər, əmisi oğlu isə Şeyxülislam Əbu Səid Mehmed Əfəndidir. 1595-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Şeyxülislam Xoca Sadəttin Əfəndinin oğlu Qazı Əbdüləziz Əfəndidir. Anası isə I Süleyman dönəminin şeyxülislamı Əbu Suud Əfəndini ailəsinə mənsubdur. İlk təhsilini atasından və tanınmış alimlər alan Mehmed Əfəndi 1617-ci ildə atası ilə birlikdə Hicaza getdi. Geri döndükdən sonra ailənin nüfuzundan istifadə edərək bəzi mədrəsələrdə müdərris olaraq xidmət göstərdi. Ardından 1631-ci ildə Saloniki, 1633-cü ildə isə Hələb qazısı təyin olundu. Bu əsnada Hələb hakimi Əhməd Paşa ilə münasibətləri pisləşdi. Əhməd Paşa Mehmed Əfəndini tiryək istifadə etməklə, bu səbəblə də vəzifəsini layiqincə yerinə yetirməməklə günahlandırıb, paytaxta şikayət etdi.
Baltaçı Mehmed Paşa
Baltaçı Mehmed Paşa (1662, Osmancık, Çorum ili – iyul 1712) — III Əhmədin səltənətində 2 dəfə - ümumlikdə 2 il 7 ay 11 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Silâhdar, Nusretnâme, II/2, s. 207, 229, 262, 268-275, 286. Dilâver Ağazâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ, Freiburg 1969, s. 7, 10. Hammer, HEO, XIII, tür.yer. Sicill-i Osmânî, IV, 208-209. Ahmed Refik, Baltacı Mehmed Paşa ve Büyük Petro, İstanbul 1327, s. 61-83. Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s.
Baxış Mehdiyev
Baxış Mehdiyev (5 may 1919, Şamlıq, Borçalı qəzası – 3 mart 1993, Bakı) — Sovet Ordusunun Polkovnik-Leytenantı, Sovet İttifaqı Kommunist Partiyasının üzvü, Böyük Vətən müharibəsinin iştirakçısı, QULAQ əsiri, Sovet düşərgələrində müqavimətin əfsanəvi rəhbəri, azad edildikdən sonra Azərbaycan SSR DİN sistemində xidmət etmişdir. Polis polkovnikidir. Ermənistanın Şamluq ərazisinin Yunan-Azərbaycan kəndində, Mehdi və Zeynəb Mehdiyevlərin ailəsində anadan olub. Atası Şamluq mis mədənində mədənçi olub. İbtidai yunan məktəbini bitirmişdir (kənddə bir çox yunanlar var idi). 13 yaşında Tbilisidə məktəbə daxil olaraq, orada rus dilində oxuyub, oradan da Bakıda pedaqoji texnikuma keçirilmişdi. Texnikumu 1937-ci ildə bitirmiş, bölgü üzrə Şəkiyə müəllim göndərilərək, axşam məktəbinin direktoru və riyaziyyat müəllimi sahəsində işləmişdir. Daha sonra İrəvan Rus Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olur. İrəvan şəhərinin Spandaryan Hərbi Komissarlığından avqustun 5-i 1941-ci ildə qırmızı orduya çağırıldı. 1942-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür.
Bayandur Mehdiyev
Bayandur Allahverdi oğlu Mehdiyev (15 yanvar 1942, Qaryagin – 23 aprel 2007) — sənətşünas, professor, sənətşünaslıq namizədi, Azərbaycan SSR əməkdar artisti (1989). Bayandur Allahverdi oğlu Mehdiyev 1942-ci ilin yanvarın 15-də Füzuli rayonunda doğulub. Ü. Hacıbəyov adına Azəpbaycan Dövlət Konsertaiyasının skripka sinifi üzrə bitirmişdir (xalq artisti Azad Əliyevin sinfi). B. Mehdiyev Sankt-Peterburq konsevatoriyasında aspiranturanı Rusiyanın əməkdar incəsənət xadimi professor M. S. Vaytmanın sinfi üzrə bitirmişdir. B. Mehdiyev, həmçinin filoloq olmuşdur. 10 nəsr əsəri çap olunmuşdur, elmi işi vardır. 25-ci ildən artıq Azərbaycan dövlət simli kvartetini artisti olmuşdur. 20 il orta musiqi məktəbinə rəhbərlik etmişdir. Almaniya və Rusiya musiqi kurslarında dərs demişdir. О bir sıra Beynəlxalq və Respublika müsabiqələrdə münsifər heyətinin üzvü olmuşdur.
