MÜAVİN

I
сущ. заместитель:
1. тот, кто может заменить кого-л. на какой-л. должности. Özünə müavin seçmək выбрать себе заместителя
2. официальная должность помощника вышестоящего должностного лица. İdarədə müavin vəzifəsi должность заместителя в управлении
3. лицо, пребывающее на должности заместителя. Direktor müavini заместитель директора, baş nazirin müavini заместитель премьер-министра, şöbə müdirinin müavini заместитель заведующего отделом, redaktor müavini заместитель редактора, rəis müavini заместитель начальника, müavin işləmək работать заместителем, müavin təyin etmək kimi назначить заместителем кого ; müavin təyin olunmaq быть назначенным заместителем, birinci müavin первый заместитель
II
прил. разг. заместительский
MÜAŞİRƏT
MÜAVİNƏT
OBASTAN VİKİ
Anar Əliyev (müavin)
Anar Rəhim oğlu Əliyev (1980, Bakı) — Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini. == Həyat və fəaliyyəti == 1980-ci ildə Bakı şəhərində anadan olmuş; 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavrı bitirmiş; 2002-ci ildə magistr dərəcəsi almış; 2006-cı ildə isə fəlsəfə doktoru dərəcəsi almış; 2000–2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006–2008-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008–2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləmiş; 2016-cı il 3 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasının 2018-ci ilə qədər üzvü olmuş; 2018-ci ildə Nazirin əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri – Nazirlik Aparatının rəhbəri təyin edilmişdir. == Mükafatları == (19.06.2012) — Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Anar Kərimov (nazir müavini)
Anar Kərimov - (d.1979, Bakı, Azərbaycan SSR) Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini == Həyatı == Anar Kərimov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb. İngilis, fransız və rus dillərini bilir. Evlidir, üç övladı var. == Fəaliyyəti == Həmin ildə ABŞ-yəzərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin xarici investisiyalar və iqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti olub. Hüquq elmləri namizədi olan A.Kərimov Bakı Dövlət Universitetində hüquq fakultəsinin ingilis dilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib. Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib. Hal-hazırda isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışmaqdadır.
Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini
Azərbaycan SSR Nazirlər Soveti (azərb-kiril. Азәрбајҹан ССР Назирләр Совети) — 1946–1991-ci illərdə Azərbaycan SSR-də dövlət hakimiyyətinin ali icraedici orqanı, Azərbaycan SSR hökuməti. == Haqqında == Azərbaycan SSR Nazirlər Soveti 1946-cı il martın 28-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmışdır. Bu dövrədək orqan Azərbaycan SSR Xalq Komissarları Soveti adlanmışdır. Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Sovetinin hər çağırışının birinci sessiyasında təşkil edilirdi. Nazirlər Sovetinin tərkibinə Nazirlər Sovetinin sədri, onun birinci müavini, müavinləri, Azərbaycan SSR nazirləri, dövlət komitələrinin sədrləri, Azərbaycan SSR Konstitusiyasının 48-ci maddəsində göstərilmiş digər mərkəzi idarələrin rəhbərləri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (vəzifəsinə görə) daxil edilirdi. Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Soveti, onun sessiyaları arasındakı dövrdə isə Ali Sovetin Rəyasət Heyəti qarşısında məsul olur və hesabat verirdi. Azərbaycan SSR Nazirlər Soveti qanunvericilik təşəbbüsünə malik idi. Bir sıra fəaliyyət istiqaməti olmuşdur: Azərbaycan SSR ittifaq-respublika və respublika nazirliklərinin, Nazirlər Sovetinin dövlət komitələrinin və ona tabe olan başqa idarələrin işinin birləşdirilməsi və həmin işə istiqamət verilməsi; Xalq təsərrüfatı planlarının, dövlət və yerli büdcələrin yerinə yetirilməsi, ictimai asayişin təmin olunması, dövlət mənafeyi və vətəndaşların hüquqlarının qorunması üçün tədbirlər görülməsi; Azərbaycan SSR Nazirlər Soveti yanında təsərrüfat və mədəniyyət işlərinə baxan xüsusi komitələr və baş idarələrin təşkil edilməsi; Azərbaycan SSR Nazirlər Soveti SSRİ-nin müəyyən etdiyi ümumi qaydaya əsasən Azərbaycan SSR-in xarici dövlətlərlə münasibət işlərinə, qoşun birləşmələrinin təşkilinə rəhbərlik edilməsi; Naxçıvan MSSR Nazirlər Sovetinin işinə istiqamət verilməsi və onun yoxlanılması; Dağlıq Qarabağ Muxtar Vilayəti, rayon və şəhər Xalq (Zəhmətkeş) Deputatları Sovetləri icraiyyə komitələrinin işinə rəhbərlik edilməsi və onun yoxlanılması; SSRİ və Azərbaycan SSR qanunlarına, SSRİ Nazirlər Sovetinin qərar və sərəncamlarına əsasən onların icra edilməsi üçün qərar və sərəncamlar verilməsi və icranın yoxlanılması. Azərbaycan SSR Nazirlər Soveti Naxçıvan MSSR Nazirlər Sovetinin, DQMV və yerli Xalq (Zəhmətkeş) Deputatları Soveti icraiyyə komitələrinin qərar və sərəncamlarını, həmçinin nazirlərin əmr və təlimatlarını, tabeliyindəki başqa idarələrin aktlarını ləğv etmək hüququna malik olmuşdur.
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini

BMT baş katibinin müavini
BMT baş katibinin müavini — Birləşmiş Millətlər Təşkilatı Baş katibinin müavinidir. Büro Baş Katibin bir çox inzibati funksiyalarını həyata keçirmək, Katibliyin fəaliyyətinin idarə olunmasına kömək etmək və fəaliyyət və proqramların ardıcıllığını təmin etmək üçün yaradılmışdır. Bu vəzifə 1997-ci ilin sonunda Baş Məclis tərəfindən rəsmi olaraq təsis edilmişdir . Nigeriyalı Əminə Ceyn Məhəmməd, o zaman Baş Katib Antoniu Quterreş tərəfindən Baş katibin müavini təyin edildi. Məhəmməd, Quterreşin prezidentlik müddətinə 1 yanvar 2017-ci il tarixində başladığı gün başladı. == Məsuliyyətləri == Normalda Baş Katib tərəfindən Baş Katibin müavininə həvalə olunan vəzifələrə aşağıdakılar daxildir: Katibliyin fəaliyyətinin idarə edilməsində Baş Katibə kömək etmək; Baş katib olmadıqda və Baş katibin qərar verə biləcəyi digər hallarda Birləşmiş Millətlər Təşkilatının Baş qərargahında Baş Katib adından çıxış edir; Baş katibə fəaliyyətlər və proqramların sektorlararası və qurumlararası uyğunluğunun təmin edilməsində dəstək verməli və Baş katibin Birləşmiş Millətlər Təşkilatının iqtisadi və sosial sahələrdə nüfuzunun və liderliyinin artırılması, o cümlədən daha da gücləndirilməsi üçün səylər göstərilməsi Birləşmiş Millətlər Təşkilatı inkişaf siyasəti və inkişafa kömək üçün aparıcı mərkəz olaraq; Baş katibin qərar verdiyi konfranslarda, rəsmi tədbirlərdə, mərasimlərdə və digər tədbirlərdə Baş katibi təmsil etmək; Baş Katib tərəfindən müəyyənləşdirilə bilən vəzifələri yerinə yetirmək; Baş katib müavininin ofisinin direktoru Birləşmiş Millətlər Təşkilatının İnkişaf Qrupunun daimi müşahidəçisidir. == Tarixi == Kanadalı Luiza Freşett, 1998-2005-ci illərdə bu vəzifəni tutan Birləşmiş Millətlər Təşkilatı Baş katibinin birinci müavini idi. Bu vəzifəyə Baş Katib Kofi Annan tərəfindən təyin edilmiş və vəzifəsinə 2 mart 1998-ci ildə başlamışdır. 2005-ci ildə qismən cavab olaraq Freşett ABŞ-nin keçmiş Federal Ehtiyat Sisteminin sədri Pol Volkerin İraqın qida məhsulları üçün proqramını idarə edə bilməməsinə görə tənqidlərinə cavab olaraq istefasını elan etdi. 31 mart 2006-cı ilədək vəzifəsində qaldı.
