Nato

die; - Nato
Nationalversammlung
Natrium
OBASTAN VİKİ
NATO
Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du traité de l'Atlantique nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 32 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir. Koreya müharibəsi üzv ölkələri hərəkətə keçirənə və yüksək rütbəli iki amerikalı komandanın istiqamətləndirməsi ilə birləşmiş hərbi ittifaq qurulana qədər NATO sadə siyasi ortaqlıqdan başqa bir şey deyildi. Soyuq müharibə dövrü 1955-ci ildə əsası qoyulan Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrlə çəkişmələrin yaranmasına səbəb oldu.
NATO sammiti
NATO sammiti (ing. NATO summit) — Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv ölkələrin dövlət və hökumət başçılarının təşkilatın strateji istiqamətini qiymətləndirmək və müəyyən etmək, habelə yeni Baş katibin seçilməsi qaydalarını təsdiq etmək üçün vaxtaşırı baş tutan görüşü. Sammitlərin yeri və vaxtı Şimali Atlantik Şurası tərəfindən müəyyən edilir. 1949-cu ildə NATO-nun yaranmasından bu yana otuzdan çox NATO sammiti keçirilmmişdir. Sonuncu müntəzəm sammit 2019-cu ilin dekabrında Şimali Makedoniya Respublikasının ittifaqa qoşulmaq qərarına gəldiyi zaman Londonda baş tutmuşdur.
NATO ölkələri
Nato üzvü olan ölkələr — NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) Şimali Amerika və Avropadan 32 üzv ölkədən təşkil olunan dövlətlər arası bir ittifaqdır. 4 Aprel 1949-cu ildə Şimali Atlantika Müqaviləsinin imazalanması ilə qurulub. 32 üzv ölkənin ikisi Şimali Amerikada (ABŞ və Kanada), otuzunda isə Avropada yerləşir. İslandiyadan başqa qalanların ordusu vardır. NATO üzvü üç ölkə (ABŞ, Böyük Britaniya və Fransa) nüvə silahına sahibdir. Əvvəllər 12 ölkənin yaratdığı birliyə 2004-cü il aprel ayından bugünə qədər 11 ölkə üzv olub.
NATO əlifbası
NATO əlifbası – ən çox istifadə olunan radio əlifbası. Hər ingilis hərfinə bir kod sözü aiddir, buna görə bütün məlumat, o cümlədən rəqəmlər dildən asılı olmayaraq anlaşılır. Əlifba Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən tərtib edilmiş, ən çox NATO-da işlədilir. Digər beynəlxalq təşkilatlarda da istifadə olunur.
Nato (müğənni)
n. A. T.o. (Və ya doğum adı ilə: Natalya Şevlyakova, doğ. 1979, Gürcüstan SSR, Tiflis), Rus və Gürcü mənşəli Rusiya vətəndaşı müğənni. Ümumiyyətlə kliplərində göründüyü üzrə bir müsəlman kimi niqablıdır. Tacik, Fars və Özbək dillərini çox yaxşı dərəcədə bilir və o dillərdə müxtəlif mahnıları vardır. Yaxını İvan Şapovalov tərəfindən kəşf edilmişdir. Mahnılarının mövzusu ümumiyyətlə döyüş, sülh, terrorizm mövzulu olub dünyaya ictimai mesaj verməkdir. 11 Sentyabr hücumlarının ildönümündə, Moskvada 2004-cü ildə bazara çıxmışdır. İlk çıxdığından sonra müəyyən bir müddət şəxsiyyəti gizli tutulmuş və deşifrə edilməmişdir.
Nato Vaçnadze
Nato Vaçnadze (gürc. ნატო ვაჩნაძე; 4 (17) iyun 1904, Varşava, Polşa çarlığı, Rusiya imperiyası – 14 iyun 1953, Zuqdidi) — Sovet gürcü səssiz və səsli film aktrisası. Gürcüstan SSR xalq artisti (1941), RSFSR-nin əməkdar artisti. İkinci dərəcəli Stalin mükafatı laureatı (1941). Aktrisa və rejissor Kira Andronikaşvilinin böyük bacısı. 1 iyun (14) 1904 -cü ildə Varşavada anadan olub. Hussar polkovniki Şahzadə Georgi Andronikov (1875-1911) və Ekaterina Semyonovna Slivitskayanın (1877-1947) dörd övladından ikincisidir. 1919-cu ildən gələcək aktrisa Prometey kibrit fabrikində, daha sonra musiqi müəllimi olaraq çalışır. Tiflisdəki bir fotoqrafın pəncərəsindəki Nato portretini 1923-cü ilin yazında Dövlət Sənaye Komitəsinin idarəçisi görür. Qız daha sonra yaşadığı Gürcaani şəhərində tapılır və ona iki rol təklif olunur: Hamo Beknazaryanın "Ata qatili" və Vladimir Barskinin "Quldur Arsen" filmi.