Bosniyalı Dərviş Mehmed Paşa
Bosniyalı Dərviş Mehmed Paşa (1569 – 1606, Konstantinopol) — 1595–1596-cı illərdə kaptan-ı dərya, I Əhmədin hakimiyyəti dövründə,21 iyun 1606–9 dekabr 1606 tarixlərində isə ümumilikdə 5 ay 18 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. Mehmed Paşa əslən bosniyalı olmuşdur. Dəvşirilərək qapıqulu ocağına daxil olmuş, gənc yaşında bostancıbaşı olduğundan "Cıvan bey" olaraq anılmışdır. Gənc padşah I Əhmədin gözünə girən Dərviş Paşa 1605-ci ildə vəzirliyə yüksələrək kaptan-ı dərya seçildi. Dövrün validə sultanı olan Handan Sultan Dərviş Paşanı oğlundan uzaqlaşdırmaq istəsə də, Handan Sultan 12 noyabr 1605 tarixində vəfat etdi və beləliklə, Dərviş Paşanın mövqeyi gücləndi. Avstriya cəbhəsinin sərdarı Sədrəzəm Lələ Mehmed Paşa Avstriya ilə sülh danışıqları səbəbilə 1606-cı ilin may ayında paytaxta geri döndü. Ancaq Lələ Mehmed Paşanı özünə rəqib olaraq görən Dərviş Paşa sədrəzəmi paytaxtdan uzaqlaşdırmaq niyyətində idi. Bu məqsədlə sədrəzəmin Səfəvi cəbhəsinə yollanması üçün gənc padşaha təkidlər edirdi. Nəhayət, I Əhməd lələsi olan Lələ Mehmed Paşanı Səfəvi cəbhəsinə göndərmək üzrə qərar verdi. Ancaq Lələ Mehmed Paşanın cəbhəyə getmək istəməməsi səbəbilə padşahla münasibətləri pozulmuş, I Əhməd hətta öz lələsini edamla qorxutmuşdur.
Bosniyalı Mehmed Paşa
Bosniyalı Mehmed Paşa (ö. sentyabr 1623) — II Osman və I Mustafa səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əslən boşnaq olub, II Osman səltənətində Bostancılar ocağında təlim-tərbiyə edilərək bostançıbaşı oldu. Bu vəzifədə ikən içkili məkanlara basqınlar verməklə vəzifələndirildil. Ardından 1621-ci ildə Sivas bəylərbəyi təyin edildi. Sultan Osmanın Lehistan səfəri əsnasında vəzir rütbəsiylə İstanbul naibi oldu. Səfərin ardından 1622-ci ilin martında Misir bəylərbəyi olub 75 gün sonra vəzifədən alındı. Vəzifədən alınma səbəbi isə hamisi olan Sultan Osmanın devrilməsi və taxta əqli cəhətdən zəif olan Sultan Mustafanın çıxarılması idi. Bir müddət gözlərdən kənar qalsa da, dövrün sədrəzəmi Kəmankeş Əli Paşa tərəfindən özünə rəqib görüldü və davam edən iğtişaşlardan istifadə edilərək 1623-cü ilin sentyabrında edam edildi.
Bığlı Mehmed Paşa
Bığlı Mehmed Paşa (ö. iyun 1701) — Osmanlı sultanı II Əhməd və II Mustafa dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən Misirli olub, burada doğulub böyümüşdür. Ciddə bəyliyinə yüksəldikdən sonra 1694-cü ildə vəzirliklə Həbəşistan bəylərbəyi oldu. Ertəsi il həcc əmirliyinə gətirildi. 1696-cı ildə Konya valisi, 1697-ci ilin iyulunda Belqrad valisi təyin edildi. 1698-ci ildə Sultan Muradın nəvələrindən Fatma xanım Sultanla (Mələk İbrahim Paşa və Ruqiyə Sultanın qızı) evlənərək Şam bəylərbəyliyinə gətirildi. Ardından 1699-cu ildə Anadolu və Diyarbəkir bəylərbəyi oldu. 1701-ci ilin iyununda Bağdad uğrunda gedən döyüşlərdə göstərdiyi səriştəsizlik səbəbilə edam edildi. Fatma xanım Sultanla olan nigahından Səid Mehmed bəy adlı oğlunun olduğu bilinir.
