mod

is. mode f ; vogue f ; ~da olmaq être à la mode ; ~dan düşmək ne plus être à la mode ; passer de mode ; ~a salmaq mettre vt en vogue ; ~ da olan à la mode, en vogue

mizraq
moda
OBASTAN VİKİ
Kraliça Mod Torpağı
Kraliça Mod Torpağı (norv. Dronning Maud Land) — Atlantik okeanın cənubunda, Antarktida sahillərində 20° qərb bə 44°38’ şərq uzunluqları arasında yerləşən ərazi. Bölgəyə Norveç iddia edir. Sahəsi təqribi olaraq 2 500 000 km². Torpaq norveçli Kraliça Modun şərəfinə adlandırılmışdır. Bölgənin böyük bir hissəsinə Üçüncü Reyx iddia etmişdir (1939). Norveç bölgəni 1938-ci ildən öz ərazisi hesab edir. 14 yanvar 1939-cu ildən «Norveç bölgəsi» və ya «Buve bölgəsi» adlandırılır. Bölə 20° q.u və 44°38’ ş.u arasında yerləşir. Bununla vağlı əmrdə deyilirdi: Bu ərazilərin idarəsi Osloda yerləşən Ticarət Nazirliyinə həvalə olunsun 1961-ci ildə imzalanmış Antarktida haqqında konvensiyasına görə bölgəyə olan iddialar dondurulmuşdur.
Kraliça Mod dağları
Kraliça Mod dağları (ing. Queen Maud Mountains, norv. Dronning Mauds Fjell) — Transantarktika dağları sisteminə daxil olan silsilə. Transntarktikanın mərkəzi hissəsində yerləşir. Silsilənin böyük hissəsi 2500—3000 metr hündürlüyə malikdir. Yuxarı hissələrində olan suxurlar paleozoy dövrünə aiddir. Silsilə ilk dəfə 1911-ci ildə Norveç antarktika ekspedisiyasının rəhbəri Raul Amundsen kəşf edilmiş və Norveç kraliçasının şərəfinə adlandırılmışdır.
AD-AS modeli
AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
Acianthera modestissima
Acianthera modestissima (lat. Acianthera modestissima) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Alone (Modern Talking albomu)
Ready for Romance (azərb. Tənha‎) - 2000-ci ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Amadeo Modilyani
Amadeo Modilyani (it. Amedeo Modigliani; 12 iyul 1884[…], Livorno, Toskana – 24 yanvar 1920[…], Paris, Fransa) — yəhudi mənşəli italyan heykəltaraş və rəssam. == Həyatı və fəaliyyəti == Rəssamın yəhudi əsilli ailəsi XVIII əsrin əvvəllərində miqrant kimi İtaliyanın Livorno şəhərinə köçür. Amadeo ailədə dördüncü və sonuncu övlad idi. 1895-ci ildə keçirdiyi vərəm xəstəliyinin ardından, 1898-ci ildə tif xəstəliyinə yaxalandı və nəticədə təhsilini tamamlaya bilmədi. Keçirdiyi ağır xəstəliklərdən sonra rəssamlıq dərsləri almağa başlayan gənc Amadeo, 1901-ci ildə yenidən vərəm xəstəliyinə yoluxur və bu dəfə vəziyyət ciddi olduğu üçün anası tərəfindən Napoli şəhərinə aparılır. Dərs aldığı Qugliemo Mikelli, ona rəssamlıq üzrə ali təhsil almasını təklif etdi və Modilyani 1902-ci ildə Florensiya şəhərində yerləşən İncəsənət Akademiyasına daxil oldu. Bir il sonra isə təhsilini Venesiya şəhərində yerləşən eyni adlı akademiyada davam etdirdi. Venesiyada yaşadığı illərdə Amadeo Modilyanin çətin günləri başlayır. Qısa zamanda narkotik maddələrin əsirinə çevirilən rəssam bir növ toparlanamaq üçün Paris şəhərinə getməyə qərar verir.
