MÖHTƏŞƏM
MÖMİNLİK
OBASTAN VİKİ
Mömin
Mömin (Allahın adı) — Allahın adlarından biri. İman gətirən — dildə demək, qəlbində dilinə gətirdiyini təsdiq etmək, əməldə dediklərini göstərməkdir.
Mömin xan Mömin
Mömin xan Mömin (1800–12 may, 1851) (urdu مؤمن خان مؤمنؔ‎) — urdu şairi. == Həyatı == Mömin xan Mömin 1800-cü ildə Dehli şəhərində doğulmuşdu. Atası Qulamnəbi xan və babası həkim Namdar xan Böyük Moğollar imperiyasının tanınmış şəxslərindən idi. Mömin xan Mömin urdu şeirinin ustad şairlərindəndir. Bir çox şagirdlər yetirib. Onlardan biri də Qurbanəli bəy Salikdir. Mömin xan Mömin Dehli ədəbi mühitində sayılıb-seçilən şairlərdən idi. O, Mirzə Əsədulla xan Qaliblə dostluq edirdi. Kəlbəli xan Faiq yazır: "Mömin, sadəcə şairliklə məşhur olmayıb eyni zamanda tibb, astronomiya və sahmatla da məşğul olur, bir çox peşə və sənətdə zamanəsinin öndə gələn şəsiyətlərindən idi. Onun evi sənət ərbabının mərkəzi durumuna çevrilmişdi.
Mömin (dəqiqləşdirmə)
Mömin (Allahın adı) — Allahın adlarından biri. İman gətirən — dildə demək, qəlbində dilinə gətirdiyini təsdiq etmək, əməldə dediklərini göstərməkdir.
III Mömin Vaçaqan
III Mömin Vaçaqan (487-510) – Qafqaz Albaniyasının Arşakilər sülaləsindən sonuncu hökmdarı. == Hakimiyyəti == 464-484-cü illərdə Cənubi Qafqazda Sasanilərə qarşı yenidən üsyanlar başlanmışdı. Bu hərəkat nəticəsində 485-ci ildə əldə olunmuş Nvarsaq sülhünə görə Albaniyada müstəqillik və xristianlıq bərpa edilir. Dövlətin yeni hökmdarı 487-ci ildə III Vaçaqan olur. Onun hakimiyyət illəri Albaniyanın yüksəlişi dövrüdür. Ölkə təsərrüfatı dirçəldilir, ticarət əlaqələri genişlənir, əkinçilik, hevandarlıq və sənətkarlıq durmadan inkişaf edirdi. Albaniyada feodal şəhərləri təşəkkül tapır. Bunlar Bərdə, Dərbənd, Şamaxı, Qəbələ, Beyləqan, Şabran, Xalxal və Şəki idi. Şəhərlərdə iri bazarlar mövcud olmuşdur. Sənətkar və tacirlərin öz ittifaqları yaranırdı.
Mömin (Allahın adı)
Əl-Mu`min (ər. المؤمن) — Allahın adlarından biri. Bu söz iman ilə bağlıdır. Xəlifələr (ikinci xəlifə Ömərdən başlayaraq), sonra isə müsəlman aləminin digər hökmdarları əmir əl-möminin, yəni möminlərin əmiri, başçısı, adını daşıyırdılar. Mömin — inanan, güvənən, qoruyan və əminlik verən. Mömin "iman edən" deməkdir. İman həm "təsdiq etmək", həm də "əminlik vermək" mənalarına gəlir. Təsdiq mənası: Allahın imanı, həm özünü təsdiq etməsi, həm də peyğəmbərlərini kitabları ilə təsdiq etməsidir. Uca Allah (c.c.) buyurub: "Allah şəhadət edər ki, özündən başqa ilah yoxdur" (Ali-İmran, 18). Allah, qullarına olan vədlərini doğruldur və verdiyi sözləri yerinə yetirir.
Məhəmməd mömin xan Şamlı
Məhəmməd mömin xan Şamlı — Şamlı tayfasından olan bir türkman zadəgan. Səfəvi şahı Sultan Hüseynin (1694-1722) vəziri (1699-1707) vəzifəsini icra etmişdir. Məhəmmədqulu xan Şamlı adlı bir oğlu vardı. == Mənbələr == Matthee, Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. I.B.Tauris. 2011. 1–371. ISBN 0857731815.
Xəlifə Əli və Məhəmməd Mömin turbəsi
Xəlifə Əli və Məhəmməd Mömin turbəsi — Buzovna qəsəbəsindəki köhnı qəbirstanlıqda Xəlifə Əli türbəsində 3 qəbir vardır. Qəbirlərin hər 3nün üstündə sənduqə və başdaşları qoyulmuşdur. 1nin başdaşı sınıb düşmüşdür. Bu abidələrdən istər forması, istərsə də kitabələrinin zənginliyinə görə Xəlifə Əlinin oölu Məhəmmdəin abidəsi diqqəti cəlb edir. Baş daşı öz formasına görə Quba rayonunun pirvahid kəndindəki "66 övliya" qəbirstanlığındakı başdaşlarını xatırladır. Lakin kitabələrin məzmunu başqadır. Başdaşının üz tərəfini kənardan əhatəedən haşiyədə farsca nəzm ilə qəmgin şer yazilmişdir. Yan tərəfində də bele şerlər vardır. Saə tərəfində yazilmiş kitabə beledir: 2 əfsus olsun ki bu cahan baxcasindan getdin. Bu gül-çiçək bağından, həsrət dağiyla getdin.
