NOV

сущ. чӀутхвар; хвал, канал; ağac nov кӀарасдин чӀутхвар; saxsı nov хъенчӀин чӀутхвар; dəyirman novu регъуьн чӀутхвар.
NOTSUZ
NOVATOR
OBASTAN VİKİ
Nov boğazı
Nov boğazı (xorv. Novsko ždrilo) Velebitski boğazını Noviqad dənizi (körfəz) ilə birləşdirir. Uzunluğu 4 km, eni 30–400 m təşkil edir. Paq adasını sahildən ayırır. Boğaza Zimanya və bir sıra kiçik çaylar axır. Boğaz üzərində iki körpü vardır. "Masleniç körpüləri" köhnə və yeni olmaqla, birinci 1961-ci ildə tikilmişdir. 1961-ci ildə Noviqrad rayonu serblər tərəfindən işğal edilərkən körpü dağıdılır. Yenidən 2005-ci ildə yenidən bərpa edilmişdir. İkinci körpü köhnə körpü dağıldıqdan sonra tikilir (1993-1997).
A. D. Neçaevin xəstəxanası (Novoçerkassk)
A. D. Neçaevin xəstəxanası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində yeləşən xeyriyyə məqsədli istifadə edilən bina. Bina Komitetskaya, ev 64 ünvanında yerləşir. Regional əhəmiyyətli ümumdünya irsi siyahısına daxildir. Üstəlik bir tarixi abidədir. == Tarixi == Komitetskaya küçəsi, ev 64 ünvanında yerləşən bina iki hissədən ibarət olmuşdur. Bəlkə də elə bu səbəbdən binanın dəqiq tikilmə tarixi bilinmir. Bəzi mənbələrdə onun XIX əsrin ortalarında, digərində isə binanın 1912-ci ildə inşa edilməsi barədə məlumatlar vardır. Binalardan biri həyətyani dahənin daxilində yerləşir. Digəri isə küçənin qırağına yaxın ərazidədir. Hazırda bu binada fizioterapiya bölməsi yerləşir.
AGİL Volley Novara
AGIL Volley — İtaliyada fəaliyyət göstərən qadın voleybol klubu. Novara şəhərinin bütün idman növləri üzrə ən uğurlu komandasıdır. == Tarixi == Komanda 1984-cü ildə təsis edilmişdir. 1995-ci ilə qədər heç bir liqada iştirak etməmişdir. Yalnız bu ildə Seriya B2-də mübarizə aparan komanda yaşadığı çempionluqla Seriya B1-ə vəsiqə qazanmışdı. 2001-02 mövsümündə Seriya A1-də üçüncü olan AGİL bu uğuru sayəsində CEV Kubokuna vəsiqə qazanmışdı. Həmin il CEV kubokunda da uğurlu çıxış edərək finala çıxmış, bu mərhələdə də İspaniya təmsilçisi Las Palması məğlub edərək ilk böyük nailiyyətini qazanmışdı. Hər kəsin uğurların davamını gözlədiyi bir anda 2002-ci ilin yayında komanda böyük maliyyə problemləri səbəbləri ilə İtaliya Voleybol Federasiyası tərəfindən sərt cəza ilə üzləşmişdi. Bu qərara əsasən komanda 2002-03 mövsümündən etibarən İtaliya voleybolunda səviyyəcə beşinci liqa olan Seriya "C"yə göndərilmişdi. Bu isə komandanın bütün voleybolçularının Novara şəhərini tərk etməsi ilə nəticələnmişdi.
