MORUQ

Bəzi türk dillərində (Qaqauz dilində) mor sözü var və  darçını, mixəyi, xur­ma­yı, qəhvəyi mənalarında işlədilir. Morar feili də “badımcanı rəng” anlamını əks et­dirir. Mor badımcan rəngi ilə bağlıdır, moruq da badımcan rəngi olduğundan belə deyilir. Yəni moruq sözü meyvəsinin rəngi zəminində bu adı kəsb edib. Görünür, həm də feil olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

MORİON
MOTTO
OBASTAN VİKİ
Moruq
Moruq (lat. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılmışdır. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir. Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır.
Adi moruq
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Yayılması == Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Moruq povidlosu
Moruq povidlosu - moruq püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. == Həmçinin bax == Povidlo == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Ətirli moruq
Ətirli moruq (lat. Rubus odoratus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. == Botaniki təsviri == Hündürlüyü 1-1,5 m olan yarımkoldur, çətirinin diametri 1,5-2 m olmaqla şaxələnmişdir. Yarpağı 3-5 hissəli, eni 2,5 sm-ə qədər olub, tünd yaşıl, üzəri tükcüklüdür. İyun-avqust aylarında çiçəkləyir. Çiçəkləri al-qırmızı və ya çəhrayı rəngli olub, diametri 3-5 sm-ə çatır, ətirlidir. Çiçəkləmə dövründə gözəl görünür. Meyvələri yeməli, qırmızıdır, diametri 0,5 sm-dir. Kök zoğları və toxumlarla çoxalır.
Bozumtultükcüklü moruq
Bozumtultükcüklü böyürtkən (lat. Rubus canescens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Qızıl Moruq 2013
ABŞ-da “pislərin pisini” müəyyən edən “Qızıl moruq” mükafatının təqdimetmə mərasimi baş tutub. İlin ən pis, uğursuz filmi “Toranlıq. Şəfəq: II hissə” (“The Twilight Saga: Breaking Dawn – Part 2″) seçilib. O, 7 kateqoriya üzrə – “ən pis film”, “ən pis qadın rolu” (Kristen Stüart), “ən pis ikinci dərəcəli kişi rolu” (Teylor Lotner), “ekranda görünən ən pis cütlük” (Teylor Lotner və MakKenzi Foy), “ən pis aktyor heyəti”, “ən pis remeyk” və “ən pis rejissor işi” (Bill Kondon) – “qalib” olub. Bunun reallıq yoxsa piar olmağı hələ ki məlum deyil. Digər “qaliblər” isə bunlardır: “Ən pis kişi rolu” – Adam Sendler “Bu mənim oğlumdur” filmi (“That`s My Boy”) “Ən pis ikinci dərəcəli qadın rolu” – Rihanna “Dəniz savaşı” filmi (“Battleship”) “Ən pis ssenari” - ”Bu mənim oğlumdur” filmi (“That`s My Boy”) == Maraqlı faktlar == “Qızıl moruq” qalibləri fəxri “Oskar” mərasimindən bir gün öncə açıqlanır.
Qızıl Moruq Mükafatı
Qızıl Moruq Mükafatı (ing. Golden Raspberry Awards) və yaxud Razzie mükafatı — təsisçisi Con Vilsondur. Bu bütün mükafatların ilin ən pis film, Rejisor ve aktyorlarına verilən bir mükafatdır. Silvestr Stallone, Kevin Kostner, Şeron Stoun, Halle Berri kimi məşhur aktyorlar bu mükafatı alıblar. == İndiki nominasiyaları == ==== Film nominasiyaları ==== "Ən pis film" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis rejissor" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis aktyor" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis ikinci plan aktyoru" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis ikinci plan aktrisası" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis aktrisa" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis köməkçi aktyor" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis köməkçi aktrisa" kateqoriyasına görə Qızıl Moruq Mükafatı Ən pis cütlük" kateqoriyasına görə Qızıl Moruq Mükafatı Ən pis ssenariya" kateqoriyasına görə Qızıl Moruq Mükafatı == Xarici keçidlər == “Qızıl Moruq” mükafatı.
Moruqoba
Moruqoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.

Digər lüğətlərdə

-ульк-(а) голодова́ть маргина́лии полиграфи́ческий праоте́ческий теплопереда́ча эгоцентри́стский завито́чек мазь пари́ призаду́мываться суту́листый сыр-бор разгорелся я́рче аккорд elves inappreciation log out ordinance whirlabout затрагивать манипуляция одомашниваться пиццикато фортепьянный