meteorizm

is. météorisme m

meteorit
meteoroqrafiya
OBASTAN VİKİ
Meteorizm
Meteorizm (yun. μετεωρισμός — şiş, köp) və ya flatulensiya, osturaq — bağırsaqlarda qazların həddindən artıq yığılması. Bu, şişkinlik, çox miqdarda həzm qazının çox miqdarda (“püskürücü”) ifrazı ilə özünü göstərir. Sağlam bir yetkin insanda mədə və bağırsaqlarda təxminən 1 litr qaz var ki, bu qazlar əsasən bağırsaq mikroflorasının mikroorqanizmlərinin həyati fəaliyyəti nəticəsində əmələ gəlir. Yetkin bir insanda defekasiya prosesində və əlavə olaraq gün ərzində bağırsaqdan normal olaraq 0,1-0,5 litr qaz xaric olur. Meteorizmlə, çıxarılan qazın həcmi üç və ya daha çox litrə çata bilər. Sağlam insanlarda qaz qarışımının tərkibi aşağıdakı kimidir: azot N2 — 24—90 %; karbon qazı СО2 — 4,3—29 %; oksigen О2 — 0,1—23 %; hidrogen Н2 — 0,6—47 %; metan CH4 — 0—26 %; həm də az miqdarda: hidrogen sulfid H2S; ammonyak NH3; uçucu merkaptanlar. Qazın əmələ gəlməsinə karbohidratlı və lifli qidalar səbəb olabilir. Aşağıdakı səbəblər də bağırsaqlarda qaz sancılarının əmələ gəlməsinə səbəb olur: meyvələr tərəvəzlər kəpəkli taxıl məhsulları lobya və paxlakimilər qazlı içkilər sürətli yemək həzm sistemində pozumalar xronik bağırsaq xəstəlikləri sintetik qidalar rejimsiz qidalanma.

Digər lüğətlərdə