Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çiyələk
Çiyələk (lat. Fragaria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Toxumları meyvənin üzərində (xaricdə) yerləşən azsaylı meyvələrdən biridir. Əksər meyvələrin toxumları meyvənin içərisində yerləşdiyi halda çiyələk istisnalıq təşkil edir. Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır. Quba, Xaçmaz, Qusar, Şəki, Zaqatala, Lənkəran rayonlarında bu bitkinin ehtiyatı çoxdur. Xalq təbabətində çiyələyin meyvəsindən podaqra və böyrəklərdə daş əmələgəlmə xəstəliyində, yarpaqlarında isə sidikqovucu dərman kimi istifadə edilir. Çiyələk eyni zamanda orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır və həzmolmanı asanlaşdırır, qaraciyərin və kisəsinin iltihabını aradan qaldırır. Çiyələk avitaminoz xəstəliyinə qarşı da yaxşı təsir göstərir. == Əhəmiyyəti == Meşə çiyələyinin meyvələrində bir sıra vacib maddələr vardır.
Yaşıl çiyələk
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Çiyələk ağacı
Çiyələk ağacı (lat. Arbutus) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Çiyələk piroqu
== Tərkibi == 200 qr kərə yağı 390 qr un 1 yumurta 100 qr şəkər 1 ç.q. vanil 0,5 ç.q. xəmir qabardıcı === Üzəri üçün === 200 qr xama 3 yumurta 150 qr şəkər 250 qr çiyələk 50 qr badam və ya fındıq 1 ç.q. vanil == Hazırlanması == Xəmiri yoğurmaq üçün yumşalmış kərə yağı ilə şəkəri çırpılır, üzərinə yumurta, xəmir qabardıcı, vanil və un əlavə edib qarışdırılır. Xəmirin qulaq ucu kimi yumşaq olması lazımdır ki, sonradan ona forma vermək mümkün olsun. Xəmiri bişirəcəyəniz duxovka listinə qoyun. Yaxşı olar ki, yapışmaması üçün teflon qab olsun. Bu olmasa, altını yaxşıca yağlayın. Xəmirə istədiyiniz formanı verdikdən sonra onu 15 dəqiqəlik soyuducuya qoyun. Xama yumurtalarla qarışdırılır, şəkər, vanil əlavə olunur.
Çiyələk povidlosu
Çiyələk povidlosu - çiyələk püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. Çiyələk povidlosu səhər yeməyi zamanı yağla və qaymaqla birlikdə süfrəyə qoyulur. Povidlodan insan orqanizmi üçün zəruri olan mikroelementlərlə zəngin olduğundan ondan buterbrodlar, piroqlar, pirojnalar və digər qənnadı və şirniyyat məhsullarının hazırlanmasında da geniş istifadə olunur. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Ətirli çiyələk
Ətirli çiyələk (lat. Fragaria moschata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü.
Çiyələk supermarketdə (film)
Supermarketdə cəfəng iş (serb. Јагода у супермаркету) — 2003-cü ildə çəkilmiş bədii film. Filmin prodüsseri tanınmış rejissor — Emir Kusturitsa idi. == Süjet == Yuqoslaviya 90-cı illər. Belqradın ətrafında yerləşən bir provinsial şəhərcikdə əsl amerikan supermarketi açılır. Marketin işçi heyəti yerli sakinlərdən yığılır. Kasirlərdən biri — Yaqoda adlı qız sevgi tapmaq arzusundadır. Ancaq axşam amanı Yaqoda bir yaşlı qadına xidmət etməktən imtina edir. Bir gün mağazaya Marko adlı terrorçu daxil olur. O, onun nənəsinin personal tərəfindən incitdiyini deyərək, işçiləri girov götürür və onları gülləyəcəyi ilə hədələyiir.
