Hüseyn Fərhad oğlu Muradov (10 may 1994, Cəfərxan, Saatlı rayonu – 8 oktyabr 2020, Hadrut) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Hüseyn Muradov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 may 1994(1994-05-10) |
Doğum yeri | |
Vəfat tarixi | 8 oktyabr 2020(2020-10-08) (26 yaşında) |
Vəfat yeri |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Respublikası |
Döyüşlər | |
Təltifləri |
1994-cü il mayın 10-da Saatlı rayonu Cəfərxan kəndində anadan olmuşdur. 2011-ci ildə Bakı şəhərində 147 nömrəli Texniki-humanitar liseydən məzun olmuşdur. Orta məktəbi bitirdikdən sonra yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetibinin “Ümumi İqtisadiyyat” fakültəsinə daxil olmuşdur. Universitetdə təhsil aldığı 2011-2015-ci illərdə nümunəvi davranışları ilə seçilmiş, müəllim və tələbə kollektivinin rəğbətini qazanmışdır.
2015-ci ildə Murovdağda hərbi xidmətdə olub. 2016-cı il “Aprel döyüşləri”ndə iştirak etmişdir. Bu döyüşlərdə vəzifəsi minaatan idi. Bölükdə minaatan batareyada fəaliyyət göstərmiş, artilleriyaçı olmuşdur. Vətən Müharibəsi başlamazdan bir neçə gün öncə sentyabrın 21-də Müdafiə Nazirliyinin çağırışı ilə ehtiyatda olan hərbçi kimi təlimlərdə iştirak etmək üçün hərbi hissəyə yola düşür. 27 sentyabrda Füzuli istiqamətində başlayan döyüşlərə şücaətlə qatılır. Vətən Müharibəsində pulemyotçu kimi döyüşmüşdür. Dəfələrlə döyüşlərdə böyük qəhrəmanlıqlar göstərir. 8 oktyabr 2020-ci ildə Hadrut uğrunda döyüşlərdə həlak olmuşdur. Hüseyn Muradov Keşlə Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci və 25.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Hüseyn Muradov ölümündən sonra "Vətən uğrunda"[2] medalı ilə təltif edilmişdir.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Muradov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]