Nalçik-Orconikidze əməliyyatı (1942)
Nalçik-Orconikidze əməliyyatı — faşistlərin Nalçik və Orconikidze vasitəsi ilə, Qroznı, Tiflis və Bakıya soxulmasının qarşısını almaq üçün 25 oktyabr - 12 noyabr 1942-ci ildə Cənubi Qafqaz cəbhəsinin Şimal qoşunlar qrupunun keçirdiyi əməliyyat. Alman komandandanlığı, Qroznı neft rayonuna Malqobek platsdarmından və Elxot qapıları vasitəsilə uğursuz soxulmaq cəhdlərindən sonra bu məqsədə Nalçik və Orconikidzedən keçməklə nail olmaq qərarına gəldi. Orconikidze rayonuna çıxmaqla Qroznıya Sunja çayı vadisi, Tiflisə isə Hərbi-Gürcüstan yolu vasitəsilə çıxmaq qərara alınır. Almanların "A" ordular qrupunun 1-ci tank ordusu gizli yenidən qruplaşdırılaraq 25 oktyabrın sonuna qədər əsas qüvvələrini Nalçik istiqamətində cəmləşdirə bildi. Bu zaman Cənubi Qafqaz cəbhəsinin Şimal qoşunlar qrupu(komandan general-leytenant İ.İ. Maslennikov), rəqibin yenidən qruplaşmasını aşkar etməyərək, onun qoşunlarını məhv etmək məqsədi ilə, Terekin sağ tərəfinə Malqobek, Elxotovo, Mayskiy rayonlarına hucumla daxil olmağı və Terek böyu müdafiəni bərpa etməyi hazırlaşırdı. Sovet qoşunları Malqobek rayonunda rəqibi piyada və artilleriyada üstələyirdilər, amma tank və aviasiyada üstünlük almanların tərəfində idi. 37 -ci ordunun müdafiə etdiyi Nalçik istiqamətində, almanlar iki tank və bir mühhərikli(200 tank) diviziya cəmləşdirdilər. Yarılma sahəsində almanlar piyada qüvvələrdə üç, artilleriyada isə on qat üstünlüyə malik idilər. 25 oktyabrda səhərdən güclü artilleriya və aviasiya hazırlığından sonra hucuma keçdilər. 37-ci ordunun müdafiəsini yararaq, oktyabrın 28-də Nalçiki tutdular.