Amblyseius modestus
Amblyseius modestus (lat. Amblyseius modestus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius modestus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
America (Modern Talking albomu)
America (azərb. Amerika‎) - 2001-ci ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Amplitud modulyasiyası
Amplitud modulyasiyası(AM) — radio daşıyıcı siqnallar vasitəsilə informasiyanı ötürmək üçün elektron rabitədə istifadə edilən modulyasiya texnikası. AM göndərilmiş dalğa formasının nisbətlərinə görə daşıyıcının amplitudunu dəyişməklə işləyir. Bu dalğa forması televiziya pixsellərinin işıq intensivliyi və ya səsucaldan ilə yenidən hasil olunmuş səslərinə uyğun gələ bilər. Bu modullaşan siqnal ilə fazası müxtəlif olan faza modulyasiyası və daşıyıcı siqnal tezliyi müxtəlif olan tezlik modulyasiyası ilə ziddir. Amplitud modulyasiyası radio ilə səs ötürmək üçün istifadə edilən ən erkən modulyasiya metodu idi. Bu Reçinald Fessendenin 1900-cü ildə radio-telefon təcrübələri ilə XX əsrin ilk 20 ilində inkişaf etdi. Amplitud modulyasiyası rabitənin çox formasında bu gün də istifadə olunur: məsələn, kompüter modemlərində, portativ ikitərəfli radoilarda və s. istifadə olunur. == ITU işarələri == 1982-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU ) amplitud modulyasiyasının tiplərini müəyyən etdi.
Andropogon modestus
Bothriochloa bladhii (lat. Bothriochloa bladhii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin bothriochloa cinsinə aid bitki növü. == Arealı == Seneqal və Efiopiyadan Cənubi Afrikaya qədərki Afrika torpaqları, Orta şərq, cənub və şərqi Asiya və Avstraliya üçün endemikdir. == Sinonimləri == Amphilophis glabra (Roxb.) Stapf Amphilophis glabra var. haenkei (J. Presl) E.G. Camus & A. Camus Amphilophis haenkei (J.Presl) Haines Amphilophis insculpta var. vegetior (Hack.) Stapf Amphilophis intermedia (R.Br.) Stapf Amphilophis intermedia var. acidula (Stapf) Stapf Amphilophis odorata (Lisboa) A.Camus Anatherum glabrum (Roxb.) Schult. Anatherum montanum (Roxb.) Schult. Andropogon annulatus var. bladhii (Retz.) Hack.
Apollon ay modulu
Ay modulu və ya Ay hörümçəyi — Aya enmək üçün istifadə olunan kosmik gəminin hissələrindən biridir. Apollon proqramı üçün Grumman şirkəti tərəfindən istehsal edilmişdir. Əvvəlcə Apollon 11-də və daha sonra digər Apollon missiyalarında uğurla istifadə edilərək Aya endirilmişdir. Eniş mərhələsi və çıxış mərhələsi olaraq 2 mərhələdən ibarət olan Ay modulunun digər adı "Ay hörümçəyi"dir. Eniş mərhələsi: Aya enməni təmin edən və gücü azaldıla bilən bir ədəd raket mühərrikindən, yanacaq çənlərindən və elmi tədqiqatlar üçün istifadə edilən alətlərin olduğu bir hissədən ibarətdir. Çıxış mərhələsi: Briqadanın yerləşəcəyi, rabitəni təmin edən avadanlıq, idarəetmə və nəzarət sistemlərinin, qalxma mühərriki və lazımi yanacaq çəninin yerləşdiyi hissədir. Ay modulu yalnız Ayın ətrafında və onun səthində fəaliyyət göstərir. Atmosferlə təmasda olmur, onu əhatə edən adapterin içərisindədir. Buna görə də aerodinamik formada dizayn edilməmişdir. Adından da göründüyü kimi hörümçək formasında olan quruluşa malikdir.