Gürcüstan və NATO
NATO - Rusiya münasibətləri
NATO baş katibi
NATO baş katibi — Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) ən yüksək vəzifəli şəxsidir. Təşkilatın işinin ümumi əlaqələndirilməsini yerinə yetirir, həmçinin Şimali Atlantika Şurasına sədrlik edir. Ənənəvi olaraq, baş katib vəzifəsini avropalılar daşıyır. Bu struktur ABŞ-nin təsirini balanslaşdırmağa yönəlmişdir, belə ki, NATO-nun ən yüksək hərbi vəzifəsi sayılan Avropa Müttəfiq Qüvvələri baş komandanını ABŞ təyin edir. Baş katib NATO-ya üzv ölkələrin konsensusu əsasında 4 il müddətinə seçilir. Lakin üzv ölkələrin razılığı əsasında baş katibdən 1 il və ya daha artıq müddətə vəzifədə qalması xahiş oluna bilər. Hal-hazırda NATO baş katibi vəzifəsini Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussen tutur. 28 mart 2014-cü ildə Şimali Atlantika Şurası, 1 oktyabr 2014-cü il tarixdən vəzifələrinin icrasına başlamaqla, Norveçin keçmiş baş naziri Yens Stoltenberqi NATO-nun növbəti baş katibi seçdi.
NATO baş katibləri
NATO baş katibi — Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) ən yüksək vəzifəli şəxsidir. Təşkilatın işinin ümumi əlaqələndirilməsini yerinə yetirir, həmçinin Şimali Atlantika Şurasına sədrlik edir. Ənənəvi olaraq, baş katib vəzifəsini avropalılar daşıyır. Bu struktur ABŞ-nin təsirini balanslaşdırmağa yönəlmişdir, belə ki, NATO-nun ən yüksək hərbi vəzifəsi sayılan Avropa Müttəfiq Qüvvələri baş komandanını ABŞ təyin edir. Baş katib NATO-ya üzv ölkələrin konsensusu əsasında 4 il müddətinə seçilir. Lakin üzv ölkələrin razılığı əsasında baş katibdən 1 il və ya daha artıq müddətə vəzifədə qalması xahiş oluna bilər. Hal-hazırda NATO baş katibi vəzifəsini Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussen tutur. 28 mart 2014-cü ildə Şimali Atlantika Şurası, 1 oktyabr 2014-cü il tarixdən vəzifələrinin icrasına başlamaqla, Norveçin keçmiş baş naziri Yens Stoltenberqi NATO-nun növbəti baş katibi seçdi.
NATO kod adı
NATO kod adları (ing. NATO reporting name) — Sovetlər İttifaqı (müasir Rusiya), Çin və nadir hallarda digər ölkələrin hərbi və aviasiya texnikasını adlandırmaq üçün NATO-nun istifadə etdiyi adlar. Kod adları müəyyən qayda ilə ingilis dilindəki sözlərdən təyin edilərək, silahların rəsmi-qəliz adlarından fərqli olaraq, çox asan və dəqiq başa düşməni təmin edir. Adların verilməsi Hava Standartlaşdırmalarının Koordinasiya Komitəsi (Air Standardization Coordinating Committee-ASCC) tərəfindən yerinə yetirilir. Bu komitəyə ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya daxildir. NATO kod adlandırmasında hər bir texnika daxil olduğu növün ingilis dilində adının baş hərfinə uyğun olaraq başlayır. A — hava-hava tipli raketlər (Air-to-Air missiles) B — bombardman təyyarələri (Bomber) C — yük təyyarələri (Cargo) F — qırıcı təyyarələr (Fighter) G — yer-hava tipli raketlər (Ground-to-Air) H — vertolyot (Helicopter) K — hava-yer tipli raketlər (Air-to-Surface missiles, rus dilindəki "X" hərfinin ingilis transkripsiyasındakı "Kh"-nın ilk hərfi).
