mikrokompüter

mikrokompüter
mikrokompressor
mikrokonstruktor
OBASTAN VİKİ
Mikrokompüter
Mikrokompüter və ya mikro-EBM — mikroprosessordan hazırlanmış mərkəzi prosessoru (CPU) olan kiçikhəcmli, nisbətən ucuz kompüter. Bu kompüterə həmçinin çap dövrə lövhəsinə (PCB) quraşdırılmış yaddaş və giriş/çıxış (I/O) sxemləri daxildir. Mikrokompüterlər 1970–1980-ci illərdə getdikcə daha güclü mikroprosessorların meydana çıxması ilə populyarlaşmışdır. Bu kompüterlərin əvvəlki iterasiyaları – meynfreymlər və minikompüterlər nisbətən daha böyükhəcmli və daha bahalı olurdu. Bir çox mikrokompüterlər (giriş və çıxış üçün klaviatura və ekranla təchiz olduqları halda) eyni zamanda ümumi mənada fərdi kompüterlərdir. 1962-ci ildə "fərdi kompüter" termininin mikroprosessor əsaslı dizaynlardan əvvəl baş tutmuşdur. Quraşdırılmış idarəetmə sistemi kimi istifadə olunan "mikrokompüter"in insan tərəfindən oxuna bilən giriş və çıxış cihazları olmaya bilər. "Fərdi kompüter" ümumi olaraq istifadə edilir və ya IBM PC-yə uyğunlaşmış maşını ifadə edir. "Mikro" abbreviaturası 1970–1980-ci illərdə geniş yayılmışdı, lakin o vaxtdan bəri ümumi istifadədən çıxmışdır. Mikrokompüter termininin ümumi formada istifadə edilməsi minikompüterin təqdim edilməsindən sonra başlamışdır.