neoklassik

neoklassik
neokapitalizm
neoklassisizm
OBASTAN VİKİ
Neoklassik iqtisadiyyat
Neoklassik iqtisadiyyat malların, istehsalın və gəlirlərin paylanmasının tələb və təklif vasitəsilə bazarda necə təyin ediləcəyinə fokuslanan iqtisadi yanaşmadır. Son illərdə önəmli mövzu olaraq diqqətə alınan və rasional seçim nəzəriyyəsi ilə əlaqəli olan bu müəyyənləşmənin təyini üçün hipotezləşdirilmiş gəlir məhdudiyyəti olan fərdlərin fayda maksimizasiyası və istehsal vasitələrindən və mümkün informasiyadan istifadə edən və istehsal xərcləri ilə qarşılaşan firmaların qazancından istifadə edilir. Neoklassik iqtisadiyyat mikroiqtisadiyyata və keynsçi iqtisadiyyatla birlikdə formalaşan neoklassik sintez isə əsas iqtisadiyyata bu günlərdə dominantlıq edir. Baxmayaraq ki, neoklassik iqtisadiyyat çağdaş iqtisadiyyatçılar tərəfindən geniş şəkildə qəbul edilib, ancaq hələ də neoklassik iqtisadiyyata və onun daha yeni bir forması olaraq görülən, ancaq hələ də ayrı sahələr olaraq qalan neoklassik nəzəriyyəyə yönələn tənqidlər mövcuddur.
Neoklassik memarlıq
Neoklassik memarlığı — memarlıq üslubu. Memarlıqda klassisizm ənənələri ilə bağlı ən çox yayılmış neoklassik cərəyanların 3 mərhələsi fərqlənir: Təqribən 1910–1920-ci illərin ortaları; 1930-cu illər; 1950-ci illərin axırlarından başlanan mərhələ. 1-ci dövrdə eklektizm və modern memarlığındakı forma sərbəstliyinə və bəzəklərin ifrat çoxluğuna qarşı klassik formalar əsas götürülürdü. 1910-cu illər rus memarlığında klassika dövrünün memarlıq prinsiplərinə meyl göstərilirdi (İ.A.Fomin, İ.V.Joltovski və başqaları). 1910–1920-ci illərdə Neoklassik memarlıq ABŞ və Böyük Britaniyanın rəsmi memarlığı daxilində inkişaf edir, dəbdəbəliyi və monumentallığı ilə fərqlənirdi (Vaşinqtonda Linkoln memorialı, 1914–1922). 1930-cu illərdə İtaliya və Almaniyada Neoklassik memarlıq vasitələrindən faşist ideologiyasının təbliği üçün istifadə edilmişdi (Romada universitet şəhərciyi, Berlində imperiya dəftərxanası və sair). 1950-ci illərin axırlarından Neoklassik memarlıq əsasən ABŞ memarlığında geniş yayılmışdır (memarlar: E.Stoun, V.Qropius, E.Saarinen və başqaları). Neoklassik memarlıq prinsipləri həmçinin 1930-cu illərin 2-ci yarısı — 1950-ci illərin əvvəllərində sovet memarlığında da əksini tapmışdı. Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Neoklassik memarlığı

Neoklassik sintez
Neoklassik sintez (ing. neoclassical synthesis), və ya neoklassik-keynsçi sintez — neoklasik və Keyns məktəblərinin nəzəri müddəalarını birləşdirərək iqtisadi elmdə istiqamət. Sintezin mikroiqtisadi komponenti neoklassik tədrisə əsaslanır, makroiqtisadi konsepsiyada isə C.M.Keynsin fikirləri üstünlük təşkil edir. Bu istiqamət, XX əsrin ikinci yarısında ortaya çıxdı və hal-hazırda iqtisadi məkanda üstünlük təşkil edir. Neoklassik sintez nəzəriyyəsi dualist bir yanaşma, neoklassik mikroanalizi Keyns makroanalizi prinsipləri ilə birləşdirmək cəhdi ilə xarakterizə olunur. Mikroanalizdə bu istiqamət həlledici rolun istehlakçıya məxsus olduğu rəqabətli bazarın mövcudluğunu nəzərdə tutur. Mikroanalizdə də qiymət əyilməzliyinə icazə verilir. Təcrid olunmuş nəzəriyyələr bir-birinə zidd idi: Keynes, tənzimlənməmiş bazarın optimal qaynaq bölgüsü və ya tam məşğulluq təmin edə bilməyəcəyini iddia etdi. Bununla birlikdə, məktəblərin hər birinin üstünlükləri baxımından ziddiyyətlərin aradan qaldırılması olduqca ümidverici görünürdü. Neoklassisizm tam bir bilik sistemi idi, Keynsçilik isə böhran nəticələrini azaltmaq üçün reseptlər təklif etdi.

Digər lüğətlərdə