Firdovsi Əliyev (nazir müavini)
Firdovsi Əliyev (tam adı: Firdovsi Şahmirzə oğlu Əliyev; 5 may 1961, Monidigah, Lerik rayonu) — Samux Rayon İcra Hakimiyyətinin başçısı. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin sabiq müavini. == Həyatı == Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib. 1988–1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub. 1991–1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Namiq Əliyev (Nazir müavini)
Namiq Tofiq oğlu Əliyev (1960, Kirovabad) — Azərbaycan Respublikası vergilər nazirinin müavini (2004–2018), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri. == Həyatı və fəaliyyəti == 1960-cı ildə Gəncə şəhərində anadan olub, 1983-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquqi psixologiya fakültəsini bitirdikdən sonra 1 il Azərbaycan Respublikası Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb. 1984–1986-cı illərdə SSRİ Prokurorluğun Elmi-tədqiqat institunda təcrübə keçmiş və 1990-cı ildə həmin institutun aspiranturasını bitirərək hüquq elmləri namizədi dərəcəsinə yiyələnmişdir. 1991–2004-cü illər ərzində Respublika Prokurorluğunda Azərbaycan Respublikası Prokurorunun köməkçisi, Kadr idarəsinin prokuroru, Polis orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Vətəndaşların ərizə, şikayətlərinə baxılması və qəbulu idarəsinin rəis müavini, Ədliyyə, milli təhlükəsizlik, gömrük, vergi və sərhəd qoşunları orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifələrində çalışmışdır. 2004–2018-ci illərdə vergilər nazirinin müavini vəzifəsində çalışmışdır. === Ailəsi === Ailəlidir. 2 övladı var.
Vaqif Əliyev (nazir müavini)
Vaqif Qədir oğlu Əliyev (17 iyun 1953, Naxçıvan MSSR) — Azərbaycan dövlət xadimi, Mədəniyyət nazirinin birinci müavini(2018–2023), fizika-riyaziyyat elmləri namizədi. == Həyatı == Vaqif Əliyev 1953-cü il iyul ayının 17-də anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1975–1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləmişdir. 1982–1988-ci illərdə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin katibi, 1988–1994-cü illərdə BDU-nun fizika fakültəsində baş müəllim vəzifəsində çalışmışdır. 1994–2003-cü illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin birinci müavini vəzifəsində işləmişdir. 2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 18 fevral 2011-ci il Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Vaqif Əliyev mədəniyyət və turizm nazirinin birinci müavini təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Vaqif Qadir oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub. Fizika-riyaziyyat elmləri namizədidir (1980).
İsmayıl İsmayılov (nazir müavini)
İsmayıl İsmayılov (1 yanvar 1957, Naxçıvan) — alim, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini. == Bioqrafiyası == İsmayılov İsmayıl Sultan oğlu 1957-ci il 1 yanvarda Naxçıvan şəhərində anadan olub. === Təhsili === 1978–1982-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1984–1988-ci illərdə Moskva Dövlət Mərkəzi Bədən Tərbiyəsi İnstitutunun aspiranturasının "Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası" nı idman məşqçi və müalicə bədən tərbiyəsi ixtisası üzrə bitirmişdir. ==== Elmi nailiyyətləri ==== 1990-cı ildə Moskvada İxtisaslaşdırılmış Doktorluq Şurasında namizədlik dissertasiyasını müdafiə edərək "Pedoqoji elmlər namizədi" alimlik dərəcəsinə layiq görülmüşdür. (diplom KO № 044690) 2009-cu ildə Professor elmi adına layiq görülmüşdür.. === Ailəsi === Ailəlidir, iki oğlu var. == Fəaliyyəti == 1982–1990-cı illərdə Ağır atletika idman növü üzrə SSRİ yığma komandasının elmi-kompleks qrupunun rəhbəri. 1992–1994-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində baş mütəxəssis vəzifəsində işləmişdir. 1994–1996-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində baş təlimatçı vəzifəsində işləmişdir.