İrimeyvə çiyələk ağacı
İrimeyvə çiyələk ağacı (lat. Arbutus unedo) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin çiyələk ağacı cinsinə aid bitki növü. Təbiətdə növlər Aralıq dənizi və Batı Avropa, o cümlədən Şimal-Qərbi Fransanı və İrlandiyanı əhatə edir. İrlandiyanın cənub-qərbindəki mövcudluğu ilə də İrlandiya çiyələk ağacı olaraq da bilinir. ABŞ, xüsusən Kaliforniyada ən çox yayılmış dekorativ bitkilərdən birinə çevrildi. Həm də Krımın Cənubi sahilində yaxşı böyüyür, sağ dəyirmi və ya oval böyüyür. == Bioloji təsviri == Arbutus 5–10 m hündürlüyü olan bir kol və ya ağacdır, bəzən 15 m-ə qədər böyüyür və gövdə diametri 80 sm-ə qədərdir. Qabıq qırışıqdır, tünd qəhvəyi rənglidir. Yarpaqları, üst və alt çılpaq, parlaq top tünd yaşıl yüngül 1,8-3,4 sm geniş bucaqlı, parlaq tünd yaşıl, uzunluğu 4.5-10 sm, bazasına, uzunsov-oval var uzunluğu 0.4-1.5 sm saplaqlarından. Çiçəklənmələr çılpaq baltalar ilə təxminən 5 sm uzunluğunda paniküle edir.
Yabanı çiyələklər
Yabanı çiyələklər — 1957-ci ildə İnqmar Berqman tərəfindən çəkilmiş psixoloji dram filmi. Filmin orijinal başlığı olan Smultronstället hərfi mənada "kiçik çiyələk sahəsi" deməkdir, amma simvolik olaraq insan üçün şəxsi və ya sentimental dəyərə malik bir məkanı bildirir. Bu, filmdə keçmişini xatırlayan qoca professoru canlandıran Viktor Xöströmün son ekran işidir. Filmin aktyor heyətinə eyni zamanda Bibi Anderson, İnqrid Tulin, Qunnar Byörnstrand və Maks fon Südov da daxildir. Berqman filmin ssnerasini xəstəxanada olarkən yazdı. İntrospeksiya və insan mövcudluğu kimi fəlsəfi mövzuları özündə ehtiva edən film 8-ci Berlin Beynəlxalq Film Festivalında ən yaxşı film seçildi. Berqmanın ən yaxşı filmlərindən biri olmaqdan əlavə, eyni zamanda, bütün dövrlərdə çəkilmiş ən yaxşı filmlərdən hesab edilir. == Məzmun == Deyingən, tərs və eqoist biri olan professor İsak Borq 78 yaşlı dul həkimdir. O, bakteriologiya sahəsi üzrə mütəxəssis olmazdan öncə İsveçin şəhərkənarı ərazisində xidmət göstərib. Lund Universitetinin doktorantı olduqdan 50 il sonra fəxri dərəcə almaq üçün maşınla Stokholmdan Lunda yola düşür.
Yabanı çiyələklər (film, 1957)
Yabanı çiyələklər — 1957-ci ildə İnqmar Berqman tərəfindən çəkilmiş psixoloji dram filmi. Filmin orijinal başlığı olan Smultronstället hərfi mənada "kiçik çiyələk sahəsi" deməkdir, amma simvolik olaraq insan üçün şəxsi və ya sentimental dəyərə malik bir məkanı bildirir. Bu, filmdə keçmişini xatırlayan qoca professoru canlandıran Viktor Xöströmün son ekran işidir. Filmin aktyor heyətinə eyni zamanda Bibi Anderson, İnqrid Tulin, Qunnar Byörnstrand və Maks fon Südov da daxildir. Berqman filmin ssnerasini xəstəxanada olarkən yazdı. İntrospeksiya və insan mövcudluğu kimi fəlsəfi mövzuları özündə ehtiva edən film 8-ci Berlin Beynəlxalq Film Festivalında ən yaxşı film seçildi. Berqmanın ən yaxşı filmlərindən biri olmaqdan əlavə, eyni zamanda, bütün dövrlərdə çəkilmiş ən yaxşı filmlərdən hesab edilir. == Məzmun == Deyingən, tərs və eqoist biri olan professor İsak Borq 78 yaşlı dul həkimdir. O, bakteriologiya sahəsi üzrə mütəxəssis olmazdan öncə İsveçin şəhərkənarı ərazisində xidmət göstərib. Lund Universitetinin doktorantı olduqdan 50 il sonra fəxri dərəcə almaq üçün maşınla Stokholmdan Lunda yola düşür.
