MÜNƏVVƏR

прил. устар.
I
светлый, лучезарный
2. просвещённый; интеллигентный; münəvvər etmək: 1. освещать, осветить; 2. просвещать, просветить; 3. перен. украшать, украсить; münəvvər olmaq освещаться, быть освещенным
MÜNƏQQİDLİK
MÜNƏVVƏRLİK
OBASTAN VİKİ
Münəvvər
Münəvvər — qadın adı. Münəvvər Rzayeva — Azərbaycanlı heykəltaraş Münəvvər Kələntərli — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1940). Münəvvər Əsgərova — üzümçü Münəvvər Məmmədquluzadə — Cəlil Məmmədquluzadənin qızı, SSRİ Ali Sovetinin II çağırış deputatı. Münəvvər Qasımova — Münəvvər Əliqızı — Digər Münəvvər (Şəbüstər) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd.
Münəvvər (Şəbüstər)
Münəvvər (fars. منور‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 377 nəfər yaşayır (99 ailə).
Münəvvər Kələntərli
Münəvvər Səməd qızı Kələntərli (21 dekabr 1912, Lənkəran, Lənkəran qəzası – 5 fevral 1963, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1940). Münəvvər Kələntərli 1912-ci ildə Lənkəranda anadan olub. Təhsilini Lənkəranda alan aktrisa 17 yaşında ikən Bakıya gəlib. Gözəl səsə sahib olan Münəvvər Kələntərli qardaşı Haşım ilə birgə konsertlərdə xalq mahnılarını, "Aman nənə", "Kişmiri şal" və "Lolo" kimi el nəğmələrini ifa edirdi. Eyni zamanda tarzən Qurban Pirimovun, kamançaçı Qılman Salahovun və qarmonçalan Teymur Dəmirovun müşayiəti ilə muğam da oxumuşdur. Bundan xəbər tutan bəstəkar Müslüm Maqomayev 1933-cü ildə onu Opera Teatrına dəvət edir və beləliklə də Münəvvər Kələntərli 1933-cü ildən etibarən səhnə fəaliyyətinə başlayır. Opera Teatrında səhnə fəaliyyətinə başlayan Münəvvər Kələntərli Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli və Leylinin anası, "Əsli və Kərəm"də Əsli, "O olmasın, bu olsun"da Sənəm obrazlarını yaratmışdır. Öz arzusu ilə fəaliyyətini Musiqili Komediya Teatrında davam etdirən aktrisa burada F.Əmirovun "Gözün aydın", S.Ələsgərovun "Ulduz", T.Quliyevin "Qızıl axtaranlar", S.Rüstəmovun "Durna", A.Rzayevin "Aya səyahət" və başqa tamaşalarda uğurla çıxış etmişdir. Münəvvər Kələntərli kino sənətinə Böyük Vətən müharibəsi illərində çəkilməyə başlayan, 1945-ci ildə ekranlara çıxan və dünyanın 136 ölkəsində nümayiş etdirilən "Arşın mal alan" filmində canlandırdığı Cahan xala roluyla başlayıb. Bu filmin çəkilməsi o zaman bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edirdi.
Münəvvər Məmmədquluzadə
Münəvvər Cəlil qızı Məmmədquluzadə (1897, Nehrəm – 1965) — Cəlil Məmmədquluzadənin qızı, SSRİ Ali Sovetinin II çağırış deputatı. Cəlil Məmmədquluzadə 1896-cı ildə Nehrəm kəndindən olan Həlimə Nağı qızı ilə ailə həyatı qurmuşdur. Bu nikahdan yazıçının birinci övladı Münəvvər Məmmədquluzadə dünyaya gəlmişdir. Cəlil Məmmədquluzadənin vəfatından sonra uzun müddət Nehrəm kəndində mamaça, sonra isə səhiyyə məntəqəsinin müdiri vəzifəsində işləmişdir. SSRİ Ali Sovetinin II çağırış deputatı olmuşdur.