Apollon komanda modulu
Komanda modulu kosmik gəminin vacib hissələrindən biridir. Adından da göründüyü kimi, astronavtlar tərəfindən komandanlıq missiyasının yerinə yetirildiyi hissədir. Bura həm də astronavtların kosmik gəmilərdə vaxtlarının çox hissəsini keçirdikləri yerdir. Misal üçün; Apollon kosmik gəmisindəki Komanda Modulu 3 hissədən ibarətdir: yuxarı hissə, alt hissə və heyət hissəsi. Yuxarı hissədə bir-birinə kilidləmə mexanizmi (Apollon ay modulu ilə bir-birinə bağlanmanı təmin edir) və 2 reaktiv mühərrik; aşağı hissədə, qalxma zamanı baş verən sarsıntıyı aradan qaldırmaq üçün nəzərdə tutulmuş cihaz və 10 mühərrik; Heyət hissəsində isə nəzarəti təmin edəcək cihazlar və göstəricilər mövcuddur. Komanda modulu işə buraxılma zamanı yuxarı hissədə yerləşdiyi üçün aerodinamik formadadır. Atmosferə yenidən daxil olarkən sürtünmə nəticəsində əmələ gələn istiliyin daha geniş bir səthə paylanması və enişin asanlaşdırılması üçün komanda modulunun aşağı hissəsi daha geniş formada hazırlanmışdır. İfrat qızışmanın yaratmış olduğu problemləri aradan qaldırmaq üçün üst hissəsi istilik dəf edicilər ilə örtülmüşdür.
Apollon xidmət modulu
Xidmət modulu kosmik gəmiyə lazım olan yanacaq, mühərriklər üçün lazım olan helium, yanacaq hücrələri və astronavtlar üçün lazım olan oksigenin olduğu və s. şeyləri özündə saxlayan hissədir. Misal üçün; Apollo Spacecraftda Xidmət Modulunda bir mühərrik yerləşdirilmişdir. Bu mühərrik 2 dəfə işə düşərək birində Ayın orbitinə girilməsinə, digərində isə Ayın orbitindən çıxaraq Yerə qayıtmağa imkan yaratmışdır. Modulun qalan hissəsi anbarlardan ibarətdir. Bunlar; yanacaq ambarları, mühərriklərə lazımi təzyiqi təmin etmək üçün heliumun olduğu hücrələr, yanacaq hücrələrini işlədəcək və astronavtların nəfəs alması üçün lazım olan oksigenin olduğu anbarlar və hidrogen anbarlarıdır. Xidmət modulu atmosferə yenidən daxil olan zaman tərk edilir, buna görə də istilik dəf edicisi ilə örtülmür.
Artım modelləri
Aster modestus
Canadanthus modestus (lat. Canadanthus modestus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin canadanthus cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aster modestus Lindl.
Aster modestus var. major
Canadanthus modestus (lat. Canadanthus modestus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin canadanthus cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aster modestus Lindl.
Atlantis Is Calling (S.O.S. for Love)(Modern Talking)
Atlantis Is Calling (S.O.S. for Love) (azərb. Atlantis zəng vurur (S.O.S. məhəbbət üçün‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Atmosfer proseslərinin laboratoriya modelləşdirilməsi
Atmosfer proseslərinin laboratoriya modelləşdirilməsi – bir sıra atmosfer proseslərinin sadələşdirilmiş şəraitdə müxtəlif laboratoriya qurğularında kicik miqyasda gedişinin modelləşdirilməsidir. Belə üsul atmosfer hərəkətlərinin ümumi xassələrini təyin etməyə imkan verir.
Atom və molekulyar modellər
Atom və molekulyar modellər — izolə olunmuş atom və molekullarda atom və ya hibrid orbitallarının quruluşundakı xüsusiyyətləri nümayiş etdirmək üçündür. == İstinadlar == == Mənbə == Arnold Gordon, Richard, Ford. The Chemist`s Companion. New York-London-Sydney-Toronto. 1972.
