Modul

lat. modulus – ölçü 1) qəzetlərdə reklam elanlarında reklam səhifəsinin satınalması zamanı səth vahidi. Bu, bir sütunun enindən və standart hündürlükdən ibarət olan düzbucaqlıdır; 2) riyaziyyatda hər hansı bir mühüm əmsalın və ya kəmiyyətin adı; 3) tikintidə bina və ya tikilinin hissələrini uzlaşdırmaq və ya ona mütənasiblik və ahəngdarlıq vermək üçün inşaatda və ya memarlıqda qəbul edilmiş şərti ölçü vahidi; Bina, yaxud tikilmiş hər hansı bir elementin uzunluq ölçüsü: həmin qurğu ücün modul bölünən olmalıdır; 4) xarici ədəbiyyatda kosmik gəminin tərkib hissələrinə verilən ad; 5) hər hansı bir mühüm əmsalın, yaxud kəmiyyətin adı: məsələn, dişli carx modulu, elastiklik modulu; 6) müxtəlif növ texnika quruluşlarda mustəqil funksiya yerinə yetirən, həmçinin kutləvi istehsal olunmaqla qarşılıqlı əvəz edilən hissələr (məs., detallar) kompleksindən ibarət unifikasiya edilmiş qovşaq.
Modifikasiya
Modulyasiya
OBASTAN VİKİ
Modul
Modul (ing. module, ru. модуль) - proqramlaşdırmada: müəyyən məsələni yerinə yetirən və ya spesifik mücərrəd verilənlər tipini təsvir edən altproqramlar və verilənlər strukturlarının toplusu. Modullar, adətən, iki hissədən ibarət olur: sabitlər, verilən tiplərindən, dəyişənlərdən və digər modullara vəya altproqramlara müraciət edən altproqramlar özündə saxlayan interfeysdən və modulun məzmunundan – modulun altproqramlarının ilkin mətnlərindən ibarət olan lokal (yalnız bu modulda əlçatan olan informasiya) hissədən ibarət olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Odissey (kosmik modul)
IM-1, Nova-C aya eniş aparatından istifadə edərək NASA CLPS proqramı və ing. Intuitive Machines (IM) şirkətinin birgə həyata keçirilən Ay missiyası idi. IM Aya eniş aparatını Odysseus lander aparatı adlandırdı. Odissey aparatı Aya uğurla eniş edən ilk kommersiya eniş aparatı oldu. Ayın səthi ilə təmasda olduqdan sonra eniş aparatı 30 dərəcə bucaq altında əyildi. Lakin bütün alət yükləri funksional olaraq qaldı və missiya uğurlu hesab edildi. 2024, mart ayına olan məlumata əsasən aparatın məlumatları nəzərdən keçirilir və Odisseyin əlavə məlumatların toplanması üçün potensialının olduğu qeyd edilir. Odisseyin Aya enişi 1972-ci ildə Apollon 17- dən sonra Amerika istehsalı olan kosmik gəmi olaraq ilk yumşaq Ay enişidir. Eyni zamanda özəl şirkət tərəfindən ilk yumşaq Ay enişidir. Bu, aşağı yerin orbitindən kənarda atəş açan, maye metan və maye oksigen ilə işləyən ilk kosmik gəmidir və eyni zamanda dünyadan kənar bir göy cisminə enən ilk metaloks kosmik gəmisidir.
Amplitud modulyasiyası
Amplitud modulyasiyası(AM) — radio daşıyıcı siqnallar vasitəsilə informasiyanı ötürmək üçün elektron rabitədə istifadə edilən modulyasiya texnikası. AM göndərilmiş dalğa formasının nisbətlərinə görə daşıyıcının amplitudunu dəyişməklə işləyir. Bu dalğa forması televiziya pixsellərinin işıq intensivliyi və ya səsucaldan ilə yenidən hasil olunmuş səslərinə uyğun gələ bilər. Bu modullaşan siqnal ilə fazası müxtəlif olan faza modulyasiyası və daşıyıcı siqnal tezliyi müxtəlif olan tezlik modulyasiyası ilə ziddir. Amplitud modulyasiyası radio ilə səs ötürmək üçün istifadə edilən ən erkən modulyasiya metodu idi. Bu Reçinald Fessendenin 1900-cü ildə radio-telefon təcrübələri ilə XX əsrin ilk 20 ilində inkişaf etdi. Amplitud modulyasiyası rabitənin çox formasında bu gün də istifadə olunur: məsələn, kompüter modemlərində, portativ ikitərəfli radoilarda və s. istifadə olunur. == ITU işarələri == 1982-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU ) amplitud modulyasiyasının tiplərini müəyyən etdi.