Möminabad
Möminabad— İranın Luristan ostanının Azna şəhristanının Capiləq bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,230 nəfər və 326 ailədən ibarət idi.
Möminə Xatun
Möminə Xatun (v. 1175, Naxçıvan) — Səlcuqlu sultanı II Toğrulun həyat yoldaşı olmuşdur. II Toğruldan Arslan adlı bir oğlu olmuşdur. 1135-ci ildə II Toğrulun ölümündən sonra hakimiyyətə keçən Sultan Məsud onu Şəmsəddin Eldəniz ilə evləndirmişdir. Şəmsəddin Möminə Xatunla evlənmədən öncə, oğlu Arslanın atabəyi olduğu dövrdə də onun etimadını qazanmış, onun məsləhətlərini nəzərə alaraq saray çəkişmələrinə qarışmamışdır. Möminə Xatunun ikinci evlilikdən iki oğlu — Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan və adı bilinməyən bir qızı olmuşdur. Hakimiyyət işlərində hər iki ərinə məsləhət verən bu xanım həmçinin Şəmsəddinin oğlu Arslanla münasibətlərində vasitəçi rolu oynayaraq ara müharibələrin qarşısını almışdır. 571-ci il rəbiüləvvəl ayının ortalarında (19.09.-18.10.1175) ərindən bir ay əvvəl Naxçıvanda vəfat etmişdir. Şəmsəddin Eldəniz onun qəbri üstündə məqbərə tikdirməyə başlamış, lakin bu işi oğlu Məhəmməd Cahan Pəhləvan tamamlamışdır. Salnaməçi Sədrəddin əl-Hüseyni "Əxbar əd-doulət əs-Səlcuqiyyə" ("Səlcuqilə dövləti haqqında məlumat") əsərində onun haqqında qeyd edirdi: Möminə xatun həmişə Şəmsəddin Eldənizi ölkə səyahətlərində müşayiət edirdi; dövlət əhəmiyyətli məsələlərin həllində onun fikri ilə hesablaşırdılar.
Möminə Xatun Türbəsi
Möminə Xatun türbəsi — Azərbaycan Respublikası, NMR, Naxçıvan şəhərində yerləşən, həm də "Atabəy Günbədi" kimi tanınan tarix-memarlıq abidəsidir. Türbə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. 1998-ci ildə Möminə Xatun türbəsi digər Naxçıvan türbələri ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir. 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilmiş türbənin ilkin hündürlüyü 34 metr olsa da, onun çadırvari günbəzi dövrümüzə tamamışdır; buna görə də dövrümüzdə türbə 25 metr hündürlüyə malikdir (dövrümüzə çatmamış çadırvari günbəzsiz). Mömünə Xatun türbəsi Atabəylər Memarlıq Kompleksindən dövrümüzə çatmış yeganə abidədir. Möminə Xatun türbəsinin ümumi quruluşu – sərdabə və onbucaqlı şəklində həll olunmuş qüllədən ibarətdir. Türbənin sərdabəsi də planda onbucaqlıdır. Sərdabə və bayır üzlərdən fərli olaraq, Əcəmi qüllənin interyerində mürəkkəblikdən uzaq olmuş, sayalığa və bütövlüyə üstünlük vermişdir. Türbənin hündür olmayan kürsülüyü onüzlü biçimdə olub, cilalanmış iri diorit lövhələri ilə üzlənmişdir. Türbənin qülləvari prizmatik tutumunun təmiz həndəsi gözəlliyini pozmamaq üçün memar giriş dana qapısı olan şərq üzünü xüsusi tutum və bəzəklərlə o biri üzlərdən kəskin ayırmamışdır.
Əmir əl-Möminin
Əmir əl-Möminin (ərəb. امیر المؤمنین‎) — "əmir" ərəb dilində başçı, lider, sultan və sərkərdə mənasındadır. İslam peyğəmbərindən sonra Məhəmməd tərəfindən ordu başçılığına seçilirdilər və onlara əmir deyilirdi. Amma Əmir əl-Möminin ləqəbi yanlız müsəlmanların və tüm qüvvələrin başçısına deyilir. == Əmir əl-Möminin == Əmir əl-Möminin (Başçı mənasında) öz siyasi və dini məzmunu ilə müsəlmanlar arasında xəlifə və ya imamlara deyilirdi. Bu ləqəb Əli bin Əbu Talibin ən məşhur ləqəbidir. == Sünni baxışı == Sünni müsəlmanlar bu ləqəbi xülafәyi raşidinin hamısı, Әməvilərə, Abbasilərə və Osmanlılara deyirlər. == Şiə baxışı == Əmir əl-Möminin islam peyğəmbərinin canişini və vəsisinin, İmamlardan ilk imam, Əli bin Əbu Talibin ləqəbidir. === Etiqad === Əli bin Əbu Talibin Əmir əl-Möminin olması, imamətinə və peyğəmbərin arasız canişin və vəsi olmasına etiqad və inanmaq vacibdir bəlkə imanın rüknlərindəndir. === Azanda Əmir əl-Möminin === Şiə müsəlmanlar azanda Məhəmməd Rəsullulahın peyğəmbərliyinə şəhadət verdikdən sonra Əli bin Əbu Talibin Əmir əl-Mömininliyinə şəhadət verib və etiraf edirlər.
Möminə Xatun türbəsi

Əmir əl-möminin

Значение слова в других словарях