Montevideo

coğ. Montevideo

Monteneqro
Montoban
OBASTAN VİKİ
Montevideo
Montevideo — Uruqvayın paytaxtı və ən böyük şəhəri. Montevideo sözü ispan dilindən tərcümədə "görünən dağ" mənasını verir. Montevideo, 540 km² sahəyə malik olmaqla, Atlantik okeanının La-Plata körfəzinin sahilində yerləşmişdir. Şəhərin daxilində Cənub konusunun ən böyük təbii limanlarından biri yerləşir. Şəhər ərazisinin relyefi təpəlidir, ən yüksək nöqtəsi şəhərin qərbində 136 metrlik Serro-de-Montevideo dağıdır. Bu dağın zirvəsində mayak yerləşir. Təbii bitkiləri savanna zonası üçün tipik otlarla və kollarla təmsil edilmişdir. Şəhər ərazisində əsasən Avropadan gətirilmiş ağaclar palıd, şam, evkalipt, çinar bitir. Sahil suları yüksək duzluluqla və güclü qabarmalarla səciyyələnir. Əsas çayı qərbdən şəhəri əhatə edən Santa-Lusiya çayıdır.
Montevideo Universiteti
Montevideo Universiteti (isp. Universidad de Montevideo) — Uruqvayın paytaxtı Montevideo şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1986-cı ildə qoyulmuşdur.
Montevideo konvensiyası
Montevideo konvensiyası — beynəlxalq publik hüquq nöqteyi-nəzərindən dövlətin hüquq subyektliyini müəyyən edən xüsusiyyətləri sadalayan azsaylı beynəlxalq sənədlərdən biri. 1933-cü ildə VII Pan-Amerika konfransında imzalanmışdır. Beynəlxalq birlik hələ də beynəlxalq hüquqi tanınma mexanizmləri ilə bağlı konsensusa gəlməyib. 1933-cü il Montevideo konvensiyası dövlətin beynəlxalq hüququn subyekti kimi dörd əlamətini təsbit edir: daimi əhali; müəyyən ərazi; öz hökuməti; başqa dövlətlərlə münasibətlərə girmə bacarığı. Dövlətin bütün başqa dövlətlər tərəfindən tanınması tələb olunmur, yəni konvensiya dövlətçiliyin deklorativ nəzəriyyəsini təsbit edir .
Montevideo sülh müqaviləsi
Montevideo müqaviləsi — 1828-ci ilin 27avqust tarixində Birləşmiş La-Plata provensiyasi ilə Braziliya İmperiyası arasında imzalanır ki, bu da iki dövlət arasında müharibənin sonu demək idi.(ispanca Convenció Prelimiar de Paz) 1827-ci ildən artıq müharibə demək olar ki dayanmışdı. Müharibə artıq hər iki tərəfin bütün qüvvələri tükənmişdi və hec bir aktiv əməliyyatlar həyata keçirə bilmirdi. Braziliya limanları mühasirədə saxlaması Britaniyanın ticari əlaqələrinə ağır zərbə vururdu. Britaniya sülh danışıqlarının aparılmasını istəyirdi. Bu şəraitdə 20fevral 1818-ci ildə Braziliya İmperiyası və Birləşmiş Provensiya arasında Britaniyanın başçılığı ilə sülh danışıqlara başlayır. Britaniya Londondan Rio-de-Janeyroya Con Ponsonbi həmsədr sifəti ilə göndərir. Danışıqların gedişatında məlum olur ki, Birləşmiş provensiyası sərq hövzəsini Braziliyaya verilməsinə razı olmur. Braziliyada bu torpaqlarının La-Plata provensiyasına verilməsinə razı deyildi. Bu anlaşılmazlıqları görən həmsədr sərq hövzəsində müstəqil dövlətin yaradılmasını irəli sürülür. Bu fikir Birləşmiş provensiya tərəfindən qəbul edilməsədə Britaniyanın təziqi ilə 27 avqust 1828-ci ildə müqavilə edilir.
Sementerio del Buseo (Montevideo)
Sementerio del Buseo (isp. Cementerio del Buceo) ― Uruqvayın paytaxtı Montevideo şəhərində yerləşən qəbiristanlıq. 1872-ci ildə salınmışdır. O, Rio-de-La-Plata çayının sahilinin yanında, şəhərin Buseo rayonunda yerləşir. Yaxınlığda Britaniya qəbirstanlığı yerləşir.
Montevideodakı ev (film, 1963)
Montevideodakı ev (film, 1963)(alm. Das Haus in Montevideo‎) — Heinz Rühman, Rut Loyverik və Paul Dalkın rol aldığı 1963-cü ildə Helmut Keutner tərəfindən idarə olunan Alman komediya filmi. Film Kart Qoetzin 1951-ci ildə filmə çevrilən 1945-ci ildə Montevideodakı ev pyesi əsasında çəkilib. Film Münhendəki Bavariya Studiosda çəkilib. Filmin dəstləri artdirektorlar İzabella Şlixtinq və Verner Şlixtinq tərəfindən tərtib edilmişdir. Yüksək əxlaq normalarına malik olan professor Trauqot Naqler bir dəfə yeniyetmə bacısını nikahdan kənar uşaq dünyaya gətirdiyini öyrənir və onu ailədən rədd etmişdi. Uzun illər sonra, sevimli həyat yoldaşı və on iki uşağı və yalnız kiçik bir müəllim maaşı ilə, o, sözügedən bacının Cənubi Amerikada öldüyünü və gəminin adını daşıyan böyük, lakin hələ də azyaşlı qızı Atlanta ilə gəlməli olduğunu öyrənir. Uruqvayda onlar öyrənirlər ki, bacının var-dövləti var və Montevideoda bir ev, bir neçə gənc xanımın malik olduğu bir mülk var, Atlanta evləndikdən sonra cehiz kimi bir qədər pul miras alacaq və külli miqdarda pul miras qala bilər. Gənc cütlük valideynləri ilə eyni gəmidə evlənmək istədikdə, professor Naqlerin bacısının indiyə qədər sürdüyündən daha əxlaqsız bir həyat sürdüyünü kəşf edirlər. Heinz Rühman Professor Dr.