Apollon ay modulu
Ay modulu və ya Ay hörümçəyi — Aya enmək üçün istifadə olunan kosmik gəminin hissələrindən biridir. Apollon proqramı üçün Grumman şirkəti tərəfindən istehsal edilmişdir. Əvvəlcə Apollon 11-də və daha sonra digər Apollon missiyalarında uğurla istifadə edilərək Aya endirilmişdir. Eniş mərhələsi və çıxış mərhələsi olaraq 2 mərhələdən ibarət olan Ay modulunun digər adı "Ay hörümçəyi"dir. Eniş mərhələsi: Aya enməni təmin edən və gücü azaldıla bilən bir ədəd raket mühərrikindən, yanacaq çənlərindən və elmi tədqiqatlar üçün istifadə edilən alətlərin olduğu bir hissədən ibarətdir. Çıxış mərhələsi: Briqadanın yerləşəcəyi, rabitəni təmin edən avadanlıq, idarəetmə və nəzarət sistemlərinin, qalxma mühərriki və lazımi yanacaq çəninin yerləşdiyi hissədir. Ay modulu yalnız Ayın ətrafında və onun səthində fəaliyyət göstərir. Atmosferlə təmasda olmur, onu əhatə edən adapterin içərisindədir. Buna görə də aerodinamik formada dizayn edilməmişdir. Adından da göründüyü kimi hörümçək formasında olan quruluşa malikdir.
Apollon komanda modulu
Komanda modulu kosmik gəminin vacib hissələrindən biridir. Adından da göründüyü kimi, astronavtlar tərəfindən komandanlıq missiyasının yerinə yetirildiyi hissədir. Bura həm də astronavtların kosmik gəmilərdə vaxtlarının çox hissəsini keçirdikləri yerdir. Misal üçün; Apollon kosmik gəmisindəki Komanda Modulu 3 hissədən ibarətdir: yuxarı hissə, alt hissə və heyət hissəsi. Yuxarı hissədə bir-birinə kilidləmə mexanizmi (Apollon ay modulu ilə bir-birinə bağlanmanı təmin edir) və 2 reaktiv mühərrik; aşağı hissədə, qalxma zamanı baş verən sarsıntıyı aradan qaldırmaq üçün nəzərdə tutulmuş cihaz və 10 mühərrik; Heyət hissəsində isə nəzarəti təmin edəcək cihazlar və göstəricilər mövcuddur. Komanda modulu işə buraxılma zamanı yuxarı hissədə yerləşdiyi üçün aerodinamik formadadır. Atmosferə yenidən daxil olarkən sürtünmə nəticəsində əmələ gələn istiliyin daha geniş bir səthə paylanması və enişin asanlaşdırılması üçün komanda modulunun aşağı hissəsi daha geniş formada hazırlanmışdır. İfrat qızışmanın yaratmış olduğu problemləri aradan qaldırmaq üçün üst hissəsi istilik dəf edicilər ilə örtülmüşdür.
