Naziklifli lepiota
Naziklifli lepiota (Elmi adı - Lepiota tomentella) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür.
meyvə cismi torpaqda və döşənəkdə inkişaf edir. Papaqcıq 1,5-2 sm diametrindədir, nazik lətlidir, qabarıq zəngvari, sonradan qabarıq sərilmiş, mərkəzdə kiçik şişkin, quru, gilvari-qəhvəyi, nazik lifli-pulcuqludur. Lövhələr sərbəst, nazik, sıx, əvvəl ağ, sonradan krem, krem-oxra rənglidir. Ayaqcıq 2-5 x 0,1-0,3sm, düz, əsasa doğru bir qədər əyilmiş və qalınlaşmış, yuxarı hissədə ağ-ocralı, aşağı hissədə oxralı – qəhvəyi, keçəvari örtüklüdür. Ayaqcıqdakı halqa tez itib gedir. Yeməli və ya zəhərli olması məlum deyi.
Humus və döşənək saprotrofudur. Quercus cə Carpinus növlərindən ibarət qarışıq enliyarpaq meşədə aşkar edilmişdir.