AGİL Volley Novara QVK
AGIL Volley — İtaliyada fəaliyyət göstərən qadın voleybol klubu. Novara şəhərinin bütün idman növləri üzrə ən uğurlu komandasıdır. == Tarixi == Komanda 1984-cü ildə təsis edilmişdir. 1995-ci ilə qədər heç bir liqada iştirak etməmişdir. Yalnız bu ildə Seriya B2-də mübarizə aparan komanda yaşadığı çempionluqla Seriya B1-ə vəsiqə qazanmışdı. 2001-02 mövsümündə Seriya A1-də üçüncü olan AGİL bu uğuru sayəsində CEV Kubokuna vəsiqə qazanmışdı. Həmin il CEV kubokunda da uğurlu çıxış edərək finala çıxmış, bu mərhələdə də İspaniya təmsilçisi Las Palması məğlub edərək ilk böyük nailiyyətini qazanmışdı. Hər kəsin uğurların davamını gözlədiyi bir anda 2002-ci ilin yayında komanda böyük maliyyə problemləri səbəbləri ilə İtaliya Voleybol Federasiyası tərəfindən sərt cəza ilə üzləşmişdi. Bu qərara əsasən komanda 2002-03 mövsümündən etibarən İtaliya voleybolunda səviyyəcə beşinci liqa olan Seriya "C"yə göndərilmişdi. Bu isə komandanın bütün voleybolçularının Novara şəhərini tərk etməsi ilə nəticələnmişdi.
Abbasəli Novruzov
Abbasəli Ramazan oğlu Novruzov - Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini-Sərhəd Qoşunlarının Komandanı (1994-2001-ci illər). Sərhəd Qoşunları Komandanının baş müşaviri, general-mayor, respublikanın Əməkdar hüquqşünası. == Həyatı == Sərhəd Qoşunlarının əsas vəzifəsi dövlətin siyasi, hərbi, iqtisadi mənafelərini qorumaq, quru və dəniz sərhədlərini müdafiə etməkdir. Silahlı qüvvələrin tərkib hissəsi olmasına baxmayaraq, öz strukturuna görə digərlərindən fərqlənir. Sərhədçilər ilboyu Vətənin hüdudlarını qorumaqla yanaşı, həm də xarici təcavüzü ilk olaraq üzərinə götürən qoşun növüdür, dövlət təhlükəsizliyimizin qarantlarından biridir. General-mayor Abbasəli Novruzov da 75 illik ömrünün 57 ilini sərhədlərimizin müdafiəsinə bağlayan sərkərdələrimizdəndir. Hər şey əsgərlik illərindən başlayıb. Çağırışçı kimi Sərhəd Qoşunlarına düşüb. Və taleyini əbədi olaraq sərhədə bağlayıb. Əvvəlcə SSRİ DTK Sərhəd məktəbinin hüquq bölməsini, sonra isə Dövlət Təhlükəsizlik Akademiyasını bitirmişdir.
Abies novae-angliae
Təbii şəraitdə Alp, Karpat dağları və Balkan yarımadasında dəniz səviyyəsindən 1100–1400 m yüksəkliklərdə qarışıq və təmiz meşəliklər yaradır. Hündürlüyü 20–40 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri piramidalıdır, yaşlandıqca çətiri tədricən oval şəkil alır. Gövdəsinin qabığı qalın, qara-boz, dərin yarıqlı, qeyri-bərabər çatlıdır. İki-üçillik zoğları tünd-qonur və ya tünd-bozdur, qınların xırda yarpaqları açıq-sarıdır. İynəyarpaqları uzun (8–14 sm), tünd-yaşıl, parlaq olmaqla budaqda cüt-cüt yerləşir, duz və ya bir az əyilmiş, bəzən burulmuşdur. Qısa saplaqlı qozalar budaqlarda üfüqi (8x3 sm) yerləşir, sarı-qonur, parlaqdır, uzunluğu 5–8 sm və qalınlığı 3–5 sm-dir, üçüncü il yetişir, ağacın üzərində 4–5 il qalır. Toxumları parlaq, tünd-bozumtul rənglidir, uzunluğu 4–6 mm olub, 1000 ədəd toxumun çəkisi 14 qr-dır. Toxum qabıqlarının apofizləri yuxarı kənarında yumrudur. Sıx iynəyarpaqlaırna və gövdənin tünd rənginə görə adi şama nisbətən daha qaranlıq, kölgəli əkinlər üçün yararlıdır.