Nuriyə Ülviyyə Mevlan Civələk
Nuriyə Ülviyyə Mevlan Civələk — türkiyəli jurnalistdir. O, Balıkəsirin Gönen vilayətində 1893-cü ildə anadan olmuşdur. Türkiyənin qadın hüquq mühafizəçisidir. İlk Türkiyəli feminist qadın jurnalının və müsəlman qadın hüquqlarının yaradıcısıdır. == Həyatı == 1893-cü ildə Sofiya və Çərkəz Mahmudun 7-ci qızıdır. Osmanlı imperiyası dövründə Balıkəsirdə anadan olmuşdur. Nuriyyənin ailəsi Kafkasyada yaşadığı müddət ərzində Rusiya imperiyası tərəfindən sürgün edilmişdir. Sürgündən sonra Trabzona ordanda Balıkəsirə gəlirlər. Burada onlar maddi cəhətdən sıxıntı çəkillər. Buna görə də qızlarını 6 yaşında Ulduz saraya göndərirlər.
Böyələk
Böyələk — heyvanların qanı və bitkilərin şirəsi ilə dolanan iri çibin (iri milçək). İngiliscə bir-neçə adı var - bot flies, warble flies, heel flies, gadflies və sairə. == İstinadlar == == Mənbə == Orucov Ə. və başqaları. "Azərbaycan dilinin izahlı lüğəti". — Bakı: Şərq-Qərb nəşriyyatı, 2006.
Siyənək
Siyənək (lat. Clupea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid heyvan cinsi.
Çəkələk
Çəkələk ― yüngül ayaqqabıların bir növü. Çəkələkləri çox vaxt parçadan ya da dəridən düzəldirlər. Bəzi bölgələrdə xalq arasında şəpik adlandırılan bu ayaqqabılar qədim zamanlardan tanınır və isti ölkələrdə, başqa ayaqqabılara nisbətdə daha çox geyinilir. Bəzi çəkələklər isə (məsələn: hamam üçün) rezindən hazırlanır.Tərlik ayaqqabı şəklində ola bilər və ya arxası olmaya bilər (flip-flop). Onların dabanları adətən nazik olur və ayaq üçün çox qorunma təmin etmir. Otellərdə, hamamlarda və s.-də müştərilərə birdəfəlik terliklər verilə bilər.
Ağbaş siyənək
Ağbaş siyənək (lat. Alosa hrashnikovi grimmi) — siyənək cinsinin nümayəndəsidir. == Yayılması == Astrabad körfəzindən Qaraboğazgöl körfəzinə qədər yayılmışdır. Xəzər dənizinin cənubi - şərqində yaşayır. == Morfoloji əlamətləri == Böyük ağzı, alt çənəsində qabarlı qalınlaşma vardır. Qəlsəmə dişcikləri yoğun, kobud, əyri, küt, çox vaxt ucu qalınlaşmış və ya haçalanmışdır. Alt çənəsi adətən yüngülcə irəli çıxır, üst çənə göz ortasının şaqulisinə çatır. Balığa bu adın verilməsi onun başının ağ-süd rəngində olması ilə əlaqədardır. Başqa siyənəklərdən bəzi morfoloji əlamətlərinə görə də fərqlənir. Uzunluğu 25-29 sm, kütləsi orta hesabla 300 q olur.