Apollon xidmət modulu
Xidmət modulu kosmik gəmiyə lazım olan yanacaq, mühərriklər üçün lazım olan helium, yanacaq hücrələri və astronavtlar üçün lazım olan oksigenin olduğu və s. şeyləri özündə saxlayan hissədir. Misal üçün; Apollo Spacecraftda Xidmət Modulunda bir mühərrik yerləşdirilmişdir. Bu mühərrik 2 dəfə işə düşərək birində Ayın orbitinə girilməsinə, digərində isə Ayın orbitindən çıxaraq Yerə qayıtmağa imkan yaratmışdır. Modulun qalan hissəsi anbarlardan ibarətdir. Bunlar; yanacaq ambarları, mühərriklərə lazımi təzyiqi təmin etmək üçün heliumun olduğu hücrələr, yanacaq hücrələrini işlədəcək və astronavtların nəfəs alması üçün lazım olan oksigenin olduğu anbarlar və hidrogen anbarlarıdır. Xidmət modulu atmosferə yenidən daxil olan zaman tərk edilir, buna görə də istilik dəf edicisi ilə örtülmür.
Axım modulu
Elastiklik modulu
Elastiklik və ya Yunq modulu materialın dartılmada elastiki deformasiyaya zamanı göstərdiyi müqaviməti xarakterizə edir. O, ingilis fiziki Tomas Yunqun şərəfinə adlandırılmışdır. Dinamik proseslərdə Yunq modulu mühit və prosesin funksionalı kimi baxılır. Yunq modulu aşağıdakı kimi ifadə olunur: E = F / S x / l = F l S x , {\displaystyle E={\frac {F/S}{x/l}}={\frac {Fl}{Sx}},} burada: E —elastiklik moduludur, Paskalla ölçülür, F — təsir edən qüvvədir, Nyutonla ölçülür, S — qüvvənin təsir etdiyi sahədir, l — deformasiya olunan çubuğun uzunluğudur, x — elastiki deformasiya nəticəsində çubuğun dəyişmə moduludur. Düsturdan göründüyü kimi Yunq modulu materialın Elastiklik modulunu ifadə edir. Bu modul xətti elastiki deformasiya olunan materialda gərginlik və uzanma arasındakı münasibəti təsvir edən material göstəricisidir. Materialın deformasiyaya qarşı müqaviməti böyük olduqca onun elastiklik modulu (Yunq modulu) da böyük olur. Yəni ki, yüksək elastiklik moduluna malik material (polad) daha sərt, aşağı elastiklik moduluna material isə (rezin) elastiki olur. Elastiklik modulu Huk qanununda mütənasiblik əmsalı kimi istifadə olunur. Kristal materiallarda E-modulu istiqamətdən asılıdır və elastiki sabitlərdən ibarət elastiklik tenzoru ilə təsvir olunmalıdır.
Faza modulyasiyası
Faza modulyasiyası — daşıyıcı dalğaların eyni fazada variasiyası kimi informasiyanı kodlaşdıran modulyasiya formasıdır. Tezlik modulyasiyasından (FM) fərqli olaraq, faza modulyasiyasından radio dalğalarını ötürmək üçün geniş istifadə edilmir. Çünki faza modulyasiyası mürəkkəb texniki vasitələr tələb edir və orada qeyri-müəyyənlik problemləri ola bilər. Faza modulyasiyası Kasio CZ sintezatorları kimi rəqəmli sintezatorlarda istifadə edilir. == Nəzəriyyə == Faza modulyasiyası məlumat siqnalına proporsiyada mürəkkəb paketin faza modulyasiyasını dəyişir. Fərz edək ki, göndərilmiş siqnal m ( t ) {\displaystyle m(t)} -dir və modullaşdırılmış siqnal daşıyıcıdır. c ( t ) = A d sin ⁡ ( ω d t + ϕ d ) . {\displaystyle c(t)=A_{d}\sin \left(\omega _{\mathrm {d} }t+\phi _{\mathrm {d} }\right).} A_d-daşıyıcının amplitududur. Bu modullaşdırılan siqnal hasil edir. y ( t ) = A d sin ⁡ ( ω d t + m ( t ) + ϕ d ) .