Gürcüstan–NATO münasibətləri
NATO ilə Gürcüstan arasındakı münasibətlər 1992-ci ildə, müstəqillik əldə edən Gürcüstanın Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildə Avro-Atlantik Tərəfdaşlıq Şurası olaraq dəyişdirilməsi) qoşulması ilə başladı. Gürcüstan Sülh Naminə Tərəfdaşlıq proqramına (1994) və Planlaşdırma və Analiz Prosesinə (1999) qoşulması ilə bu əməkdaşlıq daha da dərinləşdi və genişləndi. 2003-cü il inqilabından sonra Gürcüstan bu təşkilata daxil olma ehtimalı ilə NATO ilə əlaqələri gücləndirmək üçün səy göstərməyə başladı. Bu öhdəlik 2008-ci ilin aprelində NATO-nun Buxarest sammitində dəstəkləndi. 2008-ci ilin sentyabrında NATO-Gürcüstan Komissiyası (AMG) Buxarestdə başlayan bir prosesə rəhbərlik etmək üçün işə başladı. NATO ilə Gürcüstan arasındakı münasibətlərdə problem, Rusiyanın 2008-ci ilin avqustunda Cənubi Osetiyadakı silahlı qarşıdurmadan sonra müstəqilliyini tanıdığı Abxaziya və Cənubi Osetiya ərazisində rus qoşunlarının olmasıdır. Sovet İttifaqının süqutundan sonra Gürcüstan müstəqillik qazandı, burada etniklərarası qarşıdurmalar, rəqib siyasi qüvvələr arasında hakimiyyət və təsir uğrunda silahlı mübarizə getdi. Artıq 1991-ci ilin payızında müstəqilliyini elan edən Cənubi Osetiyada genişmiqyaslı qanlı toqquşmalar baş verdi. 1992-ci ilin yayında Abxaziyada silahlı toqquşmalar başladı. Münaqişə geniş ərazilərin demək olar ki, tamamilə dağıdılmasına və kütləvi köçkünlüyünə səbəb oldu.
NATO–Rusiya münasibətləri
NATO hərbi alyansı ilə Rusiya Federasiyası arasında münasibətlər ilk olaraq 1991-ci ildə Şimali Atlantika Əməkdaşlıq Şurası çərçivəsində qurulmuşdur. 1994-cü ildə Rusiya Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulmuş və 27 may 1997-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən NATO Sammitində NATO-Rusiya Daimi Birgə Şurasının (NATO–Russia Permanent Joint Council; NRPJC) yaradılmasına imkan verən NATO-Rusiya Təsis Aktı (NRFA) imzalanmışdır. 2010-cu illərin əvvəllərində NATO və Rusiya əməkdaşlıq haqqında bir sıra əlavə sazişlər imzaladılar. NRPJC 2002-ci ildə təhlükəsizlik məsələlərində və birgə layihələrdə tərəfdaşlıq etmək məqsədilə yaradılmış NATO-Rusiya Şurası (NRC) ilə əvəz edilmişdir. Rusiya və NATO arasında əməkdaşlığı təşviq edən forumların qurulması səylərinə baxmayaraq, postsovet münaqişələri, o cümlədən Azərbaycan (1990–1994) Moldova (1992-indiyədək); Gürcüstan (2004 — indiyədək) ; Litva (2006); Estoniya (2006–2007); Polşa (2006-indiyədək) ; Belarusiya (2007); Ukrayna (2014-indiyədək) ; Suriya (2015-indiyədək); Türkiyə (2015–2016) ; Qazaxıstan (2021–2022); və Ermənistanda (2022) baş verən ərazi mübahisələri səbəbindən zamanla ciddi şəkildə münasibətlər gərginləşmişdir. Rusiya-NATO münasibətləri 2004–2005-ci illərdə Ukraynada Narıncı inqilabdan və 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra əhəmiyyətli dərəcədə pisləşməyə başladı. 1 aprel 2014-cü ildə NATO yekdilliklə Krımın Rusiyanın ilhaqına cavab olaraq bütün praktiki əməkdaşlığı dayandırmaq qərarına gələndə vəziyyət daha da pisləşdi. 2021-ci ilin oktyabrında NATO-nun səkkiz rusiyalı məmuru Brüsseldəki qərargahından qovması hadisəsindən sonra Rusiya NATO-dakı missiyasını dayandırdı və NATO-nun Moskvadakı ofisinin bağlanmasına göstəriş verdi. Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsi NATO-Rusiya münasibətlərinin 1991-ci ildə Soyuq müharibənin başa çatmasından sonra ən aşağı nöqtəyə enməsinə səbəb oldu. NATO-nun 2022-ci il Madrid sammitində Rusiya "Avro-Atlantik təhlükəsizliyi üçün birbaşa təhdid" elan edildi, NATO-Rusiya Şurası fəaliyyətini dayandırdı.