Bağ çiyələyi
Bağ çiyələyi (lat. Fragaria × ananassa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü.
Meşə çiyələyi
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.
Paynberi çiyələyi
Paynberi çiyələyi — nəsli kəsilmək üzrə olan unikal çiyələk növü. == Vətəni == Bu çiyələk növünün vətəni Cənubi Amerikadır. == Xüsusiyyətləri == Kal halda gilələri yaşıl olur, dad və iyinə görə isə ananası xatırladır. == İkinci həyatı == Holland fermerleri bu giləmeyvəyə Cənubi Amerikada rast gəldikdən sonra, onu istixanalarda müvəffəqiyyətlə yetişdirmiş və nəsli kəsilmək təhlükəsini nisbətən aradan qaldırmışlar.
Qarabel siyənək
Alosa kessleri (lat. Alosa kessleri) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Qarabel siyənək Xəzərin hər yerində yayılmışdır. Yazda dənizin hər yerində təsadüf edilir (Şimali Xəzərin ən şərq hissəsindən başqa). Qışı Cənubi Xəzərdə, İran sahillərində keçirib, yazda dənizin qərb sahilləri ilə şimala doğru hərəkət edir. == Morfoloji əlamətləri == D III–IV 12–16 (14,2), ümumi sayı 16–20 (18,2), A III 16–20 (18,1), ümumi sayı 19–23 (21,1)-dir. Qəlsəmə dişicikləri iri fərdlərdə yoğun və kobud, ucları qırıq və bəzən tamamilə qırıq olur. Kiçik fərdlərdə qəlsəmə dişicikləri nazik və nisbətən uzun olur. Dişləri yaxşı inkişaf etmişdir. Çənələri bərabər uzunluqda olur, bəzən alt çənə bir qədər önə çıxır və ön tərəfdə altda çıxıntı olur.
Siyənək balığı
Siyənək (lat. Clupea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid heyvan cinsi.
Yiyəlik hal
Yiyəlik hallı isimlər özündən sonra gələn sözlərlə əlaqəyə girərək əşyalar, şəxslər arasında aidlik,mənsubluq mənası gətirir. Yiyəlik halda işlənən isim cümlədə özündən sonrakı başqa bir isimdən daha doğrusu, mənsubiyyət şəkilçili isimdən asılı olur. Məs: ağac-ın (yiyəlik hal) yarpağ-ı (mənsubiyyət şəkilçili isim), qapının ağzı, yolun kənarı, Adilin kitabı, sənin dəftərin, bizim evimiz və s. Mənsubiyuət şəkilçisi həmişə ikinci tərəfdə olur və özündən əvvəl yiyəlik hal istəyir.Məsələn:Mənim Kitabım, Sənin evin Yiyəlik halının iki forması var: Müəyyənlik bildirən yiyəlik hal. Bu halda isimlər –ın, in, un, ün (-nın,nin, nun, nün) şəkilçisini qəbul edir və kimin? nəyin? haranın? suallarından birinə cavab olur. Məs: Məmmədin (kimin?), dəftərin (nəyin?), Bakının (haranın?) Qeyri-müəyyənlik bildirən yiyəlik hal. Bu halda olan isimlər şəkilçisiz olur və nə?
İrigöz siyənək
İrigöz siyənək (lat. Alosa brashnikovi autumnalis) — siyənəkkimilər fəsiləsinin az saylı növüdür. == Yayılması == Xəzər dənizində yayılmışdır. Azərbaycanda əsasən Cənubi Xəzərin qərb sahil sularında yayılmışdır. Yay fəsilində Yalama Dəvəçi və Giləzi kəsimlərində yayıldığı müşahidə edilmişdir. == Morfoloji əlamətləri == D III-IV (V) 13 - 15, ümumi sayı 16 - 19 (18.0), A (II) III (IV) 16 - 20 (18.5), ümumi sayı 19 - 23 (21.5), qəlsəmə dişciklərinin sayı 25 - 36 (30.0), gövdə fəqərələrin sayı 49 - 52 (50.5), quyruq fəqərələrin sayı 33 - 35 (33.9)-dir. Dişciklər kobud, yastı, əyriüyrü və qəlsəmə yarpaqcıqlarından bir qədər uzundur. Başı və bel tərəfi yaşıl rəngə çalır. Uzunluğu 41 sm-ə qədər olur. == Yaşayış yeri və həyat tərzi == Dəniz siyənəyi olub, çoxalmaq üçün şirin sulara girmir.