Acaena novae-zelandiae
Acaena novae-zelandiae (lat. Acaena novae-zelandiae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin asena cinsinə aid bitki növü.
Accipiter novaehollandiae
Parlaq qırğı (lat. Accipiter novaehollandiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Aleksandr Novikov
Aleksandr Aleksandroviç Novikov (rus. Алекса́ндр Алекса́ндрович Но́виков; 19 noyabr 1900, Blaznovsk volostu[d], Kostroma quberniyası – 3 dekabr 1976, Moskva) — SSRİ hərbi xadimi, İkinci Dünya müharibəsi zamanı baş aviasiya marşalı. == Həyatı == Aleksandr Aleksandroviç Novikov 19 noyabr 1900-cu il tarixində Rusiya imperiyasının Kostroma quberniyası tərkibindəki Nerext mahalının Blaznovsk volostunda anadan olmuşdur. O, 1919-cu ildən Sovet Ordusunda xidmətə başlamışdır. Novikov 1920-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. O, bir sıra hərbi kursları (1920, 1922), M. V. Frunze adına hərbi Akademiyanı (1930) bitirmişdir. Novikov Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. O, SSRİ–Finlandiya müharibəsində (1939–1940) və İkinci Dünya müharibəsinin əvvəlində bir sıra cəbhələrdə HHQ komandanı, 1942–1943-cü illərdə SSRİ müdafiə komissarının aviasiya üzrə müavini, 1934–1945-ci illərdə Sovet Ordusu HHQ-nin komandanı olmuşdur. Müharibədən sonra məsul hərbi vəzifələrdə, 1956-cı ildən ehtiyatda idi. 1958-ci ildə təqaüdə çıxmışdır.
Aleksey Novakovskiy
Aleksey Xarlampieviç Novakovskiy (ukr. Оле́кса Харла́мпійович Новакі́вський; 14 mart 1872 – 29 avqust 1935, Lvov) — Ukraynalı rəssam və incəsənət müəllimi; daha çox impressionist kimi tanınır. O, zadəgan bir Polşa ailəsinin əmlakında işləyən meşəbəyi ailəsində anadan olmuşdur. Yerli bir zadəgan onun istedadını gördü və bədii təhsil alması üçün dəstək oldu. 1888–1892-ci illərdə Odessada akvarelçi və dekorativ rəssam Filip Klimenko ilə təhsil aldı. Daha sonra Krakov Gözəl Sənətlər Akademiyasına qəbul oldu, burada Yan Mateyko, sonra Leon Vıçulkovskiy və başqaları ilə birlikdə çalışdı. 1900-cü ildə məzun oldu.
Alimlər binası (Novoçerkassk)
Alimlər binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində yerləşən bina. Novoçerkassk şəhərində mövcudluğunu qoruyub saxlayan qədim binalardan biridir. Bina Ataman küçəsi ünvanında yerləşir. Bina 1909-cu ildə inşa edilmişdir. Modern stilinə sahibdir. Binsnın layihə rəhbəri Cənubi Rusiya Dövlət Donsk Politexnik Universitetinin arxitektur kafedrasının müəllimi Q. M. Salnikova məxsusdur. Layihənin müəllifi 1911-ci ilə qədər burada yaşamışdır. Sonradan isə o, binanı universitet kitabxanasına icarəyə vermişdir. Özü isə digər əraziyə köçmüşdür. Bir müddət sonra bina mədəni mərkəzə çevrilmişdir.
