Faza nəzarət relesi
Faza nəzarət relesi - aşağıdakı hallarda üç fazalı şəbəkədən qidalanan elektrik mühərriki və ya elektrik qurğusunun mühafizəsi üçün nəzərdə tutulmuş qurğudur:
fazaların heç olmasa birinin olmaması ("fazanın itməsi"),
gərginliyin qoyulmuş həddən aşağı düşməsi,
gərginliyin qoyulmuş həddən yuxarı qalxması,
fazın əks ardıcıllığı
neytralın qırılması,
cərəyanların və gərginliklərin qeyri-simmetrikliyi
Bundan əlavə, faza nəzarət relesinin bəzi konstruksiyaları maksimal və minimal gərginliyə görə işləmə qiymətlərinin, həmçinin işləmə vaxtının (dözmə müddəti) tənzimlənməsini təmin edir. Adətən, faza nəzarət relesində çıxış elementi kimi rele kontaktları dəstindən (normal bağlı və normal açıq) istifadə olunur. Rele həmçinin fazaların mövcudluğunu və qeyri-normal rejimin növünü göstərən indikasiya elementləri ilə təchiz oluna bilər.
== İş prinsipi ==
Faza nəzarət relesinin iş prinsipi fazanın itməsi zamanı şəbəkədə meydana çıxan əks ardıcıllıqlı harmoniklərin təcrid edilməsinə əsaslanır. Əks ardıcıllıqlı gərginlikləri ayırmaq üçün əks ardıcıllıqlı filtrlərdən istifadə olunur, ən sadə halda bunlar çıxışında elektromaqnit relesi qoşulmuş aktiv və reaktiv elementləri olan (aktiv-tutum dövrələri) olan passiv analoq filtrlərdir.
== Sənaye növləri ==
Faza nəzarət relesinin növlərindən biri, adətən "faza itkisi relesi" adlandırılan E - 511 (SSRİ) relesidir. Onun modifikasiyaları 100 V, 220 V və 380 V xətt gərginliyinə hazırlanırdı, buna görə də qoyuluş qiymətləri gərginliyə görə tənzimlənirdi. Müasir faza nəzarət releləri (məsələn, "Rele və Avtomatika" MMC tərəfindən istehsal olunan EL-11, 12, 13, 15 seriyaları) gərginliyə və zamana görə parametrlərlə təchiz edilirlər.
== Ədəbiyyat ==
«Справочник по наладке электроустановок», под ред. А. С. Дорофеюка, А. П. Хечумяна, М., «Энергия», 1975 г
Чернобровов Н.В. «Релейная защита», М., «Энергия», 1974 г.