Bığlı Qoca Dərviş Mehmed Paşa
Qoca Dərviş Mehmed Paşa (ö. 13 yanvar 1655) — IV Mehmed dövründə 1 il 7 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Həyatının ilk illəri haqqında məlumat yoxdur. Mənbələrdə onun haqqında ilk məlumat çərkəz əsill olduğu və sədrəzəm Dabanıyasdı Mehmed Paşanın kəndxudası olaraq İrəvan səfərinə qatıldığıdır. Daha sonra Dəməşq bəylərbəyi və Mosul fədaisi Kiçik Əhməd Paşanın şəhid düşməsi ilə Mosul fədailiyinə, ardından 1637-ci ildə Dəməşq bəylərbəyi seçildi. 1638 tarixli Bağdad səfəri əsnasında Dəməşqdən Diyarbəkir bəylərbəyliyinə gətirildi. Bağdadın fəthindən sonra buranın ikinci bəylərbəyi olaraq 5 may 1639 tarixində vəzifəyə gətirildi. Bu vəzifədə ikən bəzi maliyyə tədbirləri ilə şəxsi xəzinəsini böyütdü. Bağdad bəylərbəyliyindən ayrıldıqdan sonra 1642-ci ildə ikinci dəfə Diyarbəkirə təyin olundu. Ardından müəyyən fasilələrlə iki dəfə Anadolu, iki dəfə Silistrə və qısa müddətliyinə Bosniya bəylərbəyi kimi xidmət göstərmiş, xüsusilə venesiyalıların zəbt etdiyi Çanaqqala boğazının azad edilməsində önəmli rol oynadı (1649).
Cahangir Mehdi
Mehdiyev Cahangir Yaqub oğlu (13 yanvar 1951, Bakı) — Azərbaycan kinorejissoru, aktyor, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2000), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Professional Kinorejissorlar Gildiyasının üzvü . Cahangir Mehdiyev 13 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. Atası dövlət qulluqçusu, anası isə evdar qadın idi. Bakı şəhərində 158 saylı orta və 12 saylı musiqi məktəblərini bitirib. Sənətdə ilk addımlarını 6 yaşında ikən rejissor Lətif Səfərovun "Bakı və bakılılar" filmində atmışdır. 1968-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Teatr və televizya filmləri rejissorluğu ixtisası üzrə təhsil almağa başlamışdır. 1969-cu ildə "Dəli Kür" bədii filmində aktyor kimi oynamışdır. 1973-cü ildə diplom işi kimi Azərbaycan Milli Akademik Dram Teatrında "Sevgi, sevgi" teatr tamaşasına, eləcə də Azərbaycan Respublikası Dövlət Televizya və Radio Verilişləri Şirkətinin Ədəbi dram, incəsənət redaksiyasında "Yumoristik novellalar" adlı televizya tamaşasına quruluş vermişdir. 1973-cü ildə institutu əla qiymətlərlə bitirmiş, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii filmlər üzrə rejissor assisenti kimi çalışmağa başlamışdır. 1974-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təyinnaməsi ilə Moskva şəhərində Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Kinorejissorluq fakültəsinə daxil olmaq üçün imtahan verməyə göndərilmiş, imtahanı uğurla verərək instituta daxil olmuşdur.
Cahangir Mehdiyev
Mehdiyev Cahangir Yaqub oğlu (13 yanvar 1951, Bakı) — Azərbaycan kinorejissoru, aktyor, ssenarist, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2000), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Professional Kinorejissorlar Gildiyasının üzvü . Cahangir Mehdiyev 13 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. Atası dövlət qulluqçusu, anası isə evdar qadın idi. Bakı şəhərində 158 saylı orta və 12 saylı musiqi məktəblərini bitirib. Sənətdə ilk addımlarını 6 yaşında ikən rejissor Lətif Səfərovun "Bakı və bakılılar" filmində atmışdır. 1968-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Teatr və televizya filmləri rejissorluğu ixtisası üzrə təhsil almağa başlamışdır. 1969-cu ildə "Dəli Kür" bədii filmində aktyor kimi oynamışdır. 1973-cü ildə diplom işi kimi Azərbaycan Milli Akademik Dram Teatrında "Sevgi, sevgi" teatr tamaşasına, eləcə də Azərbaycan Respublikası Dövlət Televizya və Radio Verilişləri Şirkətinin Ədəbi dram, incəsənət redaksiyasında "Yumoristik novellalar" adlı televizya tamaşasına quruluş vermişdir. 1973-cü ildə institutu əla qiymətlərlə bitirmiş, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii filmlər üzrə rejissor assisenti kimi çalışmağa başlamışdır. 1974-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təyinnaməsi ilə Moskva şəhərində Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Kinorejissorluq fakültəsinə daxil olmaq üçün imtahan verməyə göndərilmiş, imtahanı uğurla verərək instituta daxil olmuşdur.
