molibdenit

molibdenit
molibden
molibdenli
OBASTAN VİKİ
Molibdenit
Molibdenit – MoS2 — heksaqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. İordizit – dəmirli molibdenit. Rəng – mavi çalarlı qurğuşunu-boz; Mineralın cizgisinin rəngi – parlaq mavi çalarlı boz; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,6-5; Sərtlik – 1; Nazik vərəqləri əyilgəndir, lakin elastik deyil; əllə toxunduqda yağlıdır; Ayrılma – {0001} üzrə tam mükəmməl; Başqa xassələr – zəif elektrikkeçiriciliyi qızdırıldıqda artır; elektrikkeçiriciliyi pinakoid üzrə c oxuna nisbətən 103 dəfə çoxdur; Morfologiya – kristallar: heksaqonal-lövhəvari, qısaprizmatik, çəlləkvari; İkiləşmə: nadir hallarda {0001} üzrə; Mineral aqreqatları: vərəqvarı, pulcuqlu, sıx, bəzən toz şəkilli ( iordizit ) kütlələr, püruzlar. Tipik yüksək - və ortatemperaturlu hidrotermal mineraldır, turş püskürmə süxurlarla əlaqədardır. Ən böyük yığınları mis-porfir yataqlarında qeyd edilir. Bir sıra skarn tipli şeelit yataqlarında da geniş inkişaf etmişdir. Bəzən peqmatitlərdə, qreyzenlərdə və misli qumdaşlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kvars, xalkopirit, bornit, volframit, şeelit, kassiterit, topaz, flüorit, apatit. Mineralın tapıldığı yerlər: Klaymaks (ABŞ); Sinovets, Krupka (Çexiya); Auerbax (Almaniya); Erdenet (Monqolustan); Qaraoba (Qazaxıstan); Tırnıauz (Rusiya); Qacaran (Ermənistan) və b.

Digər lüğətlərdə