İsveç–NATO münasibətləri
NATO-nun İsveç Krallığı ilə ikitərəfli əlaqələri — sülh və qlobal təhlükəsizliyin qurulması, qarşılıqlı fəaliyyətin təmin edilməsi və İsveç Silahlı Qüvvələrinin çoxmillətli sülhməramlı əməliyyatlarda NATO və digər tərəfdaş qüvvələrlə əməkdaşlıq etmək qabiliyyətini qorumaq üçün birgə səylərdən ibarətdir. İsveç 7 mart 2024-cü ildə NATO-ya daxil olmuşdur. İsveç 9 may 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulmuşdur. Proqramın məqsədi NATO ilə Avropa və keçmiş Sovet İttifaqının digər dövlətləri arasında etimadı gücləndirmək və tərəfdaş ölkələrin NATO ilə əməkdaşlığını yaxşılaşdırmaqdan ibarət idi. 1997-ci ildə İsveç SNT proqramı çərçivəsində praktik əməkdaşlığı tamamlayan siyasi dialoq forumu olan Avro-Atlantik Tərəfdaşlıq Şurasının üzvü oldu . 1990-cı illərdə İsveç Silahlı Qüvvələri NATO standartlarını, o cümlədən NATO-nun rəsmi dili olan ingilis dilini qəbul etməklə NATO ilə işləmək imkanlarını genişləndirdi. İsveç ordusu NATO-nun Bosniya və Herseqovinadakı sülhməramlı qüvvələrində (IFOR, 1996-cı ildən — SFOR) iştirak edib və Kosovodakı NATO hərbi kontingenti (KFOR) üçün hərbi personalda iştirak etməkdədir. Əfqanıstanda İSAF qüvvələrinin və onları əvəz edən "Qətiyyətli Dəstək" əməliyyatının tərkibində İsveç hərbi kontingenti də olmuşdu. İsveç NATO-nun Liviyada və İraqda "İslam dövləti"nə qarşı əməliyyatlarında iştirak edib. 2013-cü ildə İsveç NATO-nun Çevik Reaksiya Qüvvələrinə qoşulmuşdur .
NATO üzvü olan ölkələr
Nato üzvü olan ölkələr — NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) Şimali Amerika və Avropadan 32 üzv ölkədən təşkil olunan dövlətlər arası bir ittifaqdır. 4 Aprel 1949-cu ildə Şimali Atlantika Müqaviləsinin imazalanması ilə qurulub. 32 üzv ölkənin ikisi Şimali Amerikada (ABŞ və Kanada), otuzunda isə Avropada yerləşir. İslandiyadan başqa qalanların ordusu vardır. NATO üzvü üç ölkə (ABŞ, Böyük Britaniya və Fransa) nüvə silahına sahibdir. Əvvəllər 12 ölkənin yaratdığı birliyə 2004-cü il aprel ayından bugünə qədər 11 ölkə üzv olub.
Praqada NATO sammiti (2002)
Praqada NATO sammiti — 20–22 noyabr 2002-ci il tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində keçirilmiş sammit. Bu, NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizlik məsələlərinə dair rəsmi qərarlar qəbul etmək üçün bir araya gəldiyi XVI NATO sammiti idi. Mətbuat konfransında ABŞ-nin o vaxtkı prezidenti Corc Buş "istəklilərin koalisiyası" ilə birlikdə Səddam Hüseynin "silahsızlaşdırılacağı"nı elan etmişdir.