İsrafil İbrahimov (nazir müavini)
İsrail liderlərinin müavinləri
İsrail rəhbərlərinin müavinləri (ivr. ‏סגן ראש ממשלת ישראל‏‎) — İsraildə dörd kateqoriyaya bölünür:vasitəçi baş nazir, baş nazirin müavini, vitse-baş nazir və alternativ baş nazir. Baş nazir Köməkçisi rəsmi icra vəzifələrindən çox şərəflidir, ancaq ofis sahibi kabinetdəki bir yerə sahibdir. Baş nazirin müavini rəsmi bir ofisdir. Həm Baş Nazirlər, həm də Baş nazir vəzifəsini müvəqqəti icra etmədiyi təqdirdə, Baş Nazir vəzifəsini icra edərkən müvəqqəti olaraq vəzifəsini icra edir.
Əli Həsənov (Baş nazirin müavini)
Əli Şamil oğlu Həsənov (10 aprel 1948, Cəbrayıl rayonu) — YAP-ın sədr müavini Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun müşahidə şurasının sədri. == Həyatı == Əli Şamil oğlu Həsənov 1948-ci il aprelin 10-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1964-cü ildə Böyük Mərcanlı kənd orta məktəbini bitirmişdir. 1964–1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində təhsil almışdır. 1981–1985-ci illrədə Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1969-cu ildə "Azərneftkimyaquraşdırma" Tresti Birinci Sumqayıt quraşdırma idarəsində usta kimi başlamışdır. Sonralar həmin idarədə iş icraçısı, baş iş icraçısı, şöbə müdiri, baş mühəndis vəzifələrində işləmişdir. 1978-ci ildən "Kimyasənaye" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, elə həmin ildən SSRİ Kimya Nazirliyi "Sumqayıt kimyasənaye" Birliyi baş direktorun tikinti üzrə müavini, 1979-cu ildən "Üzvisintez" İstehsalat Birliyində tikinti üzrə direktor müavini, 1980-ci ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin müavini, 1980–1983-cü illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin ikinci katibi, 1983-cü ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1991-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, 1993-cü ildən "Azərkimya" Dövlət Şirkəti prezidentinin müavini, birinci müavini, 1997–1998-ci illərdə isə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1990-cı ildə respublika Ali Sovetinin deputatı, 1996-cı ildə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Azərbaycan baş nazirinin müavinlərinin siyahısı
Azərbaycan baş nazirinin müavinlərinin siyahısı — 18 oktyabr 1991-ci ildən sonra ölkədə müstəqillik elan edilmişdir, bu vaxtdan başlayaraq Azərbaycanın baş nazirinin müavinləri bu siyahıda göstərilib.
Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavinlərinin siyahısı
Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavinlərinin siyahısı — Azərbaycan Respublikasının Milli Məclisinin sədarətində təmsil olunan 1 nəfər sədrin birinci müavini və 3 nəfər sədr müavinlərinin siyahısı Milli Məclisin Sədri vəzifəsi müvəqqəti boşaldıqda Milli Məclisin Sədrinin birinci müavini, o olmadıqda Milli Məclisin Sədrinin daha yaşlı müavini, o olmadıqda isə Milli Məclisin Sədrinin müavini Milli Məclisin Sədri seçilənədək onun səlahiyyətlərini həyata keçirirlər. Milli Məclisin Sədrinin müavinləri Milli Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir. Milli Məclisin Sədrinin müavini vəzifəsinə namizədliyi ilk növbədə Milli Məclisin Sədri, sonra isə Milli Məclisin deputatları irəli sürə bilərlər. Milli Məclisin Sədri və hər deputat Milli Məclisin Sədrinin birinci müavini və müavini vəzifələrinin hər birinə yalnız bir namizəd göstərə bilərlər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir. Səsverməyə azı 7 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Açıq səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin Sədrinin müavini seçilir. Namizədlərin heç biri azı 63 səs almadıqda, bu Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir.