Münəvvər Qarabulud
Münəvvər Qarabulud cinayəti — Lisey şagirdi Münəvvər Qarabuludun 3 mart 2009-cu il tarixində Cem Qəriboğlu tərəfindən öldürülməsi. Cinayət eşidildikdən sonra Türkiyə ictimaiyyətdə diqqət çəkmiş və böyük reaksiya meydana gəlmişdir. Qatil şübhəlisi Cem Qəriboğlu cinayətdən 197 gün sonra təslim olmuşdur. Mühakimə etmə müddəti 18 noyabr 2011 tarixində məhkumiyyət qərarının verilməsiylə sona çatmışdır. Münəvvər Qarabulud, İstanbulda 7 mart 1991 tarixində, əslən Bolu Məngənli bir ailənin ilk uşağı olaraq doğuldu. Atası Sürəyya Qarabulud aşpaz, anası Nagihan Qarabulud ev xanımı idi. Beşiktaş Bingül Ərdəm Liseyi son sinif şagirdi olan Qarabulud, eyni zamanda universitet hazırlıq dərsxanasına da gedirdi. Dərsxana dövründə Cem Garipoğlu ilə tanış oldu və yoldaşlıqları başladı. 3 mart 2009 axşamı Münəvvər Karabulutun cansız bədəni zibil yığıcı bir adam tərəfindən zibil konteynerində parçalanmış halda tapıldı. Ədli tibb araşdırması nəticəsində başı gövdəsindən ayrılmadan əvvəl bıçaq zərbələriylə yaralandığı daha sonra öldüyü təsbit edildi.
Münəvvər Qasımova
Münəvvər Cavad qızı Qasımova (1924–1990) – Tibb elmləri doktoru 1946-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, həmin ildən Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda öz əmək fəaliyyətini başlamışdır. 1957-ci ildə Azərbaycan ET Oftalmologiya İnstitutunun qlaukoma şöbəsinin rəhbəri vəzifəsinə təyin olunmuşdur və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. Zəngin, hərtərəfli təhsil almış mütəxəssis, gözəl cərrah və təşkilatçı, t.e.d. M. C. Qasımova qlaukomaya, korluğa və görmə üzrə əlilliyə gətirib çıxaran ağır bir xəstəlik kimi baxmağa çağırırdı. M. C. Qasımovanın toksiki qlaukomanın öyrənilməsində xüsusi rolu olmuşdur. Öz doktorlıq dissertasiyasında klinik eksperimentlər və histokimyəvi tədqiqatlar əsasında o, bəzi kimyəvi maddələrin oftalmotonusun səviyyəsinə təsirini isbat etmişdir. M. C. Qasımova respublikada qlaukomanın epidemiologiyası, patogenezi, diaqnostika və müalicəsi problemləri ilə məşğul olmuş, bir sıra ixtisaslı qlaukomatoloq kadrları hazırlamışdır. M. C. Qasımova 160-dan artıq elmi əsərin müəllifidir. M. C. Qasımova elmi tədqiqatların və onların praktikada reallaşdırılmasının yüksək səviyyəsini təmin edən qlaukoma üzrə elmi və praktiki məktəb yaratmışdır.
Münəvvər Rzayeva
Rzayeva Münəvvər Məcid qızı (6 iyun 1929, Şuşa, DQMV – 6 iyun 2004, Bakı) — Azərbaycanlı heykəltaraş və ilk monumentalçı qadın heykəltaraş. Azərbaycan Respublikasının əməkdar rəssamı (1992). Münəvvər Rzayeva 6 iyun 1929-cu ildə Şuşada anadan olmuşdur. Şuşada tanınmış xalça ustası Məcid kişinin ailəsində böyüyüb. 1950-ci ildə Bakıda Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1956-cı ildə isə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsini bitirmişdir. O, Nikolay Tomskinin sinfində təhsil alıb. 1943-cü ildən müxtəlif sərgilərin iştirakçısı olub. Münəvvər Rzayeva 1953-cü ildən Azərbaycan Rəssamlar İttifaqının Üzvü seçilmişdir. Eyni zamanda, Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü olmuş, AMEA Nizami adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərmiş və bir sıra heykəlləri bərpa etmişdir. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Ordubadi muzeyi, Siyəzən mədəniyyət evi və Bədii Fondda saxlanılır.
Münəvvər təpə
Münnəvər təpə və ya Firuzabad (fars. منورتپه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 260 nəfər yaşayır (82 ailə).
