Neft emalı qazları

neftayırma qurğularında və ya neft məhsularının termik və katalitik emalı proseslərində əmələ gələrək, əsasən kiçik molekulu karbohidrogenlərdən ibarət olan qaz qarışıqları. N.E.q.-nın çoxunda doymamış karbohidrogenlərin və hidrogenin miqdarı yerdən neftlə birgə çıxan, eləcə də təbi yanan qazlardakından xeyli artıq olur. N.E.q. tərkibindəki doymamış karbohidrogenlər (etilen, propilen və s.) neft kimyası sənayesi və motor yanacaqlarının yuksək oktanlı komponentlərini almaq üçün xamaldır. Neft ixrac edən ölkələr təşkilatı (OPEK) - 1960-cı ildə yaradılmışdır. Əsas məqsədi OPEK-ə daxil olan ölkələrin iqtisadi inkişafını sürətləndirmək və beynəlxalq inhisarlardan müdafiə etməkdir. OPEK-ə BƏ, Venesuela, Qabon, Qətər, Ekvador, ƏXDR, İndoneziya, İraq, İran, Küveyt, Liviya, Nigeriya, Səudiyə Ərəbistanı daxildir. İqamətgahı Vyanadadır (Avstriya).
Neft emalı
Neft emalı qazları

Digər lüğətlərdə