Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına Memorandumu
Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına Memorandumu — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Paris Sülh Konfransına təqdim etdiyi tarixi sənəd.
== Tarixi ==
1918-ci il dekabrın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti parlamentin üzvlərinin iştirakı ilə Paris Sülh Konfransına göndəriləcək Azərbaycanın nümayəndə heyətinin tərkibini müəyyən etdi. Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinə Məmməd Həsən Hacınski, Əhməd bəy Ağayev, Əkbər ağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyev və Ceyhun bəy Hacıbəyli daxil idilər. İstanbula gedən nümayəndə heyəti üç ay orada gözlədik sonra, nəhayət, 1919-cu il aprelin 22-də İtaliya ilə gəmisi Fransaya yola düşdü və mayın əvvəllərində Parisə çatan nümayəndə heyəti hələ İstanbulda ikən Ə.Topçubaşov Ə.Ağayev və C.Hacıbəyli tərəfindən hazırlanmış "Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına memorandumu" adlı sənəd üzərində yenidən işləyərək, onu daha da təkmilləşdirdi. Məqsəd memorandumu Paris Sülh Konfransının keçirildiyi ingilis və fransız dillərində kitabça şəklində hazırlayıb konfrans iştirakçılarına paylamaq Ə.Topçubaşov 1919-cu il iyunun 8-10-da Azərbaycan Cümhuriyyəti Nazirlər Şurası sədrinə yazdığı məktubda memorandum üzərində gedən gərgin iş barədə məlumat verərək bildirirdi ki, "indi nümayəndə heyətinin bütiin üzvləri həmin məsələ ilə məşğuldurlar. Ümid edirik ki, memorandumu tezliklə başa çatdırıb lazımi yerlərə və şəxslərə təqdim edəcəyik". Həmin il iyulun 8-9-da yazdığı digər məktuda isə o, memorandumun iyunun 12-də, ümumən, yazılıb başa çatdırıldığını, onun nümayəndə heyəti üzvlərinin təklif əlavə və düzəlişləri əsasında yenidən təshih olunub fransız dilinə tərcümə edildiyini bildirirdi.
Azərbaycan Hökumətinin memorandumu, hələ kitabça şəklində çap edilməzdən əvvəl, ingilis və fransız dillərində əlyazması şəklində Sülh Konfransının katibliyinə təqdim olunmuşdu.
== Müddəaları ==
"Qafqaz Azərbaycam Cümhuriyyətinin Paris Sülh Konfransına memorandumu" on dörd bölmədən ibarət idi. "Azərbaycanın mənşəyi-müstəqil xalqlar və onların tənəzzülü" adlanan 1-ci bölmədə Azərbaycan xalqının mənləyi və formalalma prosesi, Azərbaycanın qədim coğrafı hüdudları, müstəqil xanlıqların yaranması və onların Rusiya imperiyası tərəfindən işğalı barədə Sülh Konfransı iltirakçılarına, Avropa və Amerika ictimaiyyətinə qısa məlumat verilirdi.