Münəvvər Əliqızı
Münəvvər Əliqızı Tapdıqova — yazıçı, "Qızıl qələm" mükafatı laureatı Münəvvər Əliqızı 27 yanvar 2012-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şairə Zərəngiz Dəmirçi Qayalının 50 illik yubiley tədbiri keçirilən zaman vəfat edib. Munəvvər xanım 4 kitab müəllifidir: "Baba Yadigarı", "Bayatılar", "Sevginin ölçüsü yoxdur", "Günəş-Ananur". "Sevginin ölçüsü yoxdur" kitabına görə Xan qızı Natəvan mükafatına, "Bayatılar" kitabına görə isə "Qızıl Qələm" Media mükafatına layiq görülüb. "Baba Yadigarı", "Bayatılar", "Sevginin ölçüsü yoxdur", "Günəş-Ananur" Münəvvər Əliqızı şair İlyas Tapdıqın həyat yoldaşıdır. Münəvvər Əliqızı Azərbaycanın Əməkdar artisti Şəbnəm Tapdıqın anasıdır.
Münəvvər Əliyeva
Münəvvər Əliyeva (aktrisa, 1951)
Münəvvər Əsgərova
Münəvvər Mehbalı qızı Əsgərova (6 mart 1914, Kırna – 1 oktyabr 2001 və ya 10 yanvar 2001, Kırna, Naxçıvan Muxtar Respublikası) — üzümçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1947), Sosialist Əməyi Qəhrəmanı (1949). Münəvvər Əsgərova 6 mart 1914-cü ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Culfa rayonu) Kırna kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1938-ci ildə V.İ.Lenin adına kolxozda başlamış, 1968-ci ilə qədər bu kolxozda kolxozçu və manqabaşçısı işləmişdir. 1947-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1947-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 21 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. 1968-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Münəvvər Əsgərova 1 oktyabr 2001-ci ildə Culfa rayonunda vəfat etmişdir.
Münəvvər Musso
Münəvvər Musso (ind. Manowar Musso; 12 avqust 1898 – 31 oktyabr 1948) — İndoneziya siyasi xadimi. == Həyatı == Paqu–Şərqi Yavada çox olan kiçik kəndlərdən biridir. Burada 1898-ci il avqustun 12-də Datarla Kasanaxın bir oğlu oldu və uşağın adını Münəvvər qoydular. Ailədə 7 uşaq var idi və valideynlər səhərdən axşama qədər işləməli olurdular. Datar da Paqunun əksər kəndliləri kimi saatlarla çəltik tarlasında dizə qədər su içində işləyirdi. Kasanaxın bütün gün boyu batikadan tikdiyi paltarı isə bəzən satmaq və ya bir şeylə dəyişmək mümkün olurdu. Paquda demək olar ki, hamı bu vəziyyətdə yaşayırdı. Münəvvər Musso kənd məktəbinə getməyə başlayır, bu isə kasıb İndoneziyalı ailəsindən çıxmış uşaq üçün heç də asan deyildi, lakin nüfuzedici nəzərlərə malik olan uşaq son dərəcə istedadlı idi və məktəbi qurtardıqdan sonra o şəhər müəllimlər seminariyasına girməyə müvəffəq olur. İndoneziyada dərslər holland dilində keçirilirdi; şagirdlərə bir təsir vasitəsi kimi əsasən xətkeşdən və karserdən istifadə olunurdu.