Cucumis melo var. mehanawy
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Cərrah Mehmed Paşa
Cərrah Mehmed Paşa (v. 10 yanvar 1604, Konstantinopol) — III Mehmed dövründə 9 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət xadimidir. Əsli və həyatının ilk illəri haqqında yetərli məlumat yoxdur. Əndərunda yetişmiş, ardından hasoda bölüyündə cərrah olaraq xidmət etməyə başlamışdır. Ardından yeniçəri ağası təyin edilərək saraydan ayrılmışdır. Bu vəzifədə ikən 1578-ci ildə kaptan-ı dərya Piyalə Paşanın ölümüylə dul qalan Gövhərxan Sultanla nikahlandı. Çox keçmədən 15 yanvar 1580-ci ildə xanımının da təsiriylə Rumeli bəylərbəyliyinə təyin edildi. Ardından 1582-ci ilin martında Boyalı Mehmed Paşanın yerinə dördüncü vəzir olaraq divana daxil oldu. Bu vəzifədə ikən Sultan Muradın böyük oğlu Şahzadə Mehmedi sünnət etdi. Bu səbəblə bundan sonrakı illərdə "Cərrah" ləqəbiylə anıldı.
Dabanıyasdı Mehmed Paşa
Dabanıyasdı Mehmed Paşa (ö. 1639) — IV Murad dövründə ümumilikdə 4 il 8 ay 14 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Albaniyanın Plyevlya kəndində dünyaya gəlmişdir. Darüssəadə ağası Hacı Mustafa ağanın xidmətinə alınmış, onun yanında saray tərbiyəsi almışdır. Onun xidmətindən miraxurluğa gətirilmiş, çox keçmədən vəzir rütbəsiylə Misir bəylərbəyi seçilmişdir. 18 may 1632 tarixində IV Muradın əmriylə edam olunan Topal Rəcəb Paşanın yerinə sədarətə gətirildi. Xəbəri aldıqdan sonra dərhal İstanbula gələn Mehmed Paşa ilk iş olaraq 10 iyun günü Sənan Paşa köşkündə ayaq divanı tərtiblədi. IV Muradın da iştirak etdiyi bu ayaq divanında divan vəzirləri, üləma, yeniçəri və sipahi ağaları Quran-i Kərimə and içərək padşaha bağlı olduqlarını və aralarındakı üsyançıları təslim edəcəklərinə söz verdilər. Nəticədə qısa zaman ərzində Saka Mehmed, Cin Əli və digər üsyan rəhbərləri təslim edildilər və şəhər mərkəzində edam olundular. Üsyanda iştirak edən ancaq ələ keçirilməyən sipahilərin adları ocaq dəftərlərindən silindi.
Dabbaqzadə Mehmed Əfəndi
Dabbaqzadə Mehmed Əfəndi (1619 – 5 dekabr 1702) — Osmanlı alimi, şair və şeyxülislamı. Mahmud Əfəndinin oğludur. İlk təhsilini dövrün tanınmış alimləri olan Cərrah şeyx Mehmed Əfəndi, Uzun Həsən Əfəndi və Tarsusi Əfəndidən almış, 1647-ci ildə Qaraçələbizadə Əbdüləziz Əfəndinin tələbəsi olaraq dini təhsilini bitirmişdir. 1656–1666-cı illərdə İstanbulun müxtəlif mədrəsələrində müdərris olaraq çalışdıqdan sonra Süleymaniyyə mədrəsəsinə təyin edildi. Daha sonra qazı oldu və 1667-ci ildə Dəməşq, 3 il sonra Ədirnə, 1675-ci ildə İstanbul, 1679-cu ildə isə Anadolu qazısı olaraq təyin edildi. 1687-ci ildə Rumeli qazısı oldu və nəhayət, həmin ilin oktyabrında şeyxülislamlığa yüksəldi. Qısa olan bu ilk şeyxülislamlığı əsnasında IV Mehmedi devirən və II Süleymanı taxta çıxaran siyasi qruplaşmanın tərkibində yer aldı. Bundan başqa Körpülü Fazil Mustafa Paşanın edamını tələb edən üsyançılarla mübarizə apardı. Dabbaqzadənin şeyxülislamlıqdan alınmasına səbəb isə yeniçəri və sipahilərlə yola getməməsi oldu. Üsyan qaldıran yeniçəri və sipahilər o illərdə Fazil Mustafa Paşanın vəzifədən alınmasına və sürgün edilməsinə səbəb olmuşdular.