Azərbaycan Respublikası Baş nazirinin müavini
Azərbaycan baş nazirinin müavinlərinin siyahısı — 18 oktyabr 1991-ci ildən sonra ölkədə müstəqillik elan edilmişdir, bu vaxtdan başlayaraq Azərbaycanın baş nazirinin müavinləri bu siyahıda göstərilib.
Missiya rəhbərinin müavini
Missiya rəhbərinin müavini — bir diplomatik missiyanın, məsələn, səfirlik və ya konsulluğun rəhbərinin müavinini və ya köməkçisini təmsil edən şəxs. Bu şəxs, rəhbərin olmadığı hallarda missiyanı idarə etmək və gündəlik diplomatik fəaliyyətlərə nəzarət etmək məsuliyyətini daşıyır. Diplomatik iyerarxiyada əhəmiyyətli vəzifələrdən biridir və missiyanın icra olunmasında əsas rol oynayır. == Vəzifə və öhdəlikləri == Missiya rəhbərinin müavininin vəzifə və öhdəlikləri diplomatik missiyanın fəaliyyətlərinin effektiv və mütəşəkkil şəkildə icra olunmasını təmin etməkdən ibarətdir. Bu şəxs, adətən, missiyanın ikinci ən yüksək rütbəli diplomatı olur və missiya rəhbərinin - səfirin və ya baş konsulun əsas yardımçısıdır. Missiya rəhbərini əvəz etmək onun başlıca vəzifələrindən biridir. Belə ki, missiya rəhbərinin olmadığı vaxtlarda müvain onun bütün səlahiyyətlərini və funksiyalarını icra edir və qərarları qəbul edir. DCM missiyanın gündəlik işlərinin təşkil olunmasına və diplomatik heyətin fəaliyyətinə nəzarət edir. Bu, daxili və xarici siyasət məsələləri ilə bağlı işləri əlaqələndirməkdən, departamentlər arasındakı işləri bölüşdürməkdən ibarət ola bilər. Missiyanın rəhbərinin müavini digər ölkələrin nümayəndəlikləri, yerli hökumət rəsmiləri və beynəlxalq təşkilatlarla əlaqələri idarə edir və inkişaf etdirir.
Namiq Əliyev (nazir müavini)
Namiq Tofiq oğlu Əliyev (1960, Kirovabad) — Azərbaycan Respublikası vergilər nazirinin müavini (2004–2018), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri. == Həyatı və fəaliyyəti == 1960-cı ildə Gəncə şəhərində anadan olub, 1983-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquqi psixologiya fakültəsini bitirdikdən sonra 1 il Azərbaycan Respublikası Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb. 1984–1986-cı illərdə SSRİ Prokurorluğun Elmi-tədqiqat institunda təcrübə keçmiş və 1990-cı ildə həmin institutun aspiranturasını bitirərək hüquq elmləri namizədi dərəcəsinə yiyələnmişdir. 1991–2004-cü illər ərzində Respublika Prokurorluğunda Azərbaycan Respublikası Prokurorunun köməkçisi, Kadr idarəsinin prokuroru, Polis orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Vətəndaşların ərizə, şikayətlərinə baxılması və qəbulu idarəsinin rəis müavini, Ədliyyə, milli təhlükəsizlik, gömrük, vergi və sərhəd qoşunları orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifələrində çalışmışdır. 2004–2018-ci illərdə vergilər nazirinin müavini vəzifəsində çalışmışdır. === Ailəsi === Ailəlidir. 2 övladı var.

Digər lüğətlərdə