Multivibrator
Multivibrator — Düzbucaqşəkilli impulslar almaq üçün praktikada relaksasiya generatorlarından (relaksatorlardan) da geniş istifadə edilir. Relaksatorlar triggerlər kimi müsbət əks-rabitəli gücləndiricilər və ya mənfi diferensial müqavimətli elektron cihazları (tunel diodu, tiristorlar və s.) əsasında qurulur.
Kaskadlar arasında müsbət əks rabitə RC dövrəsi vasitəsilə yaradılarsa, belə relaksatorlar – multivibratorlar, transformator vasitəsilə yaradılarsa, blokinggeneratorlar adlanır. Triggerlərdən fərqli olaraq multivibratorlar yalnız bir dayanıqlı tarazlıq və ya iki dayanıqsız kvazitarazlıq halına malikdir. Miltivibratorlar aşağıdakı üç rejimdə: gözləmə, avtorəqs və sinxronlaşma rejimlərində işləyə bilər.
Multivibratorları şərti olaraq üç qrupa ayıra bilərik.
sərbəst işləyən-qərarsız-MV-lar (stabil MV-lar);
tək qərarlı MV-lar (stabil, simmetrik MV-lar);
ikili qərarlı MV-lar (Bistabil simmetrik olmayan MV).
Multivibratorlar həm tranzistorlu dövrələrlə, həm də məntiq elementləri ilə göstərilə bilər.