Komanda modulu
Komanda modulu kosmik gəminin vacib hissələrindən biridir. Adından da göründüyü kimi, astronavtlar tərəfindən komandanlıq missiyasının yerinə yetirildiyi hissədir. Bura həm də astronavtların kosmik gəmilərdə vaxtlarının çox hissəsini keçirdikləri yerdir. Misal üçün; Apollon kosmik gəmisindəki Komanda Modulu 3 hissədən ibarətdir: yuxarı hissə, alt hissə və heyət hissəsi. Yuxarı hissədə bir-birinə kilidləmə mexanizmi (Apollon ay modulu ilə bir-birinə bağlanmanı təmin edir) və 2 reaktiv mühərrik; aşağı hissədə, qalxma zamanı baş verən sarsıntıyı aradan qaldırmaq üçün nəzərdə tutulmuş cihaz və 10 mühərrik; Heyət hissəsində isə nəzarəti təmin edəcək cihazlar və göstəricilər mövcuddur. Komanda modulu işə buraxılma zamanı yuxarı hissədə yerləşdiyi üçün aerodinamik formadadır. Atmosferə yenidən daxil olarkən sürtünmə nəticəsində əmələ gələn istiliyin daha geniş bir səthə paylanması və enişin asanlaşdırılması üçün komanda modulunun aşağı hissəsi daha geniş formada hazırlanmışdır. İfrat qızışmanın yaratmış olduğu problemləri aradan qaldırmaq üçün üst hissəsi istilik dəf edicilər ilə örtülmüşdür.
Modula-2
Modula-2 — 1977–1985-ci illərdə Niklaus Virt tərəfindən işlənib hazırlanmış yüksək səviyyəli modullu proqramlaşdırma dili. Pascal dilinin əsasında yaradılmış Modula-2 proqramlaşdırmanın modulluğunu, verilənlərin mücərrədləşdirilməsinin dəstəklənməsi vasitələrini təmin edir, ancaq bəzi standart funksiyalara və prosedurlara malikdir. Modula-2 dilində hazırlanmış proqram modullar yığınından ibarətdir ki, onların da hər biri ayrılıqda kompilyasiya oluna bilər. Bu zaman proqram modulu iki hissəyə ayrıla bilər (ancaq bu vacib deyil): təyinetmələr modulu və reallaşdırma modulu. Təyinetmələr modulu, modulun xarici interfeysidir, yəni xarici modulların istifadə edə bilməsi üçün onun eksport etdiyi konstatların, dəyişənlərin, tiplərin, prosedur və funksiyaların başlıqlarının yığınıdır. Reallaşdırma modulu proqram kodundan, o cümlədən təyinetmələr modulunda sadalananların konkret təsvirindən ibarətdir. Məsələn, təyinetmələr modulunda hər hansı tipin yalnız adı göstərilə bilər, onun tam strukturu isə reallaşdırma modulunda verilə bilər. Bu halda xarici modullar həmin tipin qiymətlərini yarada, onunla işləyən prosedur və funksiyaları çağıra, dəyişənləri mənimsədə bilər, ancaq qiymətlərin strukturuna birbaşa erişə bilməz, çünki bu struktur təyinetmələr modulunda təsvir olunmayıb. Əgər təyinetmələr modulunda bu tipin strukturunu təsvir etsək, ona erişmək mümkün olacaq. Modula-2 dilində qlobal səviyyəli modullarla yanaşı, lokal modullar da yaratmaq olur.
