Aqşin Novruzov

Novruzov Aqşin Şahin oğlu (15 avqust 1998, Bakı13 oktyabr 2020, Kəlbəcər rayonu )Aqşin Novruzov Texniki Humanitar liseyin şagirdi idi .Vəfatından sonra həmin liseyə Aqşin Novruzovun adı verilmişdir.[1] Aqşin Novruzov Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Ölümdən sonra 3 medal tərtif edilib.

Aqşin Novruzov
Şəxsi məlumatlar
Doğum tarixi 15 avqust 1998(1998-08-15)
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 2020(2020-10-13) (22 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Atası Şahin Novruzov
Anası Elnarə Novruzlu
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Respublikası
Rütbə əsgər
Döyüşlər
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Aqşin Novruzov 1998-ci il avqustun 15-də Bakı şəhərində anadan olub. Texniki-Humanitar liseyini bitirib. Ali təhsilini Əmək və Sosial Münasibətlər Akademiyasında alıb.

2020-ci ilin yayında həqiqi hərbi xidmətə çağırılıb, 2-ci Qarabağ müharibəsində iştirak edib. Döyüşlərin əvvəlində ayağından yaralanıb, müalicə olunduqdan sonra yenidən ön cəbhəyə yollanıb. Topçu olaraq briqadası ilə birlikdə döyüşlər zamanı 2 düşmən tankını məhv edib. 13 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə (ölümündən sonra) təltif edilib.

Təltifləri[redaktə | mənbəni redaktə et]

[KELBECER UGRUNDA] medali

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.