Dürri Mehmed Əfəndi
Dürri Mehmed Əfəndi (Konstantinopol – 1736, Üsküdar) — Osmanlı alimi, şair və şeyxülislamı. Məşhur Osmanlı üləma ailəsi olan Dürrizadələr ailəsinin ilk fərdi olan Mehmed Əfəndi İstanbulda dünyaya gəlmişdir. Atası İlyas Əfəndi sadə məhəllə mollası olmuşdur. Mədrəsə təhsilini bitirdikdən sonra müdərris olaraq bəzi mədrəsələrdə fəaliyyətə başladı. Daha sonra IV Mehmed dövrünün məşhur başqazılarından Əbdülqadir Əfəndinin qızı ilə evlənərək nüfuzunu yüksəltdi. 1704-cü ildə Süleymaniyə müdərrisi ikən qazılığa yüksəldi və 1707-ci ildə Misir, 1716-cı ildə Məkkə, 1720-ci ildə isə İstanbul qazısı oldu. Ancaq son vəzifə yerində məsuliyyətsizliyi səbəbilə 1721-ci ildə vəzifədən alındı. Uzun müddət vəzifəyə gətirilməyən Mehmed Əfəndi 1726-cı ildə Anadolu başqazısı təyin olundu. Ancaq dövrün qazılarının Mehmed Əfəndini guya təyin məsələlərində rüşvətə yol verməsi haqqında sədrəzəm İbrahim Paşaya şikayət etməsi nəticəsində vəzifədən alındı və paytaxtdan sürgün edildi. Bir müddət sonra baş verən Patrona Xəlil ayaqlanmasının ardından 1730-cu ilin oktyabrında Rumeli başqazısı oldu.
Dürrizadə Mehmed Arif Əfəndi
Dürrizadə Mehmed Arif Əfəndi (1740, Konstantinopol – 9 oktyabr 1800, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Oğlu Abdullah Əfəndi Sultan Mahmud səltənətində şeyxülislamlığa yüksəlmişdir. 1740-cı ildə İstanbulda dünyaya gəldi. Atası müxtəlif zamanlarda şeyxülislam olmuş Dürrizadə Mustafa Əfəndi, anası isə məşhur şeyxülislam ailəsi olan Başmaqçızadələrdən Seyid Abdullah Əfəndinin qızı Şərifə Safiyə xanımdır. İlk təhsilini atasından alaraq şeyxülislam övladlarına xas imtiyazla hələ 14 yaşında ikən icazət aldı. İstanbulun bəzi mədrəsələrdində xidmət etməsinin ardından 1766-cı ildə Yenişəhər, 1774-cü ildə Məkkə və Bursa, 1780-ci ildə isə İstanbul qazısı oldu. Ana şəcərəsinin Hz. Hüseyndən gəlməsi səbəbilə Seyid ünvanı da daşıyan Arif Əfəndi 1782-ci ildə naqibüləşraf elan edildi. Beləcə, Dürrizadələr ailəsindən çıxan ilk naqibüləşraf oldu. 1783-cü ildə Anadolu, bir illik xidmət müddətini tamamlamasının ardından 1784-cü ildə Rumeli qazəsgəri təyin edildi.
Dürrizadə Mehmed Ataullah Əfəndi
Dürrizadə Mehmed Ataullah Əfəndi (1729, Konstantinopol – 15 may 1785, Gelibolu, Çanaqqala vilayəti) — Osmanlı alimi və şeyxülislamı. 1729-cu ildə doğulmuşdur. Atası müxtəlif zamanlarda şeyxülislam olmuş Dürrizadə Mustafa Əfəndi, anası isə məşhur şeyxülislam ailəsi olan Başmaqçızadələrdən Seyid Abdullah Əfəndinin qızı Şərifə Safiyə xanımdır. İlk təhsilini atasından alaraq şeyxülislam övladlarına xas imtiyazla hələ 7 yaşında ikən icazət aldı. Buna baxmayaraq uzun müddət təhsil həyatı davam etdi və müdərris təyin edilmədən 1759-cu ildə birbaşa Saloniki qazılığına gətirildi. 1764-cü ildə Məkkə, 1769-cu ildə isə İstanbul qazısı oldu. Ancaq bir neçə ay sonra vəzifədən alındı və uzun müddət dövlət vəzifələrindən uzaq tutuldu. 1774-cü ildə Anadolu qazəsgəri oldu və 1 illik vəzifə müddətini tamamladı. Ardından 1778-ci ildə və 1782-ci ildə 2 dəfə Rumeli qazəsgərliyinə təyin olundu. Seyid İbrahim Əfəndinin vəfatının ardından 20 may 1783-cü ildə saraya dəvət edilərək sədrəzəm Xəlil Həmid Paşanın da iştirak etdiyi mərasimlə şeyxülislamlığa yüksəldi.

Digər lüğətlərdə