Modullu layihələndirmə
Modullu layihələndirmə (ing. modular design, ru. модульное проектирование) - aparat və ya proqram təminatının layihələndirilməsində: layihənin, hər biri ayrıca olaraq işlənib hazırlana, yoxlanıla, başa çatdırıla və son məhsul (proqram) halında birləşdirilə bilən kiçik bloklara və ya modullara ayrılması üsulu. Hər bir blok xüsusi məsələnin yerinə yetirilməsi, yaxud xüsusi fəaliyyət üçün hazırlanır və beləliklə başqa proqramlarda istifadə oluna biləcək modullar “kitabxana”sının bir hissəsi ola bilər. Məsələn, modullardan biri ekranda pəncərənin içərisində kursorun yerini dəyişən komandalardan ibarət ola bilər və bu modul əvvəlcədən proqramın başqa bölmələri ilə də işləyə bilən avtonom blok kimi hazırlandığından, həmin moduldan başqa proqramlarda da istifadə etməklə proqramların işlənib hazırlanma və testlənmə vaxtına qənaət etmək olar. Baxmayaraq ki, layihəçi hər bir modula, proqramın digər hissələri ilə işləmək üçün gərəkli vasitələr qoymalıdır, modullu layihələşdirmənin bir neçə dəyərli üstünlükləri vardır: bir böyük blokla işləməkdənsə, kiçik blokların sınaqdan keçirilməsi və sazlanması daha asandır; layihənin ayrı-ayrı hissələri eyni zamanda işlənib hazırlana bilər; modullar aydın və dəqiq sənədləşmənin olmasını nəzərdə tutur (daha doğrusu, tələb edir); bir mürəkkəb proqrama yerləşdirilmiş və ya səpələnmiş komponentlərdənsə, modullar daha asanca genişləndirilə və ya dəyişdirilə bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Modullu proqramlaşdırma
Modullu proqramlaşdırma (ing. modular programming, ru. модульное программирование) - proqramın bir-birindən asılı olmadan kompilyasiya olunan modullara ayrılmasından ibarət proqramlaşdırma üsulu. Hər bir modul müəyyən elementləri (sabitləri, verilən tiplərini, dəyişənləri, funksiyaları, prosedurları) dışarı daşıyır (eksport edir); başqa elementlər isə öz daxilində qalır. Başqa modullar yalnız dışarı daşınan elementlərdən istifadə edə bilər. Modullar proqramın əsas hissələri arasındakı qarşılıqlı əlaqəni müəyyənləşdirir və tənzimləyir və bununla da proqramçıların səylərini asanlaşdırır və proqramlaşdırma prosesini etibarlı edir. Modullu proqramlaşdırma obyekt-yönlü proqramlaşdırmanın sələfidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Modulyasiya (musiqi)
Modulyasiya (lat. modulation – müntəzəmlik, sabitlik) — bir tonallıqdan digərinə, eləcə də məqamına görə fərqlənən eyniadlı tonallığa (məsələn, do majordan do minora) keçid. Modulyasiya melodiya və harmoniyanı yeni çalarlarla zənginləşdirir, akkordların funksional əlaqəsini genişləndirir, musiqinin gərgin, dinmik inkişafına səbəb olur. Musiqi əsərinin kompoziyası və hissələrinin qarşılıqlı əlaqəsində modulyasiya əhəmiyyətli rol oynayır. Kamil (yeni tonallıqlda tamamlanmaqla) və qeyri-kamil (əvvəlki tonallığa qayıtmaqla; aralıq modulyasiya) modulyasiya olur. Vincent Persichetti, Twentieth-Century Harmony. W.W. Norton and Company, 1961. ISBN 0-393-09539-8.
Xidmət modulu
Xidmət modulu kosmik gəmiyə lazım olan yanacaq, mühərriklər üçün lazım olan helium, yanacaq hücrələri və astronavtlar üçün lazım olan oksigenin olduğu və s. şeyləri özündə saxlayan hissədir. Misal üçün; Apollo Spacecraftda Xidmət Modulunda bir mühərrik yerləşdirilmişdir. Bu mühərrik 2 dəfə işə düşərək birində Ayın orbitinə girilməsinə, digərində isə Ayın orbitindən çıxaraq Yerə qayıtmağa imkan yaratmışdır. Modulun qalan hissəsi anbarlardan ibarətdir. Bunlar; yanacaq ambarları, mühərriklərə lazımi təzyiqi təmin etmək üçün heliumun olduğu hücrələr, yanacaq hücrələrini işlədəcək və astronavtların nəfəs alması üçün lazım olan oksigenin olduğu anbarlar və hidrogen anbarlarıdır. Xidmət modulu atmosferə yenidən daxil olan zaman tərk edilir, buna görə də istilik dəf edicisi ilə örtülmür.

Digər lüğətlərdə