MORJ
MORUQLUQ
OBASTAN VİKİ
Moruq
Moruq (lat. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılmışdır. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir. Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır.
Adi moruq
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Yayılması == Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Moruq povidlosu
Ətirli moruq
Ətirli moruq (lat. Rubus odoratus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Vətəni Şimali Amerikadır. Hündürlüyü 1-1,5 m olan yarımkoldur, çətirinin diametri 1,5-2 m olmaqla şaxələnmişdir. Yarpağı 3-5 hissəli, eni 2,5 sm-ə qədər olub, tünd yaşıl, üzəri tükcüklüdür. İyun-avqust aylarında çiçəkləyir. Çiçəkləri al-qırmızı və ya çəhrayı rəngli olub, diametri 3-5 sm-ə çatır, ətirlidir. Çiçəkləmə dövründə gözəl görünür. Meyvələri yeməli, qırmızıdır, diametri 0,5 sm-dir. Kök zoğları və toxumlarla çoxalır.
Bozumtultükcüklü moruq
Bozumtultükcüklü böyürtkən (lat. Rubus canescens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Moruq Festivalı
= Göygöl Moruq Festivalı = Göygöl Moruq Festivalı Azərbaycanda ilk dəfə olaraq Göygöl rayonunda keçirilən bir tədbirdir. Bu festival 14-15 sentyabr 2024-cü il tarixlərində Göygöl Rayon İcra Hakimiyyətinin və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə baş tutmuşdur. Festivalın tərəfdaşları arasında Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnnovasiya Mərkəzi, "Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi" MMC, Mədəniyyət Nazirliyi və bir çox digər dövlət və özəl qurumlar yer almışdır. Festivalın əsas məqsədi Göygöl rayonunun turizm potensialını artırmaq, aqroturizmin inkişafına dəstək vermək, bölgənin unikal xüsusiyyətlərini və kənd təsərrüfatı məhsullarını tanıtmaq, eləcə də moruq istehsalının təşviqi vasitəsilə iqtisadi inkişafa töhfə verməkdir. Festival, Göygöl rayonunun Keşkü kəndində 3 hektar ərazidə təşkil olunmuşdur. Ziyarətçilər yerli moruq sortlarının dequstasiyası və satışında iştirak etmiş, eyni zamanda 100-ə yaxın fermer və sənətkarın məhsulları ilə tanış olmuşlar. Festival zamanı əyləncəli şou proqramlar, konsertlər, idmançıların nümunəvi çıxışları və açıq havada müxtəlif tədbirlər keçirilmişdir. Festival ərazisində xüsusi kampinq zonası da mövcud olmuşdur. Festivalın keçirilməsi aqrar və turizm sektorlarının inkişafına müsbət təsir göstərmiş, yerli moruq istehsalçılarının yeni işgüzar əlaqələr qurmasına və məhsullarını geniş auditoriyaya tanıtmasına imkan yaratmışdır. Tədbirin hər gün 5 mindən çox insan tərəfindən ziyarət ediləcəyi gözlənilmişdir.
Qızıl Moruq 2013
ABŞ-da “pislərin pisini” müəyyən edən “Qızıl moruq” mükafatının təqdimetmə mərasimi baş tutub. İlin ən pis, uğursuz filmi “Toranlıq. Şəfəq: II hissə” (“The Twilight Saga: Breaking Dawn – Part 2″) seçilib. O, 7 kateqoriya üzrə – “ən pis film”, “ən pis qadın rolu” (Kristen Stüart), “ən pis ikinci dərəcəli kişi rolu” (Teylor Lotner), “ekranda görünən ən pis cütlük” (Teylor Lotner və MakKenzi Foy), “ən pis aktyor heyəti”, “ən pis remeyk” və “ən pis rejissor işi” (Bill Kondon) – “qalib” olub. Bunun reallıq yoxsa piar olmağı hələ ki məlum deyil. Digər “qaliblər” isə bunlardır: “Ən pis kişi rolu” – Adam Sendler “Bu mənim oğlumdur” filmi (“That`s My Boy”) “Ən pis ikinci dərəcəli qadın rolu” – Rihanna “Dəniz savaşı” filmi (“Battleship”) “Ən pis ssenari” - ”Bu mənim oğlumdur” filmi (“That`s My Boy”) “Qızıl moruq” qalibləri fəxri “Oskar” mərasimindən bir gün öncə açıqlanır.
Qızıl Moruq Mükafatı
Qızıl Moruq Mükafatı (ing. Golden Raspberry Awards) və yaxud Razzie mükafatı — təsisçisi Con Vilsondur. Bu bütün mükafatların ilin ən pis film, Rejisor ve aktyorlarına verilən bir mükafatdır. Silvestr Stallone, Kevin Kostner, Şeron Stoun, Halle Berri kimi məşhur aktyorlar bu mükafatı alıblar. "Ən pis film" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis rejissor" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis aktyor" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis ikinci plan aktyoru" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis ikinci plan aktrisası" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis aktrisa" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis köməkçi aktyor" kateqoriyasına görə Qızıl Moruq Mükafatı "Ən pis köməkçi aktrisa" kateqoriyasına görə Qızıl Moruq Mükafatı Ən pis cütlük" kateqoriyasına görə Qızıl Moruq Mükafatı Ən pis ssenariya" kateqoriyasına görə Qızıl Moruq Mükafatı “Qızıl Moruq” mükafatı.
Ən pis ikinci plan qadın roluna görə Qızıl Moruq mükafatı
Ən pis ikinci plan qadın roluna görə Qızıl Moruq mükafatı (ing. Golden Raspberry Award for Worst Supporting Actress) — hər il Qızıl Moruq mükafatında (və yaxud "Rezzi") əvvəlki ilin ən pis ikinci plan qadın roluna görə verilən mükafat. Namizədlər və qaliblər illik abunə haqqı ödəyən hərkəsin qoşula biləcəyi Qızıl Moruq Vəqfi qrupu tərəfindən seçilir.
Moruqoba
Moruqoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.

Digər lüğətlərdə