İstanbulda NATO sammiti (2004)
İstanbulda NATO sammiti — 28–29 iyun 2004-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmiş sammit. Bu, NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizlik məsələlərinə dair rəsmi qərarlar qəbul etmək üçün bir araya gəldiyi XVII NATO sammiti idi. Ümumiyyətlə, sammit 2002-ci ildə Praqada keçirilən sammitdə başlanan transformasiya prosesinin davamı kimi qiymətləndirilir. Burada sovet təcavüzünə qarşı Soyuq müharibə dövründən qalma ittifaqdan yeni və xarici təhlükəsizlik təhdidlərinə qarşı XXI əsr koalisiyasına keçid yaratmaq ümid edilirdi. Sammit dörd görüşdən ibarət olmuşdur. NATO üzvləri Şimali Atlantik Şurasının iclası zamanı ittifaqın yeddi yeni üzvünü qarşılamış, ittifaqın Əfqanıstan müharibəsindəki iştirakını genişləndirmək və Bosniyadakı mövcudluğuna son qoymaq qərarına gəlmiş, İraqa təlimlərdə kömək etməyə razılaşmış, yeni tərəfdaşlıq təşəbbüsü başlatmış və NATO-nun əməliyyat imkanlarını təkmilləşdirmək üçün addımlar atmışdır. NATO–Rusiya Şurasının iclası əsasən həm Rusiya Prezidenti Vladimir Putinin burada iştirak etməməsi, həm də Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Sazişin ratifikasiyası və ya Rusiya qoşunlarının Gürcüstan və Moldovadan çıxarılması istiqamətində irəliləyişin olmaması ilə diqqət çəkmişdir. NATO liderləri həmçinin Ukraynanın NATO–Ukrayna Komissiyasına üzvlük istiqamətində irəliləyişini alqışlamış və Avro-Atlantik Tərəfdaşlıq Şurasının iclası zamanı NATO üzvü olmayan həmkarları ilə bəzi ümumi və əsasən simvolik mövzuları müzakirə etmişdir. Türkiyə hökuməti potensial terror aktından çəkindiyinə görə sammit zamanı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Dünyanın hər yerindən nümayişçilər Corc V. Buş administrasiyası dövründə NATO və Amerikanın xarici siyasətinə etiraz etmək üçün toplaşmış və sammitin özü sammitin ilk günündə, 28 iyunda İraqın suverenliyinin gözlənilməz şəkildə təhvil edilməsi ilə dünya mətbuatının əsas səhifələrində yer almamışdır.
NATO Lissabon Sammiti Bəyannaməsi
NATO Lissabon Sammiti Bəyannaməsi 20 noyabr 2010-cu ildə NATO-nun Lissabon sammitində iştirak edən dövlət və hökumət başçıları tərəfindən qəbul edilmiş bəyannamə. Müxtəlif məsələlərə toxunaraq, o, ümumi maraq doğuran məsələlər üzrə praqmatik əməkdaşlığa istiqamətlənmiş kimi xarakterizə edilib. Bu sənəd sammitdə qəbul edilmiş üç bəyannamədən biri idi, digərləri NATO və Əfqanıstan İslam Respublikasının Davamlı Tərəfdaşlıq Bəyannaməsi və Dövlət və Hökumət Başçılarının Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrinə töhfə verən Bəyannamə idi. Lissabon Sammiti Bəyannaməsi 54 bənddən ibarətdir. Gürcüstan-NATO münasibətlərində 2009-cu ildə Strasburq-Kehl sammiti mövqeyini davam etdirən Bəyannamə Rusiyanı bir daha “Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrini müstəqil dövlətlər kimi tanımasından imtina etməyə” çağırıb. Bəyannamə həmçinin Rusiyanı 2008-ci il Cənubi Osetiya müharibəsindən sonra 2008-ci ildə imzalanmış atəşkəs razılaşması və 8 sentyabr 2008-ci il tarixli müqavilə ilə təcəssüm etdirdiyi “Gürcüstanla bağlı öhdəliklərinə əməl etməyə” çağırıb. 2008-ci il Buxarest sammiti qərarını bir daha təsdiqləyərək, Bəyannamədə “Gürcüstan NATO-ya üzv olması” bir daha vurğulanır. Bəyannamədə Dağlıq Qarabağ münaqişəsi fonunda Azərbaycanın vəDnestryanı məsələsində Moldovanın ərazi bütövlüyünə gələcək dəstək vurğulanıb. Qeyd olunub ki, orada uzanan regional münaqişələr “alyans üçün böyük narahatlıq doğurur”. Lakin NATO-nun baş katibi Anders Foq Rasmussen Dağlıq Qarabağ münaqişəsində vasitəçilik ideyasını dəstəkləmədiyi üçün Bəyannamə bu sahədə heç bir hüquqi qüvvəyə malik deyildi.