Allahverdi Novruzov
Allahverdi Bəhram oğlu Novruzov — 17 may 1994-cü il; Salyan rayonunda anadan olub, Azərbaycan – 29 sentyabr 2020-ci il; Füzuli, Azərbaycan — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Belə şərəfli ömür sahiblərindən biri də əsgər Allahverdi Bəhram oğlu Novruzovdur. Allahverdi Novruzov 17 may 1994-cü ildə Salyan şəhərində anadan olub. Atası Bəhram kişi ustadır, anası Məlahət xanım evdar qadın. Ailədə bir bacı, bir qardaşdırlar. Sadə və zəhmətkeş bir ailədirlər. Memorial == Hərbi xidməti == Allahverdi ibtidai təhsilini "Plastik" yaşayış massivində yerləşən 9 illlik (həmin vaxt 9-illik, hazırda 11 illik) məktəbdə başa vurduqdan sonra, orta təhsilini 2011-ci ildə Salyan şəhər 2 saylı orta məktəbdə alıb. Həmin ildə də Dənizçilik Akademiyasına qəbul olunub. O, 2017–2018-ci illərdə cəbhə bölgəsinin təmas xəttində, Xocavənddə hərbi xidmət edib.
Amin Novruzov
Amin Novruzov (kinooperator) — Azərbaycan kinooperatoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. Amin Novruzov (kiçik gizir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Amin Novruzov (Vətən Müharibəsi Qəhrəmanı)
Amin Taciddin oğlu Novruzov (16 avqust 1996, Qullar, Balakən rayonu – 2 noyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Amin Novruzov 1996-cı il avqustun 16-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2002–2013-cü illərdə Qullar kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Amin Novruzov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Amin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Novruzov noyabrın 2-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Amin Novruzov (kinooperator)
Amin Novruzəli oğlu Novruzov — Azərbaycan kinooperatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000). == Həyatı == Amin Novruzov 7 oktyabr 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsində V. Yusovun emalatxanasında təhsil alıb (1978-1983). 1983-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi fəaliyyət göstərir. Əməkdar incəsənət xadimidir. == Filmoqrafiya == 777 №-li müəssisədə (film, 1988)(qısametrajlı bədii süjet-Mozalan № 129) Adı Günəşlidir... (film, 1992)(qısametrajlı sənədli süjet-Mozalan № 162) Alayarımçıq (film, 1984) Arşınmalçı (film, 1985) Arxada qalmış gələcək (film, 2004) Bais (film, 1985) Belə də olur (film, 1988) Bəxt üzüyü (film, 1991) Bir axşam... (film, 1985) Birisigün, gecəyarısı... (film, 1981) Boş yer (film, 1989) Cəmşid Naxçıvanski (film, 1982) Cin mikrorayonda (film, 1985) Çıxış yolu (film, 1984) Əhməd haradadır? (film, 1983) Fədailər (film, 1986) Firəngiz (film, 1975) Gedərgəlməz (film, 1984) Gözdən uzaq...
Amin Novruzov (kiçik gizir)
Amin Taciddin oğlu Novruzov (16 avqust 1996, Qullar, Balakən rayonu – 2 noyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Amin Novruzov 1996-cı il avqustun 16-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2002–2013-cü illərdə Qullar kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Amin Novruzov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Amin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Novruzov noyabrın 2-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Anar Novruzov
Anar Gülverdi oğlu Novruzov (12 may 1976, Ərkivan, Masallı rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycan Ordusunun mayoru, Tovuz döyüşləri şəhidi. == Həyatı == Anar Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən Abbaslı məhəlləsində anadan olmuşdur. Atası Gülverdi Novruzov uzun müddət rayonda bərbər olaraq çalışmışdır. 2004-cü ildə dünyasını dəyişmişdir. Anar Novruzov ailədə 10 uşaq olublar — özü, Sucəddin, Nəfisə, Nurcahan, Gülcahan, Hidayət, Gülşən, Sevanə, Tünzalə və Səbahət. === Təhsili === 1983-cü ildə Masallı rayon Ərkivan qəsəbə Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1993-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatının istismarı fakültəsinə vermiş, lakin sonra Bakı Neft-Energetika Kollecinə qəbul olmuşdur. Sonra fikrini dəyişdirmiş və sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə vermişdir. Bir il təhsil aldıqdan sonra təhsilini yarımçıq saxlayaraq Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. 1994-cü ildə atəşkəsin elan olunması ilə əlaqədar geri qayıtmış və 1995-ci ildə yarımçıq saxladığı təhsilini davam etdirmişdir.
