MORUQ

is. bot. Giləmeyvəli kol-bitki və onun ətirli, şirin, ağ və ya qırmızı meyvəsi.
Oğul-uşaq zoğal, fındıq, moruq dərməyə gedərkən, Kərim baba da sıradan qalmazdı. A.Şaiq.
Mənə, qızıl söyüd çubuğundan hörülmüş səbətdə; Moruq gətirin! R.Rza.

// Moruqdan hazırlanmış. Moruq mürəbbəsi. Moruq şirəsi.

Etimologiya

  • MORUQ Bəzi türk dillərində (Qaqauz dilində) mor sözü var və  darçını, mixəyi, xur­ma­yı, qəhvəyi mənalarında işlədilir
MORTİ́RA
MORUQKİMİLƏR

Digər lüğətlərdə