MODERATOR

is. \[lat. moderor "azaldıram"\] 1. tex. Pianino və royallarda səsi tənzimləyən qurğu. 2. KİV. İctimai-sosial şəbəkələrdə adi istifadəçilərdən fərqli olaraq, mesajları silmək, redaktə etmək, istifadəçilərin səhifələrini silə bilmək kimi hüquqi imkanlara malik olan administrator. 3. tel. Hər hаnsı prоblеmə (mövzuyа) münаsibətdə bir-birinə zidd mövqе tutаn аdаmlаrın tоplаşdığı «dəyirmi mаsа» tipli vеrilişlərin аpаrıcılаrınа vеrilən аd. Moderator mübаhisə, dеbаt və diskussiyаlаrın iştirаkçısı dеyil, yаlnız tənzimləyicisidir. (Radio terminləri lüğəti) 4. siy. Aparıcı mövqeyi olan tərəf. Rusiya bu münaqişənin həllində əsas moderatordur, Türkiyə isə Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün hərbi əməliyyatların başlanacağı təqdirdə qarant kimi çıxış edə bilər.
MODEM
MODİFİKASİYA
OBASTAN VİKİ
Moderator
Moderator (ing. moderator, ru. модератор )- ictimai (sosial) şəbəkələrdə (gaplarda, forumlarda, video-konfranslarda) adi istifadəçidən daha çox hüquqa malik olan istifadəçi. Məsələn, moderatorun aşağıdakı hüquqları var: • başqalarının məlumatlarını uzaqlaşdırmaq; • başqalarının məlumatlarını redaktə etmək; • istifadəçilərin səhifələrini uzaqlaşdırmaq; • istifadəçilərin sayta baxmaq və onu redaktə etmək hüququnu məhdudlaşdırmaq. Moderatorun səlahiyyət və vəzifələrinin dəqiq siyahısı hər saytda fərqli olur. Çox zaman moderator istifadəçilərin saytın qaydalarına əməl etməsinə cavabdehlik daşıyır İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər lüğətlərdə