NATO-nun Lissabon sammiti (2010)
2010 Lissabon sammiti — NATO-ya üzv dövlətlərin dövlət və hökumət başçılarının 2010-cu il 19–20 noyabr tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda keçirilən toplantısı. Üzv dövlətlər 1999-cu ildə Vaşinqton sammitində qəbul edilmiş əvvəlki planın başa çatmasından sonra ittifaqın yeni onillik planı olan yeni "Strateji Konsepsiya"nı qəbul etdilər. İttifaqın terrorizm və kiberhücumlar kimi müasir çağırışlarına cavab verən Strateji Konsepsiyasını qəbul etməklə yanaşı, üzvlər raketdən müdafiə sistemini birgə inkişaf etdirmək barədə razılığa gəliblər. Üzvlər təşkilatın bu ölkədəki əməliyyatları ilə bağlı Əfqanıstan prezidenti Həmid Kərzai ilə görüşüb. Onlar 2014-cü ilə qədər qoşunların tədricən ölkədən çıxarılması barədə razılığa gəliblər. NATO Əfqanıstan qüvvələrinə və polisinə təlim və məsləhət vermək üçün Əfqanıstanda qalmaq öhdəliyini təkrarlayıb. Sammit Millətlər Parkı (Parque das Nações) ərazisindəki Lissabon Beynəlxalq Sərgi Salonunda (Feira Internacional de Lisboa) baş tutub. Bu, 2009-cu ilin avqustunda NATO-nun baş katibi vəzifəsinə başlayan Anders Foq Rasmussenin sədrliyi ilə keçirilən ilk sammit idi. Sammitə daxil olan üzv dövlətlərin 1999-cu ildən bəri ilk dəfə olaraq yeni Strateji Konsepsiya qəbul edəcəyi gözlənilirdi. Sammitdən əvvəl baş katib Rasmussen özü planın layihəsini hazırlayıb.
NATO-nun Yuqoslaviyaya qarşı müharibəsi
NATO-nun Yuqoslaviyaya qarşı apardığı müharibə 1999-cu ilin 24 mart-10 iyun tarixləri arasında olan dövrü əhatə etmişdir və əsasən NATO təyyarələrinin Yuqoslaviya ərazisini səmadan bombardman etməsi ilə yadda qalmışdır. Müharibənin nəticəsi olaraq, serb qoşunları Kosovo və Metaxiyadan geri çəkilməyə məcbur qalmış və həmin ərazilər NATO-nun nəzarəti altına keçmişdir. Bu da faktiki olaraq həmin ərazilərin Yuqoslaviyadan ayrılmasına gətirib çıxarmışdır. 28 mart 1989-cu il tarixində serb parlamenti Yuqoslaviya konstitusiyasını pozaraq, Kosmet əyalətinin muxtariyyət statusunu ləğv edir. 1989–1990-cı illərdə Miloşeviçin təşəbbüsü ilə Kosovo hökuməti və parlamenti buraxılır. Demək olar ki, bütün albanlar dövlət orqanlarındakı vəzifələrindən xaric olunurlar. 1991-ci ilin sentyabrında Yuqoslaviyanın süqut etdiyi dövrlərdə Kosovo özünü müstəqil respublika elan edir. Lakin onun müstəqilliyini yalnız Albaniya tanıyır. Bundan sonra albanlar dünya ictimaiyyətinin diqqətini bura yönəltməyə çalışırlar. 1992-ci ildə kosovo albanları yazıçı İbrahim Ruqovu Kosovo Respublikasının prezidenti seçirlər.
NATO-nun Bosniya və Herseqovinaya müdaxiləsi
NATO-nun Bosniya və Herseqovinaya müdaxiləsi Bosniya müharibəsi zamanı və ondan sonra sülhün bərqərar olması və mühafizəsi üçün NATO-nun həyata keçirdiyi bir sıra tədbirlərdən ibarətdir. NATO-nun müdaxiləsi əsasən siyasi və simvolik olaraq başlamış, lakin sonra genişmiqyaslı hava əməliyyatları və 60.000 hərbçinin göndərilməsi ilə müşayiət olunmuşdur.
