Naib Əminov
Əminov Naib Xalıq oğlu (20 fevral 1938, Salyan, Salyan rayonu) — biologiya elmləri doktoru, professor, Genetik Ehtiyatlar İnstitutunun Molekulyar sitogenetika şöbəsinin Arxivləşdirilib 2020-07-03 at the Wayback Machine müdiri (2000).,
1955ci il – Bakı şəhəri 7 saylı orta məktəb
1956cı il – ADU-nun Biologiya fakultəsinə qəbul
1961ci il – ADU-da Botanika ixtissını bitirmiş
1962ci il – Az. EA Genetika və Seleksiya institutunda kiçik elmi işçi
1962ci il – Ümum Rusiya Bitkiçilik İnstiutu ilə Genetika və Seleksiya institutunun taxillarin toplanılması məqsədilə birgə ekspedisiyası
1962 – 1963cü illər SSRİ EA Sitologiya institutunda “elekron mikroskopda tədqiqat işləri” metodikasını mənimsəmək üçün ezamiyyət (Leninqrad ş.)
1964 cü il – Ümum Rusiya Bitkiçilik İnstitutunun Sitologiya ixtisası üzrə aspirantura (Leninqrad ş.)
1967 ci il – Biologiya elmlər namizədliyi adı almaq üçün dissertasiya müdafiəsi (Leninqrad ş.)
1967 ci il – Genetika və Seleksiya İnstitutunun kiçik elmi işçisi
1969 cu il – Egilopslarin toplanması üzrə ekspedisiya
1969 cu il – Böyük elmi işçi
1969 – 1970 ci illər – SSRİ EA Molekulyar Biologiya İnstitutunda xromosomologiya sahəsində tədqiqatlar aparması
1972 ci il – N.İ. Vavilov adına URGS cəmiyyətinin simpoziumunun iştirakçısı (Moskva)
1972 ci il – SSR EA Sitologiya və embriologiya üzrə Problem Şurasının iclasında məruzə ilə çıxış “Vicia faba –nın endospermində politen xromosomlar”
1975 ci il – Beynəlxlq Botaniklər konqresinin iştirakçısı (Leninqrad ş.)
1978 ci il – XIV Beynəlxalq Genetiklər konqresinin iştirakçısı (Moskva)
1986 – 87 ci illər N.İ. Vavilov adına ümumi Genetika İnstitutunda yeni metodların mənimsənilməsi üzrə ezamiyyət (Moskva)
2000 ci il – Genetika və Seleksiya İnstitutunda elmi işlər üzrə direktor müavini
2000 ci il – Təkamülün sitogenetikası laboratoriyasının müdiri
2003 cü il – Genetik Ehtiyatlar İnstitutunun elmi işləri üzrə direktor müavini
2007 ci il – Doktorluq dissertasiyasının müdafiəsi və elmlər doktoru adı alması
2010 cu il – Professor rütbəsi alması
Buğdanın təkamülü və filogenezinə dair 80-dən çox əsərin müəllifidir. 1982-ci ildə buğdanın ikinci genomunun donorunun Aegilops speltoides olması haqda irəli sürdüyü fikir indi molekulyar səviyyədə öz təsdiqini tapmışdır. Bir kitabın və iki monoqrafiyanın, o cümlədən “Buğda genomlarının təkamülü” monoqrafiyasının müəllifidir. Dənli-taxıl bitkilərinin mədəni və yabanı növlərinin toplanması üzrə 1962, 1968 və 1970-ci illərdə Ümum-Rusiya Bitkiçilik İnstitutu ilə Genetika və Seleksiya institutunun birgə təşkil olunmuş ekspedisiyalarının, 2008-ci ildə isə Beynəlxalq ekspedisiyanın fəal iştirakçısı olmuşdur.
Genetik tədqiqatlarda formaəmələgəlmə mənbəyi kimi istifadə olunan yeni genom strukturuna malik sintetik buğda amfidiploidləri (AABDRR, AADDSS, AABBSS) yaradılmışdır. Yeni sintetik şaxəlisünbüllü tetraploid buğda növünün (T. abscheronicum Aliyeva et Aminov) və biri bərk, digəri yumşaq olmaqla, iki buğda sortunun müəllifidir. İran mənşəli Ae. speltoides Tausch –in tetra- və heksaploid buğdaların B genomunun donoru və habelə Ph-geninin zəif supressoru olduğu eksperimental olaraq sübuta yetirilmişdir. Genom strukturlarının eyniliyinə baxmayaraq, meyozu tənzimləyən genlər sisteminin hər bir növ üçün avtonomluğu müəyyən edilmişdir.