Anna Novosad
Anna Novosad (ukr. Ганна Ігорівна Новосад 28 iyul 1990, Ladıjin[d], Vinnitsya vilayəti) — Ukraynanın dövlət xadimi və siyasətçisi. 29 avqust 2019-cu il tarixindən 4 mart 2020-ci ilə qədər Ukraynanın Təhsil və Elm naziri olmuşdur. == Bioqrafiyası == 2007-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Ukrayna Humanitar Litseyini bitirib. 2011-ci ildə Kiyev-Moqilan Akademiyasının Milli Universitetindən siyasi elmlər üzrə bakalavr dərəcəsi almışdır. Açıq Cəmiyyət Fondunun (Soros Fondu) təqaüdçüsü kimi Maastricht Universitetinin (Hollandiya) İncəsənət və Sosial Elmlər Fakültəsində tələbə mübadiləsi proqramında iştirak etmək üçün namizəd olur. 2013-cü ildə Avropa təhlili üzrə magistr təhsili almışdır (ing. Analyzing Europe). İngilis və alman dillərini mükəmməl bilir. Ukrayna-Kanada Parlament Proqramının iştirtaçısı olur.
Aqşin Novruzov
Novruzov Aqşin Şahin oğlu (15 avqust 1998, Bakı – 13 oktyabr 2020, Kəlbəcər rayonu )Aqşin Novruzov Texniki Humanitar liseyin şagirdi idi .Vəfatından sonra həmin liseyə Aqşin Novruzovun adı verilmişdir. Aqşin Novruzov Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Ölümdən sonra 3 medal tərtif edilib. == Həyatı == Aqşin Novruzov 1998-ci il avqustun 15-də Bakı şəhərində anadan olub. Texniki-Humanitar liseyini bitirib. Ali təhsilini Əmək və Sosial Münasibətlər Akademiyasında alıb. 2020-ci ilin yayında həqiqi hərbi xidmətə çağırılıb, 2-ci Qarabağ müharibəsində iştirak edib. Döyüşlərin əvvəlində ayağından yaralanıb, müalicə olunduqdan sonra yenidən ön cəbhəyə yollanıb. Topçu olaraq briqadası ilə birlikdə döyüşlər zamanı 2 düşmən tankını məhv edib. 13 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Arena Fonte Nova
Arena Fonte Nova (port. Itaipava Arena Fonte Nova) — Braziliyanın Salvador şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 51,708 nəfərdir. "Bahia" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 7 aprel 2013-cü ildə olmuşdur. == Beynəlxalq matçlar == Bu stadionda bir sıra beynəlxalq futbol matçları keçirilmişdir.
Arxitektor Boldırevin binası (Novoçekassk)
Arxitektor Boldırevin binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina Novoçekassk şəhəri Krasnoarmeysk küçəsi, ev 18 ünvanında yerləşir. == Tarixi == Binanın sahibi və layihəsinin müəllifi arxitektor Sergey İvanoviç Boldırev olmuşdur. Sənətinə görə o, mühəndis idi. Onun haqqında 1900-cu il qeydlərində bildirilir. O, titul məsləhətçisi, daha sonradan isə saray məsləhətçisi olmuşdur. Vizbesenski kilsəsinin tikilmə işlərinə rəhbərlik edənlərdən biri olmuşdur. Bu tikilini 1903-cü ildə inşasına başlamışlar ancaq tikinti işləri 1905-ci ildə başa çatmışdır. Oda məlum idi ki, onu general Belyavski ilə qohumluq əlaqələri birləşdirirdi.