Qırıcı təyyarələr üçün NATO kod adları siyahısı
SSRİ və Çin istehsalı olan qırıcı təyyarələr üçün NATO kod adları
Sualtı qayıqlarda istifadə edilən idarəolunan raketlər üçün NATO kod adları
SSRİ-nin sualtı qayıqlardan buraxılan idarəolunan raketlərinin NATO kod adları
Azərbaycan–NATO münasibətləri
Azərbaycan-NATO əlaqələri — Azərbaycan və NATO arasında olan ikitərəfli əlaqələr. Azərbaycanla NATO arasındakı əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması ilə başladı. NATO ilə Azərbaycan arasında əhəmiyyətli tərəfdaşlıq 1994-cü ilə təsadüf edir. Azərbaycan Prezidentinin 21 noyabr tarixli fərmanı ilə 1997-ci ildə NATO-da diplomatik nümayəndəlik təsis edildi. Azərbaycan 18 oktyabr 1991-ci ildə, SSRİ dağılandan sonra, digər postsovet ölkələri kimi yenidən müstəqilliyini qazandı. Azərbaycan 1992-ci ildə NATO-nun idarə etdiyi Şimali Atlantika Əməkdaşlıq Şurasına üzv oldu və 4 may 1994-cü ildə NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzaladı. SNT Təqdimat Sənədi 19 aprel 1996-cı ildə Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş və aprelin 23-də NATO-nun Baş katibi Haviyer Solanaya təqdim edilmişdir. Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq Proqramı (FTP) 14 oktyabr 1996-cı ildə Şimali Atlantika Şurası tərəfindən təsdiq edildi. 1997-ci ilin noyabrında Azərbaycan NATO əməliyyatlarının müdafiə planlamasına Azərbaycanı daha sıx cəlb etmək üçün SNT Planlaşdırma və Baxış Prosesinə qoşuldu. Azərbaycan Prezidentinin 12 noyabr 1997-ci il tarixli fərmanı ilə NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradılmışdır.
Azərbaycan–NATO əlaqələri
Azərbaycan-NATO əlaqələri — Azərbaycan və NATO arasında olan ikitərəfli əlaqələr. Azərbaycanla NATO arasındakı əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması ilə başladı. NATO ilə Azərbaycan arasında əhəmiyyətli tərəfdaşlıq 1994-cü ilə təsadüf edir. Azərbaycan Prezidentinin 21 noyabr tarixli fərmanı ilə 1997-ci ildə NATO-da diplomatik nümayəndəlik təsis edildi. Azərbaycan 18 oktyabr 1991-ci ildə, SSRİ dağılandan sonra, digər postsovet ölkələri kimi yenidən müstəqilliyini qazandı. Azərbaycan 1992-ci ildə NATO-nun idarə etdiyi Şimali Atlantika Əməkdaşlıq Şurasına üzv oldu və 4 may 1994-cü ildə NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzaladı. SNT Təqdimat Sənədi 19 aprel 1996-cı ildə Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş və aprelin 23-də NATO-nun Baş katibi Haviyer Solanaya təqdim edilmişdir. Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq Proqramı (FTP) 14 oktyabr 1996-cı ildə Şimali Atlantika Şurası tərəfindən təsdiq edildi. 1997-ci ilin noyabrında Azərbaycan NATO əməliyyatlarının müdafiə planlamasına Azərbaycanı daha sıx cəlb etmək üçün SNT Planlaşdırma və Baxış Prosesinə qoşuldu. Azərbaycan Prezidentinin 12 noyabr 1997-ci il tarixli fərmanı ilə NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradılmışdır.
Amedeo Natoli
Amedeo Natoli (23 sentyabr 1888, Palermo – 25 iyun 1953, Paris) — ərəb əsilli Fransa bankiri, olduğu Natoli ailəsinin sərvətini idarə edir. Fransa Kralı VIII Lüdovik Aslanının nəslindən olan Natolilər, Fransa Krallığının qurulmasından bəri Avropa tarixində ən güclü sülalələrdən biri olublar. Fransa Krallığının nəslindən olan, ona dövründən biri ən nüfuzlu məcənnətlərdən biri hesab edilirdi. Amedeo Natoli bir Bank sığorta banisi Alleanza Securitas Esperia, müasir maliyyə sığorta sənayesinin atası hesab olunur.
Takeşi Natori
Takeşi Natori — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib, 1 qol vurub.