Axım modulu
BMT Modeli
Birləşmiş Millətlər Təşkilatı Modeli (Model UN) gənclər üçün özünü diplomat və səfir rollarında sınamaq, beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, müvafiq bilik və bacarıqlarını artırmaq fürsətini yaradan qeyri-formal təhsil növü və simulasiya oyunudur. Oyunun məqsədi gənclərə liderlik, ictimai danışıqların aparılması və konfliktlərin həlli yollarının öyrədilməsidir. Baxmayaraq ki, BMT Modeli məktəbdən kənar bir fəaliyyətdir, bir çox ölkələrdə bu simulyasiya bir dərs olaraq təqdim edilir. Bu tələbələrin dünyadakı aktual mövzular haqqında daha dərin bir anlayış əldə etməsinə və bu biliklərini inkişaf etdirməsinə imkan yaradır. BMT Modeli konfranslarının iştirakçıları "Nümayəndə" adlandırılır və bu nümayəndələr təmsil etdikləri ölkənin və ya siyasi şəxslərin adı ilə müəyyən edilirlər. Nümayəndələr konfransdan əvvəl onlara təqdim olumuş mövzuda tədqiqat aparır və təmsil etdikləri ölkələrin faktiki siyasəti əsasında onların siyasi mövqelərini tədqiq edir və həmin ölkələrin siyasi mövqeyinə uyğun çıxış edə bilmək üçün siyasi yanaşmalar hazırlayırlar. Konfransın sonunda hər bir komitədə, ən yaxşı çıxış edən nümayəndələr və ya nümayəndə heyəti mükafatlarla təltif olunurlar. BMT Modelinin iştirakçıları əsasən orta məktəbdə və universitetdə təhsil alan şagird və tələbələrdən ibarətdir. Nümayələrdələr adətən məktəb və ya universitetlərin BMT Modeli klublarının təşkil etdiyi konfranslarda yoldaşları ilə birlikdə və ya tək başına iştirak edirlər. == Tarix == BMT Modeli, bir sıra tələbələr tərəfindən Model Millətlər Liqası simulyasiyası olaraq fəaliyyətə başlamışdır.
Back For Good (Modern Talking albomu)
Ready for Romance (azərb. Uğur üçün qayıdış‎) - 1998-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Barnaba da Modena
Barnaba da Modena (it. Barnaba da Modena; 1328, Modena – təq. 1386, Modena) — İtaliya rəssamı. == Həyatı == Barnaba da Modena rəssamlıq fəaliyyətinə İtaliyada başlamışdır. Onun əsərləri Vizantiya stilindədirlər. Ən məşhur əsəri "Axirət günü" Müqəddəs Aqostino kilsəsi üçün çəkilmişdir. == Həmçinin bax == Barnaba Barokko rəssamlığı == Ədəbiyyat == Pietro Toesca, Dipinti di Barnaba da Modena, in "Bollettino d'arte del Ministero della Pubblica Istruzione", 16, 1922/23, pp. 291–294. Pasquale Rotondi, Il polittico di Barnaba da Modena a Lavagnola, Genova, Stab. Tip.
Bell-LaPadula model
Bell-LaPadula modeli təhlükəsizlik siyasətinin formal avtomat modelidir, girişin idarə edilməsi qaydaları çoxluğunu təsvir edir. == İş prinsipi == Bu modeldə sistemin komponentləri təhlükəsizlik obyektlərinə və subyektlərinə bölünür. Təhlükəsiz vəziyyət anlayışı daxil edilir və isbat edilir ki, əgər hər bir keçid təhlükəsiz vəziyyəti saxlayırsa (yəni sistemi bir təhlükəsiz vəziyyətdən digər təhlükəsiz vəziyyətə keçirirsə), onda induksiya prinsipinə görə sistem təhlükəsizdir. == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Bertran modeli