Arxitektor Boldırevin binası (Novoçerkassk)
Arxitektor Boldırevin binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina Novoçekassk şəhəri Krasnoarmeysk küçəsi, ev 18 ünvanında yerləşir. == Tarixi == Binanın sahibi və layihəsinin müəllifi arxitektor Sergey İvanoviç Boldırev olmuşdur. Sənətinə görə o, mühəndis idi. Onun haqqında 1900-cu il qeydlərində bildirilir. O, titul məsləhətçisi, daha sonradan isə saray məsləhətçisi olmuşdur. Vizbesenski kilsəsinin tikilmə işlərinə rəhbərlik edənlərdən biri olmuşdur. Bu tikilini 1903-cü ildə inşasına başlamışlar ancaq tikinti işləri 1905-ci ildə başa çatmışdır. Oda məlum idi ki, onu general Belyavski ilə qohumluq əlaqələri birləşdirirdi.
Arxitektor Kulikovun binası (Novoçerkassk)
Arxitektor Kulikovun binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Novoçekassk şəhəri Prosveşeniya küçəsi, ev 139 ünvanında yerləşir. Bina Modern stildə inşa edilmişdir. Bina Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Binanın mərkəzi hissəsinin yuxarısında mansard yerləşir. Əsas girişin üzərində eyvan vardır. Baş girişin hər iki tərəfində bir pəncərə yerləşir. == Tarixi == Bina Novoçerkassk şəhərində XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Prosveşeniya küçəsi ev 139 ünvanında yerləşən arxitektor Kulikov tərəfindən inşa edilmişdir.
Aslanov Novruz Məmmədqulu oğlu
Aslanov Novruz Məmmədqulu oğlu (1913, Saray, Bakı qəzası – oktyabr 1942, Taman yarımadası) — hərbçi, II Dünya müharibəsində alay komandiri. == Həyatı == Aslanov Novruz Məmmədqulu oğlu 1913-cü ildə Abşeron rayonunun Saray kəndində doğulmuşdur. O, 1942-ci il aprelin 1-də Azərbaycan Bakı DTK-sı tərəfindən orduya göndərilmişdir. 396-cı Taman atıcı diviziyasının alay komandiri olmuşdur. 1942-ci il oktyabr ayında Kerç uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur. == İkinci dünya müharibəsi == 1942-ci ilin başlanğıcında Taman yarımadası sahilində Sovet qüvvələrinin Azərbaycanda formalaşan 396-cı atıcı diviziyası müdafiə olunurdular. Bu diviziyanın mühasirədə olan bir qrup döyüşçüsü komissar Novruz Aslanovun komandanlığı altında məharətlə mühasirədən çıxaraq Azov dənizi sahilinə çıxmaq istəyən və içi desant qüvvələri ilə dolu olan 7 faşist motorlu qayığını batırmışdır. Bu istiqamətdə sovet ordusunun vəziyyəti çox ağır idi. Son anda alınan qərar əsasında ön xəttdən sovet artilleriya qurğularını geri çəkmək zərurəti yarandıqda bu plan həyata keçirilənədək Novruz Aslanovun başçılıq etdiyi bir sıra qüvvələr faşistlərin sayca qat-qat çox olan ordu birləşmələrinin hücumunun qarşısında durdu. <Правда> qəzetinin 1942-ci il nəşrində qeyd olunan məlumata görə, Aslanov ölümə doğru getdiyini bilirdi.
Atamanın binası (Novoçerkassk)
Atamanın binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində bir mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Novoçekassk şəhəri Moskovskaya küçəsi, ev 49 ünvanında yerləşir. Bina Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Bina Novoçerkassk şəhərində 1907-ci ildə inşa edilmişdir. 1915-ci il sənədlərində "Atamanın binası" adı ilə tanınır. Görünür Atamanlara aid bir saray mövcud olmasına baxmayaraq onların şəxsi işləri ilə əlaqədar digər bir binaya ehtiyacları yaranmışdır. Bu tip binalsrdan biri Moskovskaya küçəsi, ev 49 ünvanında yerləşirdi. Bununla belə ataman sarayında onlar günlərinin böyük qismini keçirirdilər. Bina modern stilində inşa edilmişdir.
Bahar novruzgülü

Значение слова в других словарях