Çələk (Germi)
Çələk (fars. چلك‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin İcərud kəndistanında, Germi qəsəbəsindən 12 km cənub-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 459 nəfər yaşayır (107 ailə).
Ağ ciyərlər
Sağ və sol ağciyərlər — (lat. pulmo dexter et sinister, yun. pneumon) döş qəfəsində yerləşmişdir; aşağı səthləri diafraqmaya və içəri səthləri ürək kisəsinə söykənmişdir. Sağ diafraqma günbəzi sol günbəzdən yüksək olduğuna görə və ürək asimmetrik vəziyyət aldığı üçün, ağciyərlərin həcmi və şəkli müxtəlif olmalıdır. Sağ ağciyər sol ağciyərdən qısa, geniş və həcmlidir. Normal ağciyərlərin rəngi uşaqda açıq çəhrayı olur, böyüklərdə isə getdikcə rəngi dəyişib tündləşir, xarici səthində qara ləkələrə təsadüf olunur. Bu ləkələrin yaranması xaricdən hava ilə ağciyərlərə daxil olan kənar cisimlərdən (toz, tüstü və s.) asılıdır. Ağciyərlər böyüklərdə orta dərəcədə hava ilə dolduğu zaman aşağıdakı ölçülərdə olur; şaquli ölçüsü 25-27 sm, sagital ölçüsü (əsasında) 16-17 sm, frontal ölçüsü sağ tərəfdə 10 sm və sol tərəfdə 7 sm. Ağciyərlərin tutumuna gəldikdə görürük ki, insan dərin nəfəs aldıqda, yəni döş qəfəsi maksimum böyüdükdə, sağlam ağciyərlər 5000 sm³ hava tutur. Dərin nəfəs verdikdən sonra ağciyərlərdə 1500 sm³ hava qalır, beləliklə dərin nəfəs alma və dərin nəfəs vermə arasında 3500 sm³ fərq vardır.
Plaza de Cibeles
Plaza de Cibeles — (azərb. ‎: Kibele meydanı) - neoklassik üslubda mərmər heykəllərdən düzəldilmiş bulaq ilə Madridin ən vacib simvollarından biridir. Meydan şərq və qərbdə Calle de Alcala, şimalda Paseo de Recoletos və cənubda Paseo del Prado küçələri ilə həmsərhəddir. Əsl adı Plaza de Madrid (Madrid meydanı) olduğu halda, Madrid bələdiyyəsi yerin adını 1900-cü ildə Plaza de Castelar (Castelar Meydanı) olaraq dəyişdirdi və nəhayət indiki adını aldı. == Kibele fəvvarəsi == Kibele çeşməsi Madridin ümumiyyətlə Paseo de Recoletos adlanan hissəsində tapılmışdır. Bu fəvvarənin adı Frigian tanrıçası Kibele. Bulaqda ənənəvi olaraq Real Madrid C.F. Komanda kapitanlarının heykəlinə Real Madrid bayrağı və eşarp qoyaraq komandanın qələbələrini qeyd edir. == Kibele sarayı == Plaza de Kibelesdəki binaların ən gözə çarpan yeri, Madrid şəhər şurasının yerləşdiyi Kibele sarayıdır (əvvəllər Rabitə Sarayı).
İyeler (Türk Mifologiyası)