Bertran modeli və ya Bertrana görə rəqabət — 1883-cü ildə fransız riyaziyyatçısı və iqtisadçısı Jozef Lui Fransua Bertran tərəfindən tərtib edilmiş oliqopolist bazarda qiymət rəqabəti modeli. Model oliqopolist bazarda öz məhsulları üçün qiymət səviyyəsini dəyişdirərək rəqabət aparan firmaların davranışını təsvir edir. Modelin paradoksal nəticəsi — firmalar, həmçinin mükəmməl rəqabət şəraitində firmalar üçün marjinal xərcə bərabər qiymət tətbiq edəcəklər - Bertran paradoksu adlanır. == Modelin fərziyyələri == Modeldə aşağıdakı fərziyyələr irəli sürülür: Bazarda homojen məhsul istehsal edən ən azı iki firma var; Firmalar qeyri-kooperativ davranırlar; Firmaların marjinal dəyəri (MC) eyni və sabitdir; Tələb funksiyası xəttidir; Firmalar öz məhsullarının qiymətini təyin etməklə rəqabət aparır və onları müstəqil və eyni zamanda seçirlər; Qiyməti seçdikdən sonra firmalar öz məhsullarına tələb olunan kəmiyyətə bərabər həcmdə əmtəə istehsal edirlər; Qiymətlər fərqlidirsə, istehlakçılar daha ucuz məhsul tələb edirlər; Qiymətlər eyni olarsa, bütün firmaların malları bərabər paylarla alınır. Model statikdir (qərar qəbulu zamanın bir nöqtəsində nəzərə alınır). Qiymət rəqabəti fərziyyəsi o deməkdir ki, firmalar öz məhsullarını asanlıqla dəyişə bilərlər, lakin seçimdən sonra qiyməti dəyişmək çox çətindir və ya qeyri-mümkündür. == Klassik Bertran modelində tarazlıq == MC = marjinal xərc p1 = firma 1-in qiyməti p2 = firma 2-nin qiyməti pM = inhisar qiyməti 1-ci firmanın optimal qiyməti onun 2-ci firma tərəfindən təyin olunan qiymətə dair gözləntilərindən asılıdır. Öz qiymətini rəqibin qiymətindən bir qədər aşağı təyin etmək bütün istehlakçı tələbini D tutur və mənfəəti artırır. Əgər 1-ci firma 2-ci firmanın MC-nin marjinal dəyəri ilə və ya ondan aşağı qiymət alacağını gözləyirsə, o zaman 2-ci firmanın ən yaxşı cavabı marjinal qiymətə qiymət verməkdir. Diaqram 1 firma 1-in ən yaxşı cavab funksiyasını göstərir p1’’(p2).
Call of Duty: Modern Warfare 3
Call of Duty: Modern Warfare 3, Infinity Ward və Sledgehammer Games tərəfindən hazırlanan və Activison tərəfindən paylanan birinci şəxs atıcı videooyunudur. MW3 olaraq da tanınır. Modern Warfare seriyasının üçüncü, Call of Duty seriyasının isə 8-ci oyunudur. 8 noyabr 2011 tarixində Xbox 360, Wii, PlayStation 3 və Microsoft Windows üçün Şimali Amerika və Avropada nəşr olunmuşdur. MW3, Call of Duty: Modern Warfare 2-nin davamı xüsusiyyətindədir. MW3, satışa təqdim edildiyi gün 24 saat içində ABŞ və Birləşmiş Krallıqda 6.5 milyon satmışdır. Sledgehammer Games oyunun tək multiplayer hissəsinin istehsalını boynuna götürərkən Raven Software çox multiplayer hissəsinin istehsalını boynuna götürmüşdür. Oyun cəmi 17 hissədən ibarətdir. Infinity Ward'dan edilən şərhə görə oyunun səsləndirmə heyətində Billy Murray, Kevin McKidd, Roman Varshavsky, William Fichtner, Timothy Olyphant kimi məşhur adlar vardır. == Oynanış == Oynanış baxımından digər oyunlarda oduğu kimi fps baxış açısına sahib oyun oyunçuya demək olarki hər dəqiqə başından ayrıla bilməyəcəyi aksiyon vəd edir.
Call of Duty 4: Modern Warfare
Call of Duty 4: Modern Warfare (azərb. Döyüş tapşırığı 4: Müasir Müharibə‎) — "Infinity Ward" studiyası tərəfindən yaradılmış və birinci şəxs-atıcı janrında olan multiplatformalı videooyun. Call of Duty adlı oyunlar seriyasından 4-cü. Oyunun süjeti digər Call of Duty-lərdən fərqlidir. Belə ki, Call of Duty 4 İkinci dünya müharibəsindən yox 2011-ci ildə baş verən hadisələrdən gedir. Oyunçu ABŞ əsgərləri və Böyük Britaniya xüsüsi təyinatlıları ilə oynayır. Oyunun süjeti Rusiya, Ukrayna, Azərbaycan və Yaxın Şərqdə baş verir. İlk 24 saat satış zamanı oyunun 600.000 nüsxəsi satılıb. Bütün dünyada 10 milyondan çox surəti hazırlanmış, oyun isə öz vaxtının ən satılan oyununa çevrilmişdir. Daha sonra bu titulu Call of Duty 4-ün varisləri Call of Duty: Modern Warfare 2 və Call of Duty: Black Ops qazandı.

Digər lüğətlərdə