Münəvvər Qarabulud cinayəti
Münəvvər Qarabulud cinayəti — Lisey şagirdi Münəvvər Qarabuludun 3 mart 2009-cu il tarixində Cem Qəriboğlu tərəfindən öldürülməsi. Cinayət eşidildikdən sonra Türkiyə ictimaiyyətdə diqqət çəkmiş və böyük reaksiya meydana gəlmişdir. Qatil şübhəlisi Cem Qəriboğlu cinayətdən 197 gün sonra təslim olmuşdur. Mühakimə etmə müddəti 18 noyabr 2011 tarixində məhkumiyyət qərarının verilməsiylə sona çatmışdır. Münəvvər Qarabulud, İstanbulda 7 mart 1991 tarixində, əslən Bolu Məngənli bir ailənin ilk uşağı olaraq doğuldu. Atası Sürəyya Qarabulud aşpaz, anası Nagihan Qarabulud ev xanımı idi. Beşiktaş Bingül Ərdəm Liseyi son sinif şagirdi olan Qarabulud, eyni zamanda universitet hazırlıq dərsxanasına da gedirdi. Dərsxana dövründə Cem Garipoğlu ilə tanış oldu və yoldaşlıqları başladı. 3 mart 2009 axşamı Münəvvər Karabulutun cansız bədəni zibil yığıcı bir adam tərəfindən zibil konteynerində parçalanmış halda tapıldı. Ədli tibb araşdırması nəticəsində başı gövdəsindən ayrılmadan əvvəl bıçaq zərbələriylə yaralandığı daha sonra öldüyü təsbit edildi.
Münəvvər Əliyeva (aktrisa, 1951)
Əliyeva Münəvvər Əli qızı – aktrisa. Münəvvər Əliyeva 1951-ci il iyun ayının 26-da Bakı şəhərində doğulub. 1968-ci ildə Ərəblinski adına Sumqayıt Dövlət Dram teatrı açılarkən orada yaradıcılıq fəaliyyətinə başlayıb. 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan İncəsənət İnstitutunu bitirib. Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəlişah" tamaşasında Gülçöhrə, "Bəli, dünya dəyişib" tamaşasında Bənövşə, A.Ximelikin "Miliyonçu Laptep" tamaşasında Petrov, Nəcəf bəy Vəzirovun "Müsübəti-Fəxrəddin" tamaşasında Gülbahar rollarını alıb. 1970-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən təyinatla Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına göndərilib. Bu teatrda İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşasında Fəridə, Əziz Nesinin "Toros canavarı" tamaşasında Cülay, 3,2 tamaşasında Siva, X.Əlizadənin "Dovşanın ad günü" tamaşasında Dovşan, "Sevindik, qız axtarır" musiqili komediyasında Sevər, Bəxtiyar Vahabzadənin "İkinci səs" tamaşasında Qərənfil, G.Xuqayevin "Arvadın əri" komediyasında Zərimə və s. rolları müvəffəqiyyətlə oynayıb. 1975-ci ildə Lənkəran şəhərində yeni teatr açılarkən Münəvvər Əliyeva ora dəvət alıb. O, N.B.Vəzirov adına Dövlət Dram Teatrında bir-birindən fərqli rollar oynayıb və tamaşaçıların məhəbbətini qazanmağa nail olub.
Münəvvər Əliyeva (aktrisa, 1971)
Münəvvər Sabir qızı Əliyeva — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2006). Münəvvər Sabir qızı Əliyeva 25 may 1971-cı ildə Sumqayıt şəhərində anadan olub. 1992-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra bir müddət Yuğ Dövlət Teatrında aktrisa işləyib. 1994-cü ildən Akademik Milli Dram Teatrının aktyor truppasının üzvüdür. O, bu teatrda müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında oynayıb – D. Aslan "Dindirir əsir bizi" (Fərəh), İlyas Əfəndiyev "Hökmdar və qızı" (Səltənətbəyim), Əli Əmirli "Köhnə ev" (Cana), Ramiz Novruz "Hələ "sevirəm" deməmişdilər..." (Sona), Nəriman Həsənzadə "Pompeyin Qafqaza yürüşü" (Selcan), Hüseyn Cavid "Afət" (Alagöz), İsmayıl Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın" (Həcər), O. İoseliani "Kaş araba aşmayaydı!.." (Landa), Eduardo de Filippo "Kabuslar" (Mari), Hüseyn Cavid "Əmir Teymur" (Meliça), Eduardo de Filippo "Silindr" (Rita), Hüseynbala Mirələmov "Vəsiyyət" (Röya) və s. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırlanmış A. Rafın "İblis qadın" (İblis qadın), Zəlimxan Yaqubun "Didərginlər" (Ruh), Afaq Məsudun "Cəza" (katibə), teletamaşalarında oynayıb. Münəvvər Əliyeva "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Sarı gəlin" (Sarı gəlin, Erməni qızı və Azəri türkü) filmində oynayıb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Digər lüğətlərdə