Mozel

coğ. Moselle f

Mozambik
möcüzə
OBASTAN VİKİ
Mozel
Mozel (fr. Moselle, ; alm. Mosel‎; lüksemb. Musel) — Fransa, Lüksemburq və Almaniyada çay. Reyn çayının sol qolu. Uzunluğu 545 kilometrdir. Hövzəsinin sahili 28,2 min km2-dir. Vokez diyarından başlayır. Marna-Reyn kanalı Mozeldən keçir. Şərq kanalı onu Sena çayı ilə birləşdirir.
Mozel (departament)
Mozel (fr. Moselle) — Fransanın şimal-şərqində yerləşən, Qrand Est regionun departamentlərindən biri . Sıra nömrəsi — 57. İnzibati mərkəzi (prefektura) — Mets. Əhalisi — 1,066,667 nəfər (departamentlər arasında 20-ci yer, 2010-cu ilin məlumatları). Ərazisi — 6216 km². Departamentin ərazisində Mozel, Saar, Seyl çayları axır axır. Departament daxilində 9 rayon (Bule-Mozel, Меts-Vil, Меts-Kampan, Sarbur, Sarqemin, Tonvil-Vest, Тonvil-Est, Şato-Salen, Forbak) 51 kanton və 730 kommun İnzibati islahat nəticəsində 2015-ci ilin mart ayında rayonların sayı 5-ə enmişdir: Мets — 143 kommun; Sarbur — Şato-Salen — 230 kommun; Sarqemin — 83 kommun; Tonvil — 105 kommun; Forbak — Bule-Mozel — 169 kommun. Mozel — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Lotarinqiya əyalətinin ərazisində yerləşir.
Bule-Mozel (rayon)
Bule-Mozel (fr. Boulay-Moselle) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Mozel. Suprefektura — Bule-Mozel. Rayonun əhalisi 2006-cı ildə 76 965 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 107 nəf / km² . Rayon ərazisi — 722 km². Rayon 2014-cü ilin dekabr ayında 2014-cü il 1721-ci il tarixli Fərmanı əsasında 2014-cü ilin dekabr ayında ləğv edilmiş və 2015-ci il 1 yanvar tarixindən etibarən Forbak rayonunun Forbak-Bule-Mozel şəhərində Mozel departamentinin 169 kommunası üçün inzibati mərkəz kimi birləşdirilmişdir.
Mört və Mozel
Mört və Mözel (fr. Meurthe-et-Moselle) — Fransanın şimal-şərqində yerləşən, Qrand Est regionun departamentlərindən biri. Sıra nömrəsi — 54. İnzibati mərkəzi — Nansi. Əhalisi — 746 502 nəfər (departamentlər arasında 31-ci yer, 2010-cu ilin məlumatları). Ərazisi 5246 km². Departamentin ərazisində Mört, Mözell, Şyer və Vezuz çayları axır. Departamenrə 4 rayon, 44 kanton və 594 kommun daxildir. Mört və Mözel 1871-ci ildə fransa-prussiya müharibəsindən sonra formalaşdı. Fransada qalan Mört və Mğzel bölgələrindən olan ərazini əhatə edir.(1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı zamanı 83 departamentin